Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 428,2 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix17.10.2017
ölçüsü428,2 Kb.
#5253
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

 

 

25 

 

3.

 



göndərilən informasiyadan; 

4.

 



xidməti sahələrdən ibarətdir. 

Hər bir kompüter şinlə ötürülən paketlərin ünvan hissəsinə baxır və ona ünvanlanmış 

paketləri özündə qeyd edir. 

 Əgər iki kompüter eyni zamanda paketlərini şinə ötürərsə bu zaman şində toqquşma 

olur. Toqquşmaya səbəb olan kompüterlər qısa bir müddət ərzində informasiya 

göndərmək hüququnu itirirlər. 

Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır: 



1.

 

Hər hansı bir kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir; 

2.

 

Şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır; 

3.

 

Şəbəkə kartları (adapterləri) ucuzdur. 

 

Halqavari topologiya 

Halqavari  topologiyalı  lokal  şəbəkələrdə  hər  bir  kompüter  bir-biri  ilə  halqavari 

şəkildə, yəni birinci kompüter ikinci ilə, ikinci kompüter üçüncü ilə və s., sonuncu 

kompüter isə birinci ilə birləşdirilir. Nəticədə  HALQAVARI TOPOLOGIYA  əldə 

edilir. Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə (ya saat əqrəbi 

istiqamətində və ya əksinə) bir kompüterdən qonşu kompüterə ötürülmək şərti ilə 

lazımi kompüterə çatdırılır. 

Bu tip şəbəkələrdə əsasən marker(qeydetmə, işarələmə) prinsipindən istifadə edilir. 

Markeri  əldə  edən  kompüter  məlumat  göndərmək  hüququna  malik  olur.  Markeri 

əldə  etmiş  kompüterin,  digər  kompüterlərə  göndərəcəyi  məlumatı  var  isə,  bu 

məlumatları  markerə  yerləşdirərək  onu  paket  şəklinə  çevirir,  məlumatın  gedəcəyi 

ünvanı  və  digər  lazımi  informasiyaları  paketə  qeyd  edərək,  qonşu  kompüterə 

göndərir.  Paketi  almış  kompüter,  onun  ünvan  hissəsinə  baxır  və  əgər  paket  ona 

ünvanlandırılmışsa,  paketi  özünə  qeyd  edir,  əks  halda  paketi  özündən  sonrakı 

kompüterə göndərir. Paket halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş 

kompüter onu halqadan çıxardır və yeni paketi (əgər göndərməyə məlumatı varsa) 

göndərir.  Əgər  göndərməyə  informasiya  yoxsa  markeri  bir  sonrakı  kompüter 



 

 

26 

 

göndərir. Bu tip şəbəkələrdə kompüterlərdən biri həm də monitorinq funksiyasını 



həyata keçirir (şəbəkə işə qoşularkən markerin generasiya edilməsi, itən markerin 

bərpası və s.). 

Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır: 

1.

 

Hər bir komputer yalnız qonşu kompyuterlə birbaşa bağlıdır; 

2.

 

Hər  bir  komputerin  məlumat  göndərə  bilməsi  üçün  ona  müəyyən  vaxt 

verilir. 

Halqavari topologiyalı lokal şəbəkələrin əsas çatışmayan cəhətləri aşağıdakılardır: 



1.

 

Hər bir kompyuter informasiyanın ötürülməsində iştirak edir. Buna görə 

də hər hansı bir komputerin adapterinin sıradan çıxması şəbəkənin işini 

pozur; 

2.

 

Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır. 

 

Ulduzvari topologiya 

Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir 

kompüter  mərkəzi  qovşaq  ilə  ayrıca  xətlə  birləşdirilir.  Kompüterlər  arasında 

informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir. Mərkəzi qovşaq 

kimi hub, kommutator və ya xüsusi server kompüteri istifadə oluna bilər. 

Ulduzvari  topologiyalı  lokal  şəbəkələrin  əsas  üstün  cəhəti  komputerlərarası 

mübadilənin  sadə  olmasıdır.  Bu  şəbəkələrin  çatışmayan  cəhəti  isə  şəbəkənin 

etibarlılığının mərkəzi qovşağın etibarlılığından asılı olmasıdır. 

 

Praktikada digər topologiyalardan da istifadə oluna bilər : ağacvariqarışıq 



və s. 

Ağacvari strukturda bütün şəbəkə üçün bir mərkəzi server və müxtəlif işçi qruplar 

üçün bir neçə fayl-server olur. 



Qarışıq  topologiya isə  yuxarıdakı  topologiyaların  birləşməsindən  təşkil  olunur. 

Yəni  burada  həm  şin,  həm  halqavari,  həm  də  ulduzvari  topologiyalar  iştirak  edə 

bilər. 



 

 

27 

 

Bu 


və 

ya 


digər 

topologiyanın  seçilməsi kompyuter  şəbəkəsinin tətbiq 

sahəsindən, kompyuterlərin  coğrafi  yerləşməsindən  və  bütövlükdə  şəbəkənin 

ölçülərindən və s. asılıdır. Bundan əlavə, lokal şəbəkənin topologiyasını seçərkən, 

qiymət, etibarlılıq və s. kimi vacib göstəricilərə də diqqət edilməlidir. 

 

 



 

 

 



13.

 

TCP/IP PROTOKOLU 

ARPANET  komputer  şəbəkəsinin  inkişafı  və  onun  beynəlxalq  İnternet 

şəbəkəsinə transformasiyası yeni TCP/IP (Transmission Control Protocol / İnternet 

Protocol)  adlı  informasiya  mübadiləsi  protokolunun  yaradılması  ilə  bağlıdır. 

Şəbəkəyə qoşulmuş komputerlər arasında informasiya mübadiləsini sadələşdirmək 

məqsədi ilə İnternet TCP/IP protokolundan istifadə edir. TCP/IP heç bir firma və ya 

kompaniya tərəfindən konkret olaraq maliyyələşdirilmir. Bu səbəbdən də istənilən 

şəxs  və  ya  firma  İnternetə  qoşularaq  milyonlarla  istifadəçi  ilə  əlaqə  yaradır, 

informasiyanın göndərilməsində və ya əldə olunmasında bilavasitə yaxından iştirak 

edir. 


İnternet vasitəsilə informasiyanı ötürmək, müxtəlif insanlarla əlaqə yaratmaq və 

s. kimi işləri həyata keçirmək üçün fərdi komputerlərdən istifadə etmək lazım gəlir. 

Məlumdur  ki,  istifadə  edilən  komputerlər  müxtəlif  firmalar  tərəfindən  (məsələn, 

Unix, Macintosh, İBM və s.) istehsal olunur. Bu səbəbdən də onların birgə işlənməsi 

üçün komputerlər, mütləq bir-biri ilə “eyni dildə danışmalıdırlar”. Yaranan çətinliyi 

aradan qaldırmaq üçün TCP/IP protokolundan istifadə olunur. 

Ümumilikdə  TCP/IP  protokolu  komputerlər  arasında  körpü  rolunu  oynayır. 

Protokol iki fərdi komputer və ya iki proqram arasında qarşılıqlı əlaqənin qaydasını 

təyin edir. 

Əslində TCP/IP iki müxtəlif protokoldan ibarətdir. 




Yüklə 428,2 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə