Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə34/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   30   31   32   33   34   35   36   37   ...   112

sən yazıqsan. 

Dəyirmançı tez paltarını çıxardı, ona verdi, Həmzə də paltarını dəyirmançıya 

verdi. Dəyirmançı qaçıb donuzluğa girdi. Həmzə dəyirmançının 

paltarını geyinib dəyirmanın içinə girdi. Özünü guppadan unluğun 

içinə salıb üzünü-gözünü o ki var una buladı, un kürəyini də əlinə alıb, 

unluğun qabağında dayandı. O tərəfdən Koroğlu özünü alıcı quş kimi 

dəyirmanın qapısına yetirib çığırıb dedi: 

– Ay dəyirmançı, tez gəl bu atı tut! 

Keçəl Həmzə dəiyrmançı paltarında qapıya çıxıb dedi: 

– Nə buyurursan? 

Koroğlu dedi: 

– İndicə mənim qabağımca buraya gələn atlı necə oldu? 

Keçəl Həmzə dedi: 

– Odu, içəridə dəyirmanın donuzluğuna girib gizlənib. 

Koroğlu tez atdan düşdü. Qıratı Həmzənin yedəyinə verib özü 

dəyirmana girdi. Ağzını donuzluğa tutub dedi: 

– Əyə, ay keçəl, belə çıx! 

Dəyirmançı daha da qorxub dedi: 

– Haraya çıxım? Mənim sənin ilxının qoturuna dərman olası 

beynim yoxdu. Ölsəm də çıxmaram. 

Koroğlu dedi: 

– Əyə, ay keçəl, qotur nədi, beyin nədi, belə çıx səninlə işim 

çoxdu. 

Koroğlu gördü ki, dəyirmançı öz xoşuna donuzluqdan çıxmaq 



istəmir, irəli yeridi. Dəyirmançı qorxub çəkildi. Koroğlu bir az da irəli 

yeridi. Dəyirmançı yenə də o tərəfə çəkildi. Birdən dəyirmançının 

başı dəyirmanın pərinə keçdi. Pər yazıq dəyirmançını bircə dəqiqədə 

öldürdü. Koroğlu irəli yeriyib gördü ki, keçəl Həmzə nə gəzir, ölən 

dəyirmançıdı. 

Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yanyörəsinə 

hərlənib özünə mehriban eləmişdi. Bir də Qıratın belə bir 

xasiyyəti var idi ki, Koroğlu onun yüyənini kimə tapşırsaydı, ona 

üzəngi verərdi. Odu ki, Koroğlunun başı içəridə dəyirmançıya məşğul 

olanda keçəl Həmzə Qıratı mindi. Koroğlu dəyirmandan çıxıb baxdı 

ki, keçəl Həmzə Qıratın belində, özü də dəyirmandan bir az aralı 

durub hərdən bir də atı qamçı ilə vurub incidir. Koroğlu indi başa 

düşdü ki, keçəl Həmzə onu aldadıb. Bir qəzəbləndi, Misri qılıncı çəkib 

hücum eləmək istədi. Ancaq baxdı ki, bundan bir fayda olmayacaq. 

Bilmədi ki, nə eləsin. Bir də baxdı ki, insafsız həm də Qırata elə bir 

qamçı vurdu ki, az qaldı od çıxsın. Ürəyi yanıb aldı, görək nə dedi: 

Canım Həmzə, gözüm Həmzə!.. 

Həmzə, incitmə Qıratı!.. 

Budu sənə sözüm Həmzə, 

Həmzə, incitmə Qıratı!.. 

Qıratdı mənim dirəyim, 

Əriyər, qalmaz ürəyim. 




Sən olasan duz çörəyim

Həmzə, incitmə Qıratı!.. 

Eşidər paşalar, bəylər, 

Şadlıq xəbərini söylər, 

Koroğlu iltimas eylər, 

Həmzə, incitmə Qıratı! 

Keçəl Həmzə dedi: 

– Koroğlu, elə adın var imiş. Bir ay süfrənin qırıq-quruğundan 

yedim, indi onu da dilinə gətirdin, başıma çaldın. Özün karvanlar soyursan, 

mal-dövlət alırsan, indi bir at nədi ki, ondan ötəri bu qədər yalvarır, 

yaxarır, yanıb hayıfsılanırsan? 

Koroğlu dedi: 

– Mən ondan ötəri hayıfsılanmıram. Ona yanıram ki, sən Qıratı 

aparıb saxlayan, minən deyilsən. Gəl atı özümə sat. Bunu eləməsən 

əylən, onda Qıratın qiymətini deyim, allanıb ucuz satma! 

Aldı Koroğlu: 

Əylən, deyim Qıratın qiymətini, 

Səksən min sərkərdə mala da vermə! 

Səksən min ağ tüklü qəmər öyəcə, 

Səksən min xəzinə pula da vermə! 

Səksən min ilxıya, səksən min ata

Səksən min mahaldan gələn barata, 

Səksən min kotana, səksən min cütə, 

Səksən min kotanlı kala da vermə! 

Koroğlu dövlətin endirsin düzə, 

Say götür hamısın səksən min yüzə. 

Səksən min gəlinə, səksən min qıza, 

Səksən min ərgənə, dula da vermə! 

Keçəl Həmzə dedi: 

– Koroğlu, arxayın ol, qiymətinə sataram. 

Koroğlu gördü keçəl Həmzə Qıratı verməyəcək, dedi: 

– Barı qulaq as deyim, atı necə saxlamaq lazımdı. Aldı əlüstü, 

görək nə dedi: 

Həmzə, atı yaxşı saxla, 

At iyidin qardaşıdı. 

Gündə muğayat ol yoxla, 

At iyidin qardaşıdı. 

Yaz olanda dağa yollat, 

Yay olanda ifçin nallat, 

Qış olanda məxmər çullat, 

At iyidin qardaşıdı. 

Atı sevib bəslə körpə, 

Hayqıranda çıxsın sarpa. 

Hər yeyəndə qırx tas arpa, 

At iyidin qardaşıdı. 

Uzaq-uzaq yollarınan, 




Belə ipək çullarınan, 

Hoqqa yarım nallarınan, 

At iyidin qardaşıdı. 

Məclis qurdum çoxlarınan, 

Dava etdim oxlarınan, 

Qara polad mıxlarınan, 

At iyidin qardaşıdı. 

Sərin-sərin yu suyunan, 

Quyruğu bağlı muyunan, 

Qoç Koroğlu çox öyünən 

At iyidin qardaşıdı. 

Keçəl Həmzə dedi: 

– Koroğlu, nə zaman Qıratın dalınca Toqata gəlsəm özüm üzəngini 

basıb səni mindirəcəyəm. Amma indi heç üz vurma, atı verməyəcəyəm. 

Gərək aparıb Mahmud paşaya verib, Dona xatunu alam. 

Keçəl Həmzə bunu deyib, Qıratı səyirtdi, gözdən itdi. Koroğlu 

Düratı qaytarmağa gəlmişdi, Qıratı da əlindən verdi. Ona bu hamısından 

ağır gəldi, dəyirmanın qapısında yerə oturdu, aldı görək nə dedi: 

Çünki oldun dəyirmançı 

Çağır gəlsin dən Koroğlu! 

Verdin Qırı, aldın Dürü, 

Döy başına, yan Koroğlu! 

Qırat əldən getdi, barı, 

Canda qaldı intizarı. 

Üyüd arpa, buğda, darı, 

Al şahadın sən, Koroğlu! 

Uca dağlarda döşlətdin, 

Ağır alaylar boşlatdın, 

Yüz il lotuluq işlətdin, 

Axır oldun xam, Koroğlu! 

Özün allatdırdın büyün, 

Sinəmə çəkildi düyün, 

Gedin dəlilərə deyin, 

İşə düşdüm mən Koroğlu! 

Koroğlunun özü ac idi, atı da arpasız. Axşam düşdüyündən dəyirmana 

gələn də olmadı. Koroğlu ac-susuz yatdı. Elə ki, sabah açıldı bir də 

baxdı ki, budu bir kişi qabağında iki yüklü öküz gəlir. Kişi gəlib yetişdi. 

Bir Koroğluya baxdı, bir paltar-maltarına, şəst-bəstinə baxıb dedi: 

– A qardaş, hanı dəyirmançı? 

Koroğlu dedi: 

– Dəyirmançı yoxdu, indi dəyirmanda mən dururam. 

Koroğlu özü öküzlərin üstündən çuvalları düşürdü, dəyirmana 

apardı, sonra kişidən soruşdu: 

– Qardaş, bunların içində heç arpa varmı? Mənim atım arpasızdı, 

qorxuram damağ ola, bir az ona arpa verim yesin. 

Kişi dedi: 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə