Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə47/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   43   44   45   46   47   48   49   50   ...   112

Əhməd tacirbaşı dedi: 

– Kor olsun mənim anam. Uşaq vaxtı bir gün məni ayaqyalın kilimin 

üstündə gəzdirmişdi. O olmasaydı yapıncı ilə qaraquşu seçərdim. 

Koroğlu dəlilərin, xanımların arasında oturub yeməkdə, içməkdə 

idi. 

Deyirlər Koroğlu çox qonaqcıl imiş. Təslim olanlara çox hörmət 



eləyərmiş. Elə ki, yedi, içdi, damağı duruldu, keyfi bulutda gəzməyə 

başladı, ayağa durdu, dəliləri yanına alıb tacirlərin yanına gəldi. Üzünü 

onlara tutub dedi: 

– Düşman günü düşman, dost günü dost! İndi siz mənim qonağımsınız. 

Buyurun, hər nə istəsəniz hazır elədim. 

Əhməd tacirbaşı fikrə getdi. Öz-özünə dedi: 

– İnnən sonra mənim mal-dövlətimi, al-qumaşımı Koroğlu geri 

qaytarmayacaq, gəl onun əvəzini çıxmaq üçün elə bir qonaqlıq istə ki, 

o buralarda tapılmasın, uzaq yerlərdə olsun! 

Üzünə hiylə niqabı çəkib Koroğluya: 

– Əyər bizə yaxşı qonaqlıq vermək istəyirsənsə, Bayazid paşası 

Xəlil paşanın yaxşı əl ceyranları var, onlardan gətirib bizə ceyran 

kababı ver. 

Koroğlu dedi: 

– Baş üstə. Sizə ceyran kababı vermək mənə borc olsun! 

Koroğlu səfər tədarükünü görmək istəyəndə Eyvaz irəli durub 

dedi: 

– Qoç Koroğlu, izin ver qonaqlara ceyran gətirməyə mən gedim. 



Koroğlu nə qədər elədi ki, yox, sən getmə, olmadı. Eyvazın qulağına 

girmədi ki, girmədi. 

Axırda Koroğlu gördü ki, Eyvaz inciyəcək, əlacsız qalıb: 

– Yaxşı, Ərəbatı min, Halaypozanı, Toxmaqvuranı da özünə yoldaş 

götür, get, ancaq tez qayıt. 

Eyvaz yaraxlandı. Ərəbatı mindi, Halaypozanı, Toxmaqvuranı da 

yanına alıb getmək istəyəndə, Nigar xanım, dəlilər töküldülər hamısı 

yerbəyerdən dedilər: 

– Bunları Bayazid kimi ağır səfərə niyə göndərirsən? Gedərlər, bir 

iş olar, tutularlar, dava düşər, başlarına bir iş gələr. 

Koroğlu dedi: 

– Koroğlu sözünnən dönməz, onlar getməsə, özüm gedəcəyəm. 

Gördülər Koroğlunu sözünnən döndərmək olmayacaq, bunlar da razı 

oldular. Koroğlu üzünü Eyvaza tutub, dedi: 

Ərəbatı yaxşı saxla, 

Daşdı Bayazid yolları. 

Yollar ayrıcını yoxla, 

Beşdi Bayazid yolları. 

Halaypozan sənə nökər, 

Toxmaqvuran qəhrin çəkər, 

Ərəbat nal, mıxın tökər, 

Daşdı Bayazid yolları, 




Bayazid xoş mənzərədi, 

Tülək, tərlana bərədi, 

Qayadı, dağdı, dərədi, 

Qışdı Bayazid yolları. 

İstərəm ər bağrı yaran, 

Qanlı meydanlarda duran, 

Duman, çovğun, soyuq, boran, 

Qışdı Bayazid yolları. 

Koroğluyam hour-hour

Açma qanlı yaram sour, 

Ordu qırdım beş yüz kour, 

Leşdi Bayazid yolları. 

Xan Eyvaz, Halaypozan, Toxmaqvuran Koroğluynan, dəlilərnən əl 

verib ayrıldılar. Bayazidə tərəf yola düşdülər. Atlar qanad açdılar, dağ 

keçdilər, dərə keçdilər, hər yerdən keçib gəldilər, bir axşam Bayazidə 

çatdılar. 

Bunlar çatmaqda olsun, sənə deyim Xəlil paşadan. Xəlil paşanın 

bir bağı var idi ki, quş quşluğu ilə səkə bilməzdi bu bağda. Paşa əl 

ceyranlarını saxladırdı. Eyvaz yoldaşları ilə bərabər atını sürüb bağa 

girdi. Atlardan düşdülər. Əl ceyranlarını qırıb yüklərini tutdular. Elə 

ki, yükləri hazır oldu, Eyvaz dedi: 

– Yorulmuşuq, gəlin bir az dincələk, sonra gedərik. 

Hərəsi bir yanda uzandı. Eyvazı o saat yuxu apardı, amma yoldaşları 

yatmayıb keşik çəkirdilər. Sabaha yaxın bağban bağı yoxlamağa 

gəldi. Gördü bağda bir salamat ağac qalmayıb, atlar basıb qırıb. Qaldı 

məhəttəl ki, bu nədi? Bu atlar kimindi? Bu tərəfə baxanda gördü əl 

ceyranları da leş-leşə verilib. Baxdı ki, yox, bu elə belə deyil. Deysən 

bağa adam girib. O tərəf, bu tərəfi gəzib bir də gördü ki, bir ağacın 

dibində üç nəfər Rustam Zal kimi iyid var, amma bunların ikisi oyaqdı, 

biri yatıb. Bağban dəliləri görən kimi dəlilər də bağbanı gördülər. 

Halaypozan istədi ki, bağbanı tutsun, bağban durub qaçdı. Bu zaman 

Halaypozan özünü Eyvaza yetirib görək nə dedi: 

Qoşun çəkib dörd yanımız alarlar, 

Bu xabi qəflətdən ayıl, Eyvaz xan! 

Bizi tutub o zindana salarlar, 

İyid olmaz buna qayıl, Eyvaz xan! 

Sənə ərz eyləyim sözün düzünü, 

Qəbul etmə müxənnətin sözünü, 

Göstər camalını, qəmər üzünü, 

Gün kimi aləmə yayıl, Eyvaz xan! 

İnsafdımı Halaypozan tutula, 

Qulac qollar dal gərdəndə qatıla, 

Qul adına Bayaziddə satıla, 

Dəlilər sərdarı sayıl, Eyvaz xan! 

Bağban işi belə görəndə yavaşca gəlib bağın qapısından çıxıb 

götürüldü, Halaypozan şaqqıltıya dönüb qapıya tərəf baxanda gördü 




bağbandı. İstədi durub tutsun, bağban bayax ha gözdən itdi. Halaypozan 

bir də Eyvazı səslədi ki: 

– Eyvaz, Xəlil paşanın bağbanı bizi gördü, xəbərə qaçdı. İndi qoşun 

yeriyər, bizi tutarlar. Durun qaçaq. 

Eyvaz dedi: 

– Buradan davasız getsək bizim Bayazidə gəlməyimizə heç kim 

inanmaz. Bir də vuruşmamış qaçsaq öz adımızı, Koroğlunun adını batırarıq. 

Deyərlər Koroğlunun üç dəlisi gəlib Xəlil paşanın bağında ceyran 

oğurlayıb qaçıblar. Qoyun gözləyək, qoşun gəlsin vuruşaq. İyidlik göstərək, 

Koroğlunun yanına üzüağ gedək. 

Halaypozan, Toxmaqvuran ha elədilər ki, getsinlər, Eyvaz razı 

olmadı. Axırda onlar da durub qoşunun gəlməyini gözlədilər. 

O tərəfdən bağban, o necə deyəllər, bir əlində imanı, bir əlində 

tumanı, özünü Xəlil paşaya yetirib əhvalatı başdan-ayağa ona söylədi. 

Xəlil paşa hökm elədi, qoşun atlanıb bağın dörd tərəfini kəsdi. Eyvaz, 

Halaypozan, Toxmaqvuran öz atlarını mindilər, qılınclarını çəkib Xəlil 

paşanın qoşununa cumdular. Dava başladı, ara qarışdı. Koroğlunun 

dəliləri şir kimi qızdılar. Qoşunu qatım-qatım qatladılar. Ancaq nə 

qədər hər tərəfdən hücum etdilərsə dəlilərə bata bilmədilər. 

Dəlilər şir kimi dava eləməkdə olsunlar, bu tayda qoşun böyükləri 

qalmışdılar mat-məhəttəl. Nə qədər qoşun var idi hamısını tökmüşdülər 

ora. Amma gəl ki, qoşun hamısı bu üçcə dəlinin əlində aciz 

qalmışdı. Onları tuta bilmirdilər ki, bilmirdilər. Eyvaz bir tərəfdən, 

Halaypozan bir tərəfdən, Toxmaqvuran da bir tərəfdən qoşunu qırıb 

çıxmışdılar başa. Axırda qoşun böyükləri məsləhətləşib belə bir fikrə 

gəldilər ki, bunlara bir şey eləmək olmayacaq, bunların atlarını vuraq 

ki, piyada qalsınlar, bəlkə onda tuta bilək. 

Qoşun böyüklərinin əmrinə görə yay-oxları işə salıb dəlilərin atlarını 

vurdular. Elə ki, dəlilər piyada qaldılar, qoşun bir tərəfdən hücum 

eləyib onları arakəsməyə salıb təklədilər. Dəlilər yenə də davadan əl 

çəkmədilər. 

Hərəsi bir dəstəni qabağına salmışdı, qırırdı. Tay bir-birlərindən 

xəbərləri yox idi. Eyvaz bir ağır dəstənin arasında vuruşurdu. Qoşunu 

pencər kimi biçib yerə tökürdü. Çalışırdı ki, özünü yoldaşlarına yetirsin. 

O, şirin davaya məşğul ikən ayağı ilişib yıxıldı, qoşun onun üstünü 

aldı. Tutub qollarını bağladılar. Halaypozanla Toxmaqvuran elə ki, 

dəlilərin sərdarı Eyvazı tutulmuş gördülər, əlləri boşaldı, istər-istəməz 

təslim oldular. Xəlil paşa dəlilərin bazburutuna baxıb mat qalmışdı. 

Üzünü onlara tutub dedi: 

– Deyin görüm kimsiniz? Nə cürətlə mənim ceyranlarımı qırdınız? 

Xəlil paşanın cavabında Eyvaz dedi: 

– Biz Koroğlunun dəlilərindənik. 

Xəlil paşa onların Koroğlu dəliləri olduğunu bilcək hökm elədi, 

dəlilərin boyunlarını vursunlar. Vəzir, vəkil torpağa düşüb dedilər: 

– Paşa sağ olsun, bunların boyunlarını vurmaq asandı, amma Koroğlunun 

cavabını vermək çətindi. Ona şahlara, xotkarlara qan udduran, 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə