Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə102/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   98   99   100   101   102   103   104   105   ...   112

– Bəli, Koroğlu. 

Koroğlu üzünü Halaypozana tutdu: 

– Bir dəstə götür, çox yaxın düşməyin, dəyib-dolaşmayın. Elə 

üstlərində göz olun. Tərpənsələr, qoymayın. Gecələməli olsalar, 

səhərə qədər gözləyin, səhər kim olduqlarını ayrıd elərsiniz. 

Tüpdağıdan: – baş üstə, – deyib ayağa qalxdı. İstədiyi iyidlərdən 

bir neçəsinə işarə elədi, çıxdılar. Koroğlu üzünü tutdu aşıq Cünuna: 

– Aşıq Cünun, afərin sənə ki, təzə iyidlərin ləqəbini lap ürəyimcən 

verdin! Ox Süleyman. Qartal Kərim! Yaraşır! Mübarək olsun! 

Hamı bir ağızdan “mübarək olsun” dedi. Koroğlu sözünü davam 

elədi: 

– İş də ki, belə düşdü, arxayın söhbətini elə, səhəri gözləməli 



olduq. 

Bəli, səhər açıldı, həmişə səhər üzünüzə xeyirə açılsın! Halaypozan 

gördü bu dəm-dəsgah lap böyükdü, özü də arxayınlıqdı, hələ 

tərpənməknən işləri yoxdu. Bir az da gözlədi, lap işıqlaşdı, hamı qalxıb 

yuyundu. Gün çırtanda üç nəfər də götürüb yeridi düşərgəyə. Birisi 

qabaqlarına durdu: 

– Kimsiniz, kimi istəyirsiniz? 

– Elə bu dəstənin başçısını görmək istəyirik, qardaş. 

– Elə bilirsiniz ki, asandı bu dəstənin başçısını görmək? 

– Niyə çətindi ki? 

– Bilirsiniz bu dəstənin başçısı kimdi? 

– Yox, bilmirik. Bilmək istəyirik. 

– Elə onçun belə danışırsınız da! 

– Yoxsa necə danışardıq ki? 

– Yoxsa? Yoxsa diliniz söz tutmazdı! 

– Niyə? 



– Deyim, onda bilərsən! Bu dəm-dəsgah İrəvan sərdarı Hüseynəli 

xanındı, bildin? 

– Bildim. Bilirsən mən kiməm? 

– Kimsən? 

– Qoç Koroğlunun dəlisi Halaypo... 

Halaypozanın sözü ağzında qaldı. Bu adam Koroğlunun adını eşidən 

kimi çul təkin sərildi yerə, de bildirmi ölübsən, yoxsa bu ilmi. Ona 

kimi iki başqası özünü yetirdi. Birisi qıjqırıldı Halaypozanın üstünə: 

– Neylədi, ə buna?! 

– Heç nə. 

– Bə niyə belə oldu bu? 

– Onu sən bilərsən. Yəqin üstündə ürəkgetməsi varmış. Biz ondan 

Hüseynəli xanı soruşduq, o da beləcə sərildi yerə. 

– Neynirsiniz siz Hüseynəli xanı? 

– Elçiyik, sözümüz var. 

– Kimin elçisisiniz? 

– Koroğlunun. 

– Nə-ə-ə-ə?.. 

Onu da, yoldaşını da əsməcə tutdu. Amma huşdarı başlarınnan 

çıxmadı. Eləcə dilləri qıfıllandı, gecdən-gec birinin dili topuq vurmağa 

başladı: 

– Ge-ge-gedək. 

Hüseynəli xanın çadırının qapısında üç adam siyirmə qılınc dayanmışdı. 

Bu gələnin diribaşı birinin qulağına pıçıldayanda əlinnən qılınc 

düşdü. Məxləs, Hüseynəli xana çatdırdılar ki, üç adam qapıda durub 

onu görmək istəyir. Özdəri də deyirlər ki, Koroğlunun elçiləriyik. 

Hüseynəli xanın da canına üşütmə düşdü. Amma özünü bir təhər toxdadıb 

əmr elədi ki, çöldə qollarını bağlayıb gətirin içəri. Çöldə istədilər 




ki, bunların qollarını bağlasınlar, Halaypozan birisinə bir şapalaq 

çəkdi, yazıq yeddi dəfə fırranıb düz iyirmi arşın aralıda cüllandı yerə. 

Bunu görəndə o birilər əl tərpətmədilər, Halaypozan onları o tərəf bu 

tərəfə itələyib girdi içəri. Hüseynəli xan udqunub qışqırdı: 

– Bu nə ədəbsizlikdi?! 

– Ədəbsizlik sizdən baş verdi, xan! Bu da təzə qaydadı ki, elçinin 

qapıda qollarını bağladıb qəbul eləyəsən? 

Hüseynəli xanın ağlı təzə-təzə başına yığıldı. Baxdı ki, yaman 

yekə qələt eləyib. Amma özünü toxdaq tutub dedi: 

– Bu hansı qaydadı ki, hər yetən özünü Koroğlunun elçisi adlandırır. 

– İnanmamaqda haqlısan, xan. Amma bu həqiqətdi ki, mən Koroğlunun 

elçisi yox, dəlilərinnən biri Halaypozanam. Özü də Koroğlunun 

tapşırığı ilə axşamdan bəri sənin keşiyini çəkmişəm. İndi də bilməliyəm 

ki, haradan gəlib haraya gedirsən. 

Hüseynəli xanın gözləri irildi: 

– Doğru deyirsən? 

– Bizim dilimizə yalan gəlməz, xan! 

– Hardadı indi Koroğlu? 

– Qapıya çıxsan, əl qoyub gözünün üstünə baxsan gündoğana

görərsən! 

– Doğru deyirsən? 

– İnan, xan! Yalan xanlarda, paşalarda olur, bizim kimilərə verirlərmi, 

bizdə də ola! 

Hüseynəli xan başını əllərinin arasına aldı, bir xeyli fikirləşdi, 

sonra birdən başını qaldırdı: 

– Sən niyə mənə xan deyirsən ki? 

– Bəs nə deyim, xan? 

– Axı mən xan deyiləm! 




– Bəs nəsən, xan? 

– Mən bir tacir oğluyam. Dədəm məni nişanlandırandan sonra, 

Allah ölənnərinə rəhmət eləsin!.. 

– Allah rəhmət eləsin! 

– Hə, atam məni nişanlandırandan sonra toyuma hazırlaşanda vəfat 

elədi. Üç ildi yasını saxlayıram. İndi bu elimnən-günümnən gedirəm 

gəlinimi gətirməyə... 

– Yalanı tərgit, xan. Sən İravan sərdarı Hüseynəli xansan. Mən də 

Xoy mahalının xanı Kəbir xanın kiçik qardaşıyam. Biz bir dəfə görüşmüşdük 

axı. Niyə yadından çıxıb? Özüm elə dedim ki, sənin bu dələduz 

keşikçilərin mənə dəyib toxunmasın. 

Hüseynəli xanın gözləri dirildi. Baxdı ki, canının uyuşuğu açılır. 

Ərklə Halaypozanın sinəsinə bir pəncə vurdu, sevinclə dedi: 

– Bəs niyə mənim ürəyimi üzürsən, ay zalım! 

– Ürəyin niyə üzülür axı? 

– Ə, bilmirsən, Koroğlunun özü bir şey olmasa da adı yaman ağırdı? 

Eşidəndə adamın ürəyi üzülür? Ə, mənim huşuma bax! Bir fikirləşmirəm 

ki, axı Koroğlunun buralarda nə azarı ola! Çənlibel hara, buralar 

hara?.. Həə, de görüm Kəbir xan necədi, özün nə təhərsən? Deyirəm 

axı, ay Allah, bu mənə tanış gəlir, hardasa görmüşəm bunu! 

– Tanıdın indi? 

– Bə tanımayanda!.. 

– Bax belə! Sən necəsən? 

Tüpdağıdan belə deyib guya ərklə onun sağ çiyninə yaxın döşünə 

bir balaca pəncə vurdu. Hüseynəli xan şırp dalı üstə dəydi yerə. Gözlərinə 

qaranlıq çökdü, elə bildi ki, bir yanını çapdılar. O özünə 

gələnəcən Halaypozan əlindən tutub qaldırdı. Hüseynəli xan bir az o 

tərəf bu tərəfə səyəlləndi, yox-yox bir təhər özünü toxdatdı: 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə