Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə105/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   101   102   103   104   105   106   107   108   ...   112

paşalığını tapşırdı ona, bacısı Mərcan xanımı da nişanladı vəlihədi 

Əmir xana. 

Amma Mərcan xanım iki ayağını bir başmağa qoydu ki, da mən 

ərə getmirəm... 

Mahmud paşa çox yaxşı bilirdi ki, onun ayağına cidar olan bu 

qohumluğa xələl gətirən Kankanoğludu. Odu ki, onu bir yanlıq eləməkdən 

ötrü fürsət gəzirdi. 

Eyvaz tutulub zindana salınan günün səhərisi Bayazid ətrafında nə 

qədər əli qılınc tutan varıydısa, yığılıb zindanı dağıtmaq, Eyvazı xilas 

eləmək üçün tədbir tökməyə başladılar. Kankanoğlu da bu dəstədəydi. 

O necə deyəllər, bu işi düzəldən, dəstəyə başçılıq eliyən elə onun 

özüydü. 


Eyvaz tutulanın üçüncü günü Kankanoğlu dəstəni çəkdi bir tərəfə. 

Dəstə çox böyük olduğundan onu böldü kiçik dəstələrə. Onlara başçılar 

seçdi. Hansı dəstənin hayandan gələcəyini, kimin nə iş görəcəyini, 

dönə-dönə tapşırandan sonra, gedib müəyyən olunmuş vaxdı, işarəni 

gözləməyi tapşırdı. Hamı öz kəm-kəsirini düzəltməyə, vaxdı gözləməyə 

dağıldı. Kankanoğlu da evə gəlib hazırlıq görməyə başdadı. 

Kankanoğlu təzəcə qılıncını silib qınına qoymuşdu. Səlim qapıdan 

girdi: 


– Böyükkişi, Mərcan xanım dedi ki, onnan vacib işim var, özünü 

yetirsin mənə. 

Kankanoğlu istədi ki, getməyə, amma özünü saxlıya bilməyib 

Səlimnən paltarını dəyişdi. 

Kankanoğlu özünü yetirdi Mərcan xanımın qulluğuna. Mərcan 

xanım onu çəkib apardı düz zirzəmisinə. Qarşısında oturdub gözlərini 

dirədi gözlərinə, yazıq-yazıq dedi: 

– Böyükkişi! De görüm, mana olan məhəbbətindən bir nişana 




qalıb, ya yox?! 

Kankanoğlu hələ vəziyyətdən, məqsəddən baş çıxarmasa da dedi: 

– Mərcan xanım! Mənim sənə olan məhəbbətimi soruşursansa, hər 

gün birə min qat artır! Amma özün bilirsən vəziyyət pisdi. Mən bir lüt 

kankan oğluyam, pulum yox, dövlətim yox, şan-şöhrətim yox... 

Qardaşın da satır səni pula, şöhrətə?.. 

Mərcan xanım dayana bilmədi: 

– Düz danışmırsan, əzizim! Sən öz qiymətini yaxşı bilmirsən. 

Qardaşım məni şöhrətə satırsa, gərək, ağlı olsa, elə sənə verəydi. 

– Görmürsənmi, heç Allah da kasıbın tərəfində deyil! Təzəcə 

Hüseynəli xandan xilas olmuşduq, Əmir xanı ariz elədi bu yandan! 

Day bundan belə biz neyliyə bilərik, hansı səmtə üz tutub bir sığınacaq 

tapa bilərik ki, xotkarın hökmü oraya işləməsin, bizi axdarıb tapmasın, 

məhəbbətimizi daşa vurmasın?! Gəl daha sən məndən əl çək, get 

Əmir xana, sən xoşbəxt ol!.. 

Mərcan xanım dedi: 

– Sən doğru danışırsan, Böyükkişi! İndi iş çox pis yerə ilişib, karvanımız 

yaman yerdə axşamlayıb! Durduqca işlər dolaşıb bu yerə 

çatdı. Mən bir yer bilirəm ki, oraya xotkarın yox, lap babasının da 

hökmü işləməz! Oraya qaça bilsək, kamımıza çatar, qorxusuz yaşayarıq!.. 

– Sən nə danışırsan, Mərcan xanım?! Osmanlı torpağında o necə 

yerdi ki, xotkarın hökmü oraya işləmiyə, orda rahat yaşamaq ola?! De 

görüm, o necə yerdi ki, mənim kimiləri orda muradına çata, kamına 

yetişib xoşbəxt ola?! Görəsən, yer üzündə elə bir bucaq, elə bir torpaq 

var?! 

– Day hələ o yerlərə əl atma, çox uzaqlara gedib özünü yorma. De 



görüm, qaçmaqnan necəsən? 

– O yer məni çox düşündürür axı! 




– Dedim çox özünü yorma. Ora çox da uzaq deyil! Amma yolu çox 

çətindi. Necəsən qaçmağınan? 

Sualın təkrar olunmağı Kankanoğlunu aldı: 

– Qaçaq deyirsən, qaçaq də!.. 

Mərcan xanımın qaşları çatıldı: 

– Bu necə cavabdı, Böyükkişi?! 

Kankanoğlu dilini belə sürüdü ki, Mərcan xanımnan söz ala. 

Amma baxdı qəlbinə dəydi. Odu ki dedi: 

– Mərcan xanım! Mən başımnan, canımnan hazır. Di vaxt qoy, 

hazırlaş! 

– Vaxt?.. Vaxt bu gecə!.. 

Kankanoğlunun boğazı quruyan kimi oldu. Duruxdu, dillənmək 

istədi, nə deyəcəyini bilmədi. 

Mərcan xanım onun bu halını görüb dedi: 

– Bu nə sifətdi, sən düşdün, ey iyidliyi aləmə səs salmış Kankanoğlu?! 

Mən necə olub ki, indiyəcən sənin belə qorxaq olduğunu 

bilməmişəm?! Bu hal qorxaqlıqdan çox, dönüklüyə oxşayır. Bəlkə də 

mənnən döyülsən?! Belədirsə, gedib evində otura bilərsən!.. 

Qəzəbdənmi, qəhərdənmi, bilmirəm, Mərcan xanımın gözləri 

dolmuşdu. O, durmaq istəyəndə, Kankanoğlu biləyinnən yapışdı: 

– Mərcan! Bilirsən mən heç zaman heç nədən qorxmamışam! 

Məhəbbətim də ər məhəbbətidi! Mən sevindiyimnən bu haldayam!.. 

Amma... 

– Ay məhəbbətdə ər olan! Bu yolda amma olmaz! Bu gecə qaçmalıyıq! 

Yoxsa, bir də məni o dünyada görərsən!.. 

– Ay məhəbbət mələyi! Gərək sevənlər o dünyanı dilə gətirməsinlər 

axı?! 

– Böyükkişi! Sözü uzatdıq. İş o yerdədi ki, biz bu gecə qaçmalıyıq! 




Dur! Vaxt itirmə! 

Kankanoğlunun yenə rəngi dəyişdi: 

– Mərcan, axı bu işdə tələsmək xeyir verməz?! Qoy nizam hazırlıq 

görüm! Heç olmasa, bu gecəliyinə aman ver, səhər axşam olum sənin 

qulluğunda! 

Mərcan xanım ayağa qalxdı: 

– Sən ya qorxursan, ya da məndən dönübsən, Kankanoğlu! Sana 

can sağlığı! Gedə bilərsən! 

Kankanoğlu yenə onu biləklədi: 

– Bu darıxmağın səbəbini bilim! 

– Səbəbi? Məhəbbət! 

– Bilməsəm olmaz, Mərcan! 

– Gətir soruşma! 

– Bilməsəm, çatdar bağrım! 

– Səbəb məhəbbətdi, əsl məhəbbət! Leyli məhəbbəti, Əsli məhəbbəti

Şirin məhəbbəti! Bir də Məcnun məhəbbəti, Kərəm məhəbbəti, 

Fərhad məhəbbəti! Bildin! 

– Yaxşı! Bu məhəbbət bu gecə tükənəsidi?! 

– Deyəsən əl çəkməyəcəksən axı? 

– Əl çəkəsi deyiləm! Səbəbi de! 

– Məni səhər göndərirlər İstanbula. Əgər bu gecə qaça bilməsək, 

zəhər içəcəyəm!.. 

Elə bil Kankanoğluna zəhərli ox dəydi. Bir qıvrılıb açıldı, dik ayağa 

durdu: 


– Hazır ol! Gecə yarı məni gözlə! 

– Gecə yarı niyə? 

– Onu soruşma! 

– Bilməsəm olmaz. 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə