Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə103/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   99   100   101   102   103   104   105   106   ...   112

– Ə, səni and verirəm allaha, de görüm kimsən? 

– Yalana-yalan oldu, bədələ-bədəl, xan, allaha niyə and verirsən, 

mən Halaypozanam... 

Bu dəmdə qapıdakı dəlilər dözə bilməyib girdilər içəri ki, ay 

qardaş, ay Halaypozan, niyə belə ləngiyirsən, indicə Koroğlu dalımızcan 

adam göndərəcək axı!.. 

Hüseynəli xan baxdı yox, karvanı yaman yerdə axşamladıb. Yenə 

başını aldı əllərinin arasına, bir xeyli fikirləşəndən sonra birdən qalxdı 

ayağa: 

– Deyirsən Koroğlu bu yaxındadı hə? 



– Bəli, xan. 

– Gedək onun yanına. 

– Gedək. 

Hüseynəli xan adamlarına tapşırıqlar verib düşdü Halaypozanın 

yanına. 

Bu tərəfdən də Koroğlu istəyirdi ki, Halaypozanın dalısıncan adam 

göndərsin, bir də baxdılar, budu, Halaypozan yanında da birisi gəlir. 

Hüseynəli xan yaxınlaşanda qılıncını açıb saldı boynuna. 

Koroğlu öyrənəndə ki, bu İravan sərdarı Hüseynəli xandı, hay 

vurdu hamı toplaşdı böyük çadıra. Hər kəs öz yerində əyləşəndə 

Hüseynəli xan elə qılıncı boynunda yeridi Koroğlunun qabağına, diz 

çöküb dedi: 

– Koroğlu, mən İravan sərdarı Hüseynəli xanam. Bu aydındı ki, biz 

düşmənik. Bu yerdə mənim səndən aman istəməyə haqqım yoxdu. 

Amma izn ver, utanmazlıq eliyim, səndən aman istəyim!.. 

– İstə, xan. 

– Halaypozan yaxşı gördü. Eşitdiyimə görə axşamdan bəri sənin 

gözün mənim karvanımda olub. Bilməmiş olmazsan ki, bu karvan toy 




karvanıdı. 

– Öyrənmişəm, xan. 

– Gör, mümkündürsə, aman ver, məni muraz üstə qoyma! 

– Toy sənindi, xan? 

– Bəli, qoç Koroğlu! 

– Yalan demirsən ki? 

– And olsun bir olan Allaha, yalan demirəm! 

Koroğlu Halaypozanın üzünə baxdı. Halaypozan dedi: 

– Düz deyir, Koroğlu, öyrənmişəm, toy xanın öz toyudu. 

Koroğlu məclisə göz gəzdirdi. Hamının üzündə mərhəmət gördü. 

Təkcə tacirbaşının paltarını geyinmiş kişini üzündən narahat gördü

istədi onu dindirsin, amma nə fikirləşdisə, ayrı şeyə yozub dindirmədi. 

Bunu kişi də hiss elədi, ürəyi atlandı, amma Koroğlunun onu belə 

süzüb dindirməməsi halını bir az da pozdu. Çünki kişinin sözü vardı, 

amma cürəti çatmırdı dinsin, sözünü desin. Koroğlu hamının üzündən 

oxudu ki, xana aman vermək olar. O dinmək istəyəndə, xan onu 

qabaqladı, əvvəlcə istədi desin ki, qəfləmdə dünya malından nəyim 

varsa götür, məni azad elə, ürəyi gəlmədi, bu fikrini udub dedi: 

– Əgər aman vermək mümkün olmasa, qoç Koroğlu, heç qılıncını 

mənim mundar qanıma bulama, öz qılıncımnan vur boynumu... 

Koroğlu ikrah duydu, qaşlarını çatdı: 

– Kişisən belə əzilmə, xan! Amandasan. 

O, üzünü Halaypozana tutdu: 

– Halapozan, apar bunu hardan gətirmisən, qoy orda. Özü də gör 

tacirin qəfləsində layiqli bir şey varsa, adınızdan qoy xana toypayı 

olsun. 


Elə bil bütün dünya verdin xana. Çadırdan çıxmağa ürəyi tələssə 

də, özünü ağır göstərməyə çalışdı. 




Tacirbaşının paltarını geymiş kişi yenə bir-iki dəfə udqundu, ağzını 

açmaq istədi, bacarmadı. Ürəyində özünü söydü, danladı ki, vallah, 

mənim kimi qorxaq yaşamaqdansa yaşamamaq yaxşıdı. Niyə mən dinə 

bilmirəm axı? Koroğlu məni asmayacaq ha. İravanın sərdarına rəhm 

eliyən adamdan da adam çəkinərmi? Amma baxdı ki, daha gecdi, 

Hüseynəli xan çadırın ağzına çatıb. Elə bu dəmdə Hüseynəli xan da 

fikirləşdi ki, ay evim yıxılsın, niyə belə gedirəm, heç olmasa yalandansa 

da niyə guruldamıram? Qoy deyim ki, bəlkə sizə bir şey lazımdı. 

Qoy bir dil-ağız sada eləyim dana! Ona görə də çadırın qapısının 

ağzında dayandı, geri döndü: 

– Koroğlu, sən səxada da məni üstələdin. Sənin ayağından öpməyə 

özümü layıq bilmirəm, heç olmasa, icazə verərdin, atının dırnağından 

öprədim, bu eyilikdən bir misqal çıxardım... 

Koroğlu gördü xan xərifləyir, dedi: 

– Xan, yaxşı olar heç bu təmənnaha düşməyəsən. Bil ki, Qırat 

dost-düşməni məndən yaxşı tanıyır... 

Xan bir də geri dönmək istəyəndə elə bil kişiyə cürət gəldi, dili 

açıldı, Koroğluya dedi: 

– Koroğlu, izn versəydin, mənim xandan bir sualım vardı... 

Xan istədi ki, sıpıxsın, Koroğlu onu dayandırdı: 

– Xan, zəhmət olmasın, bu kişinin sözü var deyəsən. 

Xan dedi: 

– Koroğlu, bu kişinin nə sözü olasıdı ki. Sən qanını içməyə hazır 

olduğun düşməninə aman verirsən. Bilirsən ki, aman verdiyin bu adamın 

dünya boyda günahlarından keçirsən. Day bu kişinin nə sözü ola? 

– Niyə, qoy arzusu qalmasın. 

– Nə deyirəm. 

Xan kişinin yör-yöndəmindən baxdı ki, bu, Koroğlu dəlisi döyül, 




tacirdi. Bildi ki, tacirdən xeyirli söz çıxmaz, nədisə paxıllığından bir 

çuğulluq eləyəcək, onu da Koroğlu vecə qoymayacaq. Amma kişi heç 

kimin gözləmədiyi bir sualla xana müraciət elədi: 

– Xan, mən bilmək istəyirəm görək sən toy eləyib evinə gətirəcəyin 

qız səni istəyir, ya yox? 

Çoxları sualı yersiz hesab elədi. Kimi açıqda, kimi ürəyində kişiyə 

güldü. Hüseynəli xan bunu sezdi, odu ki, bir az da təmkinlə cavab verdi: 

– Əmi, bizim şəriətə görə qız istəməsə, kəbin kəsilməz, kəsilsə də 

baş tutmaz. 

– Ürəkdən deyirsən bu sözü? 

– Bəli, ürəkdən! 

Kişi Koroğluya tərəf döndü: 

– Koroğlu, xan yalan deyir. Onunku muraz deyil, şəhvətdi. Mən 

bildiyimi deməsəm, günaha bataram. Elə az qalmışdı ki, günahkar olum. 

Mənim bildiyim də budu ki, bu xan o qızı alsa, özünə övrət eləsə, zülm 

əli ilə iş görür. 

Hamı bir-birinin üzünə baxdı. Koroğlu qaşlarını çatdı: 

– Xan, bu sözə cavabın nədi? 

– Koroğlu sağ olsun. Mən yaxşı görürəm ki, bu adam sizdən deyil

bizdəndi. Nədisə, bunun mənnən qərəzliyi var, yalan danışır. 

Koroğlu dedi: 

– Bu şəksizdi ki, bu arada yalan var. Amma yalanın bu kişidəmi, 

yoxsa səndəmi olduğunu aydınlaşdırmaq müşküldü... 

Koroğlu fikir içində üzünü aşıq Cünuna tutdu: 

– Aşıq Cünun, bizə kömək elə, çətinə düşmüşük. 

Aşıq Cünun irəli çıxdı, üzünü xana tutdu: 

– Xan, nişanlın hardandı, kimlərdəndi? 

Xan çətinə düşdü, kəkələdi. Kişi dedi: 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə