Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 428,2 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix17.10.2017
ölçüsü428,2 Kb.
#5253
1   ...   10   11   12   13   14   15   16   17   18

 

 

43 

 

informasiyanı  əks  etdirən  kataloqlara  bu  ünvanlarda  baxmaq  olar: 



http://newzbot.com, http:// groups.google.com, http://talk.ru, 

http://newsgate.ru

 

 



 

 

20.



 

İnteraktiv söhbət, audio və videokonfrans 

 Bu  xidmət  iki  və  daha  çox  istifadəçinin  real  vaxt  (on-line)  rejimində 

informasiya mübadiləsi aparmasını təmin edir. Bu xidmət IRC (İnternet Relay Chat-

İnternet  vasitəsilə  Söhbət  üçün  Retranslyator)  adlanan  protokol  və  serverlərin 

köməyilə həyata keçirilir. Odur ki, bu xidmətlə bəzən İRC və ya Çat (Chat) deyilir. 

İRC-nin strukturu İRC -serverlər şəbəkəsindən ibarətdir. Hər bir İRC-server İRC-

kliyentlərdən (proqramlardan) sorğulan qəbul edib, real vaxt rejimində yerinə yetirir. 

İRC ilə işləmək üçün çoxlu İRC kliyent proqramları mövcuddur. Onlardan ən 

geniş  yayılanları  və  geniş  imkanlara  malik  olanlan  bunlardır:  İCQ  (ünvanı: 

www.icq.com), Microsoft Chat (İnternet Explorer proqramının tərkibinə daxildir), 

mİRC  (ünvanı:  www.  mirc.com)  və  s.  Bunlardan  başqa  çoxlu  regional  Çat 

proqramları da mövcuddur. 

İRC  xidmətlərindən  istifadə  etmək  istəyən  istifadəçi  bu  kliyent 

proqramlarından  birini  öz  kompüterinə  yükləməli,  sonra  isə  əlverişli  bir  serverə 

qoşulub,  qeydiyyat  prosedurunu  keçməlidir.  Qeydiyyatdan  keçən  hər  bir 

istifadəçiyə unikal ad və ya identifikator verilir. 

İNTERNET vasitəsilə səsli telefon əlaqəsi qurmağa, həmçinin görüntülü və 

səsli telefon bağlantısı qurmağa imkan verən vasitələr və proqramlar da mövcuddur. 

Səsti  telefon  əlaqəsi(Səsli  Çat)  3-cür  yaradıla  bilər  «  kompüter-kompüter»,  « 

kompüter-telefon» və «telefon-telefon». Hər üç halda səsli telefon əlaqəsi yaratmaq 

üçün yüksək sürətli kompüter, ötürmə sürəti 28800 bod-dan az olmayan modem və 

uyğun  proqram  təminatı  olmalıdır.  İternetə  qoşulan  kompüterdə  əlavə  olaraq  səs 

kartı,  səs  kolonkası  və  mikrofon  olmalıdır.  Aralarında  səsli  əlaqə  yaradılan 




 

 

44 

 

kompüterlərdə  eyni  proqram  təminatından  istifadə  olunmalıdır.  Bu  məqsədlə, 



məsələn,  «NetMeetinq»  proqramından,  tərkibinə  «Net2Phone»  proqramı  daxil 

edilmiş  ICQ  proqram  paketindən,  «Vocaltec  İnternet  Phone»  proqram 

kompleksindən, «Media-Ring» proqramından və s. istifadə edilə bilər. 

Kompüterlər arasında real vaxt rejimində səsli əlaqənin yaradılması müxtəlif 

coğrafı nöqtələrdə yerləşmiş şəxslərin (elmi işçilərin, iş adamlarınm və s.) iştirakı 

ilə  audio-konfrans  keçirməyə  real  imkan  yaradır.  Bu  cür  audio-konfransları 

reallaşdırmaq üçün yuxanda göstərilən proqramlarla yanaşı, bu məqsəd üçün daha 

geniş yayılmış « Paltalk» proqramından istifadə etmək olar. 

Müasir  informasiya  texnologiyasmm  metod  və  vasitələri  INTERNET 

vasitəsilə  kompüterlər  arasında  real  vaxt  rejimində  həm  səsli,  həm  də  görüntulu 

əlaqənin yaradılmasına imkan verirlər, yəni bir-birilə səsli əlaqə quran şəxslər, həm 

də  bir-birini  görə  bilirlər.  Görüntülü  əlaqənin  yaradılması  üçün  istifadə  edilən 

kompüterlərdən  və  modemlərdən  səsli  əlaqəyə  nisbətən  daha  yüksək  sürət  tələb 

olunur.  Görüntülü  əlaqə  yaratmaq  üçün  səsli  əlaqədə  tətbiq  edilən  texniki 

avadanlığa əlavə olaraq WEB kamera da daxil edilməlidir. 

INTERNET  vasitəsilə  kompüterlər  arasında  real  vaxt  rejimində  səsli  və 

görüntülü əlaqənin qurulması imkanı videokonfranslar keçirməyə real şərait yaradır. 

Videokonfrans  yuxarıda  baxılan  «  Səs  Çatı»nın  analoqudur,  lakin  burada  səslə 

bərabər videotəsvirlər də ötürülür və qəbul edilir. 

Kompüterlər arasında səsli və görüntülü əlaqənin yaradılması üçün şəbəkədə səsin 

və təsvirin sıxılıb ötürülməsini və qəbul edilib açılmasını təmin edən xüsusi proqram 

təminatı  tətbiq  edilir.  Bu  proqramlardan  ən  tanınmışları  yuxanda  adı  çəkilən 

«NetMeeting»  və  xüsusilə  videokonfrans  keçirmək  üçün  nəzərdə  tutulan  «  CU-

SeeMe» proqramlarıdır. 

 

 

 



 


 

 

45 

 

21.

 

Elektron elanlar lövhələri 

Bu xidmət növü elektron poçtundan, müxtəlif informasiya xidmətldərindən, 

interaktiv səsli və görüntülü əlaqələrdən və konfranslardan birgə istifadə edilməklə 

reallaşdırılır.  ABŞ-ın  NPTN  (National  Publik  Telecomputinq  Network-  Milli 

İctimai Kompüter Şəbəkəsi) kompüter şəbəkəsinin tərkibinə daxil olan bu sistem 

pulsuz telekommunikasiya və şəbəkə xidmətləri təqdim edir. 

Elektron  lövhələr  onlarda  yerləşdirilmiş  elanların  mövzularına  görə 

xüsusiləşdirilmiş  və  ümumi  xarakterli  ola  bilərlər.  1-ci  halda  elektron  lövhədə 

yerləşdirilmiş  elanlar  müəyyən  mövzuya  görə  qruplaşdırılır,  məsələn,  daşınmaz 

əmlak  satışı,  avtomobil  satışı  və  s.,  2-ci  halda  isə  lövhədə  bütün  mövzulara  aid 

elanlar yerləşdirilir. Elektron elanlar adi qəzet və ya divar elanlarından fərqli olaraq, 

daha çox müddətdə fəaliyyət göstərir və onları daha çox sayda istifadəçi oxuyur. 

Qəzetlərdəki  elanların  elektron  variantlarını  da  INTERNET-də  yerləşdirmək 

mümkündür. 

INTERNET  vasitəsilə  alqı-satqı  əməliyyatlarının  aparılması  da  çox 

səmərəlidir. INTERNET-in bu xidmət obyektlərinə INTERNET-mağazalar deyilir. 

INTERNET-mağazalarda satılan mallar haqqında  ətraflı məlumat verilir və qrafık 

vasitələrin köməyilə əks etdirilir. Alıcı ona lazım olan malı seçdikdən sonra satıçı 

ilə « online» və ya «offline» rejimində əlaqə saxlaya və onunla sövdələşə bilər. Ən 

geniş  yayılmış  INTERNET-mağaza  proqramlarına  misal  olaraq  «Copernic 

Shopper»  (ünvanı: 

www.copernic.com

),  «Half»(ünvanı: 

www.half.com

), 

«Shopping» (ünvanı: 



www.shopping.ru

) və s. göstərmək olar. 

Elektron  elanlar  lövhələrinin  bir  növü  də  INTERNET  və  ya  şəbəkə 

auksionlarıdır.  INTERNET-  auksion  istənilən  mal  növləri  üzrə  və  istənilən 

istifadəçiyə  görə  təşkil  edilə  bilər.  Məsələn,  Rusiyada  bu  məqsədlə  iri  miqyaslı 

«Molotok» (ünvanı: 

www.molotok.ru

) auksionu təşkil edilmişdir. Auksionda axtarış 

aparmaq  üçün  xüsusi  axtarış  sistemləri  də  hazırlanmışdır(  məsələn,  «Auctions 

Portal» sistemi: 

www.auctions-portal.com

). Elektron-mağazalarda və auksionlarda 

axtarış aparmaq üçün yuxarıda adlan çəkilən proqramlardan başqa digər proqramlar 



Yüklə 428,2 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə