Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə68/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   64   65   66   67   68   69   70   71   ...   112

Bayaqdı Sırt Yusif hərlədi sazını, basdı bağrına. Götürdü görək nə 

dedi. Tərəfindən ərz eləyək qulluğunuza: 

Unutmadım dəvə kimi, 

Bolu, mən sənin, mən sənin. 

Alaram o şirin canın, 

Bolu, mən sənin, mən sənin. 

Gizri qılıncım çəkərəm, 

Bağrın başını sökərəm, 

Tutub qulağın kəsərəm, 

Bolu, mən sənin, mən sənin. 

Neçələrin atdım oda, 

Neçələri getdi goda. 

Tökərəm qanın burada, 

Bolu, mən sənin, mən sənin. 

Ərəsət meydanı quraram, 

Bürc-barını uçuraram. 

Dana tək boynun buraram, 

Bolu, mən sənin, mən sənin. 

Ağlar qoydun cavan çağı, 

İçirtdin Yusifə ağı, 

Çəkərəm sinənə dağı, 

Bolu, mən sənin, mən sənin. 

Bəli, söz tamam oldu. Sırt Yusif sazla dediyini sözlə də dedi. 

Bəli, Sırt Yusif kəsdi Bolu bəyin bir qulağını, soydu ağzının qiyasını, 

dedi: 

– Bolu bəy! Ağa kərəmsiz, qul xətasız olmaz. Tökdüyündü çıxdı 



qarşına. 

Əlqərəz, Dəli Həsən dəlilərlə soluğunu dərməkdə olsun, indi alın 




xəbəri Giziroğlu Mustafa bəydən. Ustadlar buyurur ki, Giziroğlu qəni- 

minin üstünə gedəndə min bir feli-fəndi varmış. Giziroğlu Mustafa bəy, 

Bəlli Əhməd bir neçə at mənzili qalmış özlərini verdilər çoban yataqlarına. 

Üç-dörd sürünü alıb qatdılar qabaqlarına. Dəlilər dəyişdi libaslarını, 

oldular əsl çodar. Bir qədər məsləhət məşvərətdən sonra əl-ayaq 

yığışırılanda dəstə-dəstə doluşdular İstanbul bazarlarına. Verdilər 

özlərini karvansaralara. Gözlədilər Giziroğlunun haça şeşbərinin işığını. 

Əlqərəz, Giziroğlu dəlilərilə İstanbul bazarlarında ramazanlıq 

qurbanlığı satmaqda olsunlar, alın xəbəri xotkar Muradın bacısı Mahru 

xanımdan. Giziroğlu Mustafa bəylə Mahru xanımın əhd-peyman günü 

başa çatmaq üzrə idi. Mahru xanımın gözləri yollarda, qulağı səsdə idi. 

Bəli, Mələk dayə də ətəyini çırmayıb düşmüşdü İstanbul bazarlarının 

canına. Çarvadar bazarına çatanda gördü ki, qəssab dükanının 

qənşərində bir oğlan durub, vallahi elə bil Allah taala xoş saatda çəkib 

qələmini onun boy-buxununa, hüsnü camalına. Yemə, içmə tamaşa et 

xətti-xalına. Qarı baxdı ki, qəssablar, çodarlar elə hey ondan məsləhət 

alır. Mələk qarı fürsəti fövtə vermədi. Yaxınlaşdı cavana, dedi: 

– Oğlum! Qurbanlığınız bazarlı olsun. 

Giziroğlu dedi: 

– İman yiyəsi ol, ana! 

Giziroğlu arif adam idi. Baxdı ki, qarı sözlü-sovlu adama oxşayır. 

Dedi: 


– Keçək karvansarada mənim küməmə. Uşaqlar indi sənə 

ramazanlıq üçün ətin yaxşı yerindən gətirərlər. 

Əlqərəz, Mələk dayə ilə Giziroğlu getdilər karvansaraya. Oradan, 

buradan keçdilər çənə söhbətinə. 

Mələk dayə dedi: 

– Pay-puşnuz çox olsun, ay oğul! Bayramınız üzünüzə xoşbəxtlik 




gətirsin. Muraz mətləbinizə çatasınız. Amma oğlum, incimə! Boy 

buxununuzdan, əliaçıqlığınızdan heç İstanbul əhlinə oxşamırsınız? 

Giziroğlu dedi: 

– Elədi, ana! Biz Qaf adamlarıyıq. Çarvadar babayıq, indi ramazanlıqdır. 

Bazarımız da pis deyil. 

Mələk dayə baxdı ki, söz mətləb üstə gəldi. 

Dedi: 

– Can bala! Allah taalanın sizə rəhmi gəlsin. Sizə nə var. Bu gün 



burada, sabah Qafdasınız. Yazıq bizim balaların halına. Alosmanda başı 

papaqlı qalmayıb. Xotkar hamısını göndərib bacısı Mahru xanımın 

ucbatından Qaf ölkəsində Koroğlu ilə Giziroğlunun qırğınına. Yazıq 

bacımı da salıb dörd divar arasına. Xotkar Murad fərman verib ki, 

Koroğlunun başını gətirən Alosmanın, Giziroğlunun başını gətirən isə 

Mahru xanımın sahibidi. Ay oğul, bə deyirlər, onların minbir hoqqası 

var. Amma oğul, bu gün Giziroğlunun Mahru xanıma verdiyi vaxt, vədə 

tamam olur. Yazıq qız dörd divar arasında hörümçəkdən can diləyir. 

Xotkar qızın ağ gününü büküb göy əskiyə. Nə gələn var, nə də gedən. 

Giziroğlu baxdı ki, qarı onu yamanca qaralayıb. Qarını sınamaq 

üçün dedi: 

– İmanına qurban! Xotkar bacısını quş sənməz qala divarı arasında 

saxlayır. Buna Giziroğlunun hoqqası neyləsin? O biri tərəfdən də 

xotkarın qoşunları kəsib bəndi-bərələri. 

Mələk dayə gözünü qıyıb təfərrinclə müsahibinə baxdı, dedi: 

– Heyif zəndimə, oğul! O quş sənməz sarayı üç cüt bir tək qocaqoltaq 

gözətçi, bir də Qara Pəhləvan gözləyir. Vallahi, yaşımın bu 

ixtiyar vaxtında mən gecənin oğlan çağında keşikçiləri yuxuya verib, 

xotkar qızını basardım atın tərkinə. Üz qoyardım dağların pənahına. 

Nə çoxdu Tanrının sığınacağı. Sonrası Allah kərimdi. 




Giziroğlu baxdı ki, daha mıs-mısdan keçib. Dedi: 

– İmanına qurban, nənəcan! Zəndin səni aldatmayıb. Uzun söhbət 

dananı qurda yedirər. Sənə bir namə yazacam, verərsən Mahru xanıma. 

Özün də onunla gözləyərsən gecənin oğlan çağını. Giziroğlu qələmkağız 

götürdü. Görək Mahru xanıma nə yazdı, tərəfindən ərz eyləyək 

qulluğunuza: 

Qibləgahım Mahru xanım, 

Şükür gəldim, ha gəldim. 

Verdiyim ilqar-imana, 

Şükür gəldim, ha gəldim. 

Qaynayıb, coşub peymanım, 

Qurban sənə şirin-canım, 

Sən mənim şöhrətim-şanım, 

Şükür, gəldim, ha gəldim. 

Giziroğlu, yandı, yandı, 

İlqar verib nə zamandı, 

Vədəmiz bu gün tamamdı, 

Şükür, gəldim, ha gəldim. 

Bəli, Giziroğlu Mustafa bəy naməni müşəmbələyib verdi Mələk 

dayəyə. Deyəcəyini, tapşıracağını da dilcavabı dedi: 

– İmanına qurban, nənə! Mahru xanıma deyərsən, gecədən xeyli 

keçmiş gözləsin mənim şeşbərimin işığını. Mələk dayə naməni alıb 

öpdü, qoydu gözü üstə, dedi: 

– Oğul, xeyir-duanız məndən, uğurunuz Tanrı-taaladan. 

Əlqərəz, Giziroğlu, Bəlli Əhməd, Adıbəlli, Halaypozan hücumdan 

qabaq planını bir də götür-qoy etdilər. Hər kəs dəliləriylə nə iş görəcəyinin 

tapşırığını alıb, gözlədilər Giziroğlunun haça şeşbərinin işığını. 

Bəli, gecənin oğlan çağında Giziroğlunun işarəsini görən dəlilər ac 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə