Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə39/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   35   36   37   38   39   40   41   42   ...   112

yox”. Çağırdı ki: 

– Ayə, bir dayan görüm, hardan gəlirsən? 

Oğlan atın başını çəkdi ki: 

– Qarsdan gəlirəm. 

Koroğlu soruşdu: 

– Səfərin haradı? 

Oğlan dedi: 

– Çənlibelə gedirəm. 

Koroğlu dedi: 

– Çənlibeldə nə işin var? 

Oğlan duruxdu. Bir az fikirləşib sonra dedi: 

– Elə-belə gedirəm. Koroğlu ilə bir az işim var. 

Koroğlu gördü ki, oğlan sözlü adama oxşayır. Dedi: 

– Yaxşı, sənin Koroğlu ilə nə salam-sabahın? Bəyəm tanıyırsan? 

Oğlan lovğalana-lovğalana dedi: 

– Tanıyırsan nədi? Kişi ilə haqq-salamımız var. Mən elə həftədə, 

on beş də bir gedərəm onun yanına. 

Koroğlu baxdı ki, gədə bir az özündən deyəndi, amma ki, deyəsən 

pis oğlan deyil. Özü də hökmən sözlü adamdı. “Hərçi bada-bad” 

deyib, birdən qayıtdı ki: 

– Koroğlu mənəm. De görüm nə sözün var? 

Koroğlu baxdı ki, oğlan onun sözünə inanmır. Aşıq paltarının 

yaxasını balaca açdı. Elə ki, altdan yaraq-yasaq göründü, oğlan dedi: 

– Can Koroğlu, məni bağışla! Yalandan dedim ki, səninlə dostam. 

Ancaq qəsdən elə deyirdim. 

Koroğlu dedi: 

– Eybi yoxdu. De görüm, mənə nə sözün var idi? 

Oğlan dedi: 

– Can Koroğlu, məni Qars paşasının qızı Hürü xanım sənin yanına 

göndərib. Bil və agah ol! Budu, neçə müddətdi türkmanlı Ərəb Reyhan 

gəlib əyləşib Qarsda. Qoşun irahlayıb ki, Çənlibelin üstünə gələ. Qars 

paşası da ona söz verib ki, əgər Çənlibeli ala bilsə, qızı Hürü xanımı 

ona verəcək. İndi Hürü xanım məni göndərib sənin yanına ki, əhvalatdan 

səni xəbərdar eləyəm. 

Koroğlu başladı əhval tutmağa. Ordan soruşdu, burdan soruşdu, 

baxdı ki, oğlan heç bir şey bilmir. Eşitdiyi o imiş ki, onu da deyib. 

Koroğlu getdi fikrə ki, nə eləsin. Geri qayıtsın, ya irəli getsin. Fikrində 

çox götür-qoy eləyəndən sonra oğlandan soruşdu: 

– Yaxşı, bir mənə de görüm, Qarsda sənin evin-zadın varmı? 

Oğlan dedi: 

– Var, neynirsən? 

Koroğlu dedi: 

– İşdi, indi birdən mən Qarsa getməli olsam, məni bir-iki gecə 

evində saxlaya bilərsənmi? 

Oğlan dedi: 

– Koroğlu, o nə sözdü deyirsən? Niyə, mən qaraçı deyiləm ki, 




evim olmasın. Dövlətindən evim də var, qabağında qulluq eləməyə bir 

qoca, günü keçmiş anam da var. Hamısı, elə mən özüm də üstəlik qurbandı 

sənə. 

Koroğlu dedi: 



– Onda sür atını, gedək! 

Oğlan sevindiyindən bilmədi ki, nə eləsin. Bayaq ha atı vurub düşdü 

qabağa. Oğlan qabaqda, Koroğlu dalda at sürüb axşama bir az qalmış 

özlərini yetirdilər Qarsa. Oğlan məscidin yanında atını saxladı ki: 

– Düş! Evim burdadı. 

Koroğlu dedi: 

– Yox, sən hələ qabaqca məni apar Hürü xanımın yanına. Gərək 

əvvəl-əvvəl öyrənəm görəm nə var, nə yox. Bəlkə iş elə oldu ki, heç 

qala bilmədim. 

Oğlan dedi: 

– Yaxşı, nə deyirəm. İxtiyar sahibisən. Onda sən, bax, elə bu küçə 

ilə yeri, mən atları bağlayım tövləyə gəlim. 

Koroğlu atdan düşdü. Atı oğlana verib küçə ilə getməyə başladı. 

İndi Koroğlu getməkdə olsun, oğlan atları çəkdi tövləyə, bağladı, 

yemlədi, ondan çıxdı anasının yanına ki: 

– Tez ol, tədarük gör, qonağım var. Mən də gedirəm bazara şeymey 

almağa. 

Anası soruşdu: 

– Bala, qonağın kimdi? 

Oğlan dedi: 

– Day heç kimə deyib eləməyəsən hə, Koroğludu, tez ol. 

Bunu deyib oğlan düzəldi Koroğlunun dalıncan. İndi o getməkdə 

olsun, biz görək Koroğlu nə elədi. 

Koroğlu küçə ilə gələ-gələ gəlib çıxdı bir imarətin qabağına. 

Baxdı ki, pəncərədə bir qız durub, bir qız durub ki, o necə deyərlər, 

yemə, içmə xətti-xalına, gül cəmalına tamaşa elə. Özün öldürsə olar 

on dörd, on beş yaşı. Amma elə boylu-buxunlu, şəstli-bəstli bir qızdı 

ki, elə bil sərv ağacıdı, qalxıb. Qaşlar qara, gözlər qara, tellər qara, 

xallar qara, o necə deyərlər, aya deyir sən çıxma, mən çıxacağam, 

günə deyir sən çıxma, mən çıxacağam. Ola belə bir gözəl, ola Koroğlu. 

Ürək coşdu, könül həvalandı, sazı göşünə basıb dedi: 

Başına döndüyüm gül üzlü xanım, 

Xanım, hansı bəxtəvərin yarısan?! 

Görcək səni yara oldu ciyarım, 

Bir de, hansı bəxtəvərin yarısan?! 

Siyah saçlar dal gərdənə düzülü, 

Qara gözlər xumarlanıb süzülü, 

Elə baxma, indi canım üzülü, 

Xanım, hansı bəxtəvərin yarısan?! 

Koroğlu haq deyib, haqdan dərs alıb, 

Tər məmənə külək dəyib hovlanıb, 

Qara gözlər şux yanaqdan can alıb, 




Yoxsa ay qız, bala qonmuş arısan?! 

Koroğlu oxumağında olsun, sənə kimdən deyim, haman bu qızdan. 

Bu qız kim ola, Qars paşasının qızı Hürü xanım. 

Hürü xanım Koroğlunu aşıq bildi. Bir tərəfdən də ki, Koroğlu 

başladı qaşdan, gözdən deməyə, Hürü xanım rübəndi saldı üzünə. 

Qara elə bil laləli, nərgizli dağ başına qara duman çökdü. Koroğlu 

ürəyi ipək rübənd qırmızı yanaqları elə qucaqladı, elə qucaqladı ki, 

belə şeyə tab eləyə bilər? Odu ha sazı basdı döşünə. Dedi: 

Oğrun-oğrun tül altından baxan yar, 

Qaldır rübəndini, görüm gül üzün!.. 

Aşıqları eşq oduna yaxan yar, 

Qaldır rübəndini, görüm gül üzün!.. 

Vurulmuşam sarmaşıqlı bağına, 

Bostanına, şamamalı tağına, 

Apar məni yar deyib otağına, 

Qaldır rübəndini, görüm gül üzün!.. 

Koroğluyam, mən sözümdən dönmərəm

Səməndərəm, alışmışam, sönmərəm, 

Səndən qeyri huri görsəm sevmərəm, 

Qaldır rübəndini, görüm gül üzün!.. 

Elə bu dəmdə oğlan gəlib yetişdi. Baxdı ki, bəli, Koroğlu ilə Hürü 

xanım tapışıblar. Ürəyində çox sevindi ki, elə yaxşı oldu. Day mən 

dayanmayıb gedərəm bazara. Yoxsa axşamdı. Bazar bağlanar. Bir şey 

tapa bilmərəm, Koroğlunun yanında xəcalət olaram. Day nə bilsin ki, 

bunlar heç bir-birisini tanımırlar. Nə Hürü xanım Koroğlunu tanıyır, 

nə də Koroğlu Hürünü. Elə ki, oğlan gəlib çatdı, əvvəl-əvvəl əlin 

döşünə qoyub kamal-ədəblə Hürü xanıma salam verdi. Ondan güləgülə 

Koroğluya işarə elədi. Yanı ki, necə gördün bu qoç oğlanı? Gedib 

lap özünü gətirdim. Koroğlu soruşdu: 

– Ayə, bu qız kim ola? 

Oğlan dedi: 

– Hürü xanımdı da... Paşanın qızı. Bəs siz hələ bir-birinizi tanımırsız? 

Bu sözdə Hürü xanım da tələsik pəncərədən çəkilib çıxdı eyvana. 

Elə ağzını açıb danışmaq isətyirdi ki, bir də gördülər, budu, Ərəb 

Reyhanla paşa atlı bu tərəfə gəlirlər. Qız elə bircə bunu deyə bildi ki: 

– Atamgil gəlirlər, tez çəkilin! 

Hürü xanım sözünü deyib evə girdi, oğlan da Koroğlunu götürüb 

tez aradan çıxdı. Elə ki, gəlib yetişdilər məscidin qabağına, oğlan dedi: 

– Can Koroğlu, indi paşagil şəhərdədirlər. Day sənə çöldə qalmaq 

olmaz. Sən zəhmət çək gir evdə otur. Mən də bazara dəyib qayıdaram, 

gecəni yatarıq, səhər görək nə eləyirik. 

Koroğlu razı oldu. Oğlan Koroğlunu gətirdi evə. Oğlanın anası 

qabağa çıxdı. Xoşgəldin elədi. Yer düzəltdi. Elə ki, Koroğlu əyləşdi, 

oğlan dedi: 

– İndi mənə rüsxət ver, bir bazara dəyim, gəlim. 

Bunu, deyib, oğlan evdən çıxdı. İndi Koroğlu evdə rahatlanmaqda 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə