Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə57/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   53   54   55   56   57   58   59   60   ...   112

– Bava, Pərzad xanımın fikrinnən yatmışdım ki, bizi niyə bu günə 

qoydu?! 


– Oğul, onu bil, yazıya pozu yoxdu, ilahi nə yazıf, onu görməliyik. 

Ona görə də, al bu piyaləni nuş elə. 

Ağcaquzu piyaleyi aldı, nuş elədi. 

– Oğul, mən bu sağ əlimi sənin kürəyinə çəkif, qırx günnüyünə öz 

qüvvəmi sana vererəm. Qırx gün sənin güjünə Allahdan başqa heç kəs 

üstün gəlif, səni yenə bilməz. Bu qırx gün ərzində gedif qoç Koroğluyu 

taparsan, o Koroğludan başqa sənin Pərzad xanımını sana çatdıran 

olmuyajax. İnşallah, murazına çatarsan, – deyif, həmən adam gözdən 

itdi. 

Ağcaquzu atasının hüzuruna gəldi, dedi: 



– Mehriban ata, mana ixtiyar ver, gedem Pərzad xanımı axtarıf, 

tapem. 


Hasan paşa dedi: 

– Oğul, sən onu tapıf gətirə bilməzsən, çünkü o tilsimdədi, sənin 

də o tilsimə güjün çatmaz. 

Ağcaquzu dedi: 

– O kun icaza vermersən, onda mənnən sana oğul oldu yoxdu. Mən 

bu günnən getdim Pərzad xanımı axtarmağa. 

Ata dedi: 

– Oğul, bil kin, mən sana ixtiyar vermerəm. 

Ağcaquzu dedi: 

– Mehriban ata, sənin sərvətinnən mənim payıma nə tüşərsə 

verginən, özümnən aparıf gedem, pulnan da, qızılnan da olsa, mən onu 

alıf-tapıf gətirəjəm. 

Atası dedi: 

– Yox! 



Ağcaquzu gənə də sözünnən dönmədi. 

Axırda Hasan paşa baxdı gördü, bu, inadınnan dönəsi şey döylü – 

irazılıx verdi. Xəznədarı yanına çağırdı. Yeddi dəvə yükü var-dövlət

qızıl, gümüş dolduruf, Ağcaquzuyu yola saldılar. 

Ağcaquzu İstanbuldan üz tutdu Koroğlu deyən soraxlaşmağa. Orda 

Koroğlu, burda Koroğlu, bunu salpadılar Çənlibelə. Ağcaquzu üz 

qoydu Çənlibelə. 

Ağcaquzu yol gəlməkdə olsun, sizə deyem qoç Koroğludan. Koroğlunun 

haylı-haraylı vaxtıydı. Dəliləri hamısı başında cəmiydi. Ağalardan, 

paşalardan, bəzirganlardan, dəfələrnən Hasan paşanın, Cəfər 

paşanın özünnən baci-xarac almışdı, Çənlibelə çəkilmişdi. 

Günnərin bir günü Qoç Koroğlu Cəfər paşanın sərraf Zərgülaf 

adında bir tacirini talan eliyif, onu qan içində Çənlibelə gətirif çıxartmışdı. 

Niyar xanım atası Cəfər paşanın tacirini bu kökdə görüf, ürəyi 

çox qubarrandı. 

Dedi: 


– A Koroğlu, bu mənim bavamın ən yaxşı taciridi. Sənin insafın 

yoxuydumu, bunu bu günə salıfsan?! Varını-dövlətini alıfsan, özünü 

niyə bu hala salıfsan? 

Koroğlu dedi: 

– Nejə yanı, mən iyidəm, qavağımnan iki dillənəni mən üç dəfə 

yumruxnan vuraram. 

Niyar dedi: 

– Ay Koroğlu, özü türk olan, türkə bu divanı tutmaz, sən nə qansız 

adamıymışsan? 

Koroğlu dedi: 

– Onun paşası mənim atamın gözdərini oyduruf, mən nə təhəri 

onun tacirinnən hayıfımı almıyım? 




Niyar xanım dedi: 

– Atayın gözdərini Cəfər paşa çıxartdırıf, get hesavını da onnan 

çək, güjün yazıx-yuzuxlara nə yaxşı çater? Allah hası Allahdı, bu 

tacirin hayfını səndə qoysun. Səni ağam Əliyə tafşıreram, qoy sənin 

hesavını o özü çəksin. 

Koroğlu qımışdı, dedi: 

– Bu güjü-qüvvəti mana Əli özü verif, özü də bilər, sən onun işinə 

qarışma. 

Niyar xanım dedi: 

– Nə olar, bu mənim arzumdu, səni ona irast gələsən, sənin bir 

dərsini versin. 

Koroğlu Niyarnan bu söhbətdən sonra Ağqayıya səmt gəldi kin, 

görsün yolda-izdə gəlif gedən varmı? Ağqayıya yaxınnaşanda gördü 

kün, yolnan bir karvan gəler. Xeyli gözdədi, karvan laf yaxınnaşdı. 

Koroğlu dedi: 

– Bir gedem görəm bu, nə karvandı? 

Qıratın ciloyunu yığışdırıf, alıcı quş kimi yəhərin üstünə sıçradı, ayaq 

üzəngiyə, diz qavırğaya üz qoydu karvana tərəf. Gördü, karvanın qavağında 

bir cavan oğlandı, enni kürəhli, uca boylu, gözəl-göyçək, elə 

bilginən ağalığın hələ kalıdı, bığlarını həjəmət kürəsi kimi arxaya ötürüf. 

Koroğlu dedi: 

– Ay oğul, sən kimsən, hardan gəlersən? 

– Əfəndim, mən çox uzaxdan gəlerəm. İstanbuldan gəlerəm. 

– O kün, İstanbuldan gəlersən, zəhmət çək atdan en, kəcaveyi 

yavaş-yavaş o gördüyün Çənlibelə qaldırginən. 

– A kişi, nəyə görə kəcaveyi ora qaldırem, dədənə borcummu var? 

Koroğlu bir dəli nərə çəkdi. 

Ağcaquzu dedi: 




– Əyə, uşax-zad ha qorxutmursan, nəyə bağırersan, bura bağırmax 

yeridimi? 

Koroğlu baxdı ki, oğlan çox çətin qayadı, dedi: 

– Gəl əvvəl bunu bir saznan qandır. 

Götürdü görək nə dedi: 

İstanbuldan şikar düşdü əlimə, 

Ver malını, qurtar canın, çəkil get! 

Bulayaram səni qızıl qanına 

Ver malını, qurtar canın çəkil get! 

– Ay qardaş, sən buranın qoruxçususan, qoçususan, yoxsa nəyisən, 

mən malımı sana niyə verif gederam? O ku söz dedin, sözünə cavaf 

aleynan, gör mən nə derəm: 

İki iyid bir-birinnən üzdəşir, 

Baş getməmiş malım sana vermərəm! 

Qılınc vurram, yaraların sızlaşır, 

Baş getməmiş malım sana vermərəm! 

Bu cavanın belə cavaf verməsi, Koroğlunun başınnan elə bil bir 

qazan qaynar su tökdü. Öz-özünə dedi: 

– Bu kimə cavaf qaytarer, bu kimnən danışer, bu, nə danışer, bu, 

nə danışer? 

Koroğlu hirsdəndi, bir oyan, bir bu yana baxdı, beyqafil zəhmnən 

Ağcaquzunun başına bir topbuz endirdi. Ağcaquzu topbuzun qavağına 

qalxan tutdu. Topbuz qalxana dəyən kimi toz duman dörd tərəfi 

bürüdü. Toz yeri-göyü bürüyən kimi, Koroğlu dedi: 

– Vay, bu cavanı nahax badbaxt elədim. 

Toz aralanan kimi Koroğlu baxdı ki, oğlan dimdik qavağında 

duruf. Koroğlu baxdı gördü bunun heç rəngi də qaçmıyıf, gözdər od 

tutuf yaner, Koroğluyu heç adam yerinə də saymer. Oğlanın belə 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə