Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə58/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   54   55   56   57   58   59   60   61   ...   112

təpəri Koroğluyu qorxuya saldı, dedi: 

– Gəl buna çatdır ki, ay zalım oğlu, qavağındakı tək döylü, onun 

dalında yeddi min yeddi yüz yetmiş yeddi dəli var. Odu ku, götürdü 

sazını, görək nə dedi: 

İndi dəlilərim gələr qurd kimi, 

İki gözün birdən olar dörd kimi, 

Başın gedər, leşin qalar yurd kimi, 

Ver malını, qurtar canın, çəkil get! 

Ağcaquzu gözdərinin altınnan baxıf gördü kü, qoruxcuyu yaman 

qeyzə gətirif. Aldı dedi: 

– A kişi, qulax as: 

İgid gərək qürbət eldə atdana, 

Qılınc vurram bu yer dönər bostana

Yüz tülkü neyləyər bir ac asdana, 

Baş getməmiş malım sənə vermərəm! 

Koroğlu qeyzə gəldi, dedi: 

– Əyə, bu nə daneşer, gəl buna qandır deynən, əyə, zalım oğlu, 

mən Koroğluyam axı! Aldı görək Koroğlu nə dedi: 

Koroğluyam, bu yerlərdə gəzərəm, 

Uzaxdan, uzağa şikar süzərəm, 

Dardıf bədəninnən başın üzərəm, 

Ver malını, qurtar canın, çəkil get! 

Ağcaquzu dedi: 

– Əyə, bu səyaxlıyır deyəsən, Koroğlunun adından məni tora 

salmaxdı fikri. Bunun qavağınnan qorxmaq kişilikdən döylü. 

Aldı Ağcaquzu: 

Ağcaquzuyam, hər yetənə enmərəm

Müxənnətnən danışmaram, dinmərəm, 




Mən heç səni ayax tozu sanmaram, 

Baş getməmiş malım sana vermərəm, 

Ağcaquzu elə ki dedi: “Mən heç səni ayax tozu sanmaram”, – bu 

söz Koroğluya yaman əsər elədi, istədi qılınca, əmuda əl atsın. Sonra 

əl saxladı, dedi, Allahın işini bilmək olmaz, deyəsən, burda nəsə var. 

Əl saxladı. Dedi, qoy bunu bir yaxşı sınayım. 

Dedi: 

– Oğul, sən Koroğlu adı eşidifsənmi? 



Ağcaquzu dedi: 

– Eşitmişəm! Koroğlunun adını eşidəndə göydə mələklər səyrişir. 

Koroğlu dedi: 

– Oğul, o ku Koroğlu adı eşidifsən, bə niyə belə cavaf verersən? 

Axı qarşında dayanan həmən Koroğlu mənəm. 

Ağcaquzu dedi: 

– Mən inanmeram sənin Koroğlu olmağına. Sən Koroğlu olmağını 

nəynən sübut eliyə bilərsən? 

Koroğlu dedi: 

– O ki inanmersan, qulaq as, gör Koroğlu bavan sana nə der: 

İki ləkə bir məclisə gələndə

O məclisin halı pərişan olar. 

İki iyid bir məclisə girəndə 

Bəzənər otaxlar alışan olar. 

... Odasına 

Odun gəti odasına 

Namərdin başı batsın, 

Özü nədi, odası nə?! 

Ağcaquzu dedi: 

– Bəyim, bəyim, ləkə özünü bilirsən, iyit məni?! Çünkü sən yetirən 




kimi, mənnən topbuz davasına gəldin, zorrux işlətdin. Sən özün 

Koroğlu olduğunu deseydin, mən də sənin qarşında layaxsız sözdər 

işdətməzdim. 

Koroğlu dedi: 

– Oğul, gör hələ bir nələr eşidəjəksən. 

Aldı görək Koroğlu nə dedi: 

Mərd iyidlər dolu badələr içər, 

Dost yolunda şirin canından keçər, 

Müxənnətlər dava günündə qaçar

Kolların dalında pəhlivan olar. 

... Təmiz ada 

Dərya saxlar təmiz ada, 

Yüz yerdən ləkə yaxsan, 

Yaxılmaz təmiz ada. 

Ağcaquzu dedi: 

– Eyvallah, eyvallah, indi bildim, sən Koroğlusan. Deməli, sən 

mərtikinnən bu karvanı mənim əlimnən alıf aparmax istiyirdin, başıma 

da topbuz vurordun. Demerdinmi, bu, uşaxdı qorxar, büdüryər. 

Koroğlu dedi: 

– Qulax as, gör nə deyirəm. 

Aldı Koroğlu: 

Koroğluyam haşa çəkmərəm mərddən, 

Müxənnət iş əysiy olmaz nəmərddən. 

Bir keçi canını qurtarsa qurddan, 

Baxar buynuzuna kərkadan olar. 

... Arxa sarı 

Bel götür arxa sarı 

Mərd igiddən dost tut, 




Özünə arxa sarı. 

Söz tamama yetdi. Koroğlu dedi: 

– Oğul, olma sən canını mənnən qurtarmış sayersan. Doğrudan

mən Koroğluyam. 

Ağcaquzu dedi: 

– Sən Koroğlusansa, onda məni mənzilinə apar, əyər Koroğlu 

olmağını tasdıq eləməsən, mən dəvənin üstünnən tüşən döyləm. Özü 

də sənin kimi yüzü gələ, mana güj gələ bilməz, mənnən badi-xərac 

ala bilməz. 

Koroğlu dedi: 

– Oğlu, görerəm, kiməsə sən arxeyinsan, onu hələ başa tüşə bilmerəm. 

Sür karvanını arxamca gedək. 

Ağcaquzu Koroğlunun arxasıncan Çənlibelə sarı qalxdılar. Çənlibelə 

çatan kimi Niyar xanım həmeşəki kimi Koroğlunun qarşısına 

çıxdı. Baxdı gördü, Koroğlu özünnən bir oğlan gətirer, ilahi, bu 

cüssədə, bu gözəllikdə iyid bəlkə də heç Çənlibeldə də yoxdu. Elə bil 

qüdrət qələminnən yaranıf zalım oğlu. Dəvənin üstündə ağayana 

əyləşif, gözdər qayır-qayır qaynayır. 

Niyar xanım Koroğluya baxıf dedi: 

– Koroğlu, bu kimdi? 

Koroğlu dedi: 

– Sənin əmin oğludu, Hasan paşanın oğludu. 

Niyar xanım dedi: 

– Elə şey olmaz. 

Koroğlu dedi: 

– Özüdü ki, var. İndi tafşır tamam otaxlar bəzənsin, dəlilər hamısı 

cəm olsun. Dəlilər tamam cəm oldular, yığıldılar. 

Ağcaquzu gördü kü, bu doğrudan da Koroğludu. Dəvədən endi, 




dedi: 

– Ağa Koroğlu, bu yeddi dəvə yükü var-dövlət sənin, dəvələr 

sənin, ancax mən vacif bir iş üçün sənin əyağına gəlmişəm. 

Ağcaquzu Pərzad xanım haqqında olan söhbəti Koroğluya nəql 

elədi. Koroğlu dedi: 

– Oğul, qoy bu sirr qarnında qalsın, Niyar bilməsin, heç kəsə heç 

şey demə. Mən indi dəlilərdən bir neçəsini çağırajam. Görək kim 

mənnən gedər. Üç günün içərisində sənin Pərzadını gətirdim gətirdim, 

gətirmədim mən Koroğluluğumu üstümnən götürəjəm. 

Koroğlu götürdü görək dəliləri nejə çağırdı: 

De, atdansın qoçaxlarım, 

Başı cannan keçən gəlsin. 

Eyvaz xana canım qurvan, 

Mərd əlinnən içən gəlsin. 

Eyvaz xan badeyi başına çəkif Koroğlunun arxasına addadı, dedi: 

– Ağa Koroğlu, noluf, mən həmeşə sənnən var deyləmmi, elə söz 

danışersan? Dəlilərin hamısının gözdəri açılıf, qulaxları şeşlədi; ayə, 

görən burda nə var? 

Onatan Koroğlu aldı görək nə dedi: 

Livasın polad geyənnər, 

Donnuğun mənnən yeyənnər, 

Adına dəli deyənlər, 

Şirin cana qıyan gəlsin 

– deyəndə, Bəlli Əhmədnən, Halaypozan da Koroğluya tərəf addadı. 

Götürdü Koroğlu görək nə dedi: 

Gəzək dağları-daşdarı, 

Sovluyax sər qılışdarı, 

Koroğlunun qardaşdarı, 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə