L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə2/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   2   3   4   5   6   7   8   9   ...   57

fikir lərini ifadə etməyə – danışmağa və yazmağa stimul laş dı rılırlar. Dil qay -
daları isə şagirdlərə Azərbaycan dilinin qanunauy ğunluqları haq qında məlu -
mat verməklə yanaşı, nitqi ədəbi dilin normalarına uyğun qurmağa kömək edir.
MMV-də hər dərsdə reallaşdırılacaq alt-standartlar üzrə təlim nə ti cələri
verilmişdir. Bundan əlavə, hər bir mərhələdə hansı təlim nəticəsinin reallaş -
dı rıldığı xüsusi dizaynla aydın göstərilmişdir. 
Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, vəsaitdə təqdim olunan
dərs mərhələlərinin ardıcıllığı ehkam deyil. Sinfin səviyyəsindən və müəllimin
məqsədindən asılı olaraq bu ardıcıllıq dəyişə bilər. Məsələn, mətnin mövzusu
ilə bağlı şagirdlərin kifayət qədər biliyi varsa, müəllim əvvəlcə bu mövzu ilə
bağlı müzakirə (şifahi nitq standartı) təşkil edə, sonra mətni oxudaraq
şagirdlərlə birlikdə müzakirənin nəticələrini bir daha nəzərdən keçirə bilər. 
Məzmun standartları və  dərslər üzrə təlim nəticələri
Konseptual məqamlar: 
Əvvəlki sinif dərsliklərindən fərqli
olaraq təqdim olunan dərslikdə nitq
bacarıqlarının: dinləmə, danışma,
oxu və yazının mahiyyətini, onları
reallaşdırmağın və inkişaf etdirməyin
yollarını açıq layan tövsiyələr veril -
mişdir. “Nitq ba ca rıqları” rubrika sın -
da öz əksini tapan bu tövsiyələr
abstrakt xarakter daşımasın deyə
hər bir mövzu üzrə məsləhətlər
konkret tapşırığı mü şayiət edir və
onun daha səmərəli şə kildə icrasına
xidmət edir. Dərslikdə “Nitq ba ca -
rıqları” və “Qrammatika” yeganə rub -
rikalardır ki, nəzəri xarakter daşısa
da, müvafiq mövzu ilə bağlı interak-
tiv fəaliyyətin daha səmərəli qurul -
masına kömək edir.
1. Dinläyib-anlama vä danışma
Konseptual məqamlar:
Dinləmə və danışma bacarıqları bir məzmun xəttində birləşsə də, onlardan biri
anlama, digəri özünüifadə vasitəsidir, ona görə də həmin məzmun xətti iki əsas
standarta ayrılmışdır. Bu gün Azərbaycanda keçirilən kütləvi imtahanlarda (bu ra -
xılış və qəbul imtahanlarında) bu bacarıqlar qiymətləndirmə obyekti olma dı ğından
bəzən müəllimlər dərs prosesində şifahi nitq bacarıqlarının inkişafına kifayət qədər
6
GİRİŞ


diqqət və vaxt ayırmırlar. Lakin nəzərə almaq lazımdır ki, müasir təhsilin əsas
vəzifəsi şagirddə həyati bacarıqlar formalaşdırmaq, fəal vətəndaş yetişdir məkdir.
Dinləmə və danışma isə hər bir insana həyatda lazım olan, onun cəmiyyətdə imicini
müəy yən ləşdirən vacib ünsiyyət formalarıdır.
Təqdim olunan dərslik komplektində “Dinləyib-anlama və danışma” məzmun xətti
üzrə standartlar, əsasən, müzakirə, debat, şifahi təqdimat  üsul və texnikaları ilə
reallaşdırılır. Bu üsullar eyni zamanda həm dinləmə, həm də danışma baca rıq  larını
inkişaf etdirir. Ümumiyyətlə, müəllimlər bu bacarıqların formativ qiy mət ləndirilməsini
dərs boyu (şagirdlər danışarkən və bir-birini dinləyərkən, reaksiya verərkən) apara
bilərlər. Məsələn, dil qaydaları üzrə analitik tapşırıqlar yerinə ye ti rilərkən şagirdlərin
qrammatik biliklərdən istifadə etməklə öz fikirlərini şifahi şəkildə əsaslandırması
danışma standartları ilə fəndaxili üfüqi inteq rasiyaya da imkan verir.
Məzmun standartı: 1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
Alt-standart: 1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün
tədqiqat xarakterli suallar verir. 
Təlim nəticələri:
l Dinlədiyi mətndəki mübahisəli mə qam ları aydınlaşdırmaq üçün suallar tərtib
edir. 
l Müzakirə zamanı tərəf-müqabilinə sual verməklə onun mövqeyini aydınlaş -
dırır. 
l Suallar verməklə deyəcəyi fikir üçün zəmin yaradır. 
l Debat zamanı qarşı tərəfi öz arqumentləri ilə razı laş dırmaq üçün “hə” və
ya “yox” ca vabı tə ləb edən suallar verir.
Açıqlama: İlk baxışdan bu təlim nəticəsinin müvafiq alt-standartla bağlılığı zəif
görünə bilər, ona görə də 9-cu dərsdən (“Topçubaşovlar”) misal gətirək.
Sual: Məlum oldu ki, bir çox mənbələrdə M.C.Topçubaşovun 1790-cı
ildə anadan olduğu göstərilir. Doğrudur?
Cavab: Bəli. (Danılmaz həqiqətdir, başqa cavab mümkün deyil)
Sual: Tarix fənnindən bilirik ki, Ağa Məhəmməd şah Qacar Tiflisə 1795-ci
ildə hücum edib. Elədir?
Cavab: Bəli.
Arqument: Topçubaşovun xatirələrində göstərilir ki, Qacarın hücumu
zamanı o, Kür çayını üzərək keçmiş və əsirlikdən xilas olmağa çalış mış -
dır. Aydındır ki, beş yaşında uşaq üzərək Kür çayını keçə bilməzdi. De -
məli, mənbələrdə Topçubaşovun doğum tarixi düzgün göstəril məmişdir.
l Mövzu üzrə fikirlərini tam formalaş dır maq üçün faktoloji suallar verir.
Açıqlama: Sual vermək şagirdin diq qət lə dinlədiyini, aldığı informasiyaya həs sas ya -
naşdığını göstərir. Suallar, adətən, dinlənilən mətndəki qa ran lıq məqam -
larla bağlı yaranır. Sualın yaranmasına digər səbəb isə şagirdin dinlədiyi
mə lu mat lardan əlavə informasiya almaq istəyidir. Standartın tələbinə
uyğun olaraq 9-cu sinifdə bu bacarıq bir qədər də inkişaf etdirilir: şagird
debat və ya müzakirə zamanı öz çıxışına zəmin yaratmaq, gətirəcəyi
arqu ment ləri bəri başdan razılaşdırmaq üçün suallar verir.
7
GİRİŞ


Alt-standart: 1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.
Təlim nəticələri:
l Dinlədiyi fikirlərə münasibətini atalar sözləri ilə əsaslandırır.
l Dinlədiyi mətndə obrazlı şəkildə ifadə olunmuş fikri şərh edərək müna sibət
bildirir.
l Dinlədiyi mətndəki mübahisəli mə qam la bağlı öz fikrini bildirir.
l Dinlədiyi mətndəki məlumatları əvvəl əldə etdiyi məlumatlarla müqayisə
edərək öz fikrini formalaşdırır.
l Dinlədiyi fikri təkzib etmək üçün faktlara əsaslanan arqumentlər gətirir.
Açıqlama: Şagird dinlədiyi fikirlə razılaşa və ya onu təkzib edə bilər. Razılaşdığı
təqdirdə, yaxşı olar ki, o həmin fikri əsaslandıran əlavə arqumentlər gə -
tir sin. Təkzib etdikdə isə belə arqumentlər mütləq gətirilməlidir. Ar -
qumentlər fakta və ya məntiqə əsaslana bilər. Məsələn, “Kompüterin
ta rixi” dərsində Bill Qeytsin 1981-ci ildə söylədiyi “Biz heç vaxt 32 bitlik
əmə liyyat sistemi yarada bil məyəcəyik” fikrini təkzib etmək üçün şagird -
lər müasir 32 və ya 64 bitlik əməliyyat sistemlərini misal gətirə bilərlər.  
Məzmun standartı: 1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
Alt-standart: 1.2.1. Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif
formalı mətnlər qurur.
Təlim nəticələri:
l Oxuduğu, eşitdiyi fikri şərh etmək üçün mühakimə xarakterli mətn qurur.
l Situasiyaya uyğun olaraq danışığında müvafiq nəzakətli ifadələrdən və nitq
etiketlərindən istifadə edir.
l Müzakirə zamanı çıxışını tələb olunan formata uyğunlaşdırır.
Açıqlama: Şagirdin öz şifahi nitqini müvafiq situasiyaya uyğunlaşdırması vacib
baca rıq lardan biridir. Belə ki, nitqin qısa və ya geniş, nəqli, mühakimə
və ya təs viri xarakterli olması, məişət şəraitində və ya müzakirə, debat
zamanı reallaşması danışanın leksikasına, istifadə etdiyi qrammatik
konstruksiyalara təsir göstərir. Ona görə də danışanın öz nitqini müvafiq
şəraitə və formata uyğunlaşdırmasını onun şifahi nitqinin inkişaf
göstəricisi hesab etmək olar.
Alt-standart: 1.2.2. Müxtəlif tipli rabitəli nitq nümunələri qurur.
Təlim nəticələri:
l Qrafik materialların şərhi ilə müşayiət olunan məruzə hazırlayır.
l Araşdırma nəticəsində hazırladığı tezislərdən istifadə et mək  lə şifahi şəkildə
rabitəli mətn qurur.
l Müzakirəyə giriş vermək üçün kiçik həcmli məruzə ilə çıxış edir.
8
GİRİŞ


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə