Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə63/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   59   60   61   62   63   64   65   66   ...   112

qopdu: 

Söz igidin sərindən

Dostluq olar dərindən. 

İki qardaş bir olsa 

Dağ oynadar yerindən. 

Dağları gəzən mənəm, 

Paşalar əzən mənəm, 

Giziroğlu əl verdi, 

Əhdimi pozammanam. 

Gün dolanar, ay olar, 

Dost-dostuna tay olar. 

İki qüvvə bir olsa, 

Paşalara vay olar. 

Dəlilərim bac alar, 

Dava günü öc alar, 

İgid sözü bir olsa, 

Xotkarlardan tac alar. 

Soyum sərt, kürdü mənim, 

Suyum bərk, Kürdü mənim, 

Qoy eşitsin paşalar, 

Arxam çox gurdu mənim. 

Söz tamaşa yetişdi. Koroğlu sazla dediyini, sözlə də dedi. Sonra 

üzünü tutdu cəmi dəlilərə, dedi: 

– Hey dəlilərim! Biz yeddi min yeddi yüz yetmiş yeddi dəli idik. 

İndi Giziroğlu Mustafa bəyin 777 dəlisi də oldu bizim canbir qardaşımız, 

– deyib bayaqdı Misri qılıncı çıxardı qınından. Giziroğlu Mustafa 

bəy də bir himə bənd imiş kimi Giziri qılıncı çıxardı qınından. Hər 

ikisi şəhadət barmağını yaralayıb qanını sıxdılar bir-birinə. 




O tərəfdən də Şamlı bəylə Dəli Həsən, Qurd Cəlillə Dəmirçioğlu, 

Bəbir Alayla Eyvaz xan, Şir Vəliylə Koroğlunun qoç balası Həsən 

bəy, Sanlı Səmədlə Bəlli Əhməd, Yağıqıranla Tüpdağıdan, Sırt Yusiflə 

İsabalı, Şərxata Mədədlə Gürcüoğlu, Dəli Çovdarla Dəli Mehdər, 

Cinli Mehdiylə Halaypozan, Aşıq Kəngərlə Aşıq Cünun da yaraladılar 

şəhadət barmaqlarını, qatdılar bir-birinə qanlarını. Əlqərəz, can qardaşlığı 

Çənlibeldə oldu qan qardaşlığı. 

Nigar xanım əlində iki piyalə durdu Koroğlu ilə Giziroğlu Mustafa 

bəyin qənşərində. Cəmi Çənlibel xanımları da dayandılar əllərində 

piyalə qan qardaşlarının qarşısında. Yox olsun yoxsulluq, Çənlibeldə 

yemək-içməkmi yox idi. Dəlilər yedilər, içdilər, damaqlar oldu çağ. 

Bəli, Koroğlu gecədən xeyli keçmiş üz tutdu məclisə, dedi: 

– Can dəlilərim! Bilin və agah olun. Bu gündən sonra xotkarların, 

paşaların, xan-xavanların, paşa-sultanların gözünə yuxu getməyəcək. 

İndi gərək biz bəndi-bərələri, keçidləri, suvadları, karvan yollarını 

göz bəbəyi kimi qoruyaq. Odu ki, hər bir sərkərin dəliləri ilə ərazisi 

bəlli-başlı olmalıdı. Dəmirçioğlu, Qurd Cəlil, Həsən bəy, Sanlı Səməd, 

Yağıqıran dəlilərilə Şamlı keçidini – Qanıxlı bərəsini, Sırt Yusif, 

İsabalı, Cinli Mehdi, Şərxata Mədəd dəlilərilə Yağı qoruğunu, Eyvaz 

xan, Dəli Çovdar, Halaypozan, Tüpdağıdan, Bəbir Alı dəliləriylə 

Dardaş keçidini, Şamlı bəy, Dəli Həsən, Adıbəlli, Qorxuqanmaz, Gürcüoğlu 

dəliləriylə Sınaq keçidini, Giziroğlu Mustafa bəy, Dəli Mehdər, 

Aşıq Kəngər, Aşıq Cünun mənimlə Çardaqlı Çənlibeli quşdan ayıq, 

qurddan sayıq qorumalıyıq. Yığışma işarəmiz mənim nərəm, yaxud 

Giziroğlunun Haça şeşbəridi. 

Əlqərəz, Koroğlu tapşıracağını tapşırmaqda, deyəcəyini deməkdə 

olsun, indi alın xəbəri İstanbulda xotkar Muraddan. Xotkar Muradın 

qulağı ala-çula çalmışdı ki, aman-zaman bircə bacısı Mahru xanım 




Giziroğlu Mustafa bəyə könül verib, bir fürsət axtarır İstanbuldan 

yayınmağa. O idi ki, xotkarın kürkünə bərk birə düşmüşdü. Yuxusu 

çəkilmişdi ərşi-əlaya. Köpmüş dana kimi tıs-tıs tısqırırdı. Bu tərəfdən 

də Koroğlu ilə Mustafa bəyin dəlilərinin Çardaqlı Çənlibeldə qan 

qardaşlığı qır saqqız olub yapışmışdı Xotkarın kəlləsinə. Çox götürqoydan 

sonra xotkar qərara gəldi ki, məmləkətin paşalarına, sultanlarına, 

pəhlivanlarına fərman yazsın. 

Əlqərəz, Cəfər paşaya, Ərəb Reyhana, Hasan paşaya, Əhməd 

paşaya, Qara paşaya, Davud paşaya, Səlim paşaya, Hüseyn paşaya, 

Bürcü paşaya, Abdal paşaya, Bolu bəyə, Qədir paşaya, Ayaz paşaya, 

Nəzər paşaya belə bir fərman yazdı: “Möhtərəm paşalar! Sizin hər 

birinizin şan-şərəfini Alosmanda yeddi qatar dəvə karvanı çəkə bilməz. 

Aslanlar zəhminizdən bəri-biyabanda tük tökür. Xəzinəmizin birillik 

gəliri yeddi arxadan dolananızı yağ içində böyrək kimi saxlar. Bir 

mehdər gədəsi ilə gizir gədəsi kəsib doqqazınızın çənəsini. Alosmanda 

xotkar, paşa, sultan qızı qalmadı. Odu, hamısı çən-çiskinlidə yolkəsənlərlə, 

başkəsənlərlə baş qoyublar bir yastığa. Ya gərək başımıza 

papaq qoyaq, ya da İstanbul örpəyi. Biz birləşib bu gədələrin əhədini 

kəsməsək, onda onlar bizim başımızı kəsəcək. Ya biz ad-sanla yaşa- 

malıyıq, ya da ağzımıza yaşmaq almalıyıq. Qırx gündən sonra ramazandı. 

Qoşunu səfərbər edin. İnşallah bu ramazanda əlimizə yolkəsənlərin 

qanından həna yaxarıq. Kim Koroğlunun başını gətirsə, bacım Mahru 

xanım baş yoldaşıdı, Çənlibelə yürüş on beş gündən sonra. 

Hörmətlə Xotkar Murad”. 

Xotkar fərmanı möhürləyib müşəmbələdi, verdi çaparlara. Çaparlar 

üz qoydular Toqata, Ərzuruma, Qarsa, Ruma, Ərzincana, Hələbə, Bağdada, 

Taxtı Süleymana, Ağ şəhərə, Vana, Diyarbəkirə, Üsküdara. 

Əlqərəz, ağalar yaxşı deyib ki, sirrli söz quyuda da qalmaz. Onu da 




deyək ki, xotkarın son günlər vurnuxmasından Mahru xanımın gözü su 

içmirdi. Nə isə xotkarın bir ilməsi vardı. Şam süfrəsində Mahru xanım 

qəsdən çeçədi, dedi: 

– Tacidarım! Dün gecə yuxumda gördüm ki, tacı-taxtın şəfəq 

saçır. 

Xotkar dedi: 



– Yuxun çin olsun, gözümün nuru! İnşallah, bu ramazanda mehdər 

oğlunun, gizir gədəsinin qanından əlinə həna yaxarsan. Elə o günü də 

sənin baxtın İstanbulda nur saçar. İnşallah onda sənə bir toy edərəm, 

səsi Qaf dağını titrədər. 

Bəli, nağılçılar sözünü qısa, köhlən mənzilini kəsə edər. Mahru 

xanım xotkarın sözlərindən anşırdı ki, qardaşı bu neçə gündə niyə narahatmış. 

Mahru xanım orasını da anladı ki, bu günlərdə xotkar Çardaqlı 

Çənlibelə qoşun çəkmək istəyir. Mahru xanımı od götürdü. İlan-çayan 

çalan yatdı, o yatmadı. Gecə səhərəcən aranı dağa, dağı arana daşıdı. 

Kirpik çalmadan açdı sabahın gözünü. Üzünüzə uğurlu sabahlar açılsın. 

Mahru xanımın dayəsi içəri girəndə gözlərinə inanmadı, dedi: 

– Ömrümün butası, canımın yarısı! Olmasın azar, bu nə halətdi 

düşmüsən? Gözlərinə qan sızıb?! 

Mahru xanım dedi: 

– Aman dayə! Əl mənim, ətək sənin, dərdimə bir əlac. 

Mələk dayə dedi: 

– Bıy, başıma xeyir, bala! Sənin dərdin gəlsin dayənə. Bəyəm 

ölmüşəm, itmişəm. Bu saat Alosmanın loğmanlarını tökərəm buraya. 

Mahru xanım baxdı ki, dayəsi mətləbi almadı, dedi: 

– Can dayə! Mənim dərdimin əlacı loğmanlıq deyil. Bu bir sirrdi 

girib bağrıma. Sirr də ki, sirli qalmalıdı. Mələk dayə ömür görmüş, dünya 

yormuşdu. Çox sirrlərin üstündən su içib yola salmışdı. Mahru xanımın 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə