Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə44/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   40   41   42   43   44   45   46   47   ...   112

– Hanı Eyvaz? 

Dəli Həsən dedi: 

– Axır adət var. Sən onun atasısan. Sən rüsxət verməsən, o gəlməz. 

Koroğlu sazı basdı döşünə, dedi: 

Çağırın Eyvazı, gəlsin məclisə, 

Verin şirin badə, cana nuş olsun! 

Qurun nərtaxtanı, gəlin oynayaq, 

Atın ağ zərləri şeşi beş olsun! 

Bir xələt biçərəm Eyvaz boyundan, 

İncimərəm xasiyyəti-xoyundan, 

Kəsin tunculardan, qırın qoyundan, 

Yeyin dəlilərim, keyflər xoş olsun! 

Uca dağlar başın almasın duman, 

Koroğlu könlünə gəlməsin güman

Verrəm o igidə beş yüz min tümən, 

Qançırqada gələn qanlı baş olsun! 

Dəli Həsən ilə Dəmirçioğlu Eyvazı gətirdilər məclisə, Koroğlu bir 

Eyvaza baxdı, boy-buxununa, şəsti-bəstinə nəzər saldı. Paltar, geyim, 

yaraq-yasaq, durna teli də başında. 

Koroğlunun ürəyi atlandı. Sazı basdı döşünə, dedi: 

Geyinib əlvan sərasər, 

Yaşıl üstdən allar Eyvaz. 

Qanlı qəmzən gündə eylər 

Hay demədən qanlar, Eyvaz! 

Hüsnün aydan aldı bacı, 

Gün üstə qoydu xəracı, 

Şəkər təlxdi, nabat acı, 

Ləblərindi ballar, Eyvaz! 

Koroğluyam, mən də varam, 

Olmaz qənimə yalvaram, 

Caharguşə cümlə alam, 

Sənə qurban mallar, Eyvaz! 

Söz tamama yetdi. Koroğlu Eyvaza yer göstərdi. Elə bu dəmdə xəbər 

gəldi ki, Nigar xanım izn istəyir, Hürü xanımı məclisə gətirsin. 

Koroğlu izn verdi. Xanımlar Hürü xanımı gətirdilər məclisə, Koroğlu 

baxdı ki, Hürü xanım heç Eyvazdan geri qalan deyil. Nigar xanım Hürünü 

bir geyindirib, kecindirmişdi, bir ziynət vermişdi ki, gəl görəsən. 

Hürü xanım Koroğlunu görəndə utandı, gəlinlik tellərini yığışdırdı. 

Koroğlu ayağa durub, sazı götürdü, özü dövran açıb məclisə girdi, dedi: 

Hürü, Allahı sevirsən, 

Qoy tökülsün şux tellərin! 

Gəl saxlama dal gərdəndə, 

Qoy tökülsün şux tellərin! 

Sən bir yaşılbaş sonasan, 

Baissən min bir qana sən. 

Nə ola sözüm anasan, 




Qoy tökülsün şux tellərin! 

Koroğlunun dirliyilə, 

Dəlilərin birliyilə, 

Xan Eyvazın ərliyilə, 

Qoy tökülsün şux tellərin! 

Deyirlər ki, Eyvazın toyu düz qırx gün, qırx gecə çəkdi. Həsən paşa 

Ərəb Reyhanın qırxını verən gün, Eyvaz da Hürü xanımla murad verib

murad aldı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Koroğlu dastanı  

"Koroğluynan Aypara" qolu 

Koroğlu oturub mağarada dəlilərdən küsmüşdü. Bu tərəfdən də Eyvazı gözləyirdi ki, Eyvaz 

gələ.  

Eyvaz gəlib çıxmadı. Koroğlu çox darıxıb durub gəldi Qıratın yanına, sazını kök eləyib görək nə 



dedi: 

 

Qurban olum qara telə, 



Eyvazı yolladım gələ, 

Al yanağı döndü gülə, 

Qoçum Eyvazım gəlmədi. 

Havalarda uçan dunra, 

Qanadları burma-burma, 

Həm dəf çaldım, həm də zurna, 

Qoçum Eyvazım gəlmədi. 

Göy üzündə vardı ulduz, 

Hər dəlimə aldım bir qız, 

İstər gəlin, istərsə qız 

Qoçum Eyvazım gəlmədi. 

Gedibən halallaşmadı, 

Dedim getmə, barışmadı, 

Qoç içinə qarışmadı, 

Qoçum Eyvazım gəlmədi. 

Gedin deyin o cavana, 

Gül çiçəyi qıydı cana, 

Nöş gəlmədin sən bu yana

Qoçum Eyvazım gəlmədi. 

Qoçum, Eyvaz, qoçum, Eyvaz, 

Getdin, könül oldu nasaz, 

Divandasan mənə sən yaz, 

Qoçum Eyvazım gəlmədi. 

Koroğlu ağlayırdı. Elə bu dəmdə Eyvaz özün Koroğluya yetirdi. 

Koroğlu qolunu saldı Eyvazın boynuna, öpüşdülər. Səhəri gün Koroğlu 

Qıratı Eyvaza tapşırıb aşıq paltarı geydi, sazını qoltuğuna vurub çıxıb 

getdi. 

Koroğlu bir neçə mənzil yol gedib, gəlib çatdı İstanbul şəhərinə. 



İndi gəlin xəbəri İstanbul paşasının qızı Aypara xanımnan verim. 

Aypara xanım əmisi oğlu Osmana adaxlı idi. 

Aypara bilirdi ki, atası Xəlil paşaynan Koroğlunun arası yoxdu. 

Aypara xanım eşitmişdi ki, Koroğlu çox şücaətli adamdı. Pis məqamda 

olsa da düşmənə boyun əyən deyil. O, çox tələsirdi ki, Koroğlunu görə. 

Bir gün Aypara eyvanda gəzinirdi, bu dəmdə Koroğlu aşıq paltarında 

gəlib eyvanın qabağından keçdi. Aypara xanım gördü ki, eyvanın 



qabağından keçən oğlan çox gözəl, möhkəm adama oxşayır. 

Ayparanın qulluqçusu dedi: 

– Xanım, bu Koroğludu! 

Aypara xanım dedi: 

– Koroğlu atamın qorxusunnan bu tərəflərə gəlib çıxmaz. 

Qulluqçusuynan xanımın sözü çəp düşdü. 

Aypara xanım dedi: 

– İndi ki belədi, get çağır onu, görək kimdi? 

Qulluqçunun adı Sənəmdi. Aşağı düşüb Koroğlunu çağırdı. Koroğlu 

gəlib dayandı eyvanın qabağında, gördü ki, iki qız yan-yana durub, birbirindən 

gözəl. 

Aypara xanım xəbər aldı ki, kimsən? 



Koroğlu sazını sinəsinə basıb dedi: 

Birisinin ayağında məsti var, 

Birisinin can almağa qəsti var, 

Koroğlunun bu yerlərdə əsri var

Koroğluyam, gəldim mən bac almağa. 

Sənəm Aypara xanıma dedi: 

– Gördün Koroğludu! 

Aypara xanım saçın saz eləyib görək nə dedi: 

Koroğlu gəzdirir qolunda laçın, 

Sədası gələndə düşmənnər, qaçın, 

Görməmişəm doqquz hörük mən saçın 

Hanı Qıratın, gəldin bac almağa! 

Koroğlu: 

Koroğlu küsəndə meydan eliyir, 

Buraxıb Qıratın sazın köklüyür, 

Dəliləri Çənlibeldə bəsliyir, 

Koroğluyam, gəldim mən bac almağa! 

Aypara xanım dedi: 

– Sən Koroğlu deyilsən. Əgər Koroğlusansa de görüm onun ən yaxın 

dəliləri kimlərdi? 

Cavabında Koroğlu dedi: 

Bir dəlim vardı ki, adıdı Eyvaz, 

Sağında, solunda düşməni saymaz. 

Uzağa getsə də o mənsiz durmaz, 

Koroğluyam, gəldim mən bac almağa. 

Aypara xanım Eyvazın adını eşidib yəqin etdi ki, Koroğludu. Bu 

tərəfdən də Koroğlu hörüyünü Ayparaya görsətdi. Aypara xanım Koroğlunu 

tanıyıb, əmisi oğlu Osmanın məhəbbətini ürəyindən çıxartdı. Bir 

könüldən min könülə vurulub özünü ona nişan verdi: 

Adımdı Aypara, nəslim duduman, 

Yaşıl çimən, axar sular, şux orman, 

Atam Xəlil paşa, adaxlım Osman 

Hayıfsan, ay oğlan, görəllər səni. 

Koroğlu: 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə