Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə101/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   97   98   99   100   101   102   103   104   ...   112

kişinin də, çoxlu yoxsulların da vayını toya döndərdi. 

Koroğlu geri qayıtmaq istəyəndə, Rəhim kişinin oğlanları Aşıq 

Cünuna yalvardılar ki, Koroğlu bizi də qatsın dəlilərinin cərgəsinə. 

Aşıq Cünun Koroğludan iltimas eləyəndə, Koroğlu Rəhim kişinin 

üzünə baxdı. Rəhim kişi açıq ürəklə dedi: 

– Can Koroğlu! Mənim oğullarım özlərini sənin dəlilərinə tay 

tutullarsa, çörəyim itməyib. Kiçik oğlum Paşa bəsimdi. Qoy bunlar da 

olsun sənin. Bircə onu arzu eləyirəm ki, toylarında bizi unutmayasan... 

Rəhim kişinin mərdanəliyi, oğlanlarının hərəkəti Koroğlunun 

xoşuna gəldi. Onları da qoşdu dəlilərin cərgəsinə, üz tutdu Çənlibelə. 

Dəstə Xoyun ərazisindən çıxıb Səlmasın ətəyinə çatanda bir tacir 

dəstəsiynən qabaqlaşdı. Tacirbaşı canını qurtarmaq üçün uydurdu ki, 

Təbrizə gedirəm, hər il orda böyük imam ehsanı verirəm ki, Allah 

mənə bir övlad əta eləsin. 

Tacirbaşı nə biləydi ki, on ildən bəri zülm eliyib yarı ac-yarı tox, 

çox zaman ayaxyalın dəvə ovsarı çəkdirdiyi, dili qarnında bildiyi Yarməmməd 

kişi onun yalanını çıxardacaq, üzünə duracaqdı, nə padşahdan 

qorxacaq, nə zindandan, nə də dar ağacından. 

Yarməmməd kişi Koroğlunu tanımışdı. Ona görə də irəli yeridi, 

salam verib dedi: 

– Ay yoxsulların pənahı, elin dirəyi! Bu tacirbaşı hər nə ki ərz 

elədi, hamısını yalan dedi. Bunun düzdü, züryəti yoxdu, amma züryətdən 

ötəri bir qara quruş da xərc eləmir. Bunun peşəsi padşaha qulluq 

eləmək, həm onu dünyanın az tapılan naz-nemətiynən təmin eləmək, 

həm də ona məmləkətin baş tərpədən iyidlərinnən yalan-gərçək 

xəbər çatdırıb onları güdaza verməkdi. Məni də ölümə verirdi, and 

içdirib dar ağacından qurtarıb ki, ömrüm boyu beləcə ayaqyalın ovsar 

çəkəm. Əgər bunun insafı varsa, niyə mənim halım-günüm budu? 




Kişinin halı hamının ürəyinə od saldı, Koroğlunun sinəsinə dağ 

çəkdi. O, dəli bir nərə çəkib hökm elədi, tacirbaşı ilə Məmmədyarın 

geyimini dəyişdirtdi. Sonra da tacirbaşının toruna düşənlərin istəyənini 

xilas eləyib evinə göndərdi. Tacirbaşıya üz tutdu: 

– Səni öldürmürəm. Elə bilmə ki, sənə rəhmim gəlir. Yox, səni 

öldürmürəm ona görə ki, gedib qulluq elədiyin şaha deyəsən ki, bu 

dəfə onun üçün apardıqlarını paylayacağam bu mahalların yoxsullarına. 

Qoy onların da ömründə bir dəfə ağızlarına şah yemi dəysin. 

Bir də deyərsən ki, məmləkətində törətdiyi bu zülmə son qoymasa, 

Çənlibeldən köçüb Savalanda məskən salacağam! 

Tacirbaşı zarıya-zarıya dedi: 

– Koroğlu, sənin mərdliyin aləmə bəllidi. Mərdlik elə, atımı, bir 

neçə günlük də azuqə verdir mənə gedib bir yana çıxım. 

Koroğlu güldü: 

– Tacirbaşı, bəlkə də mənim mərdliyim aləmə bəllidi, onu yaxşı 

bilmirəm. Amma onu bilirəm ki, ağlım başımdadı, axmaq deyiləm. 

Sən gərək bu paltarda, bu kökdə gedib bir yana çıxasan ki, elədiyin 

zülmün qədərini biləsən. Bir də, qorxma, sən də axmaq döyülsən ki, 

bu aralarda tacirbaşı olduğunu bildirib özünü əcəlin əlinə verəsən. 

Get, sənə yaxşı yol!.. Amma tapşırığımı unutma ha! 

Bəli, Koroğlu dediyi kimi də elədi. Padşaha gedəsi nə vardısa yol 

uzunu paylaya-paylaya üz tutdu Çənlibelə. Dəlilərin kefi qalxmışdı 

ala buluddan yuxarı. Arazı keçəndən bir gün sonra Koroğlu gözəl bir 

seyrangaha çatdı. Yönü bu tərəfə gedəndə də bu çəməngahdan keçmişdi, 

amma dayana bilməmiş, əhd eləmişdi ki, gərək qayıdanda 

burda bir mənzil eliyib dəlilərə dinclik verəm. O saat hay vurdu, dəstə 

töküldü çəməngaha, çadırlar quruldu. Koroğlunun göstərişi ilə bir 

çarhovuzun başında lap iri çadır qurdular ki, burada oturub söhbət 




edəcək, aşıq Cünuna qulaq asacaqdılar. 

Dəlilər beş gün idi dincəlirdilər. Onlar məşq zamanları Süleymanı 

da, Kərimi də bütün sınaqlardan keçirmişdilər. Hər iki qardaş şeşpər 

şaqqıldatmaqda, nə bilim, bütün dava fəndlərinin hamısında Koroğlunun 

da, aşıq Cünunun da, bütün dəlilərin də ürəyincə imtahan vermişdilər. 

Yenə axşam yeməyindən sonra hamı böyük alaçığa yığışmışdı. 

Halaypozanın xahişi ilə aşıq Cünun təzə igidlərə ləqəb verəcəkdi. 

Dəlilər yerbəyer olanda Koroğlu aşıq Cünunun üzünə baxdı. Aşıq 

Cünun sazı köynəyindən çıxardı, durub ortaya çıxdı, sazını zilini zil, 

bəmini bəm elədi, sinəsinə basıb oxudu: 

Çox dolandım, dağlar gördüm dünyada

Çənlibelin uca dağı gözəldi! 

Ağqayanın düşmən keçməz keçidi, 

Güllü yalın cüt bulağı gözəldi! 

Söz dəliləri yerindən oynatdı. Onların alqış səsləri çadırı titrətdi. 

Koroğlu gördü burnunun ucu göynədi, gözləri yaşardı. Yadına saldı ki, 

bircə dəfə də burnunun ucu Nigar xanım: 

...Hər quş balasıynan gəzər, 

Niyə sənin balan yoxdu? 

– deyəndə belə göynəyib. Amma özünü o yerə qoymadı, zarafata salıb 

aşıq Cünunu qınadı: 

– Nə tez qəribsədin, ay aşıq Cünun, Çənlibeldən ötəri? Bura da 

səfalı yerdi, dedim dəlilər bir-iki gün dincəlsin! Sən Halaypozanın 

xahişini yerinə yetir. Yoxsa ehtiyat eləyirsən ki, tacirbaşı özünü şaha 

yetirər, xəbər verər, şah dalımızca düşər? Qorxma, tacirbaşının öyüdnəsihətini 

yaxşı vermişəm, sən öz işində ol. 

Aşıq Cünun bir az da təsirləndi, avazını bir xeyli ucaltdı: 

Çəyirtkəyə nəsihətlə kar aşmaz, 




Ölmüşləri zəmilərə daraşmaz. 

Koroğluya arxayınlıq yaraşmaz, 

Dəlilərin qovğa çağı gözəldi! 

Söz Koroğlunu bərk tutdu. Yenə sağ əli ilə bir sığal sol bığına, bir 

sığal da sağ bığına çəkdi, istədi ki, dinsin, baxdı ki, aşıq Cünun düz 

ayaq pərdədən başlamaqdadı. Dinmədi, Aşıq Cünun sözünü tamam 

elədi: 

Aşıq Cünun, qəmin nəyin qəmidi? 



Sözünü de, işrət eylə, dəmidi. 

Qıy vuranda Kərim qartal kimidi, 

Süleymanın ox atmağı gözəldi! 

Yenə “afərin! əhsən!” sədaları çadırı doldurdu. Koroğlunun eyni 

lap açıldı: 

– Sözünün axırını yaxşı gəldin, ay Aşıq Cünun! Yoxsa elə bu sahat 

yola düşmək əmrini verirdim. Amma... 

Koroğlunun sözü ağzında qaldı. Keşikçilərdən biri içəri girdi, irəli 

yeriyib dedi: 

– Koroğlu, xeyli aralıda, günbatan tərəfdə bir böyük karvandı-nədi 

düşüb... 

Koroğlu da onun sözünü yarımçıq qoydu: 

– Niyə karvandı-nədi deyirsən, bilmədin ki, nəçidi, nəkaradı? 

– Yox, Koroğlu, bunu əssah öyrənə bilmədik. Kilid Qulamın biz 

günbatan tərəfindəyik. Gördük o tərəfdən zurna-dəf səsi gəlir. Demirəmmi 

xeyli aralıdı. Yavaş-yavaş gedib yaxınlaşdıq, elə onu əssah 

eliyə bildik ki, böyük yığıncaqdı. Deyəsən toy dəm-dəsgahdı. Belə 

məsləhət elədik ki, xəbər verək, necə desəniz, elə də iş görək. 

Koroğlu soruşdu: 

– Deyirsən toy dəm-dəsgahına oxşayır, hə? 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə