Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə66/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   62   63   64   65   66   67   68   69   ...   112

xan, Şamlı bəy, Cinli Mehdi, Həsən bəy dəlilərilə Ağrı keçidinə, Dəli 

Həsən, Sırt Yusif, İsabalı, Dəli Əhməd, Adıbəlli, Halaypozan 

dəlilərilə Sınaq keçidindən İstanbula hərəkət etməli, qalan dəlilər 

mənimlə Çənlibelin müdafiəsində qalır. 

Söz Koroğlunun ağzından çıxar-çıxmaz Çənli xanımları doldurdu 

piyalələri. Dəlilər piyalələri nuş etdilər. Bayaqdı qızıl quş kimi Giziroğlu 

Alapaçanın, Bəlli Əhməd Sürdatın, Adıbəlli Qaragözün, Halaypozan 

Sarınərin, Dəmirçioğlu Ərəbatın, Eyvaz xan Düratın, Şamlı bəy 

Bozqarın, Cinli Mehdi Qarasənilin, Həsən bəy Aşqardorun, Dəli 

Həsən Haçadilin, Sırt Yusif Köhlənşirin, İsabalı Qəmərdayın, Dəli 

Çovdar Əltərpənməzin bir göz qırpımında qondular yəhərin qaşına. 

Məşq meydanında bir dəfə gərdiş edib, ya mədəd səndən deyib, elə bir 

dəli nərə çəkdilər ki, Çənlibeldə ənşər-mənşər ərəsəti qopdu. 

Əlqərəz, hərə üz qoydu öz yolu ilə bəlli-başlı bəndi bərəsinə. 

Bəli, dəlilər yolunu dəstələməkdə olsun, indi alın xəbəri İstanbulda 

Qara Pələngdən. Qara Pələng alış-verişdən yorğun-arğın karvansaraya 

qayıtdı. Tacir tüccarlardan eşitdiyi söz-sov başladı qəlbini ac qurd 

kimi gəmirməyə. Ha çalışdı ki, gözünün acısını alsın, bacarmadı. 

Dözməyib sərbanbaşı Sarıdan soruşdu: 

– Ağeyi Sarı! Sən dünyagörmüş, çox ölkələr dolaşmış adamsan. 

Ağlın nə kəsir, Koroğlu bu qədər Alosman qoşununa dov gələ bilərmi? 

Sarı sərban dedi: 

– Oğlum! Hərçəndi bu işlər bir qədər müşküldü. Amma, oğul! 

Koroğlu da bir Koroğludu. İmanım Allaha, deyirlər Köroğlunun özü 

də, dəliləri də qurd südü əmib. Elə ki, Koroğlu nərə çəkir, dəliləri olur 

qızmış şiripələng. Düşürlər ac qurd kimi qənimlərinin canına. Biçirlər 

yağıların başını ura yerinin kəliyi kimi. Ay oğul! Bir qoşunun ki, ola 

başçısı Sırt, Qurd, Dəli, Dəmirçi, Şir, Şərxata, Yağıqıran, Qorxuqammaz, 




Geridönməz, Tüpdağıdan, Halaypozan, daha nə bilim ay bala

saymaqla tükənəndilərmi. Hərə bir söz deyir. Qanmırlar, qandırmırlar. 

Kimi istəyirlər qaldırırlar, kimi istəsələr cızdağını çıxarıb yandırırlar. 

Bazar bilmirlər, sövda görməyiblər. Amma, oğul, paylarını qazancın 

duruca yerindən bölüb götürürlər. Görənlər deyir, sifətlərindən zəhrimar 

yağır. Hər biri yeddi boyun kəlin zəncirini qırır. Boy-buxunları da 

dama dirəndi. Kimə təpinirlər, gözlərini ağardırlar, kişilikdən kəsilir. 

Amma, oğul, adam gərək insafını da yandırmasın. Kişilər kasıb-kusub 

adamlarıdı. Onlarınkı şahlar, xotkarlar, xan-xəvanlar, paşalar, sultanlar

malını yeməz tacir-tüccarlarladı. Dağıdırlar var-hallarını, paylayırlar 

əlsiz-ayaqsızlara. 

Söhbət bura çatanda Qara Pələng dedi: 

– Ağeyi Sarı, and verirəm imanına, atamla kəsdiyin duz-çörəyə. 

Mətahın olub qalanını sat dəyər-dəyməzinə, qafla qatırı apar atam deyən 

yerə. Mən getdim. Məndən tacir olmaz. Sənin dediyin o Koroğlu elə 

deyəsən mənim adamımdı. 

Əlqərəz, səhər xoruzun ilk banındaca Qara Pələng Sarı sərbanla 

halal-hümmət edib, atının cilovunu boşladı Çənlibel səmtinə. Atalar 

yaxşı deyib, kor kimdi nabələd. Qara Pələng dağ deməyib, dərə 

deməyib başladı hər yerdə yolu qırdırmasına dəstələməyə. Qatdı gecələri 

gündüzə. Tökdü atın nal-mıxını. Gördü iş fırıxdı, at taşaxorlayıb. 

Şər qarışanda özünü yetirdi bir dağ kəndinə. Oldu bir qocanın qonağı. 

Qoca dünyanı yorub boğazından keçirmiş adam idi. Baxdı ki, 

qonağı sir-sifətdən uşaq olsa da, hələ Tanrı törpüsü dəyməyib. İştahası 

da ac qurd kimi. Şam süfrəsindən sonra qoca soruşdu: 

– Oğlum! Qonaq Allah qonağıdı. Hansı qohumlardansan? Gəlişin 

hardan, gedişin hara? Bir az buralar məxşuşluqdu. 

Qara Pələng dedi: 




– Babacan! Mən Təbrizli Xoca Yaqubun oğluyam. İstanbuldan 

gəlib, Çənlibelə gedirəm. Yolda atımın nal-mıxı tökülüb. Taşaxorlayıb. 

İndi qalmışam xanaxan. 

Qoca baxdı ki, qonağı hert-mert qanmır. Bir az açıq-saçıq danışır. 

Dedi: 

– Oğlum, at məndə. Atını qoyarsan burada. Minərsən mənim Alagöz 



ürgəmi. Səni dar-damanda qoymaz. Amma oğlum, bil və agah ol! 

Koroğludu, Giziroğludu, Çardaqlı Çənlibeldi onların adını çəkmə. 

Dünən buralarda başlarında qotazlı fəs, əyinlərində qırmızı şalvardan 

çox görüblər. Onlar da Çənlibelin səmt-suatını soruşurlarmış. Ehtiyat 

igidin yaraşığıdı, bala. 

Qara Pələng dedi: 

– Babacan, sən dünyagörmüş adamsan. Adam bir dəfə dünyaya 

gəlir, onu da gərək kişi kimi yaşaya! Çaqqaldan çaqqal, qurddan qurd 

olar. Sən mənə Qoç Koroğlunun, Çənlibelin səmt-suatını salğa ver. 

Mən sənin o genbalaqlı fəsi qotazlılarından nəsitmirəm. 

Qoca dedi: 

– Uğurun xeyir, bala! Sən Alagözün cilovunu boşla. O səni düz 

Çardaqlı Çənlibelə aparar. Alagözün qardaşını keçən il Cinli Mehliyə 

vermişəm, iyini duyar. 

Qara Pələng dedi: 

– Babacan! Cinli Mehli kimdi? 

Qoca dedi: 

– Oğlum! Cinli Mehlini Şərul, Dərələz, Çuxuroba basarağında 

tanımayan küllü kavurdu. Onun min bir feli, bir o qədər də qeylü-qalı 

var. Giziroğlu Mustafa bəyin sağ əlidi. Nə bilim, ay bala! İndi də 

deyirlər ki, qoşulub Çənlibeldə Koroğluya. Onun oyunlarından Tanrıtaala 

da baş açmaz. Amma, oğul, kişinin dini-məshəbi ayrı da olsa, 




Allah adamıdı. Dinə gəlsin. Onun işi hampalarla, varlılarla, paşapuşalarladı. 

Kasıb-kusub əli tutandı. 

Oğlum! Sənə bir namə verəcəm. Çatdırarsan o Cinli Mehliyə. Elə 

orada da yaxından dostlaşarsınız – deyib, qoca qələm-kağız götürüb yazdı: 

“Mehdi ağa! Bil və agah ol, bu tərəflərdə havalar məxşuşdu. Qırmızı 

tuman, gen balaqlılar yerə-göyə zəncir salıb sizi axtarır. Quşdan 

ayıq, qurddan sayıq olun. Alosman qoşunları Ağrı keçidinə tərəf 

daşdanır. Dostun Hinir Vəli”. 

Qoca məktubu qatlayıb verdi Qara Pələngə. Dilcavabında dedi ki, 

namə əmanəti. Ələ keçsə hər ikimizin qulaqları gərinəcək, ağzımızın 

qıyası soyulacaq. Dərimizə saman təpinib camaata görk ediləcək. 

Əlqərəz, obaşdan Qara Pələng boşladı Alagözün cilovunu. Sannasunna 

yollarla qırdı yolun damarını. Ertəsi gün yaxar-yatmaz çatdı bir 

qoruğa. Özünü verdi sərin bir bulağın başına. Su içib, əl-üzünü yudu. 

Alagözü yançidar edib, bulağın başındakı ağacın kölgəsində dirsəkləndi. 

Getdi qara div yuxusuna. 

Bəli, nə qədər yatmışdı, onu Qara Pələngin özü bilərdi. Ayılanda 

gördü ki, möhkəm-möhkəm kəl zəncirilə sarınıb ağaca. Qəhr boğdu. 

Atasının, Sarı sərbanın, qocanın, Koroğlunun dara düşəndə çəkdiyi 

nərə düşdü yadına. O idi ki, qovşuruldu, güc verdi, elə bir nərə çəkdi 

ki, yeddi böyük kəl zənciri pul-pul olub səpələndi dörd bir yana. 

Koroğlu, Şir Vəli, Sanlı Səməd, Bəbir Alı, Şərxata Mədəd, Yağıqıran 

aralıqdan baxıb tamaşa edirdilər. 

Koroğlu irəli gəlib dedi: 

– Əhsən səni doğan ananın südünə! 

Qara Pələng qeyzlənib dedi: 

– Atam yerində kişisən! Ağır deyərdim. Mənlə zarafatın var, kişi 

kimi gir meydana. Bir qəbiristanlıq boynu yoğunla bir uşağın üstünə 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə