L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   2   3   4   5   6   7   8   9   ...   57

Açıqlama: Bu alt-standart dərslikdə, əsasən, 4.1.1 standartı ilə inteqrasiyada real -
laşdırılır. Belə ki, eyni fikri həm mürəkkəb, həm də sadə cümlə şəklində
ifadə etmək şagirdlərin nitq bacarıqlarını inkişaf etdirir. Eyni zamanda
mürəkkəb cümlənin növünü təyin etmə yə, söz birləşməsinin cümlədəki
sintaktik funksiyasını müəyyən ləş dirməyə imkan yaradır.
Alt-standart: 4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən
istifadə edir.
l Tabesiz mürəkkəb cümlənin kom po nentləri arasında müvafiq durğu işa rə -
lərindən istifadə edir.
l Tabeli mürəkkəb cümlədə vergül işarə sin dən istifadə edərkən “ki” bağ la yı -
cısı ilə bağlayıcı söz tərkibində işlənən “ki” ədatını fərqləndirir.
l Müəllif sözləri ilə vasitəsiz nitq arasında müvafiq durğu işarələrindən istifadə
edir.
l Sitatlardan istifadə edərkən müvafiq durğu işarələrindən istifadə edir.
Açıqlama: Bu məsələ punktuasiyanın ən çətin məqamlarından biridir. Şagirdlər
məhz vasitəsiz nitqdə  durğu işarələrindən istifadədə tez-tez səhvə yol
verirlər. Dərslikdə bu bacarıq müxtəlif praktiki tapşırıqlarla şa gird lərə
mənimsədilir.
Alt-standart: 4.1.4. Dialoqlarda və vasitəsiz nitqdə sözlərin böyük və kiçik hərf -
 lərlə yazılış qaydalarına əməl edir. 
l Vasitəli və vasitəsiz nitqi fərqləndirir.
l Müəllif sözləri ilə vasitəsiz nitqin növ bələşdiyi mətn parçalarında sözlərin
böyük və kiçik hərflərlə yazılış qayda larına əməl edir.
Açıqlama: Bu məsələ vasitəsiz nitqdə daha çox bir məqamla bağlıdır: müəllif
sözləri vasitəsiz nitqin ortasında işlənərkən onun ikinci yarısının böyük
və ya kiçik hərflə yazılması. Mövzunun məhdudluğu çalışma modellə -
ri nin yeknəsəqliyinə gətirib çıxardığından bu məsələyə dərsliyin son iki
dərsində toxunulmuşdur. 
18
GİRİŞ


Fəndaxili inteqrasiya
Məlum
dur ki, 9-cu sinif ümumi orta təhsil
səviyyəsinin sonuncu sinfidir və bu mərhələnin
sonunda şagirdlərin müvafiq fənlər üzrə indiyə
kimi əldə etdikləri bilik və bacarıqlar qiy mət lən -
diriləcək.
Bunu nəzərə alaraq müəlliflər dərsliyə əv -
vəlki siniflərlə inteqrasiya yaradan bəzi rub -
rikalar daxil etmişlər. Məqsəd dərs zamanı
müəyyən vaxt ayırmaqla 5-8-ci siniflərdə real -
laş dırılmış standartları bir daha nəzərdən keçir -
mək və bununla da şagirdləri qarşıdakı
qiy      mət  ləndirməyə hazırlaşdırmaqdır. 
Bu rubrikalar aşağıdakılardır:
Orfoqrafiya və orfoepiya
Bu rubrikada dərsdə verilmiş mətndən çıxış
edərək şagirdin orfoqrafiya və orfoepiya üzrə
bacarıqları yox la nılır. Rubrikadakı tapşırıqlar
aşağıdakı möv zuları əhatə edir:
1. “O” saitinin “a” kimi tələffüzü
2. Xəbər şəklində olan feillərin ya 
zılışı və
tələffüzü
3. “L” samiti ilə başlanan şəkilçilərin yazılışı və
tələffüzü
4. Qoşa “y” samiti ilə yazılan sözlərin tələffüzü
5. Qoşasaitli sözlərin tələffüzü
6. Qoşasamitli sözlərin tələffüzü
Mətnin kompleks təhlili
Bu rubrikada dərsin mövzusu ilə bağlı olan
kiçikhəcmli mətn verilir və onun məzmun, söz
ehtiyatı və linqvistik baxımdan təhlili üçün
müxtəlif tipli tapşırıqlar qoyulur. Həmin tapşırıq -
lar yalnız müvafiq dərsdə məqsəd kimi qoyulan
standartların deyil, həmçinin 5-8-ci siniflər üzrə
kurikulum standartlarının bir daha reallaşdırıl -
ması üçün nəzərdə tutulur. Dil qaydaları üzrə
fəndaxili şaquli inteqrasiya məqsədilə qoyulan
bir sıra tapşırıqlar mətnin kompleks analizini
müşayiət edən “Xatırla!” rubrikasında daha
geniş açıqlanır.
19
GİRİŞ


“Xatırla!” rubrikasında 5-8-ci siniflər üçün
“Dil qaydaları” məzmun xətti üzrə standartları
əhatə edən aşağıdakı mövzular öz əksini
tapmışdır: 
1. Söz birləşmələri 
2. Cümlə üzvləri
3. Sadə cümlənin növləri  
4. Feilin təsriflənməyən formaları 
5. “İdi”, “imiş” hissəcikləri 
6. Əvəzlik  
7. Zərf  
8. Köməkçi nitq hissələri 
9. Feilin qrammatik məna növləri
10. O, bu əvəzliklərindən sonra vergülün
işlənməsi
11. Düzəltmə və mürəkkəb sözlər 
12. İsmin hal və mənsubiyyət şəkilçiləri
13. İsmin sifətləşməsi və sifətin
isimləşməsi
14. Feilin şəkilləri
15. Say
16. Sifət
Onu da qeyd etmək lazımdır ki, bu rubrika -
dakı materiallar interaktiv xarakterli sual və
tapşırıqlardan ibarətdir.
Lüğət
Dərsliyin sonunda ənənəvi olaraq mətn və tapşırıqlarda işlənmiş yeni söz -
lərin izahı verilmişdir. Bununla yanaşı, müəlliflər 9-cu sinfin buraxılış sinfi oldu -
ğunu və bu sinifdə fəndaxili şaquli inteqrasiyaya geniş yer verildiyini nə zərə
alaraq 5-8-ci sinif dərsliklərində işlənmiş dilçilik terminlərinin qısa izahlı lü ğə -
tini də vermişlər. Hər bir söz məqaləsinin sonunda həmin terminin daha geniş
izah olunduğu dərsliyin adı və səhifəsi də göstərilir ki, bu da buraxılış imtahan -
larına hazırlaşan şagirdlərin işini yüngülləşdirmək məqsədi daşıyır.
20
GİRİŞ


Qiymətləndirmə
Şagirdlərin formativ qiymətləndirilməsini nitq bacarıqlarının nailiyyət səviyyələri
üzrə meyarları əhatə edən rubriklər vasitəsilə aparmaq tövsiyə olunur. Nəticələri
müntəzəm surətdə təhlil etməklə şagirdlərin əldə etdiyi nailiyyətləri izləmək və
gələcək fəaliyyətində bunları nəzərə almaq olar. 
Formativ qiymətləndirmə üçün rubrikləri müxtəlif fəaliyyət istiqamətləri üzrə əldə
edilən təlim nəticələrinə uyğun hazırlamaq lazımdır. Bu zaman təlim nəticəsi ən
yüksək nailiyyət səviyyəsi olmaqla müxtəlif səviyyələr müəyyənləşdirmək olar.
Rubriklər vasitəsilə aparılan qiymətləndirmədə müxtəlif bacarıqlar üzrə nailiyyət
səviyyələrini müəyyənləşdirmək mümkündür. Bütün bunlar şagirdin illik qiymətlərinə
təsir etmir, lakin ilboyu onun inkişaf dinamikasını izləməyə və summativ qiymətlən -
dirmələrə daha yaxşı hazırlaşdırmağa kömək edir.  
Hər bir rubrikin hansı məqsədlə hazırlandığı məktəbli kitab çasına qeyd edilə
bilər. İstinad edilən rubrik və şagirdin əldə etdiyi nailiyyət səviyyəsi müvafiq tarixdə
yazılır. Belə olduqda valideynlər də uşaqlarının nailiyyətləri barədə konkret məlumat
ala bilərlər. 
Rubrik hazırlayarkən məqsəddən asılı olaraq bir və ya bir neçə bacarığın səviy -
yələrini müəyyən etmək lazımdır. Aşağıda verilmiş rubrik nümunələri şa girdlərin
müxtəlif məzmun standartları üzrə bacarıqlarını qiymətləndirmək məqsədi daşıyır. 
21
GİRİŞ
Yazı bacarıqları ilə bağlı rubrik №1 (st. 3.1.2)
Səviyyə
Meyar / Fikri əsaslandırma
I səviyyə
Yazdığı mətndə müəyyən fikirlər irəli sürür, lakin onları
əsaslandırmır.
II səviyyə
Yazdığı mətndə irəli sürdüyü fikirləri zəif əsaslandırır (yalnız şəxsi
mühakimələrindən çıxış edir).
III səviyyə
Həyatda gördüklərindən çıxış edərək yazdığı mətndəki fikirləri
əsaslandırır. 
IV səviyyə
Həyatda gördüklərindən, oxuduqlarından və eşitdiklərindən çıxış
edərək yazdığı mətndəki fikirləri əsaslandırır. 
Yazı bacarıqları ilə bağlı rubrik №2 (st. 3.1.3)
Səviyyə
Meyar / Mətn tərtibetmə
I səviyyə
Eyni fikirlər mətnin müxtəlif abzaslarında təkrar olunur, mətndə
məntiqi ardıcıllıq yoxdur.
II səviyyə
Fikirləri abzaslar üzrə qruplaşdırır, lakin cümlələr arasında məntiqi
ardıcıllığı gözləmir.
III səviyyə
Fikirləri abzaslar üzrə məntiqi ardıcıllıqla qruplaşdırır, lakin abzaslar
arasında bağlılıq yaratmaq üçün keçid cümlələrdən istifadə etmir. 
IV səviyyə
Fikirləri abzaslar üzrə qruplaşdırmaq və məntiqi ardıcıllığı bərpa
etməklə mətni tərtib edir.


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə