|
Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqıModulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsiKorreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərinModulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi
38
mühitə adaptasiyaya imkan verən spesifik fəaliyyətin (idrak, əmək, estetik və s.)
tərbiyəsidir;
3.
Korreksiyaedici təlim
–
əqli və fiziki inkişaf çatışmazlıqlarının islahı (aradan
qaldırılması), psixi və fiziki funksiyalar, qorunmuş sensor sahə və neyrodinamik
mexanizmlərin təkmlləşdirilməsi və qüsurların kompensasiyasıdır.
Korreksiyaedici pedaqogika sisteminin əsasını L.S.Vıqotski psixikanın tarixi
-
mədəni
inkişafı nəzəriyyəsinəəsasən
belə formula etmişdir: qüsurun mürəkkəb strukturunu tipik və
atipik şəxslərin ümumi psixi inkişaf qanunauyğunluqları təşkil edir.
Təhsil prosesi, bütövlükdə formalaşdırılan funksiyalara istinad edir. Korreksiyaedici
təhsilin qarşısında duran əsas vəzifələrdən biri şəxsin yaxın inkişaf zonasından aktual
inkişafına tədricən və ardıcıl keçirilməsidir.
Sağlamlıq imkanları məhdud şəxslərin korreksiyası və kompensator proseslərin
həyata keçirilməsi, yalnız müəlim, tərbiyəçi, sosial müəllim və işçilərin fəaliyyətinə bələdçi
ola biləcək yaxın inkişaf zonasının daima genişləndirilməsi ilə mümkündür. Yaxın inkişaf
zonasının sistemli və gündəlik keyfiyyətli təkmilləşdirilməsi və səviyyəsinin yüksəldilməsi
çox vacib məsələdir. Beləliklə də, SİMŞ
-
in problemlərinin həlli zamanı korreksiya işinin
təşkili və aparılması nə qədər erkən başlanarsa, qüsur və onun fəsadları bir o qədər də
uğurla aradan qaldırıla bilər. Sağlamlıq imkanları məhdud şəxslərin ontogenetik
xüsusiyyətlərini nəzərə alaraq tədqiqatçılar korreksiya
-
təlim
-
tərbiyə işinin bir sıra
prinsiplərini fərqləndirirlər:
1.
Diaqnostika və inkişaf korreksiyasının vahidliyi prinsipi;
2.
Təlimin korreksiya
-
inkişafetdirici yönümlülüy
prinsipi;
3.
Təhsil prosesində diaqnostikaya kompleks yanaşma və şəxslərin imkanlarının
realizəsi prinsipi;
4.
Orqanizmin sistem və funksiyalarına tibbi
-
psixoloji
-
pedaqoji korreksiyanın erkən
-
çağalıq dövründə müdaxiləsi prinsipi;
5.
Aparılmış psixo
-
pedaqoji tədbirlər sisteminin nəticələrinin yüksəldilməsi məqsədi
ilə orqanizmin sağlam və kompensator mexanizmlərinə istinad prinsipi;
6.
Korreksiya təhsili çərçivəsində fərdi və diferensasiyalı yanaşma prinsipi;
7.
Xüsusi məktəbəqədər, məktəb və peşə
-
texniki korreksiya təhsilinin fasiləsizlik və
ənənəvilik prinsipi.
Hər hansı bir məzmunun zahiri ifadəsinə forma deyilir. Təlimin təşkilat formaları
müəllimlə şagirdin müəyyənləşdirilmiş qayda və rejimdə həyata keçirilən birgə fəaliyyətinin
zahiri ifadəsidir. Təlimin təşkilat formaları müxtəlif meyarlara görə aşağıdakı kimi təsnif
olunur:
1.
Şagirdlərin sayına görə kollektiv, qrup, mikroqrup və fərdi məşğələlər;
2.
Öyrənmə yerinə və müəssisənin növünə görə məktəbə qədər (məşğələlər), məktəb
(dərs, emalatxana, laboratoriya və məktəbin həyatyanı sahəsində iş) və məktəbdən
kənar (ekskursiya, evdə məşğələ və s.);
|
|
|