Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə54/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   50   51   52   53   54   55   56   57   ...   112

Xanımlar işdən xəbərdar oldular. Nigar Ruqiyə xanıma xoşgəldin elədi. 

Toy təzədən başlandı. Sazlar səs-səsə verdi, saqi məclisə girdi. Koroğlu 

belə baxdı Nigarı sağ yanında gördü, belə baxdı Eyvazı sol yanında 

gördü, qabağa baxdı yeddi min yeddi yüz yetmiş yeddi dəlini qabağında 

gördü. Ürəyi atlandı, qəlbi coşdu, üçtelli sazı sinəsinə basdı, dedi: 

Məclis qurduram həmişə, 

İşrətim, damağım ola!.. 

Əmliklər çəkdirəm şişə, 

Bir ağır yığnağım ola!.. 

Çənlibeldə köçüm, qonum, 

Atlasdan biçilər donum, 

Ortadan qalxmaya xonum, 

Gündə yüz qonağım ola!.. 

Vuram xotkar, tutam paşa, 

Xanlar məndən çəkə haşa

Bu dövranım vara başa, 

Sönməyən çırağım ola!.. 

Eyvaz imdadıma çata, 

Dəmirçioğlu şeşpər ata, 

Sıçrayıb minəm Qırata, 

Bəlli Əhməd dayağım ola!.. 

Şir qanı ola qanımda, 

Qorxu olmaya canımda, 

Dəlilər olsa yanımda, 

Qırram yüz min yağım ola!.. 

Düşmən qanın içəm, doyam, 

Müxənnət gözlərin oyam, 

Çəkəm bəzirganlar soyam, 




Tacirlər dustağım ola!.. 

Koroğluyam savaşımda, 

İgid dəlilər başımda, 

Nigar əyləşə qarşımda, 

Keçən cavan çağım ola!.. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 


Koroğlu dastanı 

"Ağcaquzu" qolu 

Bəli, qulluğunuza hardan xavar verem, keçmiş əyyamnan, sabiqəl dövrannan-ustatdar 

qovmünnən. 

Koroğlunun çox cavan vaxtıydı. O ki, Hasan paşa atasının gözdərini oydurdu, sora başlarına 

nələr gəldi, o hamıya bəllidi... 

Deyəllər Qoşabulağın üstündə Həzrət Əli bir nurəni qoja sifətində gəlif, sağ əlini qoç 

Koroğlunun kürəyinə vurdu, ona iyitdik badəsi içirtdi.  

Dedi: 


– Koroğlu, mənim sözümə inan, sən Koroğlusan, heç vaxt, heçkimə məğlub olmuyajaqsan!. 

Bu sözü deyif də qeyb oldu. 

Koroğlu özdüyündə inanar-inanmaz özündə bir gözəllik, bir qüvvə 

hiss eləməyə başladı. Anjax atasının qisasını bu qaniçən xotkarlardan, 

paşalardan almax niyyəti heç başınnan çıxmerdı. Əmbə bu qisası ala 

bilmerdi, güjü çatmerdi, tək iydi. Koroğlu həmeşə atı sürərdi İstanbulun 

kanarına, şəhərə tamaşa eliyərdi, hayıfsınıf geri dönərdi. 

Günnərin bir günü Koroğlu belə fikrə gəldi ki, gedem bir az 

dolanem, iyiddiyin səmtini, sorağını öyrənem, pəhlivannığı, vuruftutmağı, 

qoçaxlığı mənimsəyim, sonra dönüf gənə geri gəlləm. 

Bu fikirnən Koroğlu Düratı da yedəyinə alıf, atasının kasıf bir dostu 

varıydı, birbaş olara gəldi. Düratı həmən qoja kişiyə amanat eliyif yola 

düşdü. 

Koroğlu Qıratı sürha-sür gəlif, birbaş Təkə-Türkmana çıxdı. Gördü 



kü, bir meydandı sulanıf, iki cavan oğlan bir tərəfdə, bir qarımış pəhlivan 

bir tərəfdə cəng eliyirlər. Anjax bu ölüm-dirim cəngi döy, yıxımqaldırım 

cəngidi. Bu qarımış pəhlivan bu cavan pəhlivanın birinnən 

tutaşeir, nə qəddər eliyir, cavan pəhlivanın arxasını yerə gətirə bilmer. 




Bu birinnən qurtaranda o birinə, o birinnən qurtaranda bu birinə... 

Koroğlu bu cavan pəhlivannara o qədərə meyl elədi ki, dedi: “İlahi, 

doğrudan da sən buları iyit yaradıfsan”. 

Bu cavan pəhlivannarnan yaxınnıx eliyif, bunnardan hal-əhval 

eliyəndə bildi kin, bunnar Təkə-Türkmanın xanı Süleyman xanın 

oğlannarıdı. Koroğlu Süleyman xanın oğlannarınnan dostux işdətdi. 

Oğlannarın səvəvinə xannığa əyaq aşdı. 

Koroğlu bir gün xannıxda Süleyman xanın qızı Bilqeysi gördü. 

Bilqeyisə çox meyil saldı, doğrusu, Bilqeysi sevdi. Fikirləşdi: “İlahi, 

mən nə təhəri eliyim bu Bilqeysi ələ keçirem”. 

Aradan qarılarnan, qızdarnan söhbət eleyif Bilqeys xanımın konlunu 

aldı. Bilqeys xanımın konlunu alanan sora Süleyman xana elçi 

göndərdi. Süleyman xan qəti cavaf verdi ki, bu, heç düzələn iş döylü. 

Dedi: 


– Siz nə bilersiniz o haranın yol azanıdı, əsli bilinmer, nəsli bilinmer, 

dərənin avarasına mən qız vermərəm. 

Koroğlu xeyli fikirrəşənnən sonra özü bir yol tapıf, Bilqeys xanımnan 

görüşdü. Dərddəşdilər, danışdılar, sözü bir yerə qoyuf qaçmax 

qərarına gəldilər. Bir müddət gözdədilər, aranı xəlvət eliyif vədələşdilər. 

Gejənin bir aləmi Koroğlu Bilqeys xanımı Qıratın tərkinə alıf, 

Təkə-Türkmanı tərk elədi. Gəlha-gəl, günə bir mənzil, teyyimənazil, 

gəlif Qoşabulağın üstünə atasının qəbri önündə atı saxladı. 

Bir qədər atasının qəvrini ziyarat elədi. Qəvri ziyarat eliyənnən sora, 

gənə də Bilqeys xanımı tərkinə alıf İstanbula endi. 

İstanbulun ətrafında yazda, yayda camahat binələrə çıxerdı. Bu binələrin 

birində gizdin bir yerdə bir mağara varıydı. Həmən bu mağarada 

Koroğlu başdadı məskən salmağa. Aylar, günnər dolaşdı, Koroğlunun 

qadını Bilqeys hamilə oldu. 




Bu tək mağarada Bilqeys ilk günnər çox darıxerdı. Nolajax, xan 

sarayında, süd gölündə çimən, qu tükünnən balış qoyan, atlas yorğandöşəkdə 

naz-qəmzəynən firavan gün görmüş bir qızı birdən-birə 

mağarıya öyrətmək olardımı? Əmbə Koroğluya olan məhəbbəti Bilqeysi 

bir qədər təskin eləsə də, gənə darıxerdi. Koroğlu baxıf gördü ki, 

doğrudan da bu qızı burda, bu qayalar arasında belə tək qoymax olmaz, 

başına hava gələr. Oydu ku, binələrin birində bir nuranı qarı nənə 

varıydı, adına Əsmər qarı deyərdilər. Koroğlu başına gələni Əsmər 

qarıya danışdı. Əsmər qarı həmən günnən Koroğluyu da, Bilqeysi də 

oğulluğa, qızdığa götürdü. Tez-tez Bilqeysə baş çəkməyə gəldi. 

Koroğlu axçadan, paradan qarıya vererdi ki, süddən, qatıxdan, yağdanqaymaxdan 

alıf gətirsin, qoymasın Bilqeys korrux çəkməyə. Beləjə 

günnər bir-birini əvəz eliyirdi... Bir gün Bilqeys yükünü yerə qoydu

bir gözəl oğlan doğdu. 

Atalar çox yaxşı deyif “çuğul nə ölüf, nə də öləjək, biri öldümü, beşi 

onun yerinə pitəjək”. Həyat belədi, gedişat belədi. Bu gün namərdin 

beşini öldürsən, savax anası o beşin əvəzinə on beşini gənə doğajax. 

Koroğluynan Bilqeysin mağarada belə gizli daldalanmaxlarını, bir 

çuğul aparıf İstanbulda Hasan paşaya xavar verdi. 

Dedi: 


– Öyün yıxılsın, Hasan paşa, bə sən nə təhəri Hasan paşasankı, 

Koroğlu sənin torpağında at çaper, sənin binələrində gizdəner? 

Hasan paşıya qavaxlar da bu həndəvərdə Koroğlunun at çafdığını 

demişdilər. Bir neçə dəfə atdı dəstələr göndərmişdi ki, Koroğluyu 

tutudursun, əmbə bir murad hasıl eliyə bilməmişdi. Koroğlunun üstünə 

gələnnərin kiminin başı, kiminin qolu, kiminin qılçası kəsildi, qalannar 

öldü, qaçannar can qurtardı. Bata bilmədilər qoç Koroğluya. Cəfər 

paşaynan Hasan paşa belə qarala gəldilər ki, Koroğluyu aradan götürməkdən 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə