87
Kurikulum. 2013. №3
Müasir dәrs müәllimin dәrsә ciddi hazır -
laş masını tәlәb edir. Buna görә dә mәn hansı
üsullardan necә vә
nә zaman istifadә edә cә yi -
mi qabaqcadan müәyyәnlәşdirir, sinifdә de -
yә cәyim informasiyanın strukturunu qa baq -
cadan düşünür, mövzuya dair yardımçı fakt
vә hadisәlәri әsas mәsәlәnin hәllinә yönәl
-
dirәm.
Ədәbiyyatın әsas mәqsәdi şagirdә tәkcә
este
tik zövq aşılamaq deyil, eyni zamanda
onda insani keyfiyyәtlәri tәrbiyә etmәk,
öyrәndiyini hәyatda tәtbiq etmәk bacarığı,
gözәl nitqlә danışmaq, özünü tәqdimetmә ba -
ca rığı vә s. formalaşdırmaqdır.
Bu baxımdan V sinif «Ədәbiyyat» dәrs li -
yin dә diqqәti çәkәn uğurlu cәhәtlәr çoxdur.
Dәrs likdә öz әksini tapmış
araşdırma, müza -
ki
rә, yaradıcı iş kimi tapşırıqlar şagirdlәri
düşün dürmәk, fәallığa
sövq etmәk, müqayisә
edib nәticә çıxarmaq, münasibәt bildirmәk
ba xımın dan çox diqqәtәlayiqdir.
Xüsusәn
«İfadәli oxuya hazırlaşın» böl -
mә si şagirdlәrә yaxşı, düzgün danışmağı öy -
rәt
mәk üçün, onları yaxşı oxumağa alışdır-
maq üçün faydalıdır. Aydındır ki, bәdii әsәr lә -
rin mәzmununun öyrәnilmәsindә ifadәli oxu -
nun әhәmiyyәti böyükdür. İfadәli oxu fәnnin
ma hiyyәti, mәğzi ilә sıx bağlıdır. Bәdii oxu
şa girdlәrdә bәdii әdәbiyyata, әdәbi dilә daha
ar tıq mәhәbbәt oyadır vә sәsdәn düzgün isti -
fa dә etmәk, tәlәffüzü inkişaf etdirmәk yol la -
rı nı öyrәdir.
Oxunun
mühüm keyfiyyәtlәrindәn biri
onun ifadәliliyidir. Oxunun ifadәliliyi hәm an -
lamanın dәrinlәşdirilmәsi, hәm dә emo
si
ya
-
nın, tәxәyyülün inkişafı, estetik zövqün
tәrbiyәsi üçün son dәrәcә mühüm әhәmiyyәtә
ma likdir. Bәdii oxu әsәrdә olan bir çox incә,
gözә görünmәz cәhәtlәri açır. İfadәli oxu uşaq -
ların diqqәtini qavramalı olduqları baş
lı
ca
fikrә cәlb edir, mәzmununu tam aydın, ob raz -
lı şәkildә çatdırır, Belinskinin sözü ilә de sәk,
«bәdii duyğunu fikir vә düşüncә ilә yanaşı
olaraq inkişaf etdirir».
Lakin etiraf edәk ki, şa -
girdlәrimiz bәzәn buna çox laqeyd yanaşır lar.
Cümlәlәri birnәfәsә oxuyur, cümlә daxi lin dә
fasilәyә yol vermir, әlavә nәfәs almırlar. Bu
hәm dә mәzmunun aydın çatdırılmasına vә
qavranılmasına әngәl törәdir.
Dәrslikdәki mәtnlәr üzәrindә işә keç mәz -
dәn әvvәl mәn şagirdlәrimә ifadәli oxunun
mühüm şәrtlәrini, faydasını izah edirәm. Şa -
gird lәr öyrәnirlәr ki, nәinki şeirlәrin, hәm dә
he kayәlәrin, nağılların – bir sözlә, bütün әsәr -
lә
rin öyrәnilmәsindә ifadәli oxunun tәtbiqi
müm
kündür. İfadәli oxu zamanı
әn mühüm
şәrt әsәrdәki sevinci, kәdәri, hәyәcanı, tәәs sü -
fü vә s. dinlәyiciyә aydın çatdırmaqdır. Tanış
ol mayan mәtni ifadәli oxumaq çәtindir. Buna
nail olmaq üçün әsәri dönә-dönә oxumaq, hәr
sözün, hәr ifadәnin daşıdığı mәnanı anlamaq,
tәsvir olunan hadisәlәri sanki özlәri yaşamış
kimi xәyallarında canlandırmaq, qәhrәmanlar
sevinirsә, sevinmәk, kәdәrlәnirsә, kәdәrlәn
-
mәk lazımdır.
ŞAGİRDLƏRDƏ İFADƏLİ OXU BACARIĞININ
FORMALAŞDIRILMASI
TƏRLAN HƏSƏNOVA
Bakı şәhәri «Zәkalar» liseyinin Azәrbaycan dili vә әdәbiyyat müәllimi
88
Kurikulum. 2013. №3
Tәrlan Hәsәnova
İfadәli oxu
işinә birinci növbәdә nәzm -
dәn başlamaq lazımdır. Nәzmdә qafiyәlәr,
böl gülәr, misralar, bәndlәr müәyyәn bir sis -
tem vә qanuna tabe olduğu üçün çox zaman
şei r dә vәzn, qafiyә, ahәng özü oxucuya kö -
mәk edir, ona yol göstәrir.
Bunu misal әsasında şagirdlәrә belә izah
edirәm:
Ə-zi-zim, // vә-tәn yax-şı,
Gey-mә-yә // kә-tan yax-şı.
Gәz-mә-yә // qә-rib öl-kә,
Öl-mә-yә // vә-tәn yax-şı.
Bu bayatıda hәr misrada 3 hecadan sonra
fasilә verilir, sonra digәr 4 misra söylәnilir.
Nәsrin oxunması nәzmin oxunmasından
çәtindir. Nәzm üzәrindә müәyyәn vәrdiş әmә -
lә gәldikdәn sonra, şagirdlәrә nәsr әsәrlәrini
ifadәli oxutmaq işinә başlamaq olar. İfadәli
oxu zamanı düzgün tәlәffüzә vә diksiyaya ay -
rı ca әhәmiyyәt verilmәlidir.
Mәtn üzәrindә iş
gedәrkәn tәlәffüzü yazılışından fәrqlәnәn
söz
lәr seçilib şagirdlәrin diqqәtinә çatdırıl
-
ma lı, mәntiqi vurğulu sözlәr müәyyәnlәşdiril -
mә li dir.
Aydın mәsәlәdir ki, ibtidai siniflәrdәn
şagirdlәrin cümlәnin mәqsәd vә intonasiyaya
görә növlәri barәdә anlayışları var. Mәn bunu
bir qәdәr dә genişlәndirib intonasiyanın nәyә
xidmәt etdiyini aydınlaşdırmaq mәqsәdilә şa -
girdlәrә bir neçә tapşırıq verirәm.
Tapşırıq 1.
Verilmiş mәtndә qısa pauzala -
rın yeri işarә ilә göstәrilmişdir. Hәmin işa rә -
lә ri nәzәrә almaqla mәtni oxuyun.
Bala dovşan.
Dovşan│xurcundan düş dü -
yü yerdә qısılıb qalmışdı. Bir azdan│özünә
xәlvәt guşә axtarmağa başladı. Hoppana-
hoppana qaçıb│dәhlizdәki stolun altına girdi.
Ayaz│tez stolun altına әyildi. Balaca dovşana
│maraqla tamaşa etdi. Onun burun pәrәk
lә
-
ri│aramsız olaraq qalxıb-enirdi. Göz lә ri│qırmızı
mәrcan kimi yanırdı.
Ayaz│әlini uzadıb onun yumşaq tük
lә
ri
nә
toxundu. Sonra cәsarәtlәnib│qucağına gö türdü.
(Mirzә İbrahimovdan)
Tapşırıq 2.
Verilmiş cümlәlәrdәn hәr bi ri -
ni iki dәfә oxuyun. Birinci dәfә sәsinizlә yol -
daş lıq mәslәhәti, ikinci dәfә isә әmr ifadә et -
mә yә çalışın.
Danışan şәxsin sözünü kәsmә, onu axıra -
dәk dinlәmәyә çalış. Əgәr sәnin sözünü kәs sә -
lәr, dayan, deyilәnә qulaq as.
Danışarkәn tәlәsmә. Bir fikri bir neçә
dәfә deyib, tәkrar etmә. Qışqıra-qışqıra da -
nış
ma. Söhbәt edәrkәn çox ucadan gülmә.
Da nı şanda әl-qol atma.
Tapşırıqları müzakirә etdikdәn sonra şa -
gird
lәrә aydın olur ki, intonasiya danışanın
mәq sәd, istәk vә arzuları ilә әlaqәdar yaranır.
Onun
vasitәsilә mәlumat vermә, sual vә әmr
in to nasiyaları fәrqlәndirilir. Bu zaman sәsin
yük sәlmәsi vә ya alçalması (nitqin ahәngi),
vurğulu vә vurğusuz hecaların nisbәti (ritmi),
söz
lәrin sürәtlә vә yavaş tәlәffüzü (nitqin
tem pi vә ya sürәti), nәfәsalmanın güclәnmәsi
vә ya zәiflәmәsi (intensivliyi), mәntiqi vur ğu -
su vә s. kimi hadisәlәr yaranır. Nәqli cümlәlә -
rin oxunuşunda sәs әvvәlcә yüksәlir, sonra qı -
sa bir pauza edilir, cümlәnin sonunda isә sәs
alçalır.
Daha sonra şagirdlәri dәrsliyin (V sinif
әdә biyyat dәrsliyi. S.Hüseynoğlu, B.Hәsәnli,
Ə.Sәfәrova, Ə.Quliyev) 150-ci sәhifәsindә
ifa dәli oxuda istifadә olunan şәrti işarәlәrlә
tanış edirәm.
Dәrslikdәki
ilk mövzu olan «Ana maral»
әfsanәsinin mәzmunu vә tәhlili üzәrindәki iş -
↑
↑
↑
↑
↑
↑
↑
↑
↑