Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə45/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   41   42   43   44   45   46   47   48   ...   112

Adındı Aypara, nəslin duduman

Ay qız, sənin adaxlındı Osman, 

Mən gəlmişəm alım burda qana-qan, 

Verib mənə nişan dəlilər səni. 

Aypara: 

Dəlilərin nolur burda olaydı, 

El-obanı çalıb-çapıb soyaydı, 

Ayparaynan baş yastığa qoyaydı, 

Heyifsən, ay oğlan görərlər səni. 

Koroğlu bir az da irəli gəlib Aypara xanımı təpədən dırnağa kimi 

süzdü, sazı döşünə basıb görək nə dedi: 

Mən gedəndə burda tikdirdim qala, 

Koroğlu dönübdü bu bürcü ala, 

Koroğlu boynuna qulac qol sala, 

Nişan verib mənə dəlilər səni. 

Koroğlu sözünü tamam elədi. Eyvana çıxıb Aypara xanımla qolqola 

verib girdilər otağa. Koroğlu burda bir neçə gün qalıb Ayparaynan 

keyf çəkməkdə olsun, sizə deyim Sənəmdən. 

Sənəmin də gözü Koroğluya düşmüşdü. Bir gün girəvə tapıb təklikdə 

Koroğluya dedi: 

– Gəl baş yastıq olaq. 

Koroğlu iki barmağıynan Sənəmin ağzından bir sillə vurdu. 

Sənəmin ağzı, burnu qanla doldu. Sənəm gəlib bulağa əl-üzünü yudu, 

tez özünü yetirdi Osmanın yanına. Çatcağın ona dedi: 

– Bəylik taxtın yıxılıb; anan qara geysin, nə durmusan. Aypara 

Koroğluya aşiq olub. Bu saat onun yanındadı. 

Osmanın əhvalı dəyişdi. O, bir tərəfdən qorxuya düşdü, o biri 

tərəfdən də qeyrət hissi onu boğdu. Osman at minib, qoşun götürüb 

Koroğlunun üstünə yeridi. 

İndi eşit Ayparaynan Koroğludan. 

Koroğluynan Aypara xanım oturmuşdular eyvanda. Çay içib söhbət 

eləyirdilər. Birdən Koroğlunun gözü sataşdı yola, gördü ki, Osman 

atdılarnan ona sarı gəlir. Tez sazı döşünə basıb dedi: 

Düşdü üzüyümün qaşı, 

Olmamışdım mən heç naşı. 

Sağ buraxdım qarabaşı, 

Çənlibeldə Eyvaz qaldı. 

Bu sözdən Aypara bir şey başa düşmədi. 

Xəbər aldı ki: – Nə olub? 

Koroğlu dedi: 

Nə təmizdi üzü ayın, 

Yoxdu Rum elində tayın, 

Sənəm çıxdı bizə xayın, 

Dörd yanımı düşmən aldı. 

Aypara bu sözü eşidən kimi Koroğlu baxan tərəfə baxıb gördü ki, 

Osman qoşunnan gəlir. Üzün tutub Koroğluya dedi: 




– Doğrudu, gəlirlər. Amma məəttəl qalmışam ki, Sənəm bizi nə 

üçün satıb. 

Koroğlu Sənəmnən olan əhvalatı Ayparaya danışdı. 

Aypara dedi: 

– İndi ki, məni bu qədər sevib vəfalı çıxıbsan, gəl mən səni davasızşavasız 

buradan qurtarım. 

Koroğlu dedi: 

– Mən gərək meydanda cövlan vuram. Osmana qan ağladam. 

Aypara xanım yalvarıb qoymadı. Durub gəldilər evə. Aypara xanım 

Koroğluya bir dəst arvad paltarı geyindirib bu biri qapıdan yola saldı. 

Koroğlu arvad paltarında çıxıb yolun bir tərəfində gizlənməkdə olsun, 

sizə deyim Osmandan. Osmangil bu tərəfdən gəlib çatdılar Ayparanın 

eyvanının qabağına. Eyvanı dövrəyə alıb dayanmışdılar ki, Koroğlu 

səsinin nazik yerinə salıb qışqıra-qışqıra atılıb üz qoydu Osmanın 

qoşununa sarı. 

Osman xəbər aldı ki, ay qarı, nə üçün qışqırırsan? 

Koroğlu dedi: 

– Necə qışqırmayım, Koroğlunun yeddi min yeddi yüz yetmiş 

yeddi dəlisi Xəlil paşanın evini alt-üst elədilər. 

Koroğlu bunu deyib gözdən itdi, dərəyə çəkilib əlini belinə qoyub 

dayandı. Osman əmr verdi ki, qoşun əmisinə köməyə qayıtsın. Qoşun 

qayıdanda əl atıb atdarın birinin cilovuna, çəkdi dərəyə. Atdını boğub 

atını aldı. Qılıncını bağlayıb belinə, gözlədi. Bu tərəfdən qoşun gözdən 

itib getdi. O biri tərəfdən də tək qalan Osman özünü yetirdi Ayparanın 

qapısına. Qapını döydü. Aypara xanım qapını açmadı. Bu dəmdə 

Koroğlu Osmana özünü yetirdi. Osmanın qolun bağlayıb atdı bir yana. 

Aypara xanım eyvandan baxırdı. Bunu görüb Koroğluya dedi: 

– At quyuya! 

Koroğlu Osmanı yernən sürüyə-sürüyə götürüb saldı dərin bir 

quyuya. Ağzına da bir dəyirman daşı çevirib çıxıb getdi Ayparanın 

yanına. Oturub keyfə başladılar. 

Dəlilər Koroğlunun yadından çıxmışdı. Koroğlu ikinci gün Ayparanı 

götürüb keçdi başqa bir yerə. Xəlil paşa işdən xəbərdar olub 

Koroğlunun dalısıncan adam saldı. Bu tərəfdən də Sənəm Koroğlunun 

dalısıncan gəzirdi. Koroğluynan Ayparanı tapa bilmədilər. Xəlil paşanın 

ovqatı təlx olub elan verdirdi ki, kim Koroğlunun yerini desə bir 

kisə qızıl verəcəyəm. 

Koroğlu dəlilərdən düz bir ildi ki, ayrılmışdı. Ayparadan bir oğlu 

olmuşdu. 

Dəlilər çox gözlədilər. Doqquz ay başa çatandan sonra Eyvaz dedi: 

– Dəlilər, gərək gedək Koroğlunun dalısıycan. Çünki Koroğlu 

bizdən çox ayrı düşsəydi bir ay düşərdi. Amma doqquz aydı ki, ondan 

xəbər yoxdu. Gəlin üç aylıq yolu bir aya başa vurub gedək Koroğlunun 

dalısıycan. Dəlilər razı olub Qıratı da özləriynən götürüb getdilər. 

Dəlilər oba-oba, şəhər-şəhər gəzib Koroğlunu axtarırdılar. 

Dəlilər gəzməkdə olsun, xəbər verək Xəlil paşadan. Xəlil paşa 




elan verdirmişdi ki, kim Koroğlunun yerini bilib desə bir kisə qızıl 

verəcək. 

Sənəm Koroğlunun əlindən yanıqlıydı. Özlüyündə and içdi ki, 

harda olsa Koroğlunu tapacam. Düşüb oba-oba onu gəzdi. 

İndi xəbər verək Koroğludan. 

Koroğluda bir xasiyyət vardı, həmişə işi bərkə düşəndə, ya pis 

yuxu görəndə çıxıb hündür bir yerdə namaz qılardı. Koroğlu dəliləri 

yuxuda görüb, əhvalı bir az dəyişmişdi. Qalaçanın təpəsinə çıxıb namaz 

qılırdı. Sənəm də el-obanı gəzib gəlib çıxmışdı bura. Birdən gördü ki, 

ucadan səs gəlir. Sənəm yeridi irəli, gəlib yetişdi qalaçaya, baxıb 

diqqət etdi ki, Koroğlu burdadı. Ayparanın da qucağında uşaq eyvanda 

gəzişir. Tez özünü Xəlil paşaya yetirib dedi: 

– Koroğlunun yerini tapmışam. Qızın Aypara xanım da onun yanındadı. 

Xəlil paşa əmr verdi ki, qoşun hazır olsun. Qoşun hazır oldu. Sənəm 

qoşunu birbaş götürüb çıxartdı Koroğlu olan yerə. Sənəm qoşuna 

sərkərdəlik edib qoşunu dağın döşündə gizlətdi. Gecədən xeyli keçmişdi 

ki, Sənəm qoşunu götürüb gəldi Koroğlunun qalaçasına. Sənəm 

kəmənd atıb düşdü həyətə. Qapını açıb qoşunu çəkdi içəri. Eyvana çıxıb 

gördü ki, Koroğlu Aypara xanımnan yatıb. Uşağı da qoyublar özlərindən 

bir az aralı. Əmr verib tez Koroğlunun, Ayparanın əl-ayağını 

bağlatdı. Bir vədə Koroğlu uşağın səsinə ayılıb gördü ki, düşmən dört 

tərəfi alıb. Burda bir qapa qapdı ki, gəl görəsən. 

Koroğlu bir uşağa, bir də Ayparaya baxıb dedi: 

Dərələrdə ucalıbdı bol qamış, 

Qamışı qırmağa gəlibdi camış, 

Biz yatmışıq, Sənəm çoxdan oyaqmış, 

Oyan, qollarımı Sənəm bağladı. 

Aypara xanım səs ayıldı. Amma yuxuluydu. Oturub yerinin içində 

baxırdı, bilmirdi ki, nə olub. İstədi gözlərini ova ki, yuxusu qaçsın, 

gördü qolları bağladı. Koroğlu alıb dübarə dedi: 

Düşman gəlib dörd tərəfim haxladı, 

Koroğlunun ürəyini dağladı. 

Bu məclisdə Koroğludu ağladı, 

Ayıl, qollarımı Sənəm bağladı. 

Koroğlu dartınıb qollarını açdı, oğlunun qoluna bir bazu bənd bağladı. 

Sənəm Aypara xanımı, Koroğlunu, bir də uşağı götürüb qatdı 

qoşunun qabağına. Üz qoydular Xəlil paşanın imarətinə sarı. Sənəmgil 

yolda Koroğlunun uşağını bir daşın dibinə qoyub çıxıb getdilər. 

Xəlil paşaya xəbər çatdı ki, Koroğlu tutulubdu. Paşa əmr elədi ki, 

Koroğlunu aparıb salsınlar quyuya. Qızı Ayparanı da zindana saldırdı. 

Koroğlunu gətirib bir dərin quyuya saldılar. 

Sizə xəbər verək bir qarıdan. Yaxınlarda bir qarı özünə ev tikmişdi, 

həyətində toyuq-cücə saxlamaqla məşğul olurdu. Qarının bir iti 

var idi. İt təzəcə doğmuşdu. İt bir gün bir çaqqal səsi eşidir, çıxıb üz 

qoyur səsə tərəf. Gəlib bir daşın dibində ay yarımlıq bir oğlan uşağı 

tapır. İtin uşağa yazığı gəlir. İstəyir onu aparsın, görür ki, uşaq acdı. 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə