Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 428,2 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix17.10.2017
ölçüsü428,2 Kb.
#5253
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

 

 

34 

 

Şəbəkənin yaradılması və hazırlanmasının yekunlaşdırılmasına beş il sərf edilmişdir 



(1968-ci ildən 1973-cu ilədək). 

ARPANET-in  istismarına  artıq  1971-ci  ildə  başlanmışdır.  Bu  şəbəkəyə  qoşulmaq 

üçün ciddi müəyyən olunmuş qaydalarla kommutatorlardan biri ilə əlaqə yaratmaq 

lazım idi. ARPANET-in universitetlərdə, müəssisə və korporasiyalarda, istifadəçi 

cəmiyyətlərində alt sistemləri yarandıqda o artıq idar şəbəkəsi olmaqdan uzaqlaşdı 

və İnternet adını aldı. 

Yeni  standartların  yaradılması  və  planlaşdırılması  ilə  əvvəlcə  1983-cü  ildə 

yaradılmış İnternet işləri üzrə Şura- İAB (İnternet Activities Board) məşğul olurdu. 

1986-cı  ildə  İAB  standartların  işlənib  hazırlanmasını  İnternetin  mühəndis 

problemləri  üzrə  işçi  qrupuna-  İETF  (İnternet  Engineering  Task  Force)-ə  verdi. 

İnternet  sahəsində  uzunmüddətli  tədqiqatların  aparılması  isə  İnternetin  tədqiqatçı 

işçi  qrupuna-  İRTF  (İnternet  Research  Task  Force)-ə  tapşırıldı.  Bütün  bunlarla 

yanaşı,  istənilən  təklif  İAB  tərəfindən  təsdiq  olunduqdan  sonra  qüvvəyə  minir. 

Nəhayət,  1992-ci  ildə  İnternet  cəmiyyəti-  İSOC  (İnternet  Society)  təsis  olundu, 

İnternet işləri üzrə Şura isə İnternet arxitekturası üzrə Şura adlandırılaraq İSOc-un 

tabeçiliyinə verildi.  

Yeni informasiya texnoloqiyalarının intensiv inkişafı və geniş tətbiqi insanların illər 

ərzində  yaratdığı  və  topladığı  ənənəvi  informasiya  resurslarIını  elektron  formaya 

çevİrməyə  və  informasiya  resurslanmn  yeni-elektron-növünü  yaratmağa  imkan 

verdi.Yeni  keyfıyyətə  malik  olan  elektron  informasiya  resurslarının  toplanması, 

saxlanması, axtarışı və əldə edilməsi daha rahat və əlverişli olduğundan, onlar daha 

geniş  yayılır  və  istifadə  edilir.  Hazırda  İNTERNET  texnoloqiyalarından  şəbəkə 

mühitində işləməsi nəzərdə tutulan həm ixtisaslaşdırılmış, həm də ümumi təyinatlı 

informasiya sistemlərinin qurulmasında geniş istifadə olunur. 

Strukturuna görə İNTERNET müxtəlif tipli elektron informasiya resurslarını 

özündə toplayan və onlara müraciət üçün sadə interfeysə malik olan nəhəng, lakin 

kifayət qədər çevik informasiya şəbəkəsidir. Son illər ərzində İNTERNET şəbəkəsi 



 

 

35 

 

əsasında  istifadəçilərə  müxtəlif  informasiya  xidmətləri  göstərən  çoxlu  sayda 



informasiya sistemlərinin serverləri qurulmuş və fəaliyyət göstərirlər. 

İNTERNET mühitində işləyən informasiya-axtarış sistemini lokal və şəbəkə 

mühitlərində  fəaliyyət  göstərən  informasiya  axtarış  sistemlərindən  (İAS-dan) 

fərqləndirən  bir  sıra  xüsusiyyətlər  mövcüddür.  Onlardan  biri  də  İNTERNET-də 

informasiya  resurslarının  elektron  variantında  olmasıdır.  İNTERNET-in 

informasiya resurslarının əsas növləri aşağıdakılardır: 

-elektron  nəşrlər-periodik  elektron  jurnallar,  qəzetlər,  xülasələr,  bülletenlər, 

kitablar, konfrans materialları və s. 

-elektron  kitabxanalar-  ənənəvi  kitabxanaların,  kataloqların  və  s.  elektron 

variantları; 

-  İNTERNET-in  informasiya  massivləri  -WEB  sənədləri,  FTP  arxivləri, 

Gopher-in, Usenet-in resursları və s. 

-xüsusi təyinatlı informasiya resursları- xüsusi məqsədlər üçün İNTERNET-

də yerləşdirilən məlumatlar, hesabatlar, elmi tədqiqatların nəticələri, nəşr edilməsi 

üçün məqalələr, müxtəlif sənədlər və s. 

İNTERNET-in əsas xidmət sahələrinə (servislərinə) aşağıdakılar aiddir: 

1.

 

WWW- World Wide Web (Ümumdünya hörümçək toru) 



2.

 

Elektron poçt (E-mail) 



3.

 

FTP-File Transfer Protocol 



4.

 

USENET xidməti 



5.

 

İnteraktiv söhbət, audio və videokonfrans 



6.

 

Elektron elanlar lövhələri 



7.

 

İntemet vasitəsilə şəkillərin, insanlann və təşkilatlarm axtarışı 



8.

 

TELNET xidməti 



9.

 

«Gopher» informasiya-axtanş xidməti. 



Bu xidmətlərin izahını verək. 

 

 




 

 

36 

 

 

 

16.

 

WWW - World Wide Web (Ümumdünya hörümçək toru) 

Ümumdünya hörümçək torunun yaranma tarixi. 

 Timoti Con Berners-Li ümumdünya hörümçək torunun və World Wide Web 

Konsorsiumunun  rəhbəri  kimi  tanınır.  O,  internetin  inkişafını  müşahidə  və  ona 

nəzarət  edir.  Oksford  universitetində  oxuduğu  illərdə  Berners-Li  öz  dostları  ilə 

birlikdə  hakerlik  ilə  məşğul  olublar.  Onlar  buna  görə  tutulmuş  və  universitet 

kompüterlərindən  istifadə  etmək  hüququndan  məhrum  ediliblər.  O,  ümumdünya 

hörümçək torunun yaradılması üçün Enquire sisteminin əsasını təşkil edən ideyadan 

istifadə  edib.  Həmçinin  ilk  veb  səyyah  və  redaktor,  httpd  (HyperText  Transfer 

Protocol daemon) adlanan ilk veb server yaradıb. İlk veb sayt  

http://info.cern.ch 

adlanır və 1991-ci il avqust ayının 6-da yaradılıb. Sayt WWW (World Wide Web), 

səyyahlar v server sazlamaları haqqında izahedici informasiyadan ibarət idi. Sayt, 

həmçinin  ilk  veb  kataloq  sayılır.  1994-cü  ildə  Tim  Berners-Li  Massaçusets 

Texnologiya  universitetində  World  Wide  Web  Konsorsiumunun  (W3C)  əsasını 

qoyub. 


Bu  xidmət  İNTERNET-in  ən  mühüm  və  geniş  yayılmış  xidmət  növüdür. 

Qısaca  WEB  adlanan  bu  xidmət  hipermətn  texnoloqiyasına  əsaslanır  və  adi 

mətnlərin,  hipermətnlərin,qrafık  və  multimedia  tipli  informasiyamn,  proqram 

kodlarının və s. şəbəkədə yerləşdirilməsini, axtarışını, ötürülməsini və baxılmasını 

təmin edir.WEB xidmətindən istifadə etmək çox asan və rahatdır. 

WEB resursları WEB-saytlar və WEB-səhifələr şəklində təsvir olunurlar. Bir 

saytdan və ya səhifədən digərlərinə, o cümlədən, qrafiklərə, şəkillərə, animasiyaya 

və  s.  keçmək  üçün  «  keçid»(link)  adlanan  mexanizmdən  istifadə  edilir.  WEB-

sənədlərini təsvir etmək və onlann axtarışını asanlaşdırmaq üçün HTML(Hyper Text 

Markup Lanquage) adlı xüsusi dil yaradılmış-dır. Bu dil nisbətən sadə olduğundan, 

kompüter savadı olmayanlar da onu öyrənib, WEB-səhifələr yarada bilərlər. HTML 

dili  vasitəsilə  hazırlanmış  WEB-səhifələr  «WEB-browser»(  WEB-brouzer,  yəni 




Yüklə 428,2 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə