Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə61/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   57   58   59   60   61   62   63   64   ...   112

aparardım. Əmbə özüm bilerəm ki, sən zor işdədiləsi qız döyülsən, hər 

şey sənin ürəyinnən olajax. Bu günnən mən sənin qaynatanam. 

Eyvaz atdan endi, Pərzad onun atına mindi. Üzü dağ aşağı yol başdadılar. 

Eyvaz atın yüyəninnən yapışıf, özü payı-piyada gedəsi oldu. 

Gəlhagəl, günə bir mənzil, teyimənazil, ustad dili yüyrəy olar, 

gəlif Ağqayanın yanına çatanda Koroğlu dedi: 

– A bala, Eyvaz, Bəlli Əhməd, siz Yağı qoruğunnan gedin, Pərzad 

xanıma gül-çiçəkdən çələng düzəldin, atdarınızı da gözəl-göyçək 

bəziyin. Mən burdan kesəsinə gedif, bu sahat dəlilərin hamısını görüşünüzə 

göndərəjəm. Gərək Pərzad xanım elə qarşılansın ki, heç bavası 

Cəfər paşanın imaratında da elə qarşılanmasın. 

Dəlilər “baş üstə” deyif, Pərzad xanımı da götürüf, Yağı qoruğunnan 

getməkdə olsun. Koroğlu Qıratı tərpədən vaxtı ağ cığırın ağzında 

gördü kü, bir göy dəmir atdı, üstündə də bir enni kürəkli, alçax boylu, 

qırmızı gözdü bir kişidi. Ağ qayıya doğru boylaner. Bunu görən kimi 

Qırat tərpənməzcə dayandı. Koroğlu gördü kü, ayə, Qırat yerinnən tərpənmer. 

Ata mahmız çəkdi, at gənə getmədi. Koroğlu dəli olmadımı: 

– Ayə, vayıs oğlu vayıs, yolu niyə kəsifsən? – dedi – Görörsən at getmer. 

Atdı yuvaş-yuvaş başını Koroğluya hərriyif, zəhmnən tərs-tərs 

ona baxdı, dedi: 

– Məyər dədəyin yoludu? Anırdan getsən olmormu, baldırın qırılajaxmı? 

Koroğluyu elə biliynən ildırım vurdu. Dəli oldu, götürüf burda nə 

dedi, biz deyək, siz şad olun: 

Tatsan, kürtsən, nə millətsən, 

En atınnan, əcəm oğlu. 

Gözdərinnən mazaratsan, 

En atınnan, əcəm oğlu. 

Atın üstündəki dedi: 




– Əyə, ağlını başına yığ, atımnan niyə tüşərəm, var yolunnan çıx 

get, nə qədər ki, əl-ayağım sana toxunmuyuf, əl çək mənnən. 

Koroğluyu təzədən od götürdü. Aldı görək nə dedi: 

Asdan kəsifdi qarşını, 

Axıdajam göz yaşını, 

İndi üzəjəm başını, 

En atınnan, əcəm oğlu. 

Atdı qımışdı. Bu qımışanda Koroğlu daha da cinnəndi. 

Dedi: 

– Əyə, deyəsən bu tufanı dağılmış məni tanımer, gəl adını buna 



nişan ver, qoy canına vəlvələ tüşsün. 

Götürdü görək nə deyir: 

Qoç Koroğlu mənəm, mənəm, 

Çətin dediyimnən dönəm. 

Əlimnən şikar vermərəm, 

En atınnan, əcəm oğlu. 

– Ayə, qoç Koroğluymuşsan, bağışla tanımadım, elə bildim buranın 

qoruxçusu zadısan, onçun sana ajıxlandım. Nə demək istiyirsən, ay 

qoç Koroğlu? 

Koroğlu dedi: 

– Atdan tüş, get atın ciloyunu da mənim üzəngimə bağla, özünü də 

qavağıma qatıf Çənlibelə aparajam. Bu gün mənim yaxşı günümdü, 

Pərzad xanımın toyunda qulluq eliyərsən. 

Atdı dedi: 

– Yox, atdan düşməyim olmuyajax. Atdan o vaxt tüşərəm ki, sənin 

atın mənim atımı ötə. 

Koroğlu dedi: 

– Baş üstə, sürək! 




Atdı dedi: 

– Kimin atı ötsə, geridə qalan ötənin qavağına tüşsün getsin. 

Koroğlu bu şərtə irazılıx verdi. Axı indiyətən Qıratı ötən olmuyufdu! 

Həmən atdı dedi: 

– A Koroğlu, harıynan sürək, xətrin harıynan istiyir? 

Koroğlu dedi: 

– Bax bu qaratikənnığı, çınqıllığı görörsənmi, ordan qırdıramasına 

öyannan belə hərrənək, belə gələk. 

– Hardan dersən sürək! 

Nolajax, Koroğlu Qırata bir qırmaş vurdu, iki qırmaş vurdu, at 

yerinnən tərpənmədi. 

Əmbə bu biri bir göz qırpımında həmən yerrərdən keçif, Ağqayanın 

da o üzünnən hərrənif, ildırım kimi dala qayıtdı. At atın yanına 

gələndə Qırat təzədən yerinə pərçim oldu, getmədi. Koroğlu mətəl 

qaldı, dedi: 

– Ay canım, bu atı mən əlimə keçirsəm, Türk nədi, İran nədi, Ərəb 

nədi, pütün dünya mənim ayağımın altında qalmıyajaxmı? Odu ku, 

gənə də qarşısındakına üz tutdu: 

– Əyə, iyid, atdan en! 

Dedi: 


– Niyə, mənim atım sənin atını addadı axı. İndi sənin atın mənimdi. 

Koroğlu hirsdəndi, atdan tüşüf kişinin üstünə gəldi, dedi: 

– Tüş atdan güləşək, kim yıxsa at onundu. 

Atdı dedi: 

– Mənim başım üstə! 

“Mənim başım üstə” – deyif anırdan bəri iyid də gəldi, Koroğlu da 

gəldi. Koroğluda bir yaxşı xəsyət varıydı, həməşə güştü tutanda biləyini 

çirmiyif “ya Əli, sənnən mədəd” – deyərdi. Burda da gənə dedi: 




– ”Ya Əli sənnən mədəd”. 

Koroğlu irəli cumana kimi, o birisi əl on arşın qavağa uzandı, 

Koroğlunun qurşağından yapışıf elə tulavızdadı kı, Koroğlu gedif 

Ağqayanın başına tüşdü. Koroğlu indi başa tüşdü kü, Niyar xanımın 

qarğışına tuş oluf. Dodaxlar partdıyıf, irəngi-bənzi qaçıf, dünyəsi 

dəyişif. Koroğlu bu qayadan sürünə-sürünə gəldi, baş əydi: 

– ”Allahum məsəlla əla Mühəmmədən və ali Mühəmməd” – 

deyif, Həzrət Əlinin üzünə baxdı. Bu vaxt Əlinin gözündə bir damla 

yaş giləndi. O da salavat çöyürdü, dedi. 

– Koroğlu, Qoşabulağın üstündə atanı dəfn eliyən vaxtı mənim adımı 

çağırmışdın, sənin kürəyinə mən əl çəkmişdim. Demişdim, kürəyin yerə 

gəlməz, qılıncın da qılıncıma dəymişdi. Bax get, bir kəsi incitmə, haqqın 

yolunnan heç vaxt çıxma. Onu da bil ki, indi toyuna tələsdiyin Ağcaquzu 

da Hasan paşanın yox, sənin doğma balandı, onu da sənin yanına mən 

göndərmişəm, o həmən oğlandı kı, mağarada qoyuf qaçmışdın. Onun sağ 

biləyində sənin bilərziyin də var, baxarsan tanıyarsan. 

Bunu deyif Həzrət Əli Düldülə suvar oldu, bir göz qırpımında qeyb 

oldu. 


Koroğlu tutduğu işdən peşman oldu, bir tərəfdən də söyündü kü

Həzrət Əliynən bu şəkildə də olsa, görüşdü, həm də Ağcaquzunun 

onun oğlu olmasına çox söyündü. Koroğlu fikirri-fikirri Qıratın belində 

havaxt gəlif Çənlibelə çatdığını bilmədi, onda baxdı, at dayandı. 

Niyar xanım Koroğlunu belə, bu şəkildə, bu halda görüf ürəyi qubar 

elədi. Götürüf görək nə dedi: 

Niyə məlulu-müşkülsən, 

Hanı Eyvaz, xan Koroğlu? 

Göz yaşım ümmana döndü, 

Bağrım oldu qan, Koroğlu. 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə