Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə50/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   46   47   48   49   50   51   52   53   ...   112

Dəmirçioğlu, Gürcüoğlu Məmməd, bir də Tanrıtanımaz səhər 

təzəcə açılanda çatdılar haman yol ayrıcına. Xoşbaxtlıqdan o gecə də 

yaman şeh düşmüşdü. Baxdılar ki, at ləpirləri ayrıldı. Ləpirin biri gedir 

Bayazidə tərəf. Amma o biri ayrılıb düşüb ikinci yola. Dəlilər bildilər 

ki, Bayazidə tərəf gedən ləpir Qıratındı, ikinci yola gedən Ərəbatın. 

Onlar da atların başını döndərib düşdülər haman yola. Gəlhagəl, gəlhagəl, 

gəlib çatdılar Ələmqulu xanın kövşəninə. Elə şəhərə tərəf gedirdilər, 

bir də baxdılar ki, budu, bir atlı çaparaq gəlir. Dəmirçioğlu dedi: 

– Dayanın, bu atlı şəhərdən gəlir. Qoy gəlsin, bəlkə bundan bir şey 

öyrəndik. 

Dayanıb başladılar gözləməyə. Atlı gəlib çatdı. Sən demə, bu, Hasan 

paşanın yanına gedən qasiddi. Tanrıtanımaz ata bir qırmanc göstərib, 

aldı qasidin başının üstünü. Dedi: 

– Ayə, dayan görüm kimsən? Haradan gəlib, haraya gedirsən? 

Qasid dedi: 

– Ələmqulu xanın qasidiyəm, Toqata gedirəm. Hasan paşaya namə 

aparıram. 

Tanrıtanımaz soruşdu: 

– Nə namə? 

Qasid dedi: 

– Əhməd tacirbaşını quldurlar soyublar. Mallarını alıb, özünü də 

əsir eləyiblər. İndi onun xəbərini aparıram Hasan paşaya. 

Elə bu sözdə Dəmirçioğlu çatdı. Dedi: 

– Ələmqulu xan bu işi haradan bilib? 

Qasid dedi: 

– Əhməd tacirbaşının qulu xəbər gətirib. Altında da bir yaxşı at var 

idi, bağışladı Ələmqulu xana. O da əvəzində ona söz verdi ki, xəbəri 

Hasan paşaya çatdırsın. 




Tanrıtanımaz dedi: 

– Naməni bəri ver görüm! 

Qasid dedi: 

– Niyə verim? 

Qasid elə bunu deməyini gördü. Bayaq Tanrıtanımaz tutdu qasidin 

xirtdəyindən ki: 

– Ayə, necə yanı niyə verim? 

Qasidin gözləri çıxdı kəlləsinə. Dəmirçioğlu bir təhər ki, qasidi 

onun əlindən alıb buraxdı. Elə ki, qasidin ağlı başına gəldi, Dəmirçioğlu 

ona dedi: 

– Əhməd tacirbaşını quldurlar tutmayıb. Əhməd tacirbaşını tutan 

Koroğludu. O qul hər nə deyibsə, hamısını yalan deyib, o at da ki, o, 

xana bağışlayıb, o da Koroğlunun atıdı. İndi buradan birbaş qayıdarsan 

Ələmqulu xanın yanına. Ona deyərsən ki, Koroğlunun üç dəlisi gəlib

qulu da, atı da istəyirlər. 

Qasid birbaş qayıtdı Ələmqulu xanın yanına. Ələmqulu xan əhvalatdan 

xəbərdar olcaq, hökm elədi qoşun yeridi. Dəmirçioğlu baxdı ki, 

qulun əvəzinə, budu qoşun gəlir... 

Başa düşdü ki, Ələmqulu xanın fikri özgədi. Üzün yoldaşlarına 

tutub dedi: 

Dağlara düşüb alaça, 

Payızdımı, yazdımı ola? 

Deyəsən qurd-quş hərlənir, 

Qarğadımı, qazdımı ola? 

Üstümüzə gəlir qənim, 

Gəldiyini sizə deyim. 

Yarı sizin, yarı mənim, 

Söhbətdimi, sazdımı ola? 




Dəlilər baxdılar ki, qoşun gəlir. Sən demə Dəmirçioğlu qoşunu 

qarğaya, qaza oxşadırmış. Gürcüoğlu Məmməd dedi: 

– Dəmirçioğlu, orasını çox düz deyirsən ki, “söhbətdimi, sazdımı 

ola”. Çoxdandı ki, dava eləməmişik. Bu dava bizim üçün elə söhbətsaz 

kimi bir şey olacaq. Amma yarı özünə götürüb, yarı bizə verməkdə 

yaxşı eləmirsən. Bu, yoldaşlıq olmadı. Sən bizim ikimizi bir adam, 

özünü də bir adam hesab eləyirsən. İndi ki, belə oldu, mən gedirəm. 

Dəmirçioğlu gördü ki, söz Gürcüoğlu Məmmədə dəyib. 

Aldı, sözün üçüncü xanəsini dedi: 

Qarşımızda şikar gördüm, 

Gizlin deyil, aşkar gördüm. 

Hər nə ki var, sənə verdim, 

Yoxsa payın azdımı ola? 

Elə bu sözdə qoşun gəlib çatdı. Tanrıtanımazla Gürcüoğlu Məmməd 

qılıncları çəkdilər ki, dava başlasınlar. Dəmirçioğlu qoymadı, dedi: 

– Dayanın! Qoy görək hələ bunun fikri nədi? Biz ondan öz atımızı 

istəyirik. O bizdən nə istəyir ki, belə qoşun gətirib. 

Atını sürüb gəldi qoşunun qabağına. Aldı, görək Ələmqulu xana nə 

dedi: 

Gəl sənə söyləyim, Ələmqulu xan! 



And verirəm, bu gün döyüş olmasın! 

Kükrəyib aslan tək axıdaram qan, 

And verirəm, bu gün döyüş olmasın! 

Çəkərik qılıncı, kəsərik yolu, 

Bizik dəlilərdə üç dəli-dolu

Hələ gəlməyibdi o qoç Koroğlu 

And verirəm, bu gün döyüş olmasın! 

Mərd igidlər müxənnətdən sapılsın, 




Qarı düşmən dərələrə təpilsin, 

Gərək Koroğlunun atı tapılsın, 

And verirəm, bu gün döyüş olmasın. 

Ələmqulu xan elə bildi ki, Dəmirçioğlu belə deməkdə qoşundan 

qorxur. Hay vurdu ki: 

– Tutun, qollarını bağlayın! Atlarını da əllərindən alın! 

Qoşun yeridi dəlilərin üstünə. Misri qılınclar çəkildi. Dəmirçioğlu 

üzünü yoldaşlarına tutub dedi: 

Misri qılınc alın ələ, 

Siz o yandan, mən bu yandan!.. 

Al qanı döndərək selə 

Siz o yandan, mən bu yandan!.. 

Düşmanın qəddini bükək, 

Başlar kəsib, yerə tökək, 

Xan qoruğunda turp əkək 

Siz o yandan, mən bu yandan!.. 

Haydı düşmanın tuşuna, 

Qan udduraq bu qoşuna, 

Gələk Koroğlu xoşuna, 

Siz o yandan, mən bu yandan!.. 

Söz tamam oldu. Dəlilər ac qurd kimi özlərini vurdular Ələmqulu 

xanın qoşununa. Axşam qaş qaralanacan bu qoşuna bir vay verdilər ki, 

dünyanı Ələmqulu xanın başına dar elədilər. Xan dava başlamağına 

peşiman oldu. Ancaq day iş o yerdən keçmişdi. Axşam üstü xan hökm 

elədi. Qoşun qayıdıb şəhərə doldu. Qapıları da bərk-bərk bağladılar. 

Onlar oturub səhəri gözləməkdə olsunlar, eşit dəlilərdən! 

Dəlilər dedilər: “Beləliklə biz nə atı, nə də qulu ala bilməyəcəyik. 

İndi şəhərə də girsək onları tapmaq olmayacaq. Bəs biz nə eləyək ki, 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə