L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə30/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

2. Ağa Məhəmməd şah Tiflisi tutanda Əlimərdan bəy ailəsi ilə birgə əsir
götürüldü.
3. Farsların onu tapa bilməməsi üçün rahiblər Cəfəri monastırda gizlətdilər.
Müşahidələr nəticəsində yaranan qənaətlər “Qrammatika” rubrikasında
verilmiş nəzəri məlumatla müqayisə edilir. Müəyyən olunur ki, tabeli mürəkkəb
cümlələrin komponentlərindən biri əsas, digəri isə asılı tərəf kimi çıxış edir.
Sual verən, aydınlaşdırma tələb edən komponent əsas tərəf, suala cavab
verən komponent isə asılı tərəfdir. Əsas tərəf baş cümlə, asılı tərəf isə budaq
cümlə adlanır. Tabeli mürəkkəb cümlədə ifadə olunmuş fikri sadə cümlə
şəklində də ifadə etmək olar. Bu zaman tabeli mürəkkəb cümlənin budaq
cümləsi sadə ləş dirilmiş cümlənin mürəkkəb üzvünə çevrilir. Çünki budaq
cümlənin vəzifəsi ya baş cümlədə buraxılmış bir üzvü əvəz etmək, ya da hər
hansı bir üzvü ay dınlaşdırmaqdır.
Növbəti tapşırıq şagirdlərdən müqayisəli təhlil bacarığı tələb edir. 
7. Tabesiz və tabeli mürəkkəb cümlələrin oxşar və fərqli cəhətlərini gös -
tərməklə Venn diaqramı qurun.
Mürəkkəb cümlənin bu iki əsas növünü müqayisə etməklə şagirdlər hər bir
növün fərqləndirici xüsusiyyətlərini daha dərindən mənimsəmiş olurlar.
Oxşar cəhətlər:
• Hər ikisi iki və daha artıq sadə cümlənin birləşməsindən yaranır. 
• Hər ikisinin tərkib hissələri arasında semantik cəhətdən məna əlaqəsi olur

• Hər ikisinin tərkib hissələri intonasiya və bağlayıcıların köməyi ilə
əlaqələnir. 
Fərqli cəhətlər:
• Tabesiz mürəkkəb cümlələrin tərəfləri bərabərhüquqlu olur; tabelidə isə
tərəflərdən biri (budaq cümlə) o birindən (baş cümlə) asılı olur. 
• Tabesiz mürəkkəb cümlələrin tərəfləri fikrin ifadəsində bərabər şəkildə
iştirak edir; tabelidə isə tərkib hissələrdən biri o biri cümlədəki fikri
aydınlaşdırır. 
• Tabesiz mürəkkəb cümlələrin tərəfləri tabesizlik bağlayıcıları ilə bağlanır;
tabelidə isə tərəflər tabelilik bağlayıcıları ilə bağlanır.
8-ci tapşırıq əldə edilmiş məlumatları bacarığa çevirir. Tapşırıqda aşağı -
da  kı tələblər qoyulur:
1) 1-ci sütundakı cümlələrdə buraxılmış və ya aydınlaşdırılan üzvü, onun
yaratdığı sualı müəyyənləşdirmək;
2) 2-ci sütunda həmin suala cavab verən cümləni müəyyən etmək;
3) bu cümlələri birləşdirməklə tabeli mürəkkəb cümlə yaratmaq;
4) yaranmış cümlədə baş və budaq cümləni müəyyənləşdirmək.
90
III 
BÖLMƏ 


1. Bütün musiqisevərlər bilirlər ki,“Min bir gecə” baletinin bəstəkarı Fikrət
Əmirovdur. 1 – С
2. Maraqlı məlumatlardan biri də budur ki, Bakıya ilk avtomobili məhz Hacı
Zeynalabdin Tağıyev gətirtmişdir. 2 – D
3. Aydındır ki, işğalçılar xoşluqla torpaqlarımızı tərk etməyəcəklər. 3 – E
4. Üzeyir Hacıbəyli elə bir bəstəkardır ki, onun musiqisi sərhəd tanımır. 4 – A
5. İqtisadiyyatı elə qurmaq lazımdır ki, ixrac idxalı üstələsin. 5 – B
9. Tabeli mürəkkəb cümlələri sa də cümləyə çevirib yazın. Bu daq cümlənin
hansı cümlə üz vü ye rində işləndiyini müəyyən  edin.
1. Elə insanlar var ki, yaxşılığı heç zaman unutmurlar. 
Yaxşılığı heç zaman unutmayan insanlar var.
2. Sənətin sirri ondadır ki, o, təbiətin naqisliklərini düzəl dir. 
(F.Volter)
Sənətin sirri təbiətin naqisliklərini düzəltməyindədir.
3. Şirlər qrup halında ov etsə lər də, onların beş cəhdindən biri uğurlu olur.
Şirlərin qrup halında ov etmələrinə baxmayaraq, onların beş cəhdindən
biri uğurlu alınır.
4. Həqiqi dahi, o adamdır ki, ürə yi hamı üçün döyünür. 
(R.Rollan)
Həqiqi dahi, ürəyi hamı üçün döyünən adamdır.
Mətnin kompleks təhlili  
Kompleks təhlil üçün nəzərdə tutulmuş mətn də mövzu ilə bağlıdır. Mətn
Mirzə Cəfər Topçubaşovla bağlı məlumat bazasını zənginləşdirməklə yanaşı,
oxu və dil qaydaları üzrə bacarıqları inteqrativ şəkildə inkişaf etdirməyə şərait
yaradır.
1. Mətn Şərq mədəniyyətinin dünya sivilizasiyasına verdiyi töhfələri danan-
lara qarşı yazılmışdır. 
2. “Kürsü” sözünün sinonimi – “tribuna” 
3. “Fövqündə” sözünün sinonimi – “xaricində” 
4-cü və 5-ci tapşırıqlar mürəkkəb cümlələrlə bağlıdır. Mətndə işlədilmiş
mürəkkəb cümlələr aşağıdakılardır: 
Hələ də iddia edirlər ki, Asiyanın tarixi solğundur, sönükdür, maraqsız və
əhəmiyyətsizdir.
Bütün kürsülərdən uca səslə bəyan edirlər ki, orta əsrlərdə diqqət yetirilməli
yeganə hadisə alman xalqının inkişafıdır.
Gəlin düzünü deyək ki, bu məsələlərin qüdrəti, əhəmiyyəti onları inkar
etmək istəyənlərin qüvvələri fövqündədir.
Mürəkkəb cümlə ilə əlaqədar xeyli bilik və bacarıq əldə edənlər ən azı iki
qrammatik əsasa malik olan bu cümlələri seçəcəklər. Onlar əvvəlcə mürəkkəb
cümlənin komponentlərinin sərhədlərini müəyyənləşdirməlidirlər.  Kompo -
91
TARİXİ ŞƏXSİYYƏTLƏR


nentlər arasındakı əlaqənin tabelilik, yoxsa tabesizlik əlaqəsi olduğunu isə
həm bağlayıcı vasitələr, həm də tərəflərin birindən meydana çıxan suala digər
tərəfin cavab verməsi ilə müəyyənləşdirmək olar. Hər üç cümlənin kompo -
nentləri ki bağlayıcısı ilə bağlanıb. Birinci komponentdən verilən suallara ikinci
komponent cavab verir.
Hələ də iddia edirlər ki, (nəyi?) Asiyanın tarixi solğundur, sönükdür, maraq -
sız və əhəmiyyətsizdir.
Bütün kürsülərdən uca səslə bəyan edirlər ki, (nəyi?) orta əsrlərdə diqqət
yetirilməli yeganə hadisə alman xalqının inkişafıdır.
Gəlin düzünü deyək ki, (nəyi?) bu məsələlərin qüdrəti, əhəmiyyəti onları
inkar etmək istəyənlərin qüvvələri fövqündədir.
Deməli, hər üç cümlə tabeli mürəkkəb cümlədir. Sual meydana çıxan birinci
cümlələr baş, suala cavab verərək onu izah edən, aydınlaşdıran ikinci
cümlələr isə budaq cümlələrdir.
6-cı və 7-ci tapşırıqlar həmcins xəbərli (Asiyanın tarixi solğundur, sönükdür,
maraqsız və əhəmiyyətsizdir) və həmcins mübtədalı (Məgər minilliklərdən bəri
dünyadakı dəyişiklikləri sakit bir tərzdə seyr edən sarsılmaz Çin, hər dəfə
Səməndər quşu kimi külün içərisindən dirçələn İran, poeziyası və incəsənəti
ilə dünyanın özü qədər qədim olan Hindistan öyrənilməyə layiq deyillərmi?)
cümlələri müəyyənləşdirməyi nəzərdə tutur. 
(Fəndaxili şaquli inteqrasiya. VIII
sinif, st. 4.1.2)
8-ci və 9-cu tapşırıqlar sözün qrammatik mənasını müəyyənləşdirmə və
köməkçi nitq hissələrini bir-birindən fərqləndirmə bacarığını yoxlamaqla
fəndaxili şaquli inteqrasiya (VI sinif, st. 4.1.2,  VII sinif, st. 4.1.2) yaradır. Bun-
dan sonra “Xatırla!” rubrikasındakı tapşırıqlara keçmək olar. 
10-cu tapşırıqda (debat) morfologiyanın kifayət qədər mürəkkəb məsə -
ləsinə – sifətlə feili sifətin fərqləndirilməsinə toxunulur. Bu tapşırığın əsas
məqsədi şagirdlərdə dil qaydaları üzrə biliklərindən istifadə etməklə fikirlərini
əsaslandırmaq bacarığını inkişaf etdirməkdir. “Sarsılmaz” sözü dilimizdə
keyfiyyət bildirən leksik vahid kimi sabitləşmişdir. Beləliklə, bu debatda ən
kəsərli arqument aşağıdakı sillogizm üzərində qurula bilər:
1-ci hökm: Sifətlərdən fərqli olaraq feili sifətlər lüğətlərdə baş söz kimi öz
əksini tapmır.
2-ci hökm: “Sarsılmaz” sözü lüğətlərdə öz əksini tapmışdır.
Nəticə:
“Sarsılmaz” sözü sifətdir. 
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
92
III 
BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə