Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə43/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   39   40   41   42   43   44   45   46   ...   112

Amandı qoç dəlilərim 

Qoyma dönsün qəlbi qana! 

Ondan üzünü meydanda duran Hürü xanıma tərəf tutub dedi: 

Dayanıbdı o, xan kimi, 

Baxır sənə sultan kimi, 

Qalx, alıcı tərlan kimi 

Təzədən gir bu meydana! 

Qılıncın ağzı zağlıdı, 

Dostunun yolu bağlıdı, 

Koroğlu qəlbi dağlıdı, 

Qoyma batsın çən-dumana! 

Elə bil ki, Koroğlunun sözlərindən Eyvaza qüvvət gəldi. Bir güc 

verib Ərəb Reyhanın əlindən qurtardı. Dəlilərin əhsən səsi göyə ucaldı. 

Eyvaz bir dəfə meydanı hərlənib dedi: 

Koroğlu buyurub buyruğu, 

Gərək mən sənin, mən sənin. 

Çəkib qopardam boynunu 

Gərək mən sənin, mən sənin. 

Bir ac qurdam, gəldim bura, 

Əyri qılınc boynun vura, 

Gözaltını alam sora 

Gərək mən sənin, mən sənin. 

Eyvazam, gərək yetirəm, 

Hürüyə qulluq bitirəm, 

Adın dünyadan itirəm 

Gərək mən sənin, mən sənin. 

Sözünü qurtarıb qızmış nər kimi özünü atdı Ərəb Reyhanın üstünə. 

Elə birinci həmlədə Ərəb Reyhanı vurub sərdi yerə. Day aman verməyib 

düşdü üstünə. Bu dəfə də Eyvaz Ərəb Reyhanın çiyin damarlarını 

keçirtdi barmaqlarına. Ərəb Reyhanın ağzı başladı köpüklənməyə, 

Koroğlu işi belə görəndə dedi: 

Yaxşı yerdə axşamladın, 

Ərəb oğlu, Ərəb oğlu. 

Boynuna kəfən doladın, 

Ərəb oğlu, Ərəb oğlu. 

Döyül bir də bac verəsi, 

İndi alar can kirəsi, 

Sənsən yer-yurdun birəsi, 

Ərəb oğlu, Ərəb oğlu. 

Tanı Koroğlu soyunu, 

Gör cida təki boyunu, 

Açdı başına oyunu, 

Ərəb oğlu, Ərəb oğlu! 

Eyvaz birdən Ərəb Reyhanın çiyinlərini buraxıb yapışdı bel kəmərindən. 

Bir “ya mədəd!” – deyib dik qaldırdı göyə, vurub yerə, çökdü 

sinəsinə. 




Meydan qarışdı bir-birinə. “Əhsən, əhsən!” səsindən qulaq tutuldu. 

Koroğlu minarədən üzün Ərəb Reyhana tutub dedi: 

Uca dağların başında 

Duman olu, çiskin olu. 

Qar yağıban girdə bağlar 

Acı yellər əskin olu. 

Bir igidin zatı olsa, 

Qolunun qüvvəti olsa

Meydan görmüş atı olsa, 

Zülfüqarı kəskin olu. 

İgidə yoldaş olmasa, 

Bir qoşuna baş olmasa, 

Hu deyib savaş olmasa, 

Ağır leşkər basqın olu. 

Alıcı quşlar əllərdə 

Ovlağı olar göllərdə, 

Qərib igid, yad ellərdə 

Dinə bilməz, miskin olu. 

Ögünmə quzum, ögünmə, 

Daşlar alıban dökünmə, 

Hu deyib meydana girmə

Əl var əldən üstün olu. 

Bunu deyib, Koroğlu işarə elədi. Eyvaz xəncəri çəkib dayadı Ərəb 

Reyhanın boğazına. Onda döndü Koroğluya tərəf ki, görsün onun fikri 

nədi. Koroğlu dedi: 

– Eyvaz, mən bir dəfə onu mərdliklə basıb, mərdliklə də buraxmışdım. 

Amma o bunun əvəzində mənə namərdlik elədi. Namərdi də 

gərək bu dünyada yaşamasın. 

Eyvaza elə bu söz bəs idi. Bayaq ha xəncəri çəkib, başı leşdən elədi, 

leşi başdan. 

O saat dəlilər minarənin qapısını açdılar. Koroğlu çıxdı bayıra. 

Ərəb Reyhanın qoşunu sərkərdələrini ölmüş görüb təslim oldular. 

Dəlilər hamısı doldular şəhərə. 

Paşanı nə qədər axtardılar, tapa bilmədilər. O necə deyərlər, oldu 

bir parça yağlı əppək, çəkildi göyə. Koroğlu dedi: 

– Eybi yoxdu. Bu da bir cür igidlikdi. Bu cür adamların igidliyi 

ondu. Doqquzu qaçmaqdı, biri heç gözə görünməmək. Day axtarmayın! 

Qərəz, dəlilər atları mindilər. Hamı hazırlandı. Koroğlu hay vurdu 

ki, yola düşsünlər. Dəstə hərəkətə gəldi. Koroğlu baxdı ki, Eyvaz hələ 

heç ata minməyib, heç deyəsən minmək fikrində də deyil. Soruşdu ki: 

– Eyvaz, nə gözləyirsən? Niyə minmirsən? 

Eyvaz cavab vermədi. Koroğlu bir də soruşdu. Eyvaz yenə də 

cavab vermədi. Koroğlu üçüncü dəfə soruşanda Eyvaz sazı götürdü. 

Gözlərini dolandırıb bir dəfə ətrafa baxdı, dedi: 

Uca dağların başında, 

Ala-dəmgil qar görünür. 




Mənim bu dəli könlümə 

Bir alagöz yar görünür. 

Göründü dostumun kəndi, 

Əməydim ləbindən qəndi, 

Açıldı köksünün bəndi, 

Qoynunda cüt nar görünür. 

Koroğlu dönüb Eyvazın baxdığı tərəfə baxanda nə gördü? Gördü 

Hürü xanım qulaş saçları töküb gərdəninə, boynunu qoyub çiyninə, elə 

baxır, elə baxır ki, elə bil bir dənə yaralı ceyrandı. Koroğlu məsələni 

başa düşdü. Elə bu fikirdə idi ki, nə eləsin. 

Eyvaz aldı sözün o biri xanəsini, dedi: 

Mən Eyvazam, dözəmmərəm, 

Al geyinib bəzənmərəm, 

Çənlibeldə gəzənmərəm, 

Dünya mənə dar görünür. 

Məsələ Koroğlu üçün aydın oldu. Day fikirləşməyə yer qalmadı. 

Ata bir qırmanc vurdu, Hürünün yanına çatanda əlini uzadıb dik götürdü, 

qoydu tərkinə, düzəldi yola. Eyvaz da qalxıb atı mindi, düşdü Koroğlunun 

dalına. 

Qərəz, dəstə şəhərdən çıxıb Çənlibelə tərəf yola düzəldi. Bir az getmişdilər

bir də baxdılar ki, oğlan, tərkində də bir nəfər gedir. Koroğlu 

çatıb soruşdu: 

– Dostum, sən hara? 

Oğlan dedi: 

– Çənlibelə. Day bundan sonra mən Qarsda duruş gətirə bilmərəm. 

Koroğlu dedi: 

– Bəs o tərkindəki kimdi? 

Oğlan dedi: 

– Anamdı. Elə yerli-dibli birdəfəlik köçürəm. 

Bəli, orda uzun-uzun yol ilə, burda müxtəsər dil ilə, dəstə gəlib 

Çənlibelə çatdı. 

Day pişvaz, nə pişvaz. Görüş, nə görüş... Koroğlu hökm elədi Hürü 

xanımın ayağının altında yeddi yüz yetmiş yeddi qurban kəsdilər. 

Koroğlu dedi: 

– Gərək Eyvaza elə bir toy eləyəm ki, ruzigarın közü belə toy görməmiş 

ola. 


Dəlilər dedi: 

– Koroğlu, indi toy vaxtı deyil. 

Koroğlu dedi: 

– Elə əsl toy vaxtı indidi. Hasan paşa istəyirdi ki, Bolu bəyin, bir 

də Ərəb Reyhanın əli ilə iş düzəltsin. Bolu bəyi darmadağın eləyib, 

nişanlısı Dünya xanımı gətirmişəm. Ərəb Reyhanı da cəhənnəmə vasil 

eləyib, Hürü xanımı gətirmişəm. İnşallah Toqatı da dağıdıb Hasan 

paşanın özünü Çənlibelə gətirəcəyəm. 

Məclis quruldu, toy başlandı. Koroğlu baxdı ki, Eyvaz məclisdə 

yoxdu. Soruşdu: 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə