Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə65/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   61   62   63   64   65   66   67   68   ...   112

Çənlibelə. Kəsdilər yolun əhədini. Malsağını özlərini yetirdilər Yağı 

qoruğuna. Bu o vaxt idi ki, Koroğlu Giziroğlu ilə Ağqayadan durbinlə 

karvan yollarına baxırdılar. Giziroğlu dedi: 

– Can Koroğlu! Bax, iki atlı ley kimi Yağı qoruğunu haqlayır. 

Koroğlu təfərinclə baxanda nə görsə yaxşıdı, gördü ki, gələnlər 

Xoca Yaqubla Dəli Həsəndi. Dedi: 

Can sirdaşım Gizir oğlu, 

Bu gələn Xoca Yaqubdu. 

Dəlilərə dostdu sadiq, 

Bu gələn Xoca Yaqubdu. 

Özü tacir, can qardaşım, 

İlqarı düz, sirr yoldaşım, 

Qurbandı dostuma başım, 

Bu gələn Xoca Yaqubdu. 

Xoca gəlməz boş-boşuna, 

Soğan doğranıb aşına. 

Kim toxunub qardaşıma? 

Bu gələn Xoca Yaqubdu. 

Mərddi, basmaz duz-çörəyi

Var arada dost diləyi, 

Təmizdi, safdı ürəyi, 

Bu gələn Xoca Qaqubdu. 

Xoca Əziz, xoca başı, 

Dəlilərin sirr qardaşı. 

Tüccarlıqda deyil naşı, 

Bu gələn Xoca Yaqubdu. 

Tacirlikdə adı vardı, 

Dostluğunun dadı vardı. 




Kişilikdə zatı vardı, 

Bu gələn Xoca Yaqubdu. 

Koroğlunun vardı sözü, 

Dostluğunda ağdı üzü. 

Yada salıb yenə bizi, 

Bu gələn Xoca Yaqubdu. 

Söz tamama yetişdi. Koroğlu dedi: 

– Can Giziroğlu! Nəsə Alosmandan bəd xəbər var. Xoca alışverişini 

buraxıb, başı lovlu gəlməz. Koroğlu bayaqdı Ağqayada bir 

dəli nərə çəkdi. Çənlibel dəliləri bənd-bərələrdən axışıb gəldilər. 

Durdular əmrə müntəzir. Dəli Mehdər tutdu Xoca Yaqubun atının 

cilovunu. Nigar xanım cəmi xanımlarla irəli yeriyib Xoca Yaquba xoş 

gəldin dedi. Koroğlu baxdı ki, Xoca Yaqubda hey qalmayıb, dedi: 

– Canım Xoca, gözüm Xoca! Ölüsən o dünyadan, dirisən bu dünyadan 

mənə bir xəbər. 

Xoca Yaqub dedi: 

– Can Koroğlu! Məndə hey qalmayıb, xotkar Muradın bacısı 

Mahru xanımın naməsi patavamdadır. 

Əlqərəz, Aşıq Cünun açdı patavanın sarığını, çıxardı müşəmbəli 

naməni verdi qoç Koroğluya. 

Koroğlu müşəmbəni açdı, gördü namə Giziroğlu Mustafa bəyədi. 

Dedi: 


– Can Giziroğlu! Bu dəfə namə sənədi. Deyəsən Mahru xiffət çəkir. 

Giziroğlu naməni oxudu. Gözləri döndü qan çanağına. Koroğlu 

dözməyib dedi: 

– Ayə, Giziroğlu! Rəngin niyə avazıdı. Oxu görək xotkar qızı nə 

yazıb? 

Giziroğlu dedi: 




– Can Koroğlu! Naməni oxumazdan əvvəl sinəmə bir neçə xana 

söz gəlib. İcazə ver onu sazla deyim. 

Koroğlu dedi: 

– Ayə, Giziroğlu! Sən elə həmişə izindəsən. 

Sözə bənd imiş kimi, Giziroğlu Mustafa bəy Aşıq Kəngərdən sazı 

alıb bəmini bəm, zilini zil etdi. Aldı görək halına binən nə dedi, tərəfindən 

biz deyək, siz şad olun: 

Məndən xəbər soran qardaş

Namə xotkar qızındandı. 

Xotkar qurub bizə kələk, 

Namə xotkar qızındandı. 

Namə verib dolaylara, 

Əmir edib alaylara, 

Kilid vurub saraylara

Namə xotkar qızındandı. 

Giziroğlu ölər, dönməz, 

Atəşlərə yanar, sönməz, 

Xotkar, paşa nədi, bilməz, 

Namə xotkar qızındandı. 

Bəli, söz tamama yetişdi. Giziroğlu sazla dediyini, sözlə də dedi. 

Dübarə sazı basdı sineyi-sandığa. Götürdü görək Mahru xanım Giziroğluna 

nə yazıb. Tərəfindən ərz eləyək qulluğunuza. Sizə könül şadlığı. 

Şan-şərəfim əcəm oğlu, 

Xotkar bu gün fərman verdi. 

Sənə yesir şirin canım, 

Xotkar bu gün fərman verdi. 

Yığıb dəli halayları 

Çoxdu nizam alayları. 




İşə salıb qolayları 

Xotkar bu gün fərman verdi. 

Susayıbdı qanınıza, 

Yaxıb ləkə sanımıza, 

Qoşun gəlir yanınıza 

Xotkar bu gün fərman verdi. 

Ramazana vaxt eləyib, 

Paşalara saxt eləyib, 

Hücumçün vaxt girələyib, 

Xotkar bu gün fərman verdi. 

Qiymət qoyub başınıza, 

Höküm verib hamınıza. 

Ölüm yazıb canınıza, 

Xotkar bu gün fərman verdi. 

Mahru da sənə sadağa

Kimə gedim dərdə dada, 

Sənsiz ömrüm gedər bada, 

Xotkar bu gün fərman verdi. 

Söz tamama yetişdi. Giziroğlu Mustafa bəy məktubun dil-cavabını 

da oxudu, bə bilməyəsənmi, xotkar Murad Ramazan bayramına qədər 

saysız-hesabsız qoşunla üstümüzə gəlir. 

Bəli, dəlilər başladılar zəncir gəmirməyə. Koroğlu baxdı ki, dəlilərin 

halı özündə deyil. Bıçaq vursan qan çıxmaz. Bir himə bənddilər. 

Bu tərəfdən də elə bil Giziroğlunun sir-sifətini boran vurmuşdu. Hirsindən, 

hikkəsindən üst dodağı göy, alt dodağı yer süpürürdü. Koroğlu 

dedi: 


– Qoç dəlilərim! Sinəmə bir neçə xanə söz gəlib. Onu da deyim. 

Sonra başlarıq məsləhət-məşvərətə. 




Götürdü görək Qoç Koroğlu nə dedi. Ərz eləyək tərəfindən qulluğunuza: 

Hərzə-hədyan nədi, qoç dəlilərim, 

İndi ağıllı bir məsləhət gərək. 

Kəsək gədikləri, bənd-bərələri, 

İndi ağıllı bir məsləhət gərək. 

Tutaq keçidləri, suvadaqları, 

Dolay aşrımları, ovalıqları, 

Düşmən hiyləsini, hər soraqları – 

İndi ağıllı bir məsləhət gərək. 

Koroğlu heç vaxt olmayıb naşı, 

Döyüşdə unutmaz yarı-yoldaşı, 

Tutmağa düşmənlə cəngi-savaşı, 

İndi ağıllı bir məsləhət gərək. 

Söz tamama yetişdi. 

Giziroğlu Mustafa bəy dedi: 

– Can Koroğlu! Belə görürəm hamı dəlilər zəncir gəmirir. Xotkar 

Murad bicdi. Hücuma keçməmişdən əvvəl planını yüz ölçüb, bir biçir. 

Düşmənini gözləmədiyi yerdən yaxalayır. Köhnə hiyləgərdi. Bilir ki

Qars, Ağrı, Çuxuroba yolu kəsə, ağıla gəlməzdi. Qoşunun gərdiş etməsi 

üçün şərait əlverişlidi. Əsas qüvvəni bu səmtə yönəldəcək. Bizi 

çəkiyə çəkmək üçün qoşununun az qismini Yasdıqar səmitdən Ayqır 

keçidinə yönəldəcək. Alosman şəhərlərində az qüvvə saxlayacaq. Biz 

əsas qüvvəmizi Ağrı keçidinə toplamalı, bir qismini isə Ayqır keçidində 

pusquda qoymalıyıq. Say-sambal dəlilərdən yeddi yüz yetmiş 

yeddisini Sınaq keçidindən Alosmana yeritməliyik. Düşməni yaxalayıb 

yurdunda turp əkməli, xəzinəsini qənimət gətirməliyik. 

Koroğlu dedi: 

– Giziroğlunun döyüş nəqşi qəbul edilsin. Dəmirçioğlu, Eyvaz 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə