Kurs işi Kurs : II qrup: k-44 Tələbə: Mahmudov Anar


Maddə 6. Kiçik sahibkarlığa dövlət köməyinin istiqamətləri



Yüklə 442,13 Kb.
səhifə3/3
tarix07.11.2017
ölçüsü442,13 Kb.
#8740
1   2   3

Maddə 6. Kiçik sahibkarlığa dövlət köməyinin istiqamətləri

Kiçik sahibkarlıq subyektlərinə dövlət köməyi aşağıdakı istiqamətlərdə həyata keçirilir:



  • kiçik sahibkarlığın dəstəklənməsinin və inkişafının infrastrukturunun formalaşdırılması;

  • kiçik sahibkarlığa kömək proqramlarının hazırlanması və həmin proqramların həyata keçirilməsinin təşkili;

  • kiçik sahibkarlıq subyektlərinə maliyyə, maddi, elmi-texniki və informasiya resurslarının əldə etmələri üçün güzəştli şəraitin yaradılması;

  • kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması sahəsində kiçik sahibkarlıq subyektlərinə kömək göstərilməsi;

  • kiçik sahibkarlıq subyektlərinin xarici-iqtisadi fəaliyyətinə, o cümlədən xarici tərəf-müqabilləri ilə istehsalat, maliyyə-kredit, ticarət, elmi-texniki və informasiya əlaqələrinin inkişafına kömək göstərilməsi;

  • kiçik sahibkarlıq subyektləri üçün dövlət qeydiyyatının (uçotunun), vergitutma, statistik və mühasibat hesabatlarının təqdim edilməsinin, onların fəaliyyətinin lisenziyalaşdırılmasının və istehsal etdikləri məhsulun (işin, xidmətin) sertifikatlaşdırılmasının sadələşdirilmiş sisteminin tətbiqi;

  • kiçik sahibkarlığın inkişafı üzrə tədqiqatların təşkili

Bütün bu tədbirlərin həyata keçirilməsinə baxmayaraq, kiçik sahibkarlığın inkişafına mane olan amillər də var: bazara daxil olmaq imkanının məhdudluğu; maliyyələşmə mənbələrinin kifayət qədər olmaması; istehsal sahəsi, istehsal vasitələri və yeni texnologiya əldə etmək çətinliyi; sahibkarlıq fəaliyyəti üçün kifayət qədər biliyin, təcrübə və ixtisasın olmaması; vergi sistemi, bazar haqqında informasıya əldə etmək çətinliyi; daxili bazarın qorunmaması; müvafiq təhsil- həvəsləndirmə və maariflədirmə sisteminin olmaması və s.

Azərbaycan respublikasında kiçik müəssisələrin payınını inkişaf etmiş ölkələrin səviyəsinə çatdırılması, ölkənin sosial-iqtisadi polemlərinin həllidə onların rolunun artırılması üçün ilk növbədə onların sayının indikindən 5-6 dəfə çox olmasına çalışmaq, bunu üçün zəruri sahibkarlıq mühitini təmin etmək, işlənib-hazırlanmış dövlət siyasətinin reallaşdırılmasına nəzarəti gücləndirmək lazımdır.



Kiçik sahibkarlığın inkişaf etdirilməsində vergilərin rolu çox genişdir. Kiçik və Orta sahibkarlığın inkişafına vergilərin stimullaşdırıcı və strukturtənzimləyici rolunun gücləndirilməsi vergi yükünün azaldılması ilə bağlıdır.Bu sahədə bəzi tədbirlər görülmüşdür. Məsələn, kənd təsərrüfatı mallarını emal edən, xalq istehlakımalları, tikinti materialları istehsal edən və tətbiq etmə işlərini həyata keçirən kiçik müəssisələr birinci iki ili mənfəətdən vergi ödəməkdən azad ediliblər; fermer təsərrüfatları da birinci iki ili vegiyə cəlb olunmurlar. Digər sahələrdə isə mənfəət vergisi dərəcəsinin və məcburi sosial sığorta haqqının aşağı salınması istiqamətində xeyli addımlar atılmışdır. Kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid verginin tətbiqi vahid qanunvericilikdə təsbit olunmuş, əsas sənətkarlıq sahələrində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxslər gəlir vergisindən və həmin sənətkarların emalatxanalarının binaları əmlak vergisindən azad edilmişlər. Bütün bu güzəştlərə, görülən tədbirlərə baxmayaraq, vergi sistemini o qədər də əlverişli hesab etmək olmaz, qanunvericilikdə hələ də çatışmazlıqlar var. Məsələn, İstehsal məqsədi ilə alınan avadanlığa, xammala, materiallara və komplektləşdiricilərə 5 %, əksər hallarda isə 15 % gömrük rüsumu və bunlara əlavə olaraq üstəlik 20%-lik əlavə dəyər vergisi (ƏDV) tətbiq olunur.İstehsal olunmamış məhsullar üçün qabaqcadan bu dərəcələrdə rüsum və vergi yükü Azərbaycanda təzəlikcə yaranan özəl sənaye sahibkarlığının qarşısına ciddi problemlər çıxardır. Belə ki, əksər hallarda satış məqsədi ilə xaricdən gətirilmiş mallara tətbiq olunan ƏDV mal satıldıqca qısa vaxtda kompensasiya edilə bilsə də, istehsal üçün nəzərdə tutulmuş avadanlıq, xammal və materiallara tətbiq olunan ƏDV-ni isə belə qısa vaxtda kompensasiya etmək mümgün deyil, çünki, ən azı, istehsal sikli qədər zaman fərqi var. Və bu fərq malın növündən asılı olaraq bir neçə ay da ola bilər.Bu cür rüsum və ƏDV ədəməyə məruz qalan sahibkar məcbur olacaq ki, istehsal etdiyi məhsulun satış qiymətini xeyli yüksəltsin. Bu isə həmin məhsulun xaricdən gətirilən mallarla rəqabət aparmaq imkanını xeyli azaldacaq. Yüksək səviyyədə gömrük rüsumları və ƏDV digər tərəfdən də iş adamlarımızın banklardan (o sıradan xarici banklardan) kredit almaq şanslarını azaddır, çünki sərmayə yatırımları layihələri bahalaşır və bu bahalaşma daha böyük miqdarda girov tələb edir. Bütün bunları nəzərə alarq, minimum dərəcə ilə vergiyə cəlb olunan məbləğin 2-3 dəfə aşağısalınmassı məqsədəuyğundur. Vergi mexanizminin Kiçik və Orta sahibkarların investisiya fəallığının təşviqində rolu yüksəldilməlidir. Investisiya məqsədilə uzunmüddətli kredit alan kiçik sahibkarlıq subyektləri üçün vergi tətillərinin tətbiqi mexanizmi hazırlanmalıdır.vergi və rüsumlar ödənilməsi sahəsində dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına bərabər vergi-rüsum dərəcələrinin tətbiq edilməsi və ya bu sahədə nəzərdə tutulan güzəştlərin tətbiqində rəqabətin inkşafına məhdudiyyətlər yaradan ayrıseçkilik hallarına yol verilməməlidir.

Ümumiyyətlə, Kiçik sahibkarlığın inkişafını təmin etmək üçün görülən tədbirlər artıq öz təsirini göstərməyə başlamışdır. Bunu aşağıdakı cədvəlin köməkliyi ilə əyani görmək olar.




Sahələr

Fəliyyət göstərən
müəssisələrin sayı

işçilərin
sayı(nəfər)

Əmək haqqı fondu

Mal və xidmətlərin
faktiki iymətlərlə buraxılışı

Yüklənmiş mallar

malların
ixracı

malların idxalı

cəmi

19462

135831

601891.5

7103253.7

1055624

74599.2

100608.6

dövlət

2267

34268

89810.2

476462.5

84283.5

8083.4

269.3

qeyri-dövlət

17195

101263

512081.3

6626791.2

971340.5

66515.8

100339.3

Kənd təsrrüfatı,
ovçuluq,meşəçilik
və bağçılıq


1332

10418

11756.5

58595.1

14281

2623.4

0

dövlət

228

2434

3057

7615.1

954.4

0

0

qeyri-dövlət

1104

7984

8699.4

50980

13326.6

2623.4

0

Sənaye

1966

23312

91214.4

1412604.4

948459.4

29881

98269

dövlət

419

6916

14617.4

171553.2

81833.6

8083.4

0

qeyri-dövlət

1547

16396

76697

1241051.2

866625.8

21797.6

98269

Tikinti

1236

29553

291918.6

3255280.2

...

0

0

dövlət

385

9426

24732.2

219131.7

...

0

0

qeyri-dövlət

851

20127

267186.4

3036148.5

...

0

0

topdan və pərakəndə
satış


9485

26687

64607

739836.5

...

1326.7

415.5

dövlət

571

2349

3397.1

18620

...

0

266.9

qeyri-dövlət

8914

24338

61209.9

721216.6

...

1326.7

148.6

Mehmanxana və
restoranlar


391

2122

2579.7

32249.2

...

0

0

dövlət

57

411

495.6

1883.3

...

0

0

qeyri-dövlət

334

1711

2084.1

30365.9

...

0

0

Nəqliyyat, anbar
təsərrüfat və rabitə


421

6140

32532.4

517800.7

4604.2

253.4

411

dövlət

102

2315

5044.2

23460.1

127.4

0

0

qeyri-dövlət

319

3825

27488.2

494340.6

4476.8

253.4

411

Səhiyyə və sosial
xidmətlər


161

2432

5795

19282.5

1304.3

0

12.1

dövlət

48

1032

2734.4

1830.1

...

0

0

qeyri-dövlət

113

1400

3060.6

17452.4

1304.3

0

12.1

Təhsil

82

1467

3595

18183.9

835.4

0

0

dövlət

18

798

1674.7

2221.9

772

0

0

qeyri-dövlət

64

669

1920.2

15962

63.4

0

0

ŞƏKIL 9. Azərbaycan Respublikasında kiçik müəssisələrin iqtisadiyyatın sahələri fəaliyyətinin əsas göstəriciləri,2004-cü il(milyon manat)


Nəticə

Göründüyü kimi sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatında önəmli yer tutur. Sahibkarlıq fəaliyyətsiz bazar iqtisadiyyatını təsəvvür etmək mümkün deyil. Keçid dövrünü yaşayan ölkələr öz iqtisadiyyatını inkişaf etdirmək üçün ilk növbədə sahibkarlıq fəaliyyətinin inkişaf etdirməli, dövlət ölkədə sahibkarlıq fəaliyyətinin inkişafı üçün stimul yaratmalıdır.

Sahibkarlıq fəaliyyətinin məzmununda isə sahibkarlığın subyekti, obyekti, xarici və daxili mühiti, ona təsir edən amillər və s. aspektlər araşdırılır. Sahibkarlıq fəaliyyəti ilə qanunla qadağan edilməyən hər bir şəxs məşğul ola bilər.Sahibkarlıq fəaliyyətinin obyekti isə əmtəələr istehsalı, onların satışı və ya müxtəlif növ xidmətlər göstərilməsi formasında həyata keçirilən iqtisadi fəaliyyətdir. Sahibkarlığın xarici mühiti sahibkardan asılı olmayan, yəni sahibkarlın təsir edə bilmədiyi amillər, daxili mühitə isə sahibkarın bilavasitə nəzarəti altında olan, yəni sahibkarın nəzarət edə bildiyi amillər aiddir.

Sahibkarlığın formalarına gəldikdə isə, sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icaza verilir.Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.Fərdi və şərikli şəkildə həyata keçirilən sahibkarlıq qanunvericilikdə nəzərdə tutulmuş formalarda təşkil edilə bilər. Sahibkarlığı bir necə cəhətlərə görə formalara ayırırlar ki, onlar da ikinci sualda göstərilmişdir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir şəxs qanunvericilikdə olan sənədləri hazırlayıb hüquqi şəxslər Ədliyyə Nazirliyinə, fiziki şəxslər isə Vergilər Nazirliyinə müraciət etməlidirlər. Qeydiyyatdan keçdikdən sonra, yuxarıda qeyd etdiyimiz aidiyyatı orqanlara müraciət etməlidirlər. Sonra isə təşkilatı fəaliyyətlər həyata keçirib, sahibkarlıq fəaliyyətinə başlamaq olar. Səmərəliyi artırmaq üçün isə üçüncü sualda göstərdiyimiz bəzi fəaliyyətləri həyata keçirmək lazımdır.

Azərbaycana gəldikdə isə, Azərbaycanda sahibkarlıq fəaliyyəti özünün inkişaf mərhələsindədir. Regionların kompleks inkişafını reallaşdırmaq üçün sahibkarlıq fəaliyyətinin inkişafına dövlət köməyi və qayğısı geniş vüsət alır. Azərbaycan Respublikasının Prezidentinin 1997-ci il 24 iyun tarixli 610 nömrəli fərmanı ilə təsdiq etmiş “Azərbaycan respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı” tətbiq edilməyə başlamışdır.Bu proqramda qeyd edildiyi kimi Azərbaycan Respublikası sahibkarlarına kömək milli fondu, Kiçik və orta sahibkarlığın inkişafı agentliyirayonlarda sahibkarlığın inkişafı mərkəzləri yaradılmışdır. Azərbaycanda sahibkarlıq mühitinin formalaşması üçün vacib olan “Sahibkarlıq fəaliyyəti haqqında”, ”Müəssisələr haqqında”, ”Səhmdar cəmiyyətləri haqqında”, ”Haqsız rəqabət haqqında”, ”Əmək birjası haqqında”, ”Lizinq kompaniyaları haqqında” və s. qanunlar və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar qəbul olunmuşdur. Bütün görülən işləri və respublikada sahibkarlığın bu günkü inkişafını nəzərə alaraq, gələcəkdə sahibkarlıq fəaliyyətinin iqtisadiyyatın əsas sahəsinə çevriləcəyinə inanmaq olar.



Ədəbiyyat siyahısı

  1. R.A. Quliyev- “Sahibkarlıq” (BAKI-1999)

  2. A.B. Abbasov-“Sahibkarlıq fəailyyəti: növləri, təşəkkülü və inkişaf problemləri” (BAKI-1998)

  3. Q.N. Manafov- “Sahibkarlığın nəzəri və praktiki məsələləri” (BAKI- 1997)

  4. V.B. Musayev, İ.Z Seyfullayev –“Sahibkarlığın əsasları”(Bakı-2002)

  5. İ.H. İbrahimov, E.R. İbtahimov- “Sahibkarlıq fəaliyyətinin iqtisadi-hüquqi mexanizmi” (Bakı-2004)

  6. Bill Nechels, Susan Mc.Hung, Jim Mc.Hung-“Understanding of business”

  7. McConnell & Brue -“Economics”

  8. M.K.Tağıyev-“Sahibkarlıq fəaliyyətinin inkişafında vergilərin stimullaşdırıcı və strukturtənzimləyici rolu”(İqtisad Elmləri:Nəzəriyyə və praktika jurnalı 2003/3)

  9. H.Əsgərova-“Aqrar sahədə sahibkarlığın formalaşması və inkişafının iqtisadi amilləri” (İqtisad Elmləri:Nəzəriyyə və praktika jurnalı 2002/1,2)

  10. Q.N. Manafov- “Sahaibaklıq fəaliyyətinin sosial-iqtisadi aspektləri” (İqtisad Elmləri:Nəzəriyyə və praktika jurnalı 2000/1,2)

  11. H.S. Həsənov-“İri sahibkarlıq strukturlarının müasir problemləri” (İqtisad Elmləri:Nəzəriyyə və praktika jurnalı 2003/1,2)

  12. E.R İbraimov- “Sahibkarlığın maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi”(İqtisad Elmləri:Nəzəriyyə və praktika jurnalı)

  13. T.A. Abbasov-“Regionun sosial-iqtisadi inkişafında aqrar sahibkarlığın rolu”(Maliyyə və uçot jurnalı 2005/4)

  14. E.R İbrahimov- “Sahibkarlığın maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi”(Maliyyə və uçot jurnalı2005/2)

  15. Ə.S, Məmmədov- “Sahibkarlar konfederasiyası ölkənin iqtisadi inkişafına dəstək verməyi əsas vəzifə hesab edir.”(Maliyyə və uçot jurnalı2005/4)

  16. “Sahibkarlıq: İnkişaf davamlı şəkil alır”( İqtisadiyyat qəzeti, 21-27 yanvar 2005)

  17. Albert Tağıyev-“İnnovasiya Sahibkarlığı və biznes prosesi”( İqtisadiyyat qəzeti,25-31 mart 2005)

  18. Azərbaycan Dövlət Statistika Komitəsi“Azərbaycan Respublikasında kiçik müəssisələrin əsas göstəriciləri”-(Bakı-2004)

  19. Azərbaycan Dövlət Statistika Komitəsi “Azərbaycanın statistik göstəriciləri”(Bakı-2005)

  20. Azərbaycan Dövlət Statistika Komitəsi ”Azərbaycan rəqəmlərdə”(Bakı-2006)

  21. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa kömək Milli Fondu-“Kiçik və orta Sahibkarlıq subyektləri üçün əyani vəsait” (Bakı-2002)

  22. “Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu”

  23. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında Azərbaycan Respublikasının qanunu”

  24. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reystri haqqında qanun”

  25. www.ccssu.crimea.ua ; www.antimonopoly.az/ant2.html ; www.azstat.org

www.sahibkar.biz ; www.let.rug.nl/usa/ECO/1991/ch4_p2.htm



1 McConnell & Brue “Economics” chapter 14


1 Развитие метода политической экономии. М. “Экономика” 1986.

1 Getting to know Rachel Bell and Sara Sutton of JobDirect.com

1 www.mediapress.media-az.com




Yüklə 442,13 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə