Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə71/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   67   68   69   70   71   72   73   74   ...   112

Yarım gülüb danışmazdı, 

Əsir düşdüm, gözəl yarım. 

Dinməz xanım işi belə görəndə, Koroğlunu tilsimnən çıxartdı. Bu 

tərəfdən də Dəli Həsən Dinməz xanımı götürüb qaçdı. 

İndi sənə xəbəri Bəylərdən verim. 

Bəylərə xəbər getdi ki, Koroğlu Dinməz xanımı götürüb qaçdı. 

Bəylər qılınc bağlayıb, yüyürüb çatdı Koroğluya. 

Koroğlu gördü Bəylər gəlir, tez sarı kürkünü çəkib əyninə, uzun 

bığlarını sallayıb, üz-gözünü torpağa sürtdü, belini qoz eləyib oturdu 

yerdə. 


Bəylər gəlib çatdı Koroğlunun yanına, onu tanımadı. Bəylər keçib 

getmək istəyirdi ki, Koroğlu özünü silkələyib bir nərə çəkdi, Bəylər 

nərəni eşidən kimi dala baxdı. Bəylər gördü ki, bu, Koroğlu deyil, yenə 

getdi. Bir neçə qədəm getmişdi, Koroğlu yenə bir nərə çəkdi. Bəylər 

dala dönüb yapışdı Koroğludan, istədi onun başını kəsə, Koroğlu aldı, 

görək nə dedi: 

İstəyirsən sən alasan canımı, 

Bəylər bəyi, qoç Koroğlu deyiləm

Keçib gedən gördüm Dinməz xanımı, 

Bəylər bəyi, qoç Koroğlu deyiləm. 

Bəylər dedi: 

– Koroğlusan. Kəsəcəyəm başını. 

Koroğlu dedi: 

– İzn ver, birin də deyim. 

Koroğlu: 

Salmaginən bu işi gəl əngələ, 

Bəylər bəyi, qoç Koroğlu deyiləm, 

Nə çıxıbsan mənlə qılınc-xəncələ, 




Bəylər bəyi, qoç Koroğlu deyiləm. 

Adam odu, şirin dilnən dindirən, 

Bəylər bəyi, qoç Koroğlu deyiləm, 

Gəl sən olma mən yazığı öldürən, 

Bəylər bəyir, qoç Koroğlu deyiləm. 

Bəylər Koroğlunu buraxdı. Koroğlu qaçıb çıxdı bir dağın başına. 

Tez soyunub paltarını dəyişdi. Elə bir nərə çəkdi ki, Bəylər qorxub 

geri döndü, gördü ki, Koroğludu. 

Koroğlu Bəylərə dedi: 

– Bəylər, gəl mənə dəli ol, Dinməz xanımı sənə verim. 

Bəylər dedi: 

– Olmaram. Gəl döyüşək. 

Belə deyəndə Koroğlu sazı alıb, görək Bəylərə necə hərbə-zorba 

gəldi. 


Koroğluyam, heç vaxt qorxmaram hərbdən, 

Hərifsənsə əgər, bu meydana gəl. 

Əvvəl xəncəlnən, sora cənginən

Hərifsənsə əgər, bu meydana gəl. 

Aldı Bəylər: 

Nə çıxıban ucalarda durmusan, 

İyidsənsə enib bu meydana gəl. 

Yazıq-yazıq sən boynunu burubsan, 

İyidsənsə enib bu meydana gəl. 

Koroğlu: 

Dov edibən neçələrin dindirrəm, 

Düşmənləri şad eliyib güldürrəm, 

Enib para-para səni öldürrəm

Hərifsənsə əgər, bu meydana gəl. 




Aldı Bəylər: 

Arzu-kamı qoyma şirin canımda, 

Öldürməyə cuş eləyib qanımda 

Dəlilərin yığılıb durub yanımda, 

Hərif isən durub tək meydana gəl! 

Koroğlu: 

Bəylər bəyi, mənə dəli olginən, 

Dinməz xanım yenə qoy sənin olsun. 

Qəbul elə mənə dəli olginən, 

Toy eləyim Dinməz qoy sənin olsun. 

Bilirsənmi qoç Koroğlu zorunnan, 

Azmaginən haqqın doğru yolunnan, 

Müjdə verim sənə dinməz toyunnan

Sən dəli ol, Dinməz qoy sənin olsun. 

Koroğlu der qismət haqqı yazımdı 

Tozlu meydan, taci-taxtım, tacımdı, 

Bunu bil ki, Dinməz mənim bacımdı, 

Sən dəli ol, Dinməz qoy sənin olsun. 

Koroğlu sözün tamamladı. Bəylər baxıb gördü ki, dəlilər də gəlib 

yetişdi, razı olmasa Dinməz xanım əlinnən çıxacaq. Əlacı kəsilib razı 

oldu. 

Koroğlu Bəyləri qatdı dəlilərinə. Çənlibeldə yeddi gün, yeddi gecə 



toy elədi, Dinməz xanımı verdi Bəylərə. 

 

 



 

 

 




 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 


Koroğlu dastanı 

"Koroğlunun Ballıca səfəri" qolu 

Çənlibelin qarlı uca dağları, sıldırım qayaları ağ buludların bağrını deşirdi.  

Dağlar arasında yerləşən Çənlibel Koroğlunun məskəni idi.  

Yaz ağzı üstündən qar əksik olmayan təpələrin başında buludlar oynar, şimşəklər çaxar, göy 

guruldar, Çənlibel leysan yağışının altında öz daşlarını, yamaclarını yuyardı.  

Bir azca keçməmiş buludlar çəkilər, günəş çıxardı.  

Bircə saat bundan qabaq qucağında qara buludlar oynaşan Çənlibel dəyişib başqa bir aləm 

alardı.  

Uğuldaşıb biri-birisi ilə savaşan təpələr barışardı. Aralarında uzanan qarı 

nənə cecimi buraya başqa bir gözəllik verərdi. Kəkliklər qaqqıldaşar, 

bildirçinlər qıy vurar, bülbüllər Koroğlunun səsinə səs verərdi. Sıldırımların 

bağrından qaynayan bulaqların töküldüyü ətəklərdə gül-gülü, 

bülbül-bülbülü çağırar, ləpələr bənövşələrə göz vurardı. Bura Koroğlu 

qoruğu idi. Koroğlunun ipə-sapa yatmayan özü kimi dəli atları burada 

otlardılar. 

Yaz ağzı idi. Koroğlu bir az rahatlansın deyə, Düratı da ilxıya 

qatdırmışdı. Dürat ilxıdakı xam dəli ayqırlarla çəçikləşir, vuruşur, yola 

getmirdi ki, getmirdi. Bir gün, beş gün axırda ayqırlar cana doyub, 

günlərin birində Düratnan küştüyə qalxdılar. Qıratdan başqa Düratın 

qabağına hansı at çıxa bilərdi ki! Dişi ilə onları qızıl al qana bulayıb 

ilxıynan bərabər qabağına qatdı. Dürat ilxını Çənlibeldən aşağı töküb 

qovlamağa başladı. İlxı dağlar aşdı, düzlər keçdi, yamaclar dırmaşdı, 

yenişlər yendi, axırda gəlib ballıcalı Qara xanın biçənəyinə doldu. 

Qara xan Koroğlu ilə düşmən idi. Öz adamlarına tapşırmışdı ki, 

Koroğlunun atı, malı onun torpağına keçsə haylayıb damlasınlar. Qaraxanın 

adamları Koroğlunun ilxısını qoruqda görüb haylayıb apardılar. 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə