Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə109/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   104   105   106   107   108   109   110   111   112

– Sən nə eləməkdəsən! Gecə keçib gedir!.. 

– Əmir xanı bihuş eliyib uzatmışam yerə! Sən neylədin? 

– Mən onu bayaqdan bihuş eləmişəm. Di durma! Əmir xan 

ayılanacan bir yana çıxaq!.. 

Mərcan xanım aramla dedi: 

– Sana demədimmi toxdax ol! İndi Səlimi çağır. Əmir xanı götürək 

zindana! Onu Eyvaznan dəyişək! Belə olsa, səhərə qədər arxayınlıq 

olar!.. 


Mərcan xanımın ağılasığmaz bu tədbiri Kankanoğlunu vəcdə 

gətirdi: 

– Mənə heç kim lazım deyil, ay ağıl dəryası! 

O özünü içəri atanda, Səlimin səsi eşidildi: 

– Köməkdən zərər gəlməz, ay zəmanəsinin Rüstəmi-Zalı! Məni 

də yoldaş elə! 

Əmir xanı götürdülər zindana. Onu elədilər Eyvaz, yıxdılar yerə. 

Amma Kankanoğlu elə elədi ki, assalar, tərpənib asanlara əziyyət verməsin. 

Asmasalar, dinib heç kimi yuxudan oyatmasın. Onlar çıxmaq 

istəyəndə, Kankanoğlu duruxdu. Mərcan xanım hövsələdən çıxdı: 

– Day durmaq vaxdı deyil axı! 

Kankanoğlu dedi: 

– Mərcan xanım! Sən bilmirsən, amma Eyvaz bilir: gərək mən də 

zindandakı Eyvazın yanında olam ki, səhərə qədər arxayınlıq ola! 

Mərcan xanım dinmək istədi. Kankanoğlu aman verməyib əhvalatı 

danışıdı. Mərcan xanım çaşbaş qalanda, Səlim irəli yeridi: 

– Mənim əl-ayağımı sarıyın qoyun burda. Kankanoğlu, soyun 

paltarını! Bıy, elə sənin paltarın məndədi dana! Di durmayın! Sarıyın 

əl-ayağımı!.. 

Birdən Kankanoğlu özünü atdı çölə. Yazıq Bəhlulu hop götürdü 




içəri. Səlim Kankanoğlunun paltarını soyunmalı oldu. Onu da elədilər 

Kankanoğlu, qoydular zindandakı Eyvazın yanına. De tərpəndilər. 

Çölə çıxanda, Kankanoğlu Əmir xanın atını açdı. Mərcan xanım 

genə dillənməli oldu: 

– Artıx at nəyinə gərəkdi, Böyükkişi?! 

– O atların biri nallananda mıxa düşüb, axsıyır. 

Bəhlul da atdıydı axı. Səlim də onun atını açdı: 

– Mən də siznən olmalıyam!.. 

Düşdülər yola... 

Bunların yolu düşdü Ala dağdan. Səhərə qədər at sürdülər. Səhər 

gün vuranda, yetişdilər Ala dağdakı Qıvla bulağına. Təhlükədən sovuşduqlarını 

görən Mərcan xanım dedi: 

– Burda düşək. Həm atlar otlasın, dincəlsin, həm də özümüz çörək 

yeyib dincələk. 

Düşdülər. Bir az dincələndən sonra Mərcan xanım dedi: 

– Böyükkişi, bu əkinlər görsədir ki, yaxınlarda kənd var. Bəlkə bir 

sınıxçı tapasan. Eyvazın qolu yaman şişib. 

Kankanoğlu durmaq istəyəndə, Səlim xahiş elədi qoyun mən 

gedim. Razılaşdılar. 

Çox keçmədi Səlim bir atdıynan qayıtdı. Atdı atınnan aşrılıb onlarnan 

görüşdü. Sonra düşdü Mərcan xanımın ayaqlarına. 

Məlum oldu ki, o, Səlimin böyük qardaşıdı. Səlim balaca vaxdı 

diləndikləri zaman itibmiş. Bu təsadüf nəticəsində tapışıblar. Onun adı 

Murğuzuydu. 

Murğuz onları evinə apardı. Sınıqçı gətirdilər. Eyvazın qolu sarındı. 

Bir gün dincəlib o biri günün axşamı düşdülər yola. Səlim xahiş elədi 

ki, izn verin, bir müddət qardaşımın yanında qalım. İzn verdilər. 

Səhər dan yeri ağaranda, Kankanoğluynan Mərcan xanım baxdılar 




ki, başı qarlı uca dağların ətəyindədilər. Gördülər ki, Eyvaz özündən 

ixtiyarsız, atını qabaxda sürür. Bildilər ki, bura haradısa, Çənlibelə 

yaxın yerdi. Odu Kankanoğlu geridən Eyvazı səslədi: 

– Eyvaz! De görək, daha burdan belə bizə bir xətər dəyməz ki? 

Eyvaz atın başını çəkib ala gözlərini bir də dolandırdı. Çənlibelin 

qarlı zirvələri gözlərinin qabağında cilvələndi. Atın başını geri çevirib 

dedi: 

Əziz qardaş, bura mərdlər yurdudu, 



Namus buralarda, ar buralarda! 

Tərlan oylağıdı bu dağlar tamam

Qanad çala bilməz sar buralarda! 

Koroğlu bəsliyib Çənlibel başı, 

İyid bərəsidi onun hər daşı. 

Canınnan yey bilər yoldaş yoldaşı, 

Yetişər yarına yar buralarda! 

Bura oylağıdı şux gözəllərin, 

Saxlıyır sirrini ər oğlu ərin. 

Suyu məcun olar, havası sərin, 

Qalar təzə qara qar buralarda! 

İyidlər məşq üçün düşəndə bəsə, 

Dil açar qayalar, verər səs-səsə. 

Namərdliynən xata dəyməz heç kəsə, 

Qurulmaz məzluma dar buralarda! 

Gündə üç yol ağır məclis qurular

Yeyilər, içilər, damaq durular, 

Kim tutsa başını, dərdi sorular, 

İsdəsə, yetişər nar buralarda! 

Bu azad dağları gəz vədəsində, 




Bülbül gülü səsdər yaz vədəsində, 

Gül bülbülə çatar öz vədəsində, 

Qonmaz gül üstünə xar buralarda! 

Mərcan, xan Eyvazın xilaskarıdı, 

Kankanoğlu onun ixdiyarıdı, 

Koroğlu mərddərin qoç sərkarıdı, 

Əcəm də, türkman da var buralarda! 

Söz tamam oldu. Eyvaz atın başını döndərdi Çənlibelə. Bir də 

gözünü dolandıranda, nə oldusa, kefi pozuldu, rəngi qaraldı, qaşqabağı 

töküldü. Atın başını çəkib durdu. 

Kankanoğlu atını irəli sürdü: 

– Eyvaz, sənə nə oldu? 

Eyvaz dinmədi. 

Mərcan xanım da atını qabağa sürdü, soruşdu ki, Eyvaz sənə, nə 

oldu? Eyvaz dinmədi. Eyvaz, dərdini de! Eyvaz dinmədi. Qardaş, axı 

birdən-birə niyə belə elədin? Eyvaz dinmədi ki, dinmədi. Elə bil, 

dilinə qıfıl vurulmuşdu... Mərcan xanım dedi: 

– Eyvaz! Bəlkə bizi gətirməyinə peşman olubsan? Bəlkə 

qorxursan biznən gəlməyinin üstündə üzünə söz gələ? Bəlkə Koroğlu 

bizi qəbul eləməz? İsdəyirsən, qayıdıb gedək! 

Eyvazdan səs çıxmadı. Mərcan xanımı qəhərri qəzəb aldı. Gözləri 

doldu, qəhərnən dedi: 

Mən aşığam, sinədə, 

Qar əriyər sinədə, 

Qadam namərdə dəysin, 

Onun kölgəsinə də! 

O, atının başını döndərdi geriyə, üz tutudu Kankanoğluna: 

– Qaytar atını geri! Belələrinə pənah aparmaqdansa, ölümə getmək 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə