Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə73/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   69   70   71   72   73   74   75   76   ...   112

Qara xan bir də başını qaldırıb gördü ki, qabağında bir oğlan dayanıb, 

elə bir Rüstəm Zaldı. Amma paltarından deyəsən ilxıçıya oxşayır. 

Bir diqqətlə onu ayaqdan başa süzüb soruşdu: 

– Söylə görüm kimsən? Haradan gəlmisən? 

Koroğlu dedi: 

– Mən Koroğlunun ilxıçısıyam, Çənlibeldən gəlirəm. 

Qara xan dedi: 

– Elə bazburutundan oxşayırsan, səni özümə ilxıçı eləyərəm. 

Koroğlunun ilxısını gətirmişəm, onları otararsan. 

Koroğlu gördü nökər doğru deyirmiş. Ancaq heç bir söz deməyib 

gözlədi. Qara xan bığlarını burub dedi: 

– De görüm Koroğlu ilə mən necəyəm? Omu iyiddi, yoxsa mən? 

Qara xanın cavabında aldı Koroğlu görək nə dedi: 

Meydana girəndə pələng pəncəli, 

Dağıdar elini gəlsə, Qara xan! 

Qıratın üstündə qılınc oynadar, 

Lal elər dilini gəlsə, Qara xan!.. 

Mənəm deyib yekə danışma belə, 

Görməmisən zərbi dəstini hələ, 

Qaldırar başına, qırar gürz ilə 

Yəqin bil belini, gəlsə, Qara xan!.. 

Talar dövlətini, alar malını, 

Dağıdar pulunu, yaşıl, alını, 

Yıxar evin, yaman elər halını 

Sovdurar külünü gəlsə, Qara xan!.. 

Çətin qoç Koroğlu qorxa, üşünə, 

Yetər yağıların yeddi, beşinə, 

Hayqıranda qatar Qırat döşünə, 




Bağlayar qolunu gəlsə, Qara xan!.. 

Koroğlunun bu sözündən Qara xanın acığı tutdu, dedi: 

– Sənə dedim məni təriflə, səni özümə ilxıçılığa götürüm, daha 

demədim ki, Koroğlunu mənim üstümə çək. 

Qara xan Koroğlunun belə diri danışmağından qorxuya düşmüşdü. 

Fikirləşdi aşna, bu elə ölləm, öldürrəmdən deyir. İlxıçı belə olmaz. Bu 

yəqin ya Koroğlu özüdü, ya da ki, onun dəlilərindən biridi. Qara xan 

havanı bulud görüb əkilmək istədi. 

Koroğlu aman verməyib onu yaxaladı. İlxıçı paltarını soyunub kənara 

atdı. Bir nərə çəkdi ki, Qara xanın qulaqları batdı. Qara xan işi belə 

görüb adamları köməyə çağırdı. O tərəfdən də dəlilər Koroğlunun 

nərəsini eşidib siyirmə qılınc hər yandan töküldülər. Ara qarışdı. Dava 

başladı. Davanın şirin yerində Koroğlu özünü Qara xana yetirdi. Misri 

qılınc havada parıldayıb, ildırım yerə soxulan kimi Qara xanın təpəsində 

gözdən itdi. Qara xanın adamları xanlarını ölmüş görüb davam 

gətirə bilmədi. Qırılan qırıldı, qalan qaçdı, dağıldı. Dəlilər qiymətdən 

ağır, vəzndən yüngül şeylərini götürdülər. Düratla bərabər ilxını da 

qabaqlarına qatıb Çənlibelə yola düşdülər. Dağı aşıb, düzü keçib gəldilər 

Çənlibelə çatdılar. Nigar xanım qabağa çıxıb, Qıratın başını tutdu. 

Koroğlu atdan düşdü. Tez əmr elədi Qara xanın nökərini gətirdilər. 

Ona bir at, bir də bir qılınc bağışlayıb, dəlilərin içinə qatdı. 

Məclis quruldu, keyflər duruldu. Saqi dolandı, ruh təzələndi. Nigar 

əlində badə Koroğlunun yanına gəldi, dedi: 

– Ay Koroğlu, bilirəm sən səfərdən davasız-şavasız qayıtmazsan. De 

görüm Ballıca səfərin necə keçdi? Kimlə qabaqlaşdın. Kimlə dalaşdın. 

Koroğlu badəni alıb içdi, üçtelli sazını döşünə basıb dedi: 

Nə süzürsən ala gözü, 

Sana deyim, telli Nigar. 




Məclisimin şirin sözü, 

Sana deyim, telli Nigar. 

Ballıcada açdım meydan, 

Müxənnət dilədi aman, 

Qabağımdan qaçdı düşman 

Yana deyim, telli Nigar. 

Qoç dəlilərim dalaşda, 

Ər ürəkləri talaşda, 

Çəkdim qılınc tər savaşda 

Xana, deyim, telli Nigar. 

Nərəm davada, qızmış nər, 

Dünyaya göstərdim hünər, 

Boyandı əlimdə şeşpər, 

Qana, deyim, telli Nigar. 

Müxənnətin üzü gülməz, 

Namərd dostun qədrin bilməz, 

Koroğlu hünəri gəlməz 

Sana deyim, telli Nigar. 

 

 

 



 

 

 



 

 

 



 


Koroğlu dastanı 

"Koroğlunun Dərbənd səfəri" 

Dəmirqapı Dərbənddə bir Ərəb paşa var idi. Ərəb paşanın Möminə adlı bir gözəl qızı var idi.  

Möminə xanım Koroğlunun adını, iyidlik tərifini eşitmişdisə də, ancaq üzünü görməmişdi.  

Deyirdi görəsən bu paşaları, bəyləri zara gətirən, karvanlar vuran, tacirlər soyan Koroğlu necə 

iyiddi?  

Möminə xanım görməzə-bilməzə Koroğluya aşıq olmuşdu. Möminə xanım bir gün Koroğluya 

belə bir namə yazdı: 

Başına döndüyüm ay qoç Koroğlu, 

Əyər iyid isən gəl apar məni. 

Həsrətindən yoxdu səbrim, qararım, 

İncidir sərasər ahı-zar məni. 

Çənlibel üstündə əsrəmiş nərsən, 

Düşmən qabağında dayanan ərsən, 

Tamam dəlilərə iyit sərkərsən, 

Axtarsan, taparsan düz ilqar məni. 

Dəmirqapı Dərbənd əcəb tamaşa

Batıb gözəlləri ala, qumaşa, 

Adım Möminədi, atam Ərəb paşa, 

İstərəm, özünə elə yar məni. 

Möminə xanım naməni tamam elədi. Atasının İsa adlı bir nökəri 

var idi. Qarabaşını göndərib nökər İsanı yanına çağırtdı. Naməni 

nökərə verdi, dedi: 

– Bu naməni apar, Çənlibeldə qoç Koroğluya ver. 

İsa naməni götürüb yola düşdü. Gecə-gündüzə salıb özünü Çənlibelə 

yetirdi. Möminənin naməsini Koroğluya verdi, qayıtdı. 

Koroğlu namənin məzmunundan halı oldu. O saat Qıratı yəhərlətdi. 




Dəlilər, xanımlar dedilər: 

– Ay Koroğlu, haraya səfərin var? 

Koroğlu dedi: 

– Dəmirqapı Dərbənddə Ərəb paşanın qızı Möminə xanım boynuma 

deyin salıb, gərək gedəm onu gətirəm. 

Dəlilər dedilər, onda qoy biz də sənlə gedək. Koroğlu razı olmadı. 

Özü tək atlanıb Dəmirqapı Dərbəndə yola düşdü. Hər yerdən keçib 

gəldi Dərbəndə çatdı. Koroğlu Qırat da yedəyində bazarda gəzinirdi. 

Camaat ona, atına baxıb mat qaldılar. Ərəb paşaya xəbər apardılar ki, 

Dərbəndə bir adam gəlib, nə özü bizim yerin adamlarına bənzəyir, nə 

atı bizim atlara. Ərəb paşa Koroğlunu yanına çağırtdırdı. Ərəb paşa 

Koroğlunu görməmişdi, onu tanımırdı, ancaq adını eşitmişdi. Koroğluya 

dedi: 

– Haralısan, nəçisən? 



Koroğlu dedi: 

– Mən aşıqam, izin olsa sazla deyərəm. 

Aldı Koroğlu: 

Ərəb paşa, sənə bir ərz eləyim

Yerim xəbər alsan, Muradbəyliyəm. 

Yağı düşmən mənnən qovğa başlasa, 

Əyri qılınc əldə düşmən qovlaram. 

Bağ bəsləyib qızıl gülün dərməsən, 

Dərib, dərib yaylaq üstə sərməsən, 

Mətləbə gəlmişəm, mətləb verməsən 

Sığal verib Misri qılınc tovlaram. 

Çənlibeldən bu diyara gəlmişəm, 

Yazdığınız o ilqara gəlmişəm. 

Koroğluyam, nazlı yara gəlmişəm, 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə