Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə62/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   58   59   60   61   62   63   64   65   ...   112

Koroğlu baxdı kı, hələ Eyvazgil gəlif çıxmıyıf. Niyar xanım da 

ahı-vayda, ahı-zardadı, anrı-bəri boylandı. Koroğlunun heç ağlı üstünə 

gəlmerdi. Niyar xanım aldı görək: 

İrəngin dönüf löyünnən, 

Sinəm dağlıdı düyünnən, 

Qurban kəsəllər qoyunnan, 

Sana qurvan mən, Koroğlu. 

Koroğlu yana baxanda gördü kü, budu Eyvazdı, Bəlli Əhmətdi

Tanrıtanımazdı, bir də Pərzad xanımdı gəldilər, ənbə Koroğlu özündə- 

sözündə döylü, gözünün ujunnan Niyar xanıma işara elədi ki, uşaxlar 

gəler. 

Aldı Niyar xanım: 



Tərlansan kəklik ovunda, 

Niyarın gözəl boyunda 

Pərzad xanımın toyunda, 

Sürək bir döyran, Koroğlu. 

Söz tamama yetdi. Koroğlu gənə də özündə döylü. Dəlilər üç bir, 

beş bir buların başına cəmləndilər. Bütün dəlilər üç dəliynən Pərzad 

xanımı qarşılamağa getdi. Əmbə Koroğlunun belə pərt olmağı, dodaxlarının 

partlaması heç kimi açmadı. Oyur-oyur oynuyan, barmaxlarının 

üstündə süzən, Qıratın belində çapan Koroğludan əsər-əlamət qalmamışdı. 

Məclis yığılıf, hamı sövüner, təkcə Koroğlunun irəngi yerinə 

gəlmer. Eyvaz yaxına gəlif dedi: 

– Baba, söylə görem niyə eliyersən, bəlkə dərdini mana deyəsən. 

Burdan-bura sana nə üz verdi ki, biz bilmədik? Axı, beşimiz də Ağ 

qayıya çatana kimi kefi kök, damağı çağ gəldik. Bizdən ayrılannan 

sonra sana nə üz verdi ki, bu günə tüşüfsən? 

Koroğlu Eyvaza heç fikir vermədi. Gözünün qulağınnan şərab 




tuluğuna baxdı. Bir şərab tuluğu gətirdilər. Koroğlu tuluğu başına qaldırıf 

bir xeyli içdi. Eyvaz gördü kün, tulux boşaler, dedi: 

– Ay ağa, biz bilerik ki, sən kef əhlisən, hamısını içəjəsən, əmbə 

bir de görəm başına nə iş gəlif? 

Koroğlu dedi: 

– Eyvaz, mənim sazımı gəti. 

Koroğlunun dili indi-indi açılerdı. Gənə Ağ qayıya tərəf boylandı. 

Dəlilər dedi: 

– Ayə, bu Ağqayada bunun nəyi qalıf, indi kimi gözdüyür, görəsən? 

Sazı gətirdilər, Koroğlu götürdü görək dərdinə müqabil nə dedi: 

Niyar xanım, bir ərəbə tuş oldum, 

Ağlımı əlimnən aldı da getdi. 

Qurumuş dilimnən hədyan söylədim, 

Məni Ağqayaya çaldı da getdi. 

– Əyə, zalım oğlu, sən nə danışersən? 

Eyvaz dəli oldu, gözü kəlləsinə çıxdı. Elə bir dəli nərə çəkdi ki, 

dağ-daş titrədi. 

– Ağa, kimdi o, elə bu sahat bu yeddi min yeddi yüz yetmiş yeddi 

dəliyi onun üstünə tökəjəm. 

Koroğlu dedi: 

– Ay oğul, ay oğul, hələ dayan gör bir nə derəm: 

Yüz min dəlinin də yetişməz gücü

Məğrubdan-məşruqa vermer o bacı. 

Mardan qamçısı var, zəhərdən acı 

Oynatdı əlində güldü də getdi. 

– A kişi, o kimdi de görüm o nə kərədi ki, Eyvazın qılıncının 

altınnan qaçsın? 

Koroğlu dedi, qulaq as: 




Koroğluyam, budu sözümün sağı, 

Onun hökmündəndi Köysər bulağı, 

Adı Həzrət Əli – dinin dayağı, 

Düldülünə suvar oldu da getdi. 

Söz tamam oldu. Hamı üzünə salavat çöyürdü. Hamı: “Allah, sana 

şükür”, – dedi. Qurvannar kəsildi, nəzirlər çıxdı. Koroğluynan Niyar 

xanım Ağcaquzuynan Pərzad xanımı yannarına çağırıf xeyir-dua verdilər. 

Qoç Koroğlu dedi: 

– Camahat, bu cavannarın toy günündə istiyirəm, bir şey də hamınıza 

əyan olsun, bilin və agah olun, Ağcaquzu mənim belimnən gələn 

doğmaca balamdı, inanmersınız, onun qolunda mənim bazübəndim 

olmalıdı, baxın. 

Koroğlu əlini uzadıf Ağcaquzunun sağ biləyini çirmələdi, öz bilərziyini 

tanıdı. Bu işdən Ağcaquzu özü də çaş-baş qaldı. Koroğlu əhvalatı 

dəlilərə nağl elədi. Ağcaquzunun nejə itkin düşdüyünü söylədi. Bu 

işdə Həzrət Əlinin köməyin də hamıya çatdırdı. 

Niyar xanım yaxına gəlif, hər iki cavanı öpüf bağrına basdı. Dedi: 

– Ay Koroğlu, indi belə çıxer ki, sən oğlunnan bajanaxsan, eləmi? 

Pərzad mənim doğma bajım, Ağcaquzu sənin oğlun. 

Koroğlu Ağcaquzuyu da, Pərzad xanımı da bağrına basdı. Öyəclər 

kəsildi, şülənnər pişdi, bir toy elədilər ki, dünyanın gözü belə toy 

görməmişdi. Bu günnən Çənlibeldə bir cavan ailə də artdı. Deyillər bu 

iki cavan uzun ömür sürdü, xoşbəxt yaşadılar. 

 

 



 

 


Koroğlu dastanı  

"Mahru xanımın Çənlibelə gəlməyi" 

Bəli, bu dəfə söhbəti sizə Çardaqlı Çənlibeldən açım. Çənçiskin avazımışdı.  

Çardaqlı Çənlibel gül-çiçəyə qərq olmuşdu. 

Vallahi behişt də onun yanında yalan idi. Bir tərəfdən gülün-çiçəyin ətiri, o biri tərəfdən 

bülbüllərin cəh-cəhi adamı məst edirdi.  

Bu, o vaxt idi ki, Koroğlu ilə Giziroğlu Mustafa bəy Hasan paşanın qırx min 

qoşununu Toqat keçidində qanına qəltan etmişdi. 

Giziroğlu Mustafa bəy Gizir qalasına dönəndən sonra qoşun sərkərdələrindən Şamlı bəy, Bəbir 

Alı, Şərxata Mədəd, Dəli Çovdar, Şir Vəli, Sanlı Səməd, Sırt Yusif, Qurd Cəlil, Cinli Mehdi, 

Adıbəlli, Aşıq Kəngərlə məsləhət-məşvərət edib, Gizir qalasında çəkidə yüngül, vəzində ağır nə 

vardısa yüklətdi qəflə-qatıra.  

Yeddi yüz yetmiş yeddi dəlisi ilə üz qoydu Çardaqlı Çənlibelə. 

Ustadların söz-sovuna görə, Koroğlunun, Nigar xanımın, cəmi Çənlibel dəlilərinin Giziroğlu 

Mustafa bəyin dəliləri ilə gəlişindən kefdamaqları çağ idi. Koroğlunun əmri ilə o günü Çardaqlı 

Çənlibeldə yeddi yüz yetmiş yeddi tuncu, öyəc, erkəc boynu buruldu. Çənlibeldə 

bir vur çatdasın idi, göz istəyirdi tamaşasına. Şərab içən kim, şərab süzən kim... 

Bəli, Giziroğlunun gəlişi şərəfinə qırx gün Çənlibeldə məclis quruldu. 

Məclisin qırxıncı günü hamı baxdı Koroğlunun üzünə. Koroğlu 

belə işlərdə çox arif idi. Anladı ki, dəlilər ondan söz istəyir. Koroğlu 

yanındakı Bulğurlu sazı götürüb əvvəl-əvvəl zil-bəm elədi. Mindirdi 

sineyi-sandığa, dedi: 

– Hey dəlilərim! Ulularımız söz söyləməzdən əvvəl, söyləyəcəyi 

fikri yüz ölçüb bir biçiblər, sinəmə bir neçə xanə söz gəlib. Deməyi 

məndən, eşitməyi sizdən. 

Bəli, Koroğlu bayaqdı Bulğurlu saza tərsə-ovand tazana vurdu. 

“Çoban bayatı” üstündə elə bir dəli nərə çəkdi ki, yer-göydə ənşərmənşər 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə