Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə36/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   32   33   34   35   36   37   38   39   ...   112

– Qonağım var, on adamlıq xörək bişir. 

Koroğlu içəri girib, oturdu. Qarı tez ayağa durub bazara üz qoydu. 

Yağdan, düyüdən, ətdən alıb gətirib on adamlıq xörək hazırladı. 

Elə ki, xörək hazır oldu, qarı gəldi ki: 

– Yaxşı, xörək hazırdı, sənin də yoldaşların gəlmədi, nə eləyək? 

Koroğlu dedi: 

– Onlar tay gəlməyəcək. Çək, gətir buraya. 

– Elə hamısını? 

– Elə hamısını. 

Qarı əvvəlcə inanmadı. Sonra gördü yox balam bu elə deyəsən 

ciddi danışır. Fikirləşdi ki, yaxşı çəkib apararam. Bu tay əjdaha-zad 

deyil ki, bir qarını var da, yediyini yeyər, qalanı da qalar. Bu elə mənim 

on beş günümə bəsdi. 

Qərəz, qarı ortalığa yekə bir mis məcməyi qoyub plovu çəkdi. Məcməyi 

təpə kimi qalandı. Yazıq qarı nə qədər hıqqandı, məcməyini yerdən 

götürə bilmədi. Koroğlu işi belə görüb durub gəldi, məcməyini özü 

götürüb evə gətirdi. Plovu ortalığa qoydu, qollarını çırmayıb əyləşdi. Qarı 

fikirləşdi ki, mənim oturub bununla bir yerdə yeməyim yaxşı deyil. O 

yeyər, doyar, onsuz da qalanı mənə qalacaq. Koroğlu qarını çağırdı ki: 

– Qarı nənə, gəl. 

Qarı dedi: 

– Sən ye, mən ac deyiləm. 

Koroğlu dedi: 

– Nə yemisən ki, ac deyilsən? Gəl, sonra peşiman olarsan. 

Qarı naz edib dedi: 

– Yox, sən ye. Mən plovun iyisi ilə doymuşam. 

Koroğlu bir də dedi: 

– Qarı nənə gəl, bax sonra peşiman olarsan ha... 

Koroğlu ilişdi plova, birinci tikədə plovun ürəyi üzüldü. İkinci, 

üçüncü, qarı gördü bu bir-iki tikə də vursa, məcməyidə bir şey qalmayacaq, 

düşdü qarın ağrısına ki, plovdan şişəcəyəm. Ancaq tay bir dəfə 

yemirəm demişdi, düşmüşdü boynuna deyin yaxınlaşa da bilmirdi. Elə 

bu fikirdəydi, Koroğlu bir də dedi: 

– Qarı nənə, gəl... peşman olarsan. 

Qarı elə bu sözə bənd idi. Tez çökdü məcməyinin başına. Qərəz 

yedilər, içdilər. Koroğlu bir düzəldi, pələ bığlarını eşdi, qarı ortalığı 

yığışdırdı, əyləşib söhbətə başladılar. 

Qarı soruşdu: 

– Ay qonaq, de görüm sən kimsən? Haradan gəlib, haraya gedirsən? 

Koroğlu dedi: 

– Qarı nənə, mən aşıqam. Çənlibeldənəm, bəs sizin şəhərdə nə 

var, nə yox? 

Qarı soruşdu: 

– Oğul, yaxşı vaxtında gəlib çıxıbsan. Keçəl Həmzə Koroğlunun 

Qıratını gətirəndən sonra paşa ona bəylik verib. Bu gün paşa qızını da 

ona verib toy eləyir. İndi toydu, aşıq axtarırlar. Sabah gedər oxuyar, 




bolluca nəmər yığarsan. 

Koroğlu dedi: 

– Ay nənə, indi Həmzənin gətirdiyi Qıratı harada saxlayırlar? 

Qarı nənə: 

– Mahmud paşanın töyləsində. Amma ay qonaq, bir də mənə nənə 

desən səndən inciyərəm. Mən qoca ha deyiləm. Dişlərimi nuzla töküb. 

Koroğlu o gecə qarının evində qaldı, sabah qalxıb keçəl Həmzənin 

toyuna gedəndə dedi: 

– Ay qarı, mən gedirəm, bəlkə buraya qayıda bilmədim, görüşə 

bilmədik, sənə bir neçə kəlmə sözüm var, onu deyim barı ürəyimdə 

qalmasın. 

Aldı Koroğlu dedi: 

Bir qarıya qonaq oldum, 

Nə yaman camxanası var. 

Dövlətini xəbər aldım, 

Bir inək, bir danası var. 

Qarı gəlir bizə yavuq, 

Əl-ayağın tutub soyuq, 

Çeşdəliyə bir cüt toyuq, 

Axşama qayğanağı var. 

Qarı deyəndə tozlanır, 

Gəlin deyəndə nazlanır, 

Qabaqda qarpız gizlənir, 

Dalında topxanası var. 

Koroğlunun hədyan işi, 

Qovğadan açılmır başı, 

Düşüb otuz iki dişi, 

Bir kötük nişanası var. 

Koroğlu sözünü qurtarıb qarıya bir az da pul verdi, saz da çiynində 

gəlib, Mahmud paşanın imarətinə çatdı. Baxdı ki, bir toydu, bir toydu 

ki, gəl görəsən. Otaq paşa, bəy, xan, tacirlərlə doludu. Eşitdilər ki, aşıq 

gəlib, hamı sevindi... Koroğlunu çəkib məclisə apardılar. Baxdılar ki, 

bu aşıq heç onlar görən aşıqlardan deyil. Boyu uca, kürəkləri enli, 

süksünü kal süksünü kimi, boynunun əti kirdin-kirdin, bığları burulub 

keçirilib qulaqlarının dalına. Süründən-sifətindən zəhm tökülür. Qorxudan 

üzünə baxmaq olmur. Məclisdəki paşalardan biri dedi: 

– Aşıq, hara aşığısan? 

Koroğlu dedi: 

– Çənlibel aşığıyam. 

Paşa dedi: 

– Qoç Koroğlunu tanıyırsanmı? 

Koroğlu dedi: 

– Yaxşı tanıyıram. Bir neçə il onun yanında aşıq olmuşam. 

Toqatın paşası Mahmud paşa dedi: 

– Bu gün dəli Koroğlunun Qıratını gətirən Həmzə bəyin toyudu. 

Qıratı gətirdiyinə görə bəylik alıb. Dona xatunu da ona vermişəm. İndi 




sən də bu toyda bir az dəli Koroğludan oxu, qulaq asaq. 

Koroğlu Qıratın adını eşitcək elə bil ki, ürəyinin başına od düşdü. 

Sazı sinəsinə basıb, aldı görək nə dedi: 

Canım Qırat, gözüm Qırat?! 

Yarəb, Qırat dururmu ola?! 

Mahmud paşa mehtərləri, 

Otun, suyun verirmi ola?! 

Qırata xələt biçəndə, 

Üstündə badə içəndə, 

Şeşpər yalmandan keçəndə 

Sərxoş-sərxoş yerirmi ola?! 

Qoç Koroğlu, hanı, hanı? 

Dostunla düşmanın tanı! 

Qırat ilə Eyvaz xanı, 

Bir də gözüm görürmü ola?! 

Mahmud paşa dedi: 

– Aşıq, dəli Koroğlunu çox hünərli deyirlər. İndi de görüm Koroğlu 

iyiddi, ya mən? 

Koroğlu dedi: 

– Paşa, onun iyidliyi, mərdliyi dillərdə əzbər olub, aləmə yayılıb, 

hamı eşidib, mən də bilirəm. Amma səni indi görürəm. İzin ver, iyidliyin 

nişanını səndən xəbər alım, bilim, sonra deyim. 

Götürdü Koroğlu, görək nə dedi: 

Uca-uca dağ başında, 

Yel kimi əsdiyin varmı? 

Əlli, altmış atlı ilə 

Bir ordu basdığın varmı? 

Namərd sirrini biləndə, 

Müxənnət üzə gələndə, 

Yağı düşman güc gələndə, 

Meydandan qaçdığın varmı? 

Qızıb gəzəndə meydanı, 

Qıraram sultanı, xanı, 

Ovuc-ovuc düşman qanı, 

Doldurub içdiyin varmı? 

Ərin qüvvəti qolumda, 

Dəlilər sağı-solumda, 

Eyvaz tək oğul yolunda

Canından keçdiyin varmı? 

Koroğlunun yox insafı, 

Dava günü olmaz lafı, 

Misri qılınc, dəmir qapı, 

Endirib kəsdiyin varmı? 

Məclisdəki paşalardan biri dedi: 

– Aşıq, yaxşı oxuyursan, amma elə bərk bağırırsan ki, səsin az qalır 

qulaqlarımızı dəlsin. Sözünü bir az alçaqdan de. Bir də sən Mahmud 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə