L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

7-8-ci tapşırıqlar əvvəlki siniflərdə keçilən dil qaydaları ilə inteqrasiya
yaradır. Bu cümlədə sözlərin sayı çox olsa da, mübtəda, tamamlıq və
xəbərdən iba rət dir. 
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 4. USTADIN MƏSLƏHƏTLƏRİ   (3 saat)
Qeyd. 
Bu bölmədə 1-ci mətn şagirdlərin hər gün qarşılaşdıqları hadisə və
varlıqları obrazlı təfəkkür süzgəcindən keçirməklə səciyyələndirməyi,
assosiativ yanaşma yolu ilə ətrafdakı hər bir şeyi sosial münasibətlər
və mənəvi dəyərlərlə əlaqələndirməyi öyrədir. 3-cü mətn insanlar
arasında ünsiyyət haqqındadır. Bu dərs isə hər iki mövzunu birləşdirir.
Burada insanlar arasındakı münasibətlər müəyyən obrazlar – portağal
və qırıq çaydan vasitəsilə şərh olunur.
Motivasiya
Müəllim sinfə belə bir sualla müraciət edir: 
– Bəzən insanlar bir başqasının imkanlarından bəhrələnərək istədiklərini
əldə edirlər, həmin adamın imkanları tükəndikdə isə onunla əlaqələri kəsirlər.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətni düzgün intonasiya ilə
oxuyur.
Dialoji mətni oxuyarkən səs tonunu,
jest və mimikalarını obrazların xarak -
terinə uyğunlaşdırır.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
dəyərləndirir.
Mətndə obrazlı şəkildə ifadə olunmuş
fikirləri şərh edərək münasibət bildirir.
1.1.2. Dinlədiyi fikirlərə münasibət
bildirir.
Dinlədiyi mətndə obrazlı şəkildə ifadə
olunmuş fikri şərh edərək müna sibət
bildirir.
1.2.4. Ümumiləşmiş fikirləri yığcam
şəkildə təqdim edir.
Müqayisələr apararaq gəldiyi nəticələri
qısa tezislər şəklində ifadə edir.
3.1.1. Verilmiş mövzuya uyğun müx təlif
tipli (nəqli, təsviri, mühakimə) və for -
malı  (inşa, esse, hekayə) mətnlər yazır.
Oxuduğu mətnlərin məzmunundan çı -
xış edərək müvafiq mövzuda esse yazır.
3.1.3. Mətnin hissələri, abzaslar və cüm -
lələr arasında əlaqəni gözləməklə özü -
nün və başqasının yazısını tək milləşdirir.
Fikirləri abzaslar üzrə qruplaşdırmaqla
başqasının yazısını redaktə edir.
4.1.1. Mürəkkəb cümlənin növlərini fərq -
ləndirir. 
Tərkib hissələri arasındakı qrammatik
əlaqəyə görə tabesiz və ta beli mü rək -
kəb cümlələri fərq  lən dirir.
44

BÖLMƏ 


Narın və ya portağalın nümunəsində belə bir münasibəti obrazlı şəkildə necə
ifadə edərdiniz? 
Şagirdlərin cavabı belə ola bilər ki, narın və ya portağalın şirəsini çəkib
qabıq və toxum la rını isə zibil yeşiyinə atırlar. Sonra müəllim verilən cavablar
əsa sında şagirdlərə sosial münasibətlə onun obrazlı ifadəsi ara sın da pa ra -
lellər aparmağı, bu münasibəti şərh etməyi tapşırır; məsələn: “Bu cür insan -
lar başa düşmürlər ki, istifadə et dikləri adamın imkanları bər pa oluna bilər.
Meyvələrin toxumu cücərib yeni bar gətirə bilər. Ancaq nankor insanlar daha
ondan istifadə edə bilməyəcəklər”. 
Oxu
2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.
t Dialoji mətni oxuyarkən səs tonunu, jest və mimikalarını obrazların
xarak terinə uyğunlaşdırır.
Mətn üzərində iş  “Öyrənirəm-öyrədirəm” üsulu ilə  aparılır. Sinif  iki qrupa
ayrılır. İki qrupa eyni mətnlər verilir. Mətn qruplar tərəfindən əvvəlcə səssiz
oxu ilə oxunur. Hər qrupa bir mətn üzrə suallar tərtib etmək tapşırılır. Təqdimat
zamanı isə hər qrupun nümayəndəsi mətni əvvəlcə ucadan intonasiya ilə
oxumalıdır. Bu zaman oxuyan şagird müəllif mətnindən obrazların nitqinə
keçərkən səs tonu nu dəyişməli, onu müvafiq xarakterə uyğunlaşdırmalıdır.
Fəndaxili üfüqi inteqrasiya
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
t Mətndə obrazlı şəkildə ifadə olunmuş fikirləri şərh edərək münasibət bildirir.
1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.
t Dinlədiyi mətndə obrazlı şəkildə ifadə olunmuş fikri şərh edərək müna -
sibət bildirir.
Bir qrupun təqdimatı zamanı digər qrup həmin mətni dinləmə yolu ilə mə -
nim səməlidir. 1-ci qrup təqdimata hazırlaşarkən öz hissəsi üzrə tapşırıqları
ye rinə yetirir. (3-cü tapşırığın cavabı:  A – 2, B – 3, C – 4, D – 1; 5-ci tapşırığın
cavabı: A – 4, B – 1, C – 2, D – 3) Bu həmin qrupa mətni dərindən mə nim sə -
mə yə imkan verir. Daha sonra təqdimat edən qrup dinləyən qrupa hazırladığı
sualları təqdim edir. (Şagirdlər bu üsulla hələ 6-cı sinifdən tanışdırlar.)
“Portağal” mətni əsasında tərtib edilmiş suallar təqribən belə ola bilər:
– Siz hansı tələbənin fikrini dəstəkləyirsiniz? 
– Ustadın aşağıdakı fikirlərini necə başa düşürsünüz?
1. Tutaq ki, sən qarşındakı adama yemək üçün portağalın yarısını qabıqlı,
ikinci yarısını təmizləyərək verirsən. Bu zaman o, birinci ya rımın acılığını
daddığına görə ikincini tullaya bilər.
2. Sən isə, əlbəttə, qarşındakı adama acı portağal yedirtməyə cək sən,
qabığını tərtəmiz soyaraq təklif edəcəksən. Amma bu müddət ərzində o
gözləmək dən yorularaq çıxıb gedə bilər.  
45
FƏRD VƏ CƏMİYYƏT


3. Bunu öyrənənə kimi isə portağalı soymağı həmin adamın özünə həvalə
etsəniz, daha yaxşı olar... (2-ci tapşırıq)
4. Hələlik isə... özünüz üçün tez-tez portağal soyun.
Qeyd. Birinci dörd cümlə ilə bağlı mətndə qoyulmuş tapşırıq qapalı sual
şəklində olduğundan təqdimat edən şagirdlər onları şərh etməkdə
çətinlik çəkməyəcəklər. 
Mətndə altından xətt çəkilmiş cümlə ilə bağlı
(“
Bunu öyrənənə kimi isə portağalı soymağı həmin adamın özünə
həvalə etsəniz, daha yaxşı olar...”
) çətinlik və ya fikir ayrılığı yara-
narsa, müəllim müdaxilə edə bilər: –
Belə bir yanaşma var ki, sualın
cavabını bilməyəndə və ya cavab verməkdən yayınmaq istəyəndə
sualın cavabını sual verən adama “ötürmək” lazımdır. "Siz necə dü -
şü nür sünüz?”, “Siz necə edərdiniz?” və bu kimi suallar verməklə
bu na nail olmaq olar. Ustad hələ ünsiyyət qurmaqda o qədər də təc -
rü bəsi olmayan tələbələrinə məhz bunu məsləhət görür. 
“Qırıq çaydan” mətni əsasında tərtib edilmiş suallar təqribən belə ola bilər:
– Tələbənin ona pislik etmiş adamı bağışlamamaq fikri ilə razısınızmı? 
– Ustadın aşağıdakı fikirlərini necə izah edərdiniz:
1. Doğrudur, sən çaydanı qırdın, amma bununla ondan azad olmadın, yal -
nız çoxlu qırıqlara çevirdin.  İndi sən və ya yaxınların bu qırıqlarla ayaq -
la rınızı zədələyə bilərsiniz. 
2. Amma yaxşısı budur, ümumiyyətlə, çatların əmələ gəlməsinə imkan
verməyəsən. (4-cü tapşırıq)
2-ci mətnlə bağlı 6-cı tapşırıqda verilmiş atalar sözlərini mətnin ideyasına
uy  ğunluğuna görə sıralamaq tələb olunur. Bu tapşırıq ümumi müzakirə yolu
ilə yerinə yetirilə bilər. Aşağıdakı ardıcıllıq daha məqsədəuyğundur:
1. Qanı qan ilə yumazlar.
2. Hirsli başda ağıl olmaz.
3. Sirkə tünd olanda öz qabını çatladar.
4. Dostluğun telini qırma – bağlarsan, düyün qalar.
5. Düşmən səni daş ilə, sən düşməni aş ilə.
1-4-cü cümlələr mətnin ideyası ilə uy ğun dur. 5-ci cümlənin isə mətnin
ideyası ilə bağlılığı yoxdur. 
Müzakirə bitdikdən sonra hər iki mətn əsasında ümumi nəticələr çıxarmaq
tövsiyə  edilir. Nəticələr tezis şəklində təqribən aşağıdakı kimi əks oluna bilər: 
I mətn. Ünsiyyət qurarkən daha çox qarşınızdakı insanı düşünməlisiniz.
Fikirləriniz elə ifadə olunmalıdır ki, onu qane edəsiniz.
II mətn. Pisliyə pisliklə cavab vermək sənin özünə də ziyan gətirər. Çalışın,
insanlarla münasibətdə narazılığın yaranmasına imkan vermə -
yəsiniz. Mübahisədən və münaqişədən uzaq olun. 
46

BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə