L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə5/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   2   3   4   5   6   7   8   9   ...   57

ifadə, esse yazmaq və bu zaman nəqli, təsviri, mühakimə xarakterli
müxtəlif tipli yazıları tərtib etməyi öyrənmişlər. 9-cu sinifdə şagirdlərə
qarışıq tipli esse və hekayələr yazmaq öyrədilir. Esse və inşanın fərq -
lən di rilməsi bəzən mübahisələr doğurur. Bu iki yazı növü çox yaxındır:
hər ikisi, əsasən, mühakimə xarakterlidir. Lakin ənənəvi inşa mövzu la -
rından fərqli olaraq essenin mövzusu daha konkret olur və mövzunun
özü yazı üçün motivasiya yaradır. Məsələn, Novruz bayramı haqqında
inşa yazmaq tələb olunursa, esse mövzusu belə ifadə oluna bilər:
“Novruz bayramında qulaq falına çıxmaq adətinə münasibətim”. Bun-
dan əlavə, esse öz formasına görə sərbəst olur. Burada qrafik informa -
siyaya (sxem, cədvəl və diaqramlara), onun şər hinə yer verilir. Bütün
bun ları nəzərə alaraq dərslikdə daha çox esse yazmağa üstünlük ve -
rilmişdir.
Alt-standart: 3.1.2. Formalaşmış fikir və mülahizələrini həyat hadisələri ilə
əlaqə lən dirərək əsaslandırır. 
Təlim nəticələri:
l Həyatda gördüklərindən, oxuduqlarından və eşitdiklərindən misallar gətir -
məklə yazdığı mətndəki fikri əsaslandırır.
l Mühakimə xarakterli yazıda həyat ha di sələri ilə bağlı fikirlərini sitatlarla
əsas landırır.
Açıqlama: Şagirdlər dərk etməlidirlər ki, onların yazıda əks etdirdikləri fikir və mü la hizə -
lər inandırıcı olmalıdır. Bunun üçün onlar həmin fikirləri müxtəlif faktlarla
əsaslandırmalıdırlar.
Alt-standart: 3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni
gözləməklə özü nün və başqasının yazısını təkmilləşdirir. 
Təlim nəticələri:
l Fikirləri abzaslar üzrə qruplaşdırmaqla başqasının yazısını redaktə edir.
l Cümlələr arasındakı məntiqi ardıcıllığı bərpa etməklə mətndə düzəlişlər edir.
l Verilmiş meyarlar əsasında yazını redaktə edir.
l Cümlələr arasında əlaqəni gözləməklə başqasının nitqini vasitəli və ya
vasitə siz nitq kimi ifadə edir.
l Mətnə ağırlıq gətirən mürəkkəb feili tər kibli cümlələri bir neçə cümlə şəklin -
də ifadə edərkən mətnin rabitəliliyini qor u yub saxlayır.
l Sitatlarla müəllif nitqi arasındakı əlaqəni gözləməklə məlumat xarakterli
mətn hazırlayır.
Açıqlama: Bu standart şagirdlərdə redaktə bacarıqlarını formalaşdırmağa xid mət
edir. Bir çox şagirdlərin yazıları orfoqrafik, qrammatik baxımdan xətasız
olsa da, mətnin rabitəliliyi baxımından qüsurlu olur. Belə ki, onlar yaza -
caq ları mətni əvvəlcədən strukturlaşdıra bilmirlər. Bir çox ları yazmağa
başlayarkən mətnin planını tutmur və ya tərtib etdikləri plana əməl edə
15
GİRİŞ


bilmirlər. Bu da yazıda fikir dağınıqlığına, eyni fikrin mətn boyu müxtəlif
formalarda təkrar olunmasına gətirib çıxarır. Bunu aradan qaldırmaq
üçün şagirdlər dəfələrlə öz yazılarına qayıtmalı, ona tənqidi yanaşmalı,
fikirlərini mətnin hissələri və abzaslar üzrə qruplaşdır malıdırlar. 
Alt-standart: 3.1.4. Müxtəlif əməli yazılar (hesabat, akt) yazır.
Təlim nəticələri:
l Məhsulun qəbul olunması ilə bağlı akt tərtib edir.
l Verilmiş situasiyaya uyğun hesabat tərtib edir.
Açıqlama: Şagirdlərdə müəyyən əməli yazı növünü tərtib etmək bacarığı inter-
aktiv şəkildə formalaşdırılmalıdır. Sadəcə, əməli yazı növünün nümu -
nəsini təqdim etməklə bu bacarığı formalaşdırmaq olmaz. Ən sə mərəli
yol əməli yazı növünün formasını və ya sxemini təqdim etmək və
müəyyən situasiya yaradıb sxemə uyğun olaraq mətn tərtib etməyi
tapşırmaqdır. Dərslikdə məhz bu üsuldan istifadə olunur.
4. Dil qaydaları
Konseptual məqamlar:
Xatırladırıq ki, 8-ci sinifdə şagirdlər sintaksis bəhsi üzrə söz birləşmələri, cümlə
üzvləri və sadə cümlənin növləri ilə tanış olublar. 9-cu sinfin standartlarına  görə,
onlar mürəkkəb cümlənin növləri ilə bağlı bilik və bacarıqlara yiyələnmə lidirlər.
Eyni zamanda bu sinifdə vasitəsiz nitqdə durğu işarələrinin işlənməsi və sözlərin
böyük və ya kiçik hərflə yazılışına dair praktiki bacarıqlara da yer verilir. Qeyd
etmək lazımdır ki, 4.1.1 standartı 4.1.3 və 4.1.4 standartları ilə müqayisədə daha
geniş mövzunu əhatə etdiyindən dərsliyin ilk beş bölməsi bu mövzuya həsr
olunmuşdur. 
9-cu sinif şagirdinin daha yüksək intellektual səviyyəyə malik olduğunu nəzərə
alaraq müəlliflər dərslikdə dil qaydaları ilə bağlı analitik, debat xarakterli tapşırıq -
lara da yer vermişlər. Bu tipli tapşırıqları yerinə yetirməklə şagirdlər müqayisəli
təhlil, dil qaydalarının konkret nitq materialına tətbiqi, cümlənin qrammatik forması
ilə onun semantikasını (qrammatik formanın mənaya təsir etməsi) uzlaşdırma
bacarıqlarını nümayiş etdirməlidirlər.
Bir sıra tapşırıqlarda nitq nümunəsindən çıxış edərək müəyyən dil qaydasını
tərtib etmək tələb olunur. Bu da şagirdlərdə yalnız analiz deyil, həm də sintez etmək
bacarığını formalaşdırır.
Elmi ədəbiyyatda sintaksisin bəzi mövzuları ilə bağlı müəyyən mübahisəli mə -
qam lar var. Müəlliflər belə məsələlərdən yan keçməyə çalışmışlar. Bəzi debat
tipli tapşırıqlar hansısa elmi məsələni həll etmək deyil, bu cür məsələlərlə bağlı
fikir yürütmək və onu arqumentlərlə əsaslandırmaq bacarığını inkişaf etdirmək
məqsədilə verilir.
Məzmun standartı: 4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
Alt-standart: 4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
16
GİRİŞ


Təlim nəticələri:
l Mürəkkəb cümləni sadə cümlədən fərqləndirir.
l Mürəkkəb cümləni həmcins xəbərli sadə cümlədən fərqləndirir.
l Tərkib hissələri arasındakı qrammatik əlaqəyə görə tabesiz və ta beli mürək -
kəb cümlələri fərq  lən dirir.
l Tabesiz mürəkkəb cümlənin kom po nentləri arasında məna əlaqələrini fərq -
ləndirir.
l Sadə cümlələr arasında müvafiq məna əlaqəsi yaratmaqla tabesiz mürəkkəb
cüm lələr qurur.
l Tabesiz mürəkkəb cümlənin kom po nentləri arasında bağlayıcı vasitələri
müəyyənləşdirir.
l Tabeli mürəkkəb cümlədə baş və budaq cümlənin yerini müəyyənləşdirir.
l Tabeli mürəkkəb cümlədə əvəzliyin funksiyasını müəyyənləşdirir.
l Tabeli mürəkkəb cümlənin tərkib his sə lərini bağlayan vasitələri müəyyən
edir.
l Sadə cümlədəki feili tərkibi budaq cüm lə kimi ifadə edərək tabeli mü rək kəb
cümlə yaradır.
l Sadə cümlənin müvafiq üzvünü budaq cümlə kimi ifadə etməklə tabeli mü -
rək kəb cümlə qurur. 
l Tabeli və tabesiz mürəkkəb cümlələri xüsusiyyətinə görə fərqləndirir.
l Eyni fikri sadə cümlə və tabeli mü rək kəb cümlə şəklində ifadə edir.
Açıqlama: Dərslərdə mürəkkəb cümlənin növlərinin cüt-cüt veril mə si təsadüfi deyil.
Əksər hallarda cütlərə bir sıra göstəricilərinə görə bənzər növlər salın -
mışdır; məsələn: zaman və ardıcıllıq əlaqə ləri, səbəb və məqsəd budaq
cümlələri, şərt və qarşılaşdırma budaq cümlələri və s. Bu həmin növləri
şagirdlərə müqayisəli şəkildə başa salmaq imkanı verir. Bu cür müqa -
yisədə mürəkkəb cümlənin hər bir nö vü nün əlamətləri bariz şəkil də üzə
çıxır və onların şagirdlər tə rə findən səhv salınmasının qarşısı alınır.
Tabeli mürəkkəb cümlədə budaq cümlənin növləri haqqında məlumat
verilərkən tez-tez sadə cümlənin mürəkkəb cümləyə çevrilməsi və ək -
sinə, mürəkkəb cümlə nin sadələşdirilməsi tapşırığı qoyulur. Bu da təsa -
dü fi deyil. Bu tap şı rığı yerinə yetirməklə şagirdlər həm müvafiq dil
qay  dalarına (budaq cümlənin baş cümlədə buraxılmış üzvü əvəz və ya
verilmiş üzvü izah etməsi), həm də praktiki nitq bacarıqlarına (fikrin
müxtəlif cümlə konstruksiyaları ilə ifadə olunması) yiyələnirlər.
Alt-standart: 4.1.2. Sözləri və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə
işlədir.
Təlim nəticələri:
l Tabeli mürəkkəb cümləni sadə ləş dirə rək budaq cümləni baş cümlənin mü-
vafiq üzvü vəzifəsində işlədir.
17
GİRİŞ


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə