Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə69/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   65   66   67   68   69   70   71   72   ...   112

qurd kimi bayaqdı Xotkarın keşikçilərini etdilər cəhənnəmə vasil. 

Aldılar xotkarla Qara Pəhləvanın başının üstünü. Alt paltarında hər 

ikisini çəkdilər Giziroğlunun qabağına. Söz Giziroğlunun sinəsində 

tüğyan etdi. Götürdü görək Giziroğlu Mustafa bəy xotkara nə dedi. 

Tərəfimizdən ərz eləyək qulluğunuza: 

Fərman verib hay salıbsan. 

Xotkar Murad, xotkar Murad! 

Çox evlərə vay salıbsan, 

Xotkar Murad, xotkar Murad! 

Hayqırıb qılınc çəkərəm, 

Burcu-barını sökərəm, 

Yurdunda bostan əkərəm, 

Xotkar Murad, xotkar Murad! 

Sallam Alosmana talan, 

Dilimə gətirməm yalan, 

Ağlar qalar elin-oban, 

Xotkar Murad, xotkar Murad! 

Döyüşümüz ağır olar, 

Qoyub qaçan fağır olar, 

Boynun buran sağır olar, 

Xotkar Murad, xotkar Murad! 

Soyuma sən gəda dedin, 

Atıb böhtan əda dedin, 

Çənlibelə səda dedin, 

Xotkar Murad, xotkar Murad! 

Məmləkətin qana dönər

Taxtı-tacın yana dönər, 

Keçən günün sana dönər, 




Xotkar Murad, xotkar Murad! 

Dəlilərə hay vuraram, 

Vərəsini tay vuraram, 

İndi sənə toy quraram, 

Xotkar Murad, xotkar Murad! 

Mərd ərənlər eli güdər, 

Arsız namərd əli güdər, 

Paşaların səndən betər, 

Xotkar Murad, xotkar Murad! 

Qurdoğluyam, bilir hamı, 

Əsil soymu sən də tanı. 

Allam səndən şirin canı, 

Xotkar Murad, xotkar Murad! 

Giziroğlu, gəzər yorğun

El-obana salar qırğın. 

Sönüb sənin şam-çırağın, 

Xotkar Murad, xotkar Murad! 

Söz tamam oldu. Mahru xanım baxdı ki, Giziroğlunun gözləri 

dönüb qan çanağına, dəlilər də çeynəyir bığının ucunu. Mətləbi anladı. 

İşi görən Mələk dayə açdı örpəyini, atdı Giziroğlunun ayaqlarına. 

Adıbəlli arif adam idi. Örpəyi yerdən götürüb verdi Mələk dayəyə, 

dedi: 


– Can Giziroğlu! Bu tülküləri bağışla Mələk nənənin ağ birçəyinə

at zindana. 

Bəli, Halaypozan himə bənd imiş kimi qandalladı xotkarla Qara 

Pəhləvanın əl-ayağını. Açdılar zindanı. Zindandakıları etdilər azad. 

Qapadılar zindanı xotkarla Qara Pəhləvanın üzünə. Dəlilər bayaqdı 

Bəlli Əhmədin işarəsilə yüklədilər xəzinəni qəflə-qatıra. 




Əlqərəz, Giziroğlu Mahru xanımı, Mələk dayəni, qəflə-qatırı 

tapşırdı Halaypozanla Adıbəlliyə, saldı yola Çənlibelə. 

Giziroğlu, Bəlli Əhməd dəlilərlə qaldılar səhərə. Xotkarın xəzinəsinin 

olub-qalanını payladılar əlsiz-ayaqsızlara. Giziroğlu Mustafa 

bəy bir namə də yazıb qoydu xəzinəyə: 

– Xotkar Murad! Özü yıxılan ağlamaz. Sən fərman vermişdin ki, 

kim mənim qanlı başımı sənə gətirsə, bacın Mahru xanım onundu. 

Mən fərmanına əməl etdim. Mahru xanım üçün öz ayağım, öz başımla 

hüzuruna gəldim. Fərmanına görə indi bacın mənim halalımdı. Fərmanına 

görə kim başımı gətirsə, xəzinənin yarısı onun ənamında idi. 

İndi mən xəzinədən payıma düşən ənamı halallıqla götürdüm. Fərmanına 

görə başım üçün ramazanlıqda əlsiz-ayaqsızlara əl tutmağı vəd 

vermişdin. İndi mən fərmanına əməl edib xəzinənin olan-qalanını 

xeyrətlik üçün payladım əlsiz-ayaqsızlara. Səni, Qara Pəhləvanı cəhənnəmə 

vasil eləmədim, bağışladım Mələk dayənin, Mahru xanımın, 

Çənlibel dəlilərinin hörmətinə. Əgər azıb, bir də yolumun üstünə 

çıxsan kəsəcəm qulaqlarını, soyacam ağzının qıyını. 

Əlqərəz, Giziroğlu məktubu yazıb qoydu xəzinəyə, Bəlli Əhməd 

dəlilərlə üz qoydu Çardaqlı Çənlibelə. 

Bəli, nağılçılar dili mübarək, köhlən mənzildə yüyürək olar. 

Ustadlar deyir ki, qəflə-qatır Çardaqlı Çənlibelə çatanda Koroğlu qan 

qardaşının gəlişi münasibətilə yeddi min yeddi yüz yetmiş yeddi tuncunu, 

əbrişim öyəci, erkəci kəsdi Giziroğlu Mustafa bəylə Mahru 

xanımın mübarək qədəmlərinə, Nigar xanım əlindəki şərbəti verdi 

təzə bəylə gəlinə. Dilədi onlara xeyir-dua. Cəmi Çənlibel xanımları 

da durdular əllərində şirin-şərbət dəlilərin pişvazında. 

Ustadların söz-sovuna görə, Koroğlu Çənlibeldə Giziroğlu Mustafa 

bəylə Mahru xanıma qırx gün, qırx gecə bir toy elədi ki, hələ ruzgarın 




gözü cümlə-cahanda belə toy görməmişdi. 

Aşıq Cünunla Aşıq Kəngər sazlarını zil-bəm elədilər. Götürdülər 

görək Koroğlu ilə Nigar xanımın dilindən duvaqqapma üzərində 

Giziroğlu Mustafa bəylə Mahru xanımın şəninə nə dedilər. Tərəflərindən 

ərz eyləyək qulluğunuza, sizə könül şadlığı. 

Aldı Aşıq Cünun: 

Giziroğlu, Mahru xanım, 

Nigar verdi xeyir-dua. 

Çənlinin şöhrəti-şanı, 

Nigar verdi xeyir-dua. 

Aldı Aşıq Kəngər: 

Dəlilərin qan-qardaşı, 

İgidlərin yar-yoldaşı, 

Çənlibelin o sirdaşı, 

Koroğludan xeyir-dua. 

Aşıq Cünun: 

Cümlə dəlilər anası, 

Uğurludu iltiması, 

Siz Nigarın cüt balası, 

Nigar verdi xeyir-dua. 

Aşıq Kəngər: 

Hər birimiz oğulluyuq

Şirin-şəkər noğulluyuq. 

Xeyir-şərdə biz quluyuq, 

Koroğludan xeyir-dua. 

Aşıq Cünun: 

Cünun deyər coşa-coşa, 

Boy buxununuz bir tamaşa, 




Qarıyasız sizi qoşa, 

Nigar verdi xeyir-dua. 

Aşıq Kəngər: 

Aşıq Kəngər məhəbbətlə, 

İlqar dilər sədaqətlə, 

Ömür sürün təravətlə, 

Koroğludan xeyir-dua. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə