Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə55/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   51   52   53   54   55   56   57   58   ...   112

ötrü böyük bir qoşun çəksinnər. 

Koroğlunun üstünə böyük bir qoşun çəkdilər. Koroğlu nə qədər 

vuruşdu, neçə başdar kəsdi, neçə anaları ağlar qoydu, olmadı. Gördü ki, 

əl çəkmellər, yerdə qalannara yazığı gəldi, özü qaçıf bir yerdə daldalandı. 

Döyüş dayandı, Koroğlunun yerini bilən olmadı. Qoşun başçıları 

ölənnəri, yaralananları da götürüf geri çəkildilər. 

Günnərin bir günü Hasan paşa tezdən nizami qoşun çəkif Koroğlunun 

üstünə gəlmişdi. Bilqeys gəldi dedi: 

– Ya Koroğlu, axı belə olmaz, qoşun dörd yanımızı kəsif. 

Koroğlu dedi: 

– Bilqeys xanım, sən heç niyaran qalma, mən ağamın əlinnən cam 

dolu badə içmişəm, mana heç şey olası döylü. Əvvəlcən sinəmə bir 

neçə kəlmə söz gəlif, onu deyim, sonra düşmənə güjümü göstərərəm. 

Koroğlu bunu deyif, bir “Keşişoğlu” qaydasınnan görək nə dedi, 

sizdərə can sağlığı. 

Xotkar üstümüzə cari buyurdu, 

Döyüşərəm, dönmərəm, edərəm cəngi. 

Ac qarınqay kimi doyursa məni 

Mən qəbul etmərəm bu namı-nəngi. 

Hasan paşa o tərəfdən nərə çəkif dedi: 

– Ayə, yetimin biri, sənin atayın başına gətirdiyimi sənin başına 

gətirəjəm, sən mənim bu qoşunumu az şil-küt elə. 

Aldı Koroğlu: 

Əlli nədi, altmış nədi, yüz nədi, 

Mən bilmənəm hərzə-hərzə söz nədi, 

Qabağımda dərə, təpə, düz nədi, 

Mənəm əsil kirvələrin pələngi. 

Hasan paşa dedi: – “Aya, a Koroğlu, a korun oğlu, sən korun oğlusan, 




sən nəyə arxalanersan, kimə güvənersən ki?! Mənim qoşunumu niyə 

belə qırersan? 

Koroğlu dedi: 

– Qulaq as, gör kimə arxalaneram. 

Koroğlu: 

Koroğlu der, xub yetişdim mən cana

Mən sərimi top eylərəm çovqana, 

Varıban gedərəm Təkə-Türkmana, 

Ollam Əli qullarının yekrəngi – 

– deyif, əlini uzatdı qılıncın dəstəyinə, bir dəli nərə çəkdi, yer-göy 

titrədi, qoşunu pencər kimi biçməyə başladı. Koroğlu gördü ki, bir 

yannan qırdıxcan qoşun bir yannan daha da arter, fikirrəşdi ki, burdan 

qaçıf başını qurtarmax lazımdı. Qoşunun seyrək yerinnən bir səmt 

tapıf, sağa-sola qılınc çala-çala mağaranın ağzına gəlif, Bilqeys 

xanımı harayladı. Bilqeys xanım eşiyə çıxdı. Koroğlu onun qolunnan 

tutuf, alıcı quş kimi atın tərkinə qoymağınnan tərpənməyi bir oldu. 

Qoşun Koroğlunun dalınnan əl çəkmerdi. Ona qılınc, əmud çatan 

döyüldü, yolama çatan döyüldü. Geri yannan başladılar Koroğluyu oxa 

tutmağa. Oxun biri bir namərdin əlinnən şığıyıf Bilqeys xanımın kürəyinin 

ortasınnan sancıldı. Bilqeys xanım “of-of” deyif çığıranatana, 

Qırat üz qoydu Çənlibelin başına tərəf. Gəldilər çatdılar Qoşabulağın 

üstünə. Alı kişinin qavrının yanında Koroğlu atdan endi, Bilqeys 

xanımı ehtiyatnan atdan endirdi. Gördü, qız can verer. Koroğlu baxdı 

gördü qızdan o qədər qan axıf ki, dodaxları çart-çart oluf. Oydu ku, 

Qoşabulağın suyunnan bir oyuc Bilqeys xanıma içirtdi. Bilqeys 

yumulmuş gözdərini axırıncı dəfə açdı. Sevgili Koroğlusuna axırıncı 

dəfə həsrətnən baxıf: 

– Oğlumuz amanatı – deyif, gözdərini təzdən yumdu. 




Koroğlu Bilqeys xanımı atasının yanında dəfn elədi, ağladı, sızdadı, 

üz qoydu mağaraya tərəf. Gəldi mağaraya çatdı, hər yeri ələk-vələk 

elədi, uşağı tapa bilmədi, döndü bir də baxdı, heç bir şey hasil olmadı. 

Koroğlu hirsinnən heç Əsmər qarıya da baş çəkmədi. Fikirrəşdi ki, 

gedif qoja qarının dərdini daha da artırmıyım. Oydu ki, üz qoydu korpeşiman 

Çənlibelə tərəf. Qoşabulağa çatdı, gəldi göz yaşını yüdü. 

Gəlif atasıynan Bilqeys xanımın qavırları arasına uzanıf, təzdən ağlamağa 

başdadı. Bir müddətdən sonra gözünə yuxu getdi. 

Koroğlu burda yatmaxda olsun, eşit Əsmər qarıdan. Əsmər qarı 

gördü ki, Koroğlu Bilqeysi də tərkinə alıf qaçdı, əmbə uşax qucaxlarında 

döyülü. Gözdədi, ara sakitdəşənnən sonra mağarıya gəldi gördü 

ki, bir canavar uşağı əmizdirir. Qarı bir az xəlvətə çəkilif gözdədi, 

canavar çıxıf getdi. Oydu ku, uşağı bələyinə püküf, sağına-soluna baxabaxa 

öz komasına gətirdi. Uşağın bələyini aşdı, uşax Koroğlunun qolçağındaydı. 

Uşağı yüdü, təmizdədi, quruladı. Qoyun südü pişirif uşağı 

yedizdirdi. Beləjə bu münvalnan bu uşağı qoyun südünnən böyütməyə 

başdadı. Günü günnən uşax böyüməyə başdadı, atalar der: “cideyi 

çuvalda gizdətmək olmaz”. Qonum-qonşu bildi kin, Əsmər qarının 

öyündə bir körpə var. Hərə bir yannan Əsmər qarıdan soruşordu: 

– Ay qarı, bu uşax kimindi, hanı onun ata-anası? 

Əsmər qarı hərəsinə bir cavaf vererdi. Derdi nəvəmdi, gətirif 

yanımda saxlayıram. 

Derdilər: 

– Ağbirçək qarısan, axı niyə yalan danışersan? Sənin ki, öyladın 

yoxdu, niyə dersən nəvəmdi? 

Qarı bir gün hirsdəndi, hamıyı söydü biyavır elədi. Dedi: 

– Belə heç kimim yoxdu, gedif İstanbuldan pulnan alıf gətirmişəm, 

özümə oğul eləmişəm, dərdi sizəmi qalıf?! 




Bəli, bu xavar getdi Hasan paşaya çatdı ki, bəs deməzsənmi, filan 

qarıda bir tappa uşax var. Hasan Paşa Əsmər qarıyı yanına çağırtdırdı, 

dedi: 

– Qarı, sən o uşağı mana satmalısan! 



Qarı dedi: 

– Paşa sağ olsun, sənin əmrin mana Allahın əmrinnən də üstündü. 

Əmbə mana da yazığın gəlsin, mən istəyirəm onu böyüdüm, gələcəkdə 

mana da bir sahıf çıxan, qəvrimi ziyarət eliyən olsun. 

Hasan paşa dedi: 

– Qarı, sən heç şeyin fikrini çəkmə, sənin bu dünyalığıyın da, o 

dünyalığıyın da xarcı mənim boynuma. 

Bunu deyif, Hasan paşa xəznadarı çağırtdırdı, qarıya bir kisə qızıl 

verif yola saldı. Qarı komasına gəlif Koroğlunun bazubəndini uşağın 

qoluna bağlayıf, üzünnən-gözünnən öpdü. Hasan paşanın adamlarınnan 

uşağı da götürüf saraya gəldilər. 

Qarı dedi: 

– Paşam sağ olsun, özün görərsən ki, qocalıf əldən tüşmüşəm. 

Günnərimi sayeram, mümkünsə onun qoluna taxdığım o bazubəndə 

heç kim toxunmasın, qoy körpə balama mənnən yediyar qalsın. 

Hasan paşa Əsmər qarının sözünü yerə salmadı. Paşa dedi: 

– Qarı, bə bu uşağın adı nədi, nə qoymuşdun onun adını? 

Əsmər qarı, yazıx-yazıx dedi: 

– Paşam sağ olsun, onu qoyun südünnən bəsləmişəm, onçun da 

adını Ağcaquzu çağırerdım. İndi bunnan sora özünüz bilərsiniz. 

Hasan paşanın qarıya yazığı gəldi. Dedi: 

– Qarı, sən nə ad qoyufsan, biz o adnan da çağırajayıx balamızı. 

Bunu deyif qarıya gənə də axçadan, qızıldan verdilər, yola saldılar. 



Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə