Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə60/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   56   57   58   59   60   61   62   63   ...   112

də, Koroğlu da yerin arasında sıxılan vaxtı, Pərzad xanım dedi: 

– Əyə, zalım oğlu zalım, qulax as, mənim qoynumda sənin nə işin var. 

Zəmbur çəkər bal olanda

Halın yaman hal olanda, 

Dayan, dilin lal olanda, 

Gözdərində tor görünər. 

Koroğluyu dəlilərnən baravar torpax sıxmağa başladı. Hər tərəfdən 

də bir neçə şahmar başı çıxıf, onnara tərəf uzanmışdı. Koroğlu 

mətəl qaldı, dedi: 

– Ayə, bu zalım qızının cadısı nə təhər cadıdı? Gəl buna deynən 

ki, yekə kişi qızısan, belə işdərinnən əl çək, adam ol, adamlara qarış. 

Məcbur eləmə ki, əlimi qılınca aparem, səni parça-parça eliyim. Mənim 

qılıncım elə-belə qılışdardan döylü, mənim qılıncıma Həzrət Əlinin 

əli dəyif. Bu qılıncın qavağında cadu nədi, piti nədi, şahmar nədi, sən 

nəsən. Gəl məni məcbur eləmə. 

Aldı Koroğlu: 

Qələm alıb yazammaram, 

Bu qəbrə mən dözəmmərəm, 

Gen dünyada gəzəmmərəm, 

Dünya mana dar görünər. 

Pərzad xanım dedi: 

– Əyər gənə ağlına yar-mar sözü salsan, vallah, səni onnan da pis 

günə salajam. 

Aldı Pərzad xanım: 

Pərzad deyir, tanı məni, 

Tərk etmişəm xanımanı, 

Şahmar ollam, çallam səni, 

Dünya sana mar görünər. 




Koroğlu gördü kü, qız dediyinnən dönmüyəjək, dedi: 

– Ay qız, adam balasısan, məni höysələdən çıxartma, and olsun 

Allaha, əlimi Misri qılınca atsam, səni iki yerə parçalıyajam, tez ol, bu 

torpağı arala, uşaxları sıxıf-üzmə. 

Pərzad xanım baxıf gördü kü, daha sınax bəs eliyər, bir sehir oxudu, 

dəlilər torpax məngənəsinnən azad oldular. Əmbə yazıxlar qorxudan 

uçum-uçum uçunordular. Bir-birinin üzünə baxanda gördülər ki, 

vallah, tufar gəji kimi dümağ ağarıflar. Koroğlu dəliləri bu halda görüf 

əl atdı Misri qılıncın dəstəyinə, nə fikirrəşdisə fikrinnən daşındı, dedi: 

– Pərzad xanım, sən yerin yeddi qatına da girsən, quş oluf göyə də 

uçsan, əlimnən yaxa qurtara bilməzsən, yaxşısı budu, gəl meydana, 

qoşul bizə, çıxax gedək. 

Pərzad gənə də bir sehir oxudu, ceyran livasına girif dedi: 

– Çox atım-atım dersən, indi mən qaçem, sənin atın mənim 

dalımca çatsın, görem nejə çater. 

Koroğlu dedi: 

– Sən hələ Qırata bələd döyülsən, səni Qıratın dırnaxlarında tafdıyaram, 

qaç. 


Koroğlu bir qədər ceyrana mənzil verdi, sonra da öz-özünü 

məzəmmətdədi ki, əyə, mən indi bunun dalınnan at salsam, ona qılınc 

çalsam, hamı məni qınıyajax, deyəjəklər ki, Koroğlu bir qıza baş qoşdu, 

onu qanına qaltan elədi. Bu fikirnən arxa səmtə baxdı, baxanda gördü 

Çənlibel güzgü kimi görüner, konlu qubarrandı, götürdü görək nə dedi: 

Yönü bəri duran dağlar, 

Ellər səni bəzər bir gün. 

Güllü, bənəfşəli bağlar, 

Yarım səndə gəzər bir gün. 

Geri baxanda gördü, bəyax ceyran livasında qaçan Pərzad xanım, 




indi insan livasında yaxınnaşıf ona qulax aser. Koroğlunun gözdəri 

yaşardı. Dedi, əyə, hancara olmasa, insan öyladıdı, onun da ürəyi, diləyi 

var, biznən tərs gətirməyinə baxma. Koroğlu götürdü sözünün o biri 

xanasını: 

Hər iyiddə olmaz hünər

Od olmasa, ojax sönər. 

Dövlətdidən dövlət dönər, 

Ağlı başdan təzər bir gün. 

Baxıf gördü kü, bayax qaçan bu dəfə laf yaxın gəldi. Özü də insan 

livasındadı. Gözdəri də yaşarıf, Koroğluya boylaner. 

Aldı Koroğlu: 

Koroğlu Çənlibellərdə, 

Qalmışam fitnə-fellərdə, 

Mən ölsəm qürbət ellərdə, 

Kim qəbrimi qazar bir gün. 

Pərzad xanım yaxınnaşıf dedi: 

– Doğrusunu de, görəm sən kimsən? 

Koroğlu dedi: 

– Xanım, mən Koroğluyam. 

Pərzad xanım dedi: 

– Əgər sən Koroğlusansa, bu veranxana düzdərdə nə gəzersən? 

– Ay Pərzad xanım, dərdsiz aşıx ağladığını heç görüfsənmi, axı 

mənim dərdim var, mən buraya onçun gəlmişəm. 

– Düzünü de, görək sən niyə gəlifsən? 

Burda götürüf görək Koroğlu nə dedi, siz sağ olsun: 

Mən qoç Koroğluyam çıxdım qalannan, 

Ərzəmi götürdüm divana gəldim. 

Xotkarın oğlunnan peyman eylədim, 




Fikrimi zay etdim, imana gəldim. 

Pərzad xanım qulaxlarını şeşlətdi, dedi: 

– Ayə, bu nə xotkar oğludu der, bu nə danışer? 

Pərzad gözünü Koroğlunun üzünə zillədi. Əmbə Koroğlu gözünü 

çöyürüf Eyvazınan Halaypozanın üzünə baxanda gördü vallah, bir qız 

görəndə oynaxlıyan oğlannar, indi elə bilginən ki, don vuruf donuzdurufdu

heç ürəkləri üstə gəlmer, matdarı-qutdarı quruyufdu. Bəlli 

Əhmət də qılıncını yerə qoyuf, mat-mat boylanerdi. 

Aldı Koroğlu: 

Bu dağların zirvəsinə varanda, 

Qılınc çəkif, düşmən bağrın yaranda, 

Samur qırağında məclis quranda, 

Mey içdim, məst oldum, məstana gəldim. 

Pərzad dedi: 

– Ay kişi, düz danış, düz de. Nəyə gəlifsən, məqsədin nədi? Məqsədini 

düzən desən, inşallah mən də ona əlac eliyəm. 

Aldı Koroğlu: 

Koroğluyam öz canımnan küsərəm 

Bir yel oluf, bu dağlarda əsərəm. 

Getməsən də bil, başını kəsərəm, 

Səni aparmağa mərdana gəldim. 

Söz tamam oldu. Pərzad xanım dedi: 

– O ku məni aparajasan, söylə görəm kimə aparajasan? 

Koroğlu gördü kü, Pərzad xanımın əhvalı özündə döylü. Bayaxkı 

cadı-pitidən də əsər-əlamət yoxdu, dedi: 

– Qulax as gör kimə aparajam: 

Ovçu olan ovun izlər, 

Dur varax bizim ellərə. 




Ağcaquzu yolun gözlər, 

Dur varax bizim ellərə. 

Pərzad xanım Ağcaquzu adını eşidif cin atına minmədimi. 

Dedi: 


– Əyə, zalım oğlu, məni aparersan bir iyidə apar, Ağcaquzu nə 

iyitdi ki, sən onnan ötrü mənim dalımca gəlifsən. 

Koroğlu dedi: 

– Xanım, xatrına dəyməsin. Qulax as, qulax as, gör bir nə deyirəm: 

Gözəl xanım, olma naşı, 

Nə gəzersən dağı, daşı. 

Ağcaquzu qoşun başı, 

Dur varax bizim ellərə. 

Pərzad xanım dedi: 

– Hası qoşunun başıdı, o, bir cadıyı axıra kimi öyrənif başa çıxa 

bilmədi. 

Koroğlu o sahat işi başa tüşdü. Dedi, qulax as: 

Sona tərk etməz gölünü, 

Xoryada vermə telini. 

Koroğlunun gözəl gəlni, 

Dur varax Çənlibellərə. 

Söz tamam olan kimi Koroğlu dedi: 

– Qızım, dur gedək, biz sənsiz qayıdası döyülük. 

Pərzad xanım dedi: 

– Koroğlu, o ku sən məni özünə gəlin kimi aparersan, onda gederəm, 

əmbə onu bil ki, Ağcaquzu sən deyən kimi iyid olmasa, onda 

zəhər içif özümü tələf eliyəjəm, sən də günaha batajasan. 

Koroğlu dedi: 

– Pərzad xanım, mana qoç Koroğlu deyəllər, mən səni zornan da 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə