Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə70/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   66   67   68   69   70   71   72   73   ...   112

Koroğlu dastanı 

"Koroğluynan bəylər" qolu 

Koroğlu bir gün dəlilərinə deyir: 

– Dəlilərim, mənim səfərim var. 

Dəlilər deyir: 

– Hara gedirsən? 

Koroğlu deyir: 

– Nə işinizə, budu bu xəncəri də asıram divardan, hərgah xəncərin ucundan qan damsa məni 

ölmüş bilin. 

Koroğlu Qıratını minib bir neçə mənzil yol gedəndən sonra gəlib 

çatdı bir çəməngaha. Gördü burda bir bağ var gəl görəsən. Dünyada 

hər cür ağacdan olan bu laləzar bağda gül bülbülü, bülbül gülü çağırır. 

Bənövşələr açıb, ağaclar yarpaqlanıb. 

Koroğlu bu bağı dolana-dolana diqqətnən tamaşa eləyirdi. Bir də 

gördü bağın içində ceyran misallı bir qız sallana-sallana yüz nazqəmzə 

ilə bağı seyr edir. Qız nə qız. Qaşlar qara, gözlər qara, baldan 

şirin ləbləri, sinəsi Şahdağının qarı kimi ağ, məmələri köynəyin 

altınnan şamama kimi baş veribdi. 

Koroğlu qızda bu gözəlliyi görən kimi çaşıb qaldı, özü-özünə dedi: 

“Ey dili qafil, dünyada belə də gözəl varmış”. Bunun üstən alıb sinəsazın 

görək nə dedi: 

Açılıb bağında lalə, nərgizlər, 

Qönçəsin iyləyib, gülün dərərlər, 

Alıb onu ipək üstə sərəllər, 

Gözəl qız, gəl mənə, mən alım səni. 

Koroğlu belə deyəndə qızın gözləri xumarlandı, qıyqacı Koroğuya 

baxdı. Qız belə baxanda Koroğlu sözünə davam etdi: 




Qurban olum qara gözün məstinə

Nə durubsan bu canımın qəstinə, 

Əlim vurum tər məmənin üstünə, 

Gözəl qız, gəl mənə, mən alım səni. 

Koroğlu der: gəzmə ahı-zarınan, 

Gül-bülbülü oynatma sən xarınan, 

Qonuşginən mənim təkin yarınan 

Gözəl qız, gəl mənə, mən alım səni. 

Koroğlu özünü nişan verən kimi qız Koroğlunu tanıdı. Bu da var 

ki, Cəlil paşanın qızı Dinməz xanım öz qardaşı oğlu Bəylərə nişanlı 

idi. Dinməz xanım həm də Koroğlunun Cəlil paşaynan arasının 

yoxluğunu eşitmişdi. Bunu da bilirdi ki, dəfələrnən Koroğlu Bəyləri 

özünə dəli aparmaq istəyib, amma gücü çatmayıb. 

Dinməz xanım Koroğlunu görən kimi tanıyıb, bir sehr-cadu oxuyub, 

Koroğlunu saldı tilsimə, əl-ayağını bağlayıb, tez atasına xəbər göndərdi 

ki, bəs durmasın gəlsin. 

Cəlil paşa adam göndərib, Koroğlunu tutub saldırdı zindana. 

Koroğlu zindanda qalmaqda olsun, al xəbəri Dəli Həsənnən. 

Dəli Həsən gecə-gündüz yatmayıb Koroğlunun yolunu gözləyirdi, 

bir də gördü ki, xəncərin ucundan qan damır, tez dəliləri çağırıb dedi: 

– Amandı, dəlilər, Koroğlu zindandadı, gərək tez dadına yetişək. 

Dəlilər heç biri yerindən tərpənməyəndə, Dəli Həsən bir də səsləndi. 

Bu belə deyəndə Eyvaz dedi: 

– Haçana kimi biz Koroğlunu ölümdən qurtaraq, canı çıxsın tək 

getməsin. 

Eyvaz belə deyəndə Dəli Həsən Ərəbatı minib, bina qoydu yol 

getməyə. Neçə mənzil yol gedib, gəlib çatdı bir şəhərin kənarına, 

gördü bir qarı yerdən çöp yığır. 




Dəli Həsən xəbər aldı: 

– Qarı nənə yerdən yığdığın nədi? 

Qarı dedi: 

– Qadovu alsın qarı, çör-çöp yığıram. 

Dəli Həsən dedi: 

– Qarı nənə çör nədi, çöp nədi? 

Qarı dedi: 

– Çör yerə uzanan, çöp də dik dayanandı. 

Dəli Həsən dedi: 

– Qarı nənə nə oxuyursan? 

Qarı dedi: 

– Ay oğul, açıl başımnan. 

Dəli Həsən dedi: 

– Sən de, mən sənin dərdinə əlac eləyim. 

Qarı: 

– Ay oğul, Koroğlu deyilən bir nəfəri Cəlil paşa tutub salıb zindana. 



Sabah boynu vurulacaq, onunçun ah-zar edirəm. 

Dəli Həsən bunu eşidən kimi: 

– Nə dedin, qarı nənə? O zindanı mənə göstər. 

Qarı zindanı Dəli Həsənə göstərdi. Dəli Həsən zindana tərəf 

getməkdə olsun, sənə Koroğludan deyim. 

Koroğlu zindanda oturub dəlilərinin yolunu gözləyir, ah-nalə içində 

onları harayına çağırırdı. Dəli Həsən də bu tərəfdən gəlib çatdı zindana. 

Zindanın dal tərəfindən dama çıxıb, Koroğlunu görmək istədi. 

Gördü Koroğlu sazı əlinə alıb dəlilərini haraya çağırmaqdadı. 

Dəli Həsən dinməyib Koroğlunun sözlərinə qulaq asmaqda olsun, 

görək Koroğlu nə dedi: 

Koroğluyam, salınmışam zindana, 




Bütün dəlilərim yanımda gərək. 

Sorağım düşübdü bu gün hər yana, 

Bütün dəlilərim yanımda gərək. 

Gömgöy çəmənlərdə otlayır quzu, 

Qara zindan qoymur görüm ulduzu. 

Çağırram imdada iyid Murtuzu, 

Dəmirçioğlu bu gün yanımda gərək. 

Axıtdılar bəylər, xanlar qanımı, 

Zindan üzgün etdi şirin canımı, 

Apara bilmədim Dinməz xanımı, 

Eyvaz balam bu gün yanımda gərək. 

Koroğlu belə deyəndə Dəli Həsən dedi: 

– Ey dad, ardıycan gələn mən, heç mənim adımı çəkmir. 

Dəli Həsən acıq eyləyib getmək istəyirdi ki, Koroğlu sözünə davam 

etdi: 

Mərd iyidlər, mərd olarlar davaya, 



Mərdin başı düşər qala-qovğaya, 

Xəbər çatsın Çənlidəki halaya, 

Halaypozan qoçum, yanımda gərək. 

Qıratıma daha yetə bilmədim, 

Şirin canı ona qıya bilmədim, 

Dinməz təki yara çata bilmədim, 

Dəli Həsən bu gün yanımda gərək. 

Koroğlu sözün tamam elədi. 

Dəli Həsən atılıb damdan yerə düşdü. Özünü zindançının üstünə 

atıb onu öldürdü. Zindanın qapısını qırıb Koroğlunu zindandan çıxartdı. 

Koroğlu zindandan çıxıb, tez özün yeritdi Dinməz xanıma. Dinməz 

xanım eyvanda dayanmışdı. Koroğlunu görən kimi bir cadu oxuyub 




onu saldı tilsimə. 

Koroğlu baxıb gördü ki, yeriyə bilmir. Əl atıb sazına Dinməz xanıma 

dedi: 

Uca dağların başında, 



Ləpə-ləpə qar görünür, 

Mənim bu sınıq könlümə, 

Qara gözlü yar görünür. 

Dinməz xanım heç dillənməz, 

Tamam tarı-mar görünür, 

Pəri, sənnən heç əylənməz 

Dünya başa dar görünür. 

Uca-uca qarlı dağlar, 

Könlüm intizar görünür. 

Açılmaz heç güllü bağlar, 

Dinməz xanım xar görünür. 

Dəli Həsən baxıb gördü ki, Koroğlu canından ötrü yalvarır. Özözünə 

dedi: “İyit də bir qaşıq qannan ötrü yalvararmı?” 

Koroğlu dedi: 

Uca-uca dağ başından, 

Yenib gəldim, gözəl yarım. 

Vurulmuşam yay qaşından 

Əsib gəldim, gözəl yarım! 

Qara qaşın yaydı sənin, 

Gül camalın aydı sənin, 

İşin ahnan vaydı sənin, 

Əsir düşdüm, gözəl yarım! 

Koroğlu yarı dinməzdi, 

Dinməz xanım lap dinməzdi, 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə