Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə52/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   48   49   50   51   52   53   54   55   ...   112

gətirsinlər. Elə ki, gətirdilər, ikisini də götürək. Birbaş çıxıb gedək. 

Bizim Ələmqulu xanın yanında nə işimiz var? Sonra ortalıqda hiyləmiylə 

olar. Xan tayfasına bel bağlamaq olmaz. 

Gürcüoğlu dedi: 

– Yox, Tanrıtanımaz, hər nə desən de, bunu demə. Biz gərək xanın 

yanına gedək. Getməsək heç olmaz. 

Dəmirçioğlu dedi: 

– Tanrıtanımaz, Gürcüoğlu ayrı fikirlə deyir. Amma ki, biz xanın 

yanına getməliyik. Yoxsa sən deyən kimi eləsək, elə biz də olarıq 

xanların, paşaların tayı. Day ondan sonra heç kəs bizim sözümüzə 

inanmaz. Bir də deyərlər ki, Koroğlu dəliləri qorxdular. Lap hiylə də 

olsa, biz gərək gedək. Amma ki, işimizi də möhkəm tutaq. 

Dəlilər soruşdular: 

– Necə? 


Dəmirçioğlu dedi: 

– Belə ki, bizim birimiz gərək atla qulu götürüb Çənlibelə aparaq. 

Koroğluya çatdıraq ki, işdi hiylə-zad olsa, atla qul əldən getməsin. 

İndi deyin görüm, Çənlibelə hansınız gedəcəksiniz? 

Gürcüoğlu Məmməd üzünü Tanrıtanımaza tutub dedi: 

– Tanrıtanımaz, sən özün bilirsən ki, mən dost yolunda candan 

keçərəm. Amma bu yerdə gərək sən mənə kömək eləyəsən. O necə 

deyirlər, ölmüşəm, yerdən götür. Mən gərək o xanın məclisinə gedəm. 

O qıza heç olmasa bir doyunca baxam. Mən ölüm, sözümü yerə salma! 

Tanrıtanımaz dedi: 

– Sən niyə ölürsən? Qurban olsun sənə at da, qul da, Ələmqulu 

xanın özü də. Hələ desən, lap Ələmqulu xanın... 

Gürcüoğlu Məmməd tez onun sözünü kəsdi ki: 

– Amandı elə söz demə! 




Dəlilər gülüşdülər. Bu dəmdə bir də gördülər ki, dəstə gəlir. 

Ərəbatı da gətirirlər, qulu da. 

Tanrıtanımaz dedi: 

– Eybi yoxdu. Siz gedin Ələmqulu xanın yanında keyf eləyin. Mən 

də bu keyfin əvəzini yolda quldan çıxacağam. 

Dəmirçioğlu dedi: 

– Ancaq biz Ələmqulu xanın yanında bircə gün qalacağıq. Sabah 

axşam Çənlibeldə olacağıq. Olduq, olduq. Olmadıq, onda bilin ki, o 

necə deyərlər, başımız əlimizdə deyil. Koroğluya elə beləcə deyərsən. 

Sonrasını özü bilər. Hər necə ki, eləmək lazımdı, özü elər. 

Bəli, dəstə gəlib çatdı. Ruqiyə xanım atı da, qulu da Dəmirçioğluna 

verib dedi: 

– Əl-əhdi minəl-vəfa. Biz öz vədimizi yerinə yetirdik. Siz də öz 

sözünüzün ağası olun. 

Dəmirçioğlu dedi: 

– Bizə Koroğlu dəlisi deyərlər, xanım! Bizdə xilaf söz olmaz. 

Ondan Dəmirçioğlu götürüb qulu mindirdi Tanrıtanımazın atına. 

Ayaqlarını da atın qarnının altında möhkəm-möhkəm bağladı. Qul 

başladı yalvarmağa ki: 

– Bir qələtdi eləmişəm. 

Dəmirçioğlu dedi: 

– Bizə heç zad demə! Hər nə ki sözün var, Çənlibeldə Koroğluya 

deyərsən. 

Elə ki, qulun işi düzəldi, ondan Tanrıtanımaz da Ərəbata minib onu 

saldı qabağına. Elə yol başlamaq istəyəndə Dəmirçioğlu dedi: 

– Ayə, Tanrıtanımaz, sən Tanrısız, Allahsız bir adamsan. Yolda 

acıqın tutar, ona bir şey-zad eləyərsən ha... Bax, Çənlibelə salamat 

apar çıxart! 




Tanrıtanımaz dedi: 

– Tanrını da tanımasam, Koroğlunu tanıyıram. Elə şey eləmərəm. 

Bunu deyib, Tanrıtanımaz ata dəydi. Qul da qabağında Çənlibelə 

tərəf yola başladı. Dəmirçioğlu o qədər gözlədi ki, onlar gedib gözdən 

itdilər. Ondan üzünü Ruqiyə xanıma tutub dedi: 

– Xanım, indi biz sizin qulluğunuzda hazırıq. Haraya deyirsən 

gedək! 

Ruqiyə xanım dedi: 



– Qulluq sahibi olasınız! Buyurun! 

Ruqiyə xanım düşdü qabağa. Dəmirçioğlu sağ tərəfində, Gürcüoğlu 

Məmməd sol tərəfində, qalan adamlar da onların dalınca şəhərə 

tərəf yol başladılar. Bəli, şəhər qapıları taybatay açıldı. Qoşun çıxdı 

istiqbala. Qurbanlar yıxıldı yerə, cahi-cəlal ilə gəlib çatdılar xanlar 

qapısına. Ələmqulu xan özü yerindən durub onları pişvaz elədi. Əllərindən 

tutub məclisə gətirdi. Birini sağ tərəfində oturtdu, birini də sol 

tərəfində. Vəzir, vəkil, hamı yerli-yerində əyləşdi, sonra məclisin 

yuxarı tərəfində bir ipək pərdə asdılar. Ruqiyə xanım da öz başının 

qızları ilə gəlib bu pərdənin dalında qərar tutdu. Ələmqulu xan başladı 

söhbətə. Bir az oradan danışdı, bir az buradan danışdı, axırı mətləb 

üstə gəlib dəlilərdən üzrxahlıq elədi. 

Amma məclisdə nə danışıldısa Gürcüoğlu Məmməd heç birini 

eşitmədi. Gözləri elə zillənib qalmışdı pərdənin dalında. Dəmirçioğlu 

hətta bir-iki dəfə onu dümsüklədi də, bir şey çıxmadı. 

Elə ki, xan üzrxahlığını elədi, yemək-içmək başlandı. Saqi girdi 

məclisə. Ələmqulu xan dəlilərə burada bir qonaqlıq verdi, bir qonaqlıq 

verdi ki, nə deyim. Yedilər, içdilər, çalğıçılar çaldı, oxuyanlar oxudu, 

gecədən də bir pas keçmiş məclis dağıldı. Hamı yatdı. Amma sən gəl 

ki, ilan vuran yatdı, amma nə Dəmirçioğlunun gözünə yuxu getdi, nə 




də Gürcüoğlu Məmmədin. Səhəri beləcə açdılar. Dan yeri söküləndə 

Dəmirçioğlu qalxdı ki: 

– Dur! Getmək lazımdı. 

Gürcüoğlu dedi: 

– Dəmirçioğlu, ölümə desən bu saat gedərəm. Amma ki, Ruqiyə 

xanımı aparmamış buradan gedəsi deyiləm. 

Dəmirçioğlu dedi: 

– Ayə, dəli olma, axmaq olma, biz qızı necə apara bilərik? Buna 

aləm nə deyər? Koroğlu nə deyər? Biz kişi ilə dost olmuşuq, çörək 

kəsmişik. 

Gürcüoğlu dedi: 

– Bəs necə eləyək? 

Dəmirçioğlu dedi: 

– Heç zad. Necə eyləyəcəyik. Gedərik, mən əhvalatı Koroğluya 

deyərəm, elçi göndərərik, alarıq. 

Gürcüoğlu dedi: 

– Onda bir gün də qalaq. Heç olmazsa bircə dəfə də, pərdə dalından 

da olsa, onu görüm, sonra gedək. 

Dəmirçioğlu nə qədər elədisə bir şey çıxmadı. Gürcüoğlunu yola 

gətirə bilmədi. Axırda çar-naçar qaldı. 

İndi bunlar burada qalmaqda olsunlar, eşit Çənlibeldən. 

Tanrıtanımaz sağ-salamat Çənlibelə gəlib atı da, qulu da Koroğluya 

verdi. Qul düşdü Koroğlunun ayaqlarına. Koroğlu heç ona tərəf 

baxmadı da. Dəli Həsənə işarə elədi ki: 

– Apar, sal ağasının yanına. Qoy uşaqlar da gəlsinlər, sonra onların 

işinə baxacağam. 

Qulu da Əhməd tacirbaşının yanına salıb, başladılar Dəmirçioğlugili 

gözləməyə. Gündüzü gözlədilər, gecəni gözlədilər, sabahı da 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə