Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə100/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   96   97   98   99   100   101   102   103   ...   112

– Balam, bu nə inaddı sən eliyirsən?! Niyə irazılıq vermirsən ki, 

toyumuzu başlıyaq?! Day sən nə vaxtı gözdüyürsən, Mərcanım mənim?! 

Mərcan xanım dedi: 

– Sana dedim ki, mənnəndisə, mən hələ toya razı deyiləm! Bir il 

də gözləməlisən! 

Hüseynəli xan dedi: 

– Ay Allahın bəndəsi! İstəyini mənə de görüm nədi?! Balam, mal 

deyirsən məndə, pul deyirsən məndə, şan-şöhrət deyirsən məndə. 

Zor-qüvvət deyirsən, o da məndə. Day sənin özgə istədiyin nədi?! 

Mərcan xanım dedi: 

– Zorunu, qüvvətini, malını, dövlətini mənə görsətmə! Bu, iyidə 

yaraşan sifət deyil, Hüseynəli xan! Bunların heç birində mənim gözüm 

yoxdu. Mənim istəyimə qalsa, gözləyəcəksən, sənin zoruna qalsa, onu 

siz bilərsiniz! 

Hüseynəli xan hələ də elə bilirdi ki, qız naz satır, şıltaqlıq eləyir. 

Fikirləşdi ki, yəqin meyli nağdı daş-qaşdı. Odu ki, çıxardıb gətirdiyi 

ən bahalı boyunbağını saldı onun boynuna. Qızın etiraz eləməməsi, 

onun qardan ağ, pilədən yumşaq əlləri Hüseynəli xanın şəhvət 

duyğusunu gücləndirdi, qızın incə biləklərini birdən-birə əlinə keçirib 

onu öpmək istədi. İş bu yerə çatanda, dilənçi tab eləmədi, dedi: 

Ey sevgilim, insaf elə, 

Gül üstünə xarı qoyma! 

Əhdə vəfaya gəlmişəm, 

Pozulan ilqarı qoyma! 

Aldanma dövlət-varına, 

Getmə əğyar bazarına, 

Tülək tərlan şikarına, 

Yeriş çəkən sarı qoyma! 




Amma nə Mərcan xanım, nə də Hüseynəli xan onun naləsini 

eşidəcək halda deyildi. Ehtiras Hüseynəli xanı tamam yoldan çıxarmış, 

ixtiyarını əlindən almışdı. Mərcan xanım da aslan ağzında qalmış quzu 

kimi cabalayırdı ki, biləklərini onun əlindən çıxartsın. Gül yanağını 

onun murdar ağzına qurban verməsin. Dilənçi deyirdi: 

Məcnunam Leyli dağında, 

Dolanıram sorağında, 

Gözlərimin qabağında, 

Gedən ixtiyarı qoyma! 

Səs bu dəfə Mərcan xanıma çatdı. Elə bil, bu səsdən ona ər qüvvəsi 

yetişdi, pəhləvan zoru gəldi. Bir güc verib biləklərini bu canavarın 

pəncəsindən qurtardı, özünü dilənçinin üstünə atdı... 

Özünü rüsvay görən, gözləri qızmış Hüseynəli xan, Mərcan xanıma 

da dərs vermək məqsədiynən xəncərini çəkib qaldırdı ki, dilənçinin 

sinəsindən vursun, dilənçi göydə biləyindən tutub elə sıxdı ki, xəncər 

əlindən yerə düşdü. İşi belə görən xan aradan çıxmağı qənimət bildi... 

İki həsrətli bir müddət dinməz-söyləməz bir-birinin üzünə baxdı. 

Gecdən-gecə Kankanoğlu dedi: 

Həsrətinən ərimişəm, 

Səsim batıb, kirimişəm, 

Ayağına yerimişəm, 

Çəkəm ahu-zarı qoyma!.. 

Həsən xanın oğlanları Hüseynəli xan da yanlarında girdilər içəri. 

Onsuz da qan-qan deyən Mahmud xan qılıncını çöldə çəkmişdi. İstədi 

ki, sayılın başını ayırsın bədənindən, dilənçi üz tutdu Mərcan xanıma: 

Yazıq sayıl çəkər ahı, 

Sənsən onun qibləgahı! 

Sana gətirdim pənahı, 




Öldürüllər, barı qoyma! 

Mərcan xanım keçdi qardaşının qabağına: 

– Nə iş görürsən, ayə?! İndi də mənim atamın ocağına dilənçi qanı 

tökürsən?! Görmürsən, yazığın biridi? Sayılnan sənin nə işin?! 

Mahmud xan hikkəli-hikkəli bağırdı: 

– Elə sənin özün də yazıq sayılın tayısan! Ona sığınıb dağ boyda 

kişini... 

Mərcan xanım özünü bir az kövrək, bir az da qəzəbli göstərərək 

dedi: 

– Ayıb olsun Həsən xanın oğlanlarına! Hüseynəli xan da utansın, 



heç danışmasın! – o, bir az da kövrəldi, – dilənçi olanda nə olar! Məni 

bu kişinin yanında biyabır eliyirdi... 

Mahmud xan dodağını çeynədi. Mərcan xanım sözünə davam 

elədi: 


– Bilirəm, sizin bu həşirinizin hamısı ondan ötəridi ki, mən toya 

irazılıq verəm. Allah xatirinə, mənim day sözüm yoxdu, gedin, toyunuzun 

tədarükündə olun!.. 

Mərcan xanımın bu sözləri dünyayi-aləmi xanların gözündə nura, 

çırağbana döndərdi, yazıq sayılın gözlərində də cəhənnəm zülmətinə 

çevirdi... 

Mahmud paşa sevinmiş, üzünü tutdu Hüseynəli xana, vəcdnən 

dedi: 


– Hüseynəli xan! Əzizim! Özün yaxşı eşitdin bacımın sözlərini! Di 

get hazırlığını gör, gəl gəlinini apar! Amma bax burda, bacımın 

yanında da deyirəm, öyünün böyük xanımı bacımdı ha!.. 

İndiyəcən günü üstünə verildiyini bilməyən Mərcan xanım ikrah 

hissiynən üzünü çevirdi. Hüseynəli xan buna əhəmiyyət verməyib 

əlini gözünün üstünə qoydu: 




– Mənim gözüm üstə! 

Mahmud xan üzünü tutdu dilənçiyə: 

– Qurban olasan mənim bacıma! Qurban olasan atamın bu nahaq 

qan görməmiş ocağına! Başımız qarışıqdı. Get, toyda gələrsən, sənə 

çoxlu ənam verərəm! 

Dilənçi istədi çıxsın, Mərcan xanım qoymadı: 

– Dayan, ay yazıq! O nisyədi. Hələ mənim qapımdan sayıl boş 

qayıtmayıb. 

O, pərdənin dalına keçdi, çox çəkmədi ki, bir parça çörək gətirib 

qoydu dilənçinin çantasına. Kankanoğlu tez çıxıb verdi özünü bir daldaya. 

Çörəyi çıxartdı ki, Mərcan xanım boyunbağını, bir neçə qızıl, bir 

barmaq da kağız qoyub arasına, baxdı kağızda yazıb ki, gec gəldin, 

mən İravana gedəsi oldum. Səni gözləyəcəyəm, mən ya səninəm, ya 

qara torpağın! Biilqar, biiman! Kankanoğlu İravana getməyə hazırlaşdı, 

Hüseynəli xan da toy tədarükünə başladı. 

Amma iki gündən sonra toy xəbərinin əvəzinə vay xəbəri yetişdi 

ki, Hüseynəli xanın toy ağaməti gələndə, Koroğlu Xoydan qayıdırmış, 

rastlaşıblar, Koroğlu onu dünyadan köçürüb. 

Əhvalat belə olmuşdu: 

Xoy mahalından Rəhim adlı bir kəndli Koroğluya xəbər çatdıra 

bilmişdi ki, mahalın hakimi zalım Kəbir xan bir cüt oğlumu şərə salıb 

tutdurub, yetişməsən, əldən gedəsidilər. Koroğlu belə haydan qalardımı?! 

Xəbəri eşidən kimi, bir dəstə dəli götürüb üz tutdu Xoya. Koroğlu 

o zaman özünü yetirdi ki, Rəhim kişinin oğlanları dar ağacının altındadırlar. 

Kəbir xan heç belə iş gözləməzdi. Doğrudu, Koroğlunun adı, səsi 

İran xanlarının da, bəylərinin də, lap şahın da yuxusunu ərşə çəkmişdi, 

day Kəbir xanın ağlına hardan gələrdi ki, o, bu yerdə özünü çatdırar. 

Nə başınızı ağrıdım, Koroğlu Kəbir xanın aşına su qatdı. Rəhim 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə