Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə97/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   93   94   95   96   97   98   99   100   ...   112

ləngidiyini görəndə, yeridilər irəli görsünlər bu nə işdi... 

Qəssab Alı hayqırdı ki, qayıdın kəcavələri qara bəzəyin! 

Onnar qayıdıb kəcavələri qara bəzəyəndə, yazıq Zərqələm elə 

bircə dəfə “uuyy” elədi, huşunu itirdi. 

Qəssab Alı yazıq ananın bu halına tab gətirməyib qara kəcavəni 

səslədi, əlini göylərə qaldırdı: 

Xudaya, əcəlin mana yetişsin, 

Eyvaz təzə bitib, boya gəlibdi! 

Bir möcüzə görsət, balam oyansın! 

Deyim ki, ərənnər hoya gəlibdi! 

Anan həsrət qaldı gül camalına, 

Baxa bilməz sənin belə halına! 

Əlacı kəsilib, düşüb dalına, 

Qalx, Eyvazım! Anan toya gəlibdi! 

Qəssab Alı ahu-zarda qalıbdı, 

Bala dərdi onu oda salıbdı. 

Görəydim, namərdmi tora salıbdı, 

Yoxsa mərd qılıncı soya gəlibdi?! 

Qəssab Alı sözünü tamam elədi. Özünü toxtatdı. Baxdı ki, Koroğlunun 

halı hal döyül, başınnan duman qalxır. Onun qolunnan tutdu: 

– Koroğlu! Sən dünya görmüş adamsan. Özün bilirsən ki, təqdirə 

tədbir yoxdu. İşdi, olub keçib. Atalar deyib ki, su sənəyi suda sınar. İyid 

yaranıb ki, qalda yaralana, davada ölə. Hələ Allahın yazısını pozan olmuyub. 

Bizimki də belə yazılıbmış. İnsan gərəkdi ki, naşükür olmuya! 

Şükür xudanın dərgahına! Budu, Kürdoğlu qabağdadı. Qoy indi o olsun 

ikimizin də oğlumuz. Xiffətnən heç nə hasil eləmək olmaz. Tapşırıq 

ver! Sür atını qabağa! Aparaq meyidimizi qoyaq haqq öyünə!.. 

Koroğlu dinməz-söyləməz, sürdü atını qabağa. Qəssab Alı da göstərişdər 




verib, atını sürdü onun atının yanına... 

De çatdı xəbər Çənlibelə!.. Hamı dəydi bir-birinə. Bircə anda qızıl 

qan ağ buxaqlarda çiçək açdı. Fəryad Çənlibeli yırğalamağa başladı!.. 

Cənazə yaxınlaşanda, Aşıq Cünun qabağa yeridi, əlini qulağına 

verdi: 

Mən aşığam, ala bax, 



Yaşıla bax, ala bax. 

Yüz il al işdədən ər 

Bu gün düşüb ala, bax! 

Mən aşığam, yanana, 

Ya nəməkə, ya nana, 

Eyvaza ox dəyibdi, 

Ağla, qardaş, yan, ana! 

Nigar xanım əlləri qoynunda, batmış səsnən deyirdi: 

Əzizim Eyvaz hanı? 

Xan balam Eyvaz hanı? 

Başım yaman ağrıyır, 

Çağırın Eyvaz xanı!.. 

Biçarə Zərqələm huşa gələn kimi olmuşdu. Oturduğu qara kəcavənin 

içində əllərini qabağa uzadıb yalvarırdı: 

Əzizim, amanata, 

At verməz aman ata, 

Koroğlu, xayın olma, 

Verdiyim amanata! 

Eləmi, yarı gəlsin, 

Sürülər yarı gəlsin, 

Qoxusun onnan allam 

Balamın yarı gəlsin! 




Qəssab Alı baxdı belə getsə, meyidin götürülməsi ləngiyəsidi, yenə 

Koroğluya üz tutdu: 

– Koroğlu! Sana dedim ahu-zar eləməyin faydası yoxdu. Meyidin 

ləngiməsi yaxşı deyil. Axı ölüm çoxdandı. Tapşırıq ver, qoy meyid 

götürülsün. 

Koroğlu tapşırıqlar verdi. Meyidi götürdülər. 

Tabut qəbristannığa yetdi. Elə ki, onu məzara sallamalı oldular, Qəssab 

Alının ürəyi tab gətirmədi. Özünü saxlaya bilməyib şikayətləndi: 

Zalım fələk mənnən düşdü bərəstə, 

Meydanda üz-üzə durdu, ay haray! 

Namərdlik elədi, alnan apardı, 

Qolumda torunu qurdu, ay haray! 

Bədbəxtlikdə canım dünyada təkdi, 

Gündə mana yedirdiyi kötəkdi. 

Oxunu düzəltdi, yayını çəkdi, 

Sinəmin başınnan vurdu, ay haray! 

Eyvaz, məni yalqız qoyma, amandı, 

Axı bala dərdi çəkmək yamandı? 

Qəssab Alı köçür, axır zamandı, 

Bala dərdi onu yordu, ay haray! 

Bu zaman Hürü xanım qəflətən atdı özünü tabutun üstünə, yanayana 

dedi: 


Heç kim belə insafsızlıq eləməz, 

Bəs sən eyləyirsən nədən, ay Eyvaz? 

Bu fələk zülmünə, haqq sitəminə 

Tab etməz, əriyər bədən, ay Eyvaz! 

Fələk şuxluğumu əlimnən aldı, 

Ahıma baxmadı, göyə ucaldı. 




Pərvaz eyləməmiş torpağa saldı, 

Eylədi bağrımı zədən, ay Eyvaz! 

Hürünün əlinnən getdi ixtiyar, 

Nə vaxtacan ah eyliyər, ağlıyar? 

Amandı! Məni də özünnən apar

Üz döndərib yalqız gedən, ay Eyvaz! 

Yazıq qız balaca xəncərini sinəsinə çaxanda tutdular. İncavara 

yara az oldu. 

Koroğlu bu yerdə lap qeyzə gəlib dedi: 

Koroğlu bu günnən keçir başınnan, 

Bu xəbər hər yerə yazılsın gərək. 

Talan düşsün paşaların varına, 

Əlləri əllərdən üzülsün gərək! 

Yeriyin, iyidlər, meydan başına, 

Zəhər qatın siz xotkarın aşına. 

Əl uzadın torpağına, daşına, 

Onun cahcalalı pozulsun gərək! 

Koroğlu ölməyib, yaşayır hələ, 

Hoydu, dəlilərim verin əl-ələ, 

Eyvazın qatili tez keçsin ələ, 

Gözdərinə millər düzülsün gərək! 

Koroğlunun səsi dağları, daşları lərzəyə salsa da, olan olmuşdu. 

Noolasıydı, meyiti tapşırdılar məzara. 

İzdiham yavaş-yavaş qəbirstanlıqdan çəkilirdi. Yolda Bəlli Əhməd 

yanaşdı Dəmirçioğluna: 

– Ayə, Dəmirçioğlu, bir sirr mənim qarnımı yırtır axı!.. 

Dəmirçioğlu qəmli-qəmli baxdı onun üzünə: 

– O nə sirrdi elə, Bəlli Əhməd? 




Bəlli Əhməd duruxdu. Dəmirçioğlu onun gözdərinin içinə baxanda 

dedi: 


– Acığın tutmaz ki? 

– Niyə tutur, de. 

Bəlli Əhməd udqundu. Dəmirçioğlu qaşdarını çatdı: 

– Oxunu atıb yayını niyə gizdədirsən? 

– Vallah, ay qardaş, məni qınama... 

Dəmirçioğlunun səbri tükəndi: 

– Di, din görüm! 

Bəlli Əhməd gözdərini onun gözünə dirədi: 

– Belə, biz ki, bu qəbrə tapşırdıq, bu, Eyvaz deyildi!.. 

Dəmirçioğlunun gözdərinə qaranlıq çökdü. Bir xeyli dinə bilmədi. 

Gecdən-gec dedi: 

– Bu nə sözdü, Əhməd! Ağlın başındadı?! 

Bəlli Əhməd onu belə əzaba salmağına, dərdini artırmağına peşman 

olsa da dedi: 

– Vallah, qardaş, nə deyirsən de, bu qəbrə qoyulan Eyvaz deyildi. 

Yadındamı, durna teli gətirməyə gedəndə Bağdad bağlarında bulağın 

başında oturmuşduq. Eyvaz qollarını çırmalayıb kabab çəkirdi. Sən dedin 

ki, Əhməd, görürsənmi, Allah qüdrət qələmini birinci dəfə çəkəndə 

Eyvaza ziynət verib! Gör o biləyindəki qoşa xal ona nə yaraşıq verir?! 

Dəmirçioğlunun qaşları lap çatıldı: 

– Noolsun ki? 

– Dayan də! Meyit yuyulanda suyu mən tökürdüm, o xallardan bir 

nişana yoxuydu. 

Dəmirçioğlu köks ötürdü: 

– Ağzına su al! Koroğlu bu sözü eşitsə bağrı çatdar. El səni daşqalaq 

elər. Əvvəla, bu söz gecdi. İkincisi də, sənin fəhminə nə gəlib? 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə