Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə74/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   70   71   72   73   74   75   76   77   ...   112

Gərək gözəlləri seçib boylayam. 

Söz tamam oldu. Ərəb paşa Koroğlunu tanıdı, nə mətləbə gəldiyini 

də bildi. Vəzirini yanına çağırdı, dedi: 

– Vəzir, Koroğlu qızım Möminəni istəyir, bu barədə fikrin nədi? 

Vəzir dedi: 

– Paşa sağ olsun, Çənlibeldən buraya gəlib, gərək verəsən, verməsən 

zorla aparıb hamımızı da qırar. Bir qızdan ötəri bu qədər qana 

bais olmaq, mahalı talatmaq olmaz. Yaxşısı budu ki, qızını ver, özünü 

də qoşuna sərkərdə elə. 

Ərəb paşa vəzirinin məsləhətinə razı oldu. Toy eləyib, qızı Möminəni 

Koroğluya verdi. Koroğlu burada xeyli qalası oldu. Ərəb paşanın 

xahişinə görə döl üçün Qıratı ilxıya qatdılar. Qırat bir vaxt ilxının içində 

oldu. Ancaq ondan kəhərnişan bir madyan döl tutdu, balaya qaldı. 

Bu tərəfdən Koroğlu bir müddət Möminənin yanında qaldı. 

Günlərin bir günü Çənlibel, dəlilər yadına düşdü. Möminəyə dedi: 

– Mən gedirəm, Çənlibel yeyəsizdi, dəlilər yolumu gözləyir, al bu 

bazubəndi saxla, qızım olsa onnan dolanar, oğlum olsa qoluna bağla, 

gələr məni tapar. 

Koroğlu bazubəndi Möminəyə verdi, onnan halallaşdı. Qıratı, gətirtdi, 

yəhərlədi mindi, Çənlibelə yola düşdü. Koroğlu çoxdan idi ki, dəlilərdən, 

xanımlardan ayrılmışdı, könlü onları çox istəyirdi. Qıratı yeldən 

yeyin, sudan iti sürürdü. Qırat dağları, dərələri aşdı, yolları, yamacları 

keçdi, Koroğlunu Çənlibelə yetirdi. Koroğlu dəlilərlə görüşdü, öpüşdü, 

hallarını soruşdu. Nigar xanım gördü Koroğlu boş gəlib, dedi: 

– Ay Koroğlu, Möminəni niyə gətirmədin? 

Aldı Koroğlu: 

Canım Nigar, gözüm Nigar, 

Ağlar qaldı yar, nə deyim? 




Sənə qurban özüm Nigar, 

Könlümdə ah-zar, nə deyim? 

Ayrılanda candan oldum, 

Mən dindən, imandan oldum. 

Həm huri-qilmandan oldum, 

Dünya mənə dar, nə deyim? 

Koroğluyam məlul oldum, 

Qürbət eldə zəlil oldum, 

Möminəyə dəlil oldum, 

Tərlan olmaz sar, nə deyim. 

Bunlar burada qalsınlar, sənə Dərbənddə Möminədən xəbər verim. 

Doqquz ay, doqquz gün, doqquz saat tamam oldu. Möminənin Koroğludan 

bir oğlu dünyaya gəldi. Uşağın adını Həsən bəy qoydular. 

Həsən bəy böyüdü, on səkkiz yaşına çatdı. Oğlanın boyu buxunu, sürsüfəti, 

xoy-xasiyyəti eynən Koroğluya oxşayırdı. Gözləri oyur-oyur 

oynayırdı, heç dinc durmaqla işi yox idi. Bunu döyürdü, onu söyürdü, 

hamını əlindən zara gətirmişdi. Bu dinc durmamağının üstündə əlləmayaq 

olduğu üçün hamı ona Kürdoğlu deyirdi. Ərəb paşa bir neçə 

dəfə onu yanına çağırıb öyüd, nəsihət verdi, başa gəlmədi. O yenə özü 

bildiyini elədi. Bir gün oynadığı yerdə sözü çəpləşdi, bir keçəli bərk 

döydü. Ağzının-burnunun qanını bir-birinə qatdı. Keçəl onun əlindən 

qurtarıb bir yana çəkildi, dedi: 

– Mən sənə nə eləmişəm, məni niyə döyürsən, ay atasından 

xəbərsiz. Sənin atan yoxdu, kim bilir anan kimdən qazanıb. 

Bu söz Kürdoğluna ox dəyən kimi dəydi, dağdan ağır gəldi. Kürdoğlu 

oradan birbaşa anasının yanına yüyürdü, dedi: 

– Ana, mənim atam kimdi? 

Möminə xanım Koroğlunun oğlu olduğunu demək istəmədi. Gözünün 




ağı-qarası bir oğlu idi. Yanından buraxmamaq üçün dedi: 

– Oğul, sənin atan yoxdu. 

Kürdoğlu dedi: 

– Ana, de görüm, mənim atam kimdi? Doğrusunu deməsən səni 

də, özümü de öldürərəm. 

Axırda Möminənin əlacı kəsilib dedi: 

– Oğul, sənin atan xanlara, bəylərə qan udduran, Çənlibeldə oylağı 

olan sərkər qoç Koroğludu. 

Kürdoğlu dedi: 

– Bə indiyə kimi atam olmağını niyə məndən gizlətmişdin? 

Möminə dedi: 

– Qorxurdum gedib tapa bilməyəsən, düşmən əlinə düşəsən. 

Kürdoğlu atasının yanına gedəsi oldu. Anasından rüsxət istədi. 

Anası əzəl istədi rüsxət verməsin, gördü durası deyil, gedəcək. Axırda 

əlacsız qalıb rüsxət verib dedi: 

– Get babandan da rüsxət al. 

Kürdoğlu oradan babasının yanına gəlib dedi: 

– Baba, mənə rüsxət ver, Çənlibelə, atam Koroğlunun yanına 

gedirəm. 

Ərəb paşa dedi: 

– Oğul, sən hara, Çənlibel hara, gedib atanı tapa bilməzsən, paşalar, 

xanlar hamısı Koroğluya düşməndi, tutarlar səni öldürərlər. Getmə, 

qal, yaşım keçib qocalmışam, mənim yerimdə paşa ol. 

Kürdoğlu razı olmadı. Ərəb paşa gördü ki, Kürdoğlu qalmayacaq. 

Axırda rüsxət verdi, dedi: 

– Xəzinədən pul götür, ilxıdan özün bəyənən bir at tut, min elə get. 

Kürdoğlu getdi xəzinədən pul götürdü, ilxının içinə gəldi, hansı atı 

tutdu mindi, davam gətirə bilməyib beli qırıldı. Qıratdan maya tutmuş 




kəhərnişan madyanın bir balası olmuşdu. Böyümüşdü, ilxının içində 

idi. O zamandan bu zamana heç kimə tutulmurdu. Kürdoğlu kəmənd 

atdı, həmin atı tutdu. Gətirdi güclə yəhəri belinə basıb mindi. Sürdü 

Dərbənd bazarına çıxdı. Qılıncı yox idi. Fətəli adlı bir ustanın yanına 

gəldi. Atdan düşdü, qılınc istədi. Fətəli ona bir neçə qılınc göstərdi. 

Kürdoğlu qılıncları əlinə aldı, bir-bir basdı qırdı, o yana atdı. Usta 

gördü, bu heç hır-zır qanmır, dedi: 

– Ay oğul, mən bir kasıb adamam, bir böyük külfəti bununla dolandırıram, 

niyə qılıncları qırdın, tökdün, mənim uşaxlarımı ac qoydun, 

bəs sən nə istəyirsən, sənə necə qılınc lazımdı? 

Kürdoğlu əzəl çıxartdı qırdığı qılıncların pulun verdi, sonra üzünü 

ustaya tutub, görək nə dedi: 

Canım usta, mənə bir qılınc qayır, 

Nə uzun, nə gödək bir qərar ola. 

Dəstəsi şirmayı, özü qoşa noy, 

Vuranda ürəkdən xəbərdar ola. 

Xorasan poladın yaxşısından seç, 

Yaxşısı olmasa yamanından keç, 

Hər nəyə vuranda dayanmaya heç, 

Ya fil, ya kərkədən, ya da kəl ola. 

İraqdı mənzilim, uzaqdı ara, 

Suyu çox sərt ola, irəngi qara, 

Yarı cılxa polad, yarı nalpara, 

Qara əqrəb kimi zəhrimar ola. 

Həsən bəy kamandar, ötürməz ovu, 

Kimdi bu dünyada babamın babı? 

Qayıtmaya ağzı, iti qılovu 

Hər nəyə dəyəndə tarimar ola. 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə