Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə106/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   102   103   104   105   106   107   108   109   ...   112

– Yolda bilərsən. 

Mərcan xanım baxdı söz çox uzanır, Kankanoğlu da onun dediyini 

demir, dedi: 

Kankanoğlu, əgər məni sevirsən, 

Axşamnan qaçmağa gələsən gərək! 

Fərhad kimi külüngünü götürüb 

Bisütun dağını dələsən gərək! 

Kankanoğlu yenə yalvarmağa başladı: 

İltimas eylərəm, ay alagözlüm, 

Qoy qalsın vədimiz səhərə, Mərcan! 

Nə iş olsa öz yoluna qoyaram, 

Çəkərəm hər işi təhərə, Mərcan! 

Mərcan xanım dedi: 

Qəbul et cananın iltimasını, 

Çətindi tutasan mərdin yasını! 

Ya siləsən bu könlümün pasını, 

Ya mənim yolumda öləsən gərək! 

Kankanoğlu baxdı Mərcan xanım onu ölümnən qorxudur, ölümnən 

sınayır, dedi: 

Tərlan kimi qıy vuraram, uçaram, 

Dəmirdən sədd olsa, çeynər açaram! 

Ya ölləm, ya səni alıb qaçaram, 

Quş kimi qonaram yəhərə, Mərcan! 

Mərcan xanım genə baltasını kökdən vurdu: 

Mən Mərcanam, yaxşı, yaman seçərəm, 

Məhəbbət yolunda cannan keçərəm. 

Səhərə qalarasa, zəhər içərəm, 

Deyirəm, bu başdan biləsən gərək! 




Biçarə Kankanoğlu genə ox dəymişə döndü. Köksünü ötürüb istəristəməz 

dedi: 


Yazıq Kankanoğlu ahuzardadı, 

Bir yannan sevgilim intizardadı, – 

Bir bəlli iyidin ömrü dardadı, 

Öldürəllər, qalsa səhərə, Mərcan!.. 

Mərcan xanım qaşlarını çatdı: 

– Açıq danış görüm, sən nə danışırsan axı?! Nə iyid, nə dar? Kankanoğlu 

qalmışdı odnan suyun arasında. İndi nə eləsin? Eyvazdanmı – 

el içindəki adından-sanındanmı, tay-tuş arasındakı hörmətindən, 

etibarındanmı keçsin, məhəbbətindənmi?! Sirri açsınmı, açmasınmı?.. 

Axı, Eyvaz Mərcan xanımın atasının qatillərindəndi! Sirri açsa birdən 

qız işi pozar, qardaşına xəbər verər. Açmasa da mümkün deyil. Yox, 

yox, dedi: 

– Mərcan xanım! Bilirsən ki, qardaşın Eyvaz xanı tutub salıb zindana! 

Özü də namərdliyinən tutub! Mərdliyinən tutsaydı, dərd yarıydı, 

işim olmazdı!.. 

Kankanoğlu duruxdu. Mərcan xanım onu tələsdirdi: 

– Sözünün canını de görüm. 

Kankanoğlu belə hesab elədi ki, işi pozdu, Mərcan xanımı qəzəbləndirdi. 

Odu ki, özü də qaşlarını çatıb dedi: 

– İndi biz böyük bir dəstə düzəltmişik ki, bu gecə zindanı dağıdıb 

Eyvazı qaçıraq!.. Əvvəla, əgər sən də məni mən səni sevdiyimin minnən 

bircəsi qədər sevirsənsə, gecə yarıya qədər mana möhlət ver, onu xilas 

eliyib, hər hazırlığnan olum yanında! İkincisi də, əgər bu sirri açsan... 

Mərcan xanım ona sözünün dalını gətirməyə imkan vermədi, 

sarıldı boynuna: 

– Ay zalım olmamış! Bunu səhərdən deynən dana! Elə mən də 




səni ona görə çağırmışam! Gərək bu gecə Eyvazı xilas eliyək, onnan 

bərabər qaçaq Çənlibelə! Mənim dediyim yer bax, o Çənlibeldi! 

– Amma mənim tədbirim özgədi: siz düz hərəkət eləmirsiniz. 

Bilmirsinizmi paşanın zindanı möhkəm, keşikçisi də çoxdu?! Hələ 

deyəsən, paşa zindana basqın olacağından şəkkə düşüb, keşikçilərini 

çoxaldıb, ayıq-sayıq durub... Odu ki, sizin tədbiriniz çətin baş tutar, 

qanı-qadası çox olar. Çox cavan korranar, bəlkə də Eyvazın ölməyinə 

bayıs olarsınız! 

– Amma budu, mənim zirzəmimnən zindana beşcə addım yoldu. 

Sən bütün yoldaşlarını xəbərdar elə, qoy bu gecəliyə gözləsinlər. 

Özün də ürəyinə yatan dostlarınnan birini götürüb əl-ayaq çəkiləndə 

ol yanımda. Lağm ataq, Eyvazı qaçıraq! Nə səs olsun, nə qırğın, nə də 

qada! Əgər işimiz baş tutmasa, zindan durur, siz durursunuz!.. 

Kankanoğlu baxdı doğrudan da, bu tədbir onların tədbirinnən çox 

yaxşıdı, çox asan, qansız-qadasızdı. Bu fürsət göydən düşmə olduğundan 

razılaşdı. Özü də vaxt itirməyib özünü yetirdi dostlarına. Hamını 

yığdırdı bir yerə, əhvalatı danışdı. Hamı bu tədbiri bəyəndi. Dəstə 

başçılarından biri dedi: 

– Tədbir çox ağıllı tədbirdi. Qoy bu kankan Mirzəli olsun Kankanoğluna 

yoldaş. Qalan hamı öz dəstəsiynən hazır olsun döyüşə. O 

tərəflərdə güdükcü qoyaq. Demək olmaz, birdən burda kələk-mələk, 

fel-mel olar. 

Bəli, əl-ayağ yığışanda, Kankanoğlu hər bir hazırlığıynan oldu 

Mərcan xanımın qulluğunda. Onsuz da Mərcan xanım hər şeyi hazır 

eləmişdi. Başladılar işə. Hər iki iyid işə elə girişdi ki, az bir vaxtda 

lağm yarıdan keçdi. Amma birdən qabaqları çıxdı sal daşa. Altdan vurdular, 

olmadı, üstdən vurdular, olmadı, əlac daşı deşməyə qaldı. Çox 

çətinlik çəksələr də, daşı deşdilər... 




Səhərə az qalırdı. Eyvaz baxdı qulağına tappıltı gəlir. Qulaq verib 

gördü, nədisə, zindandı. Belə hesab elədi ki, Çənlibeldən gəlib zindanı 

dağıdırlar. Ürəyi atlandı, öz-özünə oxudu: 

Dəli könül, cövlan elə havalan, 

Çənlibeldən haray gəldi yetişdi! 

Qədirbilən qoç iyidlər atdandı, 

Çənlibeldən haray gəldi yetişdi! 

Qansız olmaz Koroğlunun meydanı, 

Düşmənin yüz olsa, qurtarmaz canı. 

Sökülür paşanın dəmir zindanı, 

Çənlibeldən haray gəldi yetişdi! 

Uçam o dağlara, qayıdam gələm, 

Namərd düşmənimin bağrını dələm! 

Yolumu gözdəyir anam Zərqələm

Çənlibeldən haray gəldi yetişdi! 

Yağılara ölüm yazan gəlibdi, 

Düşmənnərə qəbir qazan gəlibdi, 

Tüpdağıdan, Halaypozan gəlibdi, 

Çənlibeldən haray gəldi yetişdi! 

Kürdoğlu olubdu Eyvaza qardaş, 

Dəli Həsən kəsər, dığırranar baş, 

Dəmirçioğlu qoymaz daş üstündə daş, 

Çənlibeldən haray gəldi yetişdi! 

Söz tamama yetər-yetməz, Kankanoğlu hazır oldu Eyvazın yanında. 

Cumdu ki, Eyvazın əl-ayağını açsın, Eyvaz dedi: 

– De görüm, sən kimsən, nə eləmək istəyirsən? 

– Onu soruşma, Eyvaz! Vaxdımız azdı! 

– Deməsən olmaz! 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə