Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə49/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   45   46   47   48   49   50   51   52   ...   112

Koroğlu qayıtmaz, xərac almağa

Cida işlətməsə, qılınc çalmasa, 

Bu gün Eyvaz xanı ələ salmasa, 

Dişlərini bir-bir qıraram, paşa! 

Xəlil paşa dedi: 

– Bu necə aşıqdı? Ağzından qan iyi gəlir. Ölləm-öldürrəm deyir. 

Vəzirə əmr elədi ki: 

– Qovun bunu getsin! 

Vəzir dedi: 

– Paşa sağ olsun, aşığı qovmaq olmaz, gedər bizi özgə yerlərdə 

pisləyər, biyabır eləyər. Sən dedin Koroğludan oxu, o da Koroğludan 

oxudu. Koroğlunun sözləri asmaqdan, kəsməkdəndi də! 

Xəlil paşa dedi: 

– Yaxşı, oxusun. 

Koroğlunun dalınca dəlilər də məclisdə adamların arasına doluşdular. 

Koroğlu qızmışdı, gözü ayağının altını görmürdü. Bir də göz 

gəzdirdi, dəliləri məclisdə gördü. Aldı görək nə dedi: 

Xəbər olsun Bayazidin elinə

Aparram Eyvazı, qala qoymaram! 

Deyin sultanlara köç eləməsin, 

Bu qisası Rüstəm Zala qoymaram! 

Bilmirəm baharam, yoxsa ki, qışam, 

Qorx o zamandan ki, qaynayam, coşam, 

Qırılmaz qayayam, tərpənməz daşam, 

Fərhad külüyünü çala qoymaram! 

Aladı gözləri, qaşları yağı, 

Nigar olub xan Eyvazın dustağı, 

Çənlibeldi Koroğlunun oylağı, 

Şah da gələ Çənlibelə qoymaram! 

Dəlilər Koroğlunun nərəsini eşidib, qılınclarını çəkdilər, paşaya, 

vəzirə, vəkilə, qoşun böyüklərinə hücum elədilər. Qoşun xəbər tutub 

yeridi. Koroğlu halı belə görüb aşıq paltarını atdı, Misri qılıncı çəkib 

özünü Xəlil paşaya yetirdi. Xəlil paşa əl qılıncda, Koroğluya hücum 

elədi. Koroğlu bir həmlədə Xəlil paşanın qılıncını əlindən alıb, kənara 

atdı. Boğazından tutub ayağının altına saldı. Başını kəsmək istəyəndə 

Xəlil paşanın bacısı Nərgiz xanım özünü yetirdi, yalvarıb dedi: 

– Koroğlu, qardaşımı mənə bağışla! 

Koroğlu Xəlil paşanı bacısına bağışladı. Xəlil paşa qoşunu ilə 

Koroğluya təslim oldu. Koroğlu davadan əl çəkib, özünü zindana yetirdi. 

Bir güc verib zindanın qapısını qırdı. İçəri girib dəliləri zəncirlərdən 

azad elədi. Xəlil paşa qorxudan Koroğluya yeddi ilin bac-xəracını 

verdi. 


Koroğlu əlavə Xəlil paşadan üç yəhərli, yüyənli at alıb Eyvaza, 

Halaypozana, Toxmaqvurana verdi. Hökm elədi dəlilər atlandılar. Çardaqlı 

Çənlibelə yola düşdülər. Hər yerdən keçdilər, gəldilər sağ-salamat 

Çənlibelə çatdılar. Atlardan düşdülər. Yenə keyf məclisi qurdular. 




Qoyun kəsib kabab çəkdilər. Yedilər, içdilər, damağları duruldu, keyflər 

çağaldı. Koroğlu sazı sinəsinə basıb aldı görək nə dedi: 

Məclis qurduram həmişə, 

İşrətim, damağım ola, 

Əmliklər çəkdirəm şişə, 

Bir ağır yığnağım ola. 

Çənlibeldə köçüm, qonum, 

Atlasdan biçdirəm donum, 

Ortadan qalxmaya xonum, 

Gündə yüz qonağım ola. 

Vuram xotkar, tutam paşa, 

Xanlar məndən çəkə haşa, 

Bu dövranım vara başa, 

Sönməyən sırağım ola. 

Eyvaz imdadıma çata, 

Dəli Həsən şeşpər ata

Sıçrayam, minəm Qırata, 

Bəlli Əhməd dayağım ola. 

Şir qanı ola qanımda, 

Qorxu olmaya canımda, 

Dəlilər ola yanımda, 

Qırram yüz min yağım ola. 

Düşmən qanın içəm doyam, 

Müxənnət gözlərin oyam, 

Çəkəm bəzirganlar soyam, 

Tacirlər dustağım ola. 

Koroğluyam, savaşımda, 

Qılınc yarası başımda, 

Nigar əyləşə qarşımda, 

Keçən cavan çağım ola. 

 

 

 



 

 

 



 

 

 




Koroğlu dastanı 

"Qulun qaçması" qolu 

Eşit quldan! 

Elə ki, qul Koroğlunun qorxusundan yolu dəyişdirdi, dayanmayıb, birbaş atı sürdü Ələmqulu 

xanın yanına. 

Ələmqulu xan varlı-karlı, dövlətli xan idi. Kəndləri, bağları, sürüləri, ilxıları, naxırları, o necə 

deyərlər, bircə donuzu əskik idi.  

Dövləti yer batırırdı. Deyərlər ki, hərə bir şeyin bazı olar. Bu Ələmqulu xanın da bir xasiyyətini 

sənə deyim ki, yaman atbaz idi.  

Bunun bir ilxısı vardı ki, dünyada olan atların hər rəngindən, hər yaşarından bu ilxıda 

bir cüt var idi: bir erkək, bir dişi.  

Elə ki, qul gəlib çıxdı bura, Ələmqulu xana xəbər verdilər ki, bəs bir qara qul gəlib, amma 

altında bir at var, bir at var ki, ruzikarın gözü belə at görməyib. Özü də səni görmək istəyir. 

Xan hökm elədi. Qulu atı ilə bərabər çəkdilər onun hüzuruna. 

Ələmqulu xan baxdı ki, doğrudan da at, nə at?.. At deyil, bir bəzəkligəlindi. Özü də yerlə, göylə 

oynayır. Ələmqulu xanın gözü düşdü 

Ərəbata. Üzünü qula tutub soruşdu: 

– De görüm, kimsən? Nə karasan? Hardan gəlib, hara gedirsən? 

Qul dedi: 

– Xan sağ olsun, mən Əhməd tacirbaşının quluyam. Qafın anrı üzünə 

xırıda getmişdik. Qayıdan baş quldurlar düşdülər üstümüzə. Maldövləti 

aldılar. Karvan əhlinin də hamısını əsir eləyib apardılar. Bircə 

bu atın sayəsində mən canımı qurtarıb qaçdım. İndi mən gərək bu 

xəbəri Toqatda Hasan paşaya çatdıram. Ancaq qorxudan gedə bilmirəm. 

Quldurlar mənim qaçmağımı görüb dalımcan at saldılar. İndi, 

yəqin ki, bütün bəndləri, yolları kəsiblər. 

Ələmqulu xan getdi fikrə. Dedi: 

– Yaxşı, əgər mən bu xəbəri Hasan paşaya çatdırsam, mənə nə 



verərsən? 

Qul dedi: 

– Xan sağ olsun, mən bir qul adamam. Mənim nəyim var ki, sənə 

də nə verim? Dari-dünyada bir bu canımdı ki, o da öz ixtiyarımda 

deyil. Amma ki, sən bu xəbəri Hasan paşaya çatdırıb, Əhməd tacirbaşını 

ölümdən qurtarsan, o, səni dünya malından qəni elər. Hasan paşanın 

da yanında hörmət sahibi olarsan. 

Ələmqulu xan dedi: 

– Mənə dünya malı lazım deyil. Mən bu xəbəri Hasan paşaya çatdırram. 

Amma bir şərtlə. 

Qul dedi: 

– Bu canım qurban olsun sənə, xan, o şərt nə şərtdi? 

Ələmqulu xan dedi: 

– Şərt budu ki, gərək bu atı satasan mənə. Özün də ta ağan qurtarıncan 

mənə qonaqsan. Gedəndə də sənə ilxıdan ürəyin istəyən bir at 

verərəm. 

Qul dedi: 

– At da sənə qurbandı, mənim canım da. Ancaq adam göndəriləndə 

mənim də o adama tapşırılası sözüm var. 

Ələmqulu xan dedi: 

– Yaxşı. 

O saat əmr olundu, qasid hazırlandı. Namə yazıb verdilər qasidə. 

Üstəlik bir namə də qul yazdırıb verdi ona ki, bəs: “Hasan xan, Əhməd 

tacirbaşı Koroğlunun üç dəlisini ceyran əti adı ilə aldadıb göndərib 

Bayazid yazısına. Tez qoşun yeridib onları tutasan”. 

Bəli, elə ki, namələr hazır oldu, qasid bir yüyrək at minib düşdü yola. 

İndi qasid şəhərdən çıxmaqda olsun, qul da Ələmqulu xanın yanında 

qalmaqda, sənə deyim Dəmirçioğlugildən. 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə