L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə22/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

3. Sizcə, nə üçün Av ropada bu quşu həm də “hind toyuğu” adlandırır dılar?
Şərh. Məlumdur ki, XVI əsrin əvvəllərində avropalılar hələ də X.Kolumbun
kəşf etdiyi Amerikanın Hindistan olduğunu güman edirdilər. Bu cümləni dərs -
likdə 1-ci abzasın sonuna artırmaqla mətni zənginləşdirmək olar.
4. Mətndə və “Bu ma raq lıdır” rubrika sında verilmiş məlumatlardan isti -
fa də etməklə müəy yən ləşdirin: XVI əsrdə “Yeni İspa ni ya” dedikdə
hansı ölkə nəzərdə tutulurdu?
Şərh.  Mətndəki məlumatlardan belə bir nəticə çıxarmaq olar ki, o zaman
“Yeni İspaniya” dedikdə indiki Meksika nəzərdə tutulurdu.
5. Nəyə görə brita ni yalıları hind toyuğu ətinə məhz türk tacirləri alış -
dırdılar? Bu suala cavab vermək üçün xatırlayın: nə üçün Vasko da
Qama Hindistana getmək üçün Afri kanı dolanmalı oldu?
Şərh.  6-cı sinif “Azərbaycan dili” dərsliyindəki “Vasko da Qama” mətnində
deyilir ki, portuqallar Hindistana yol axtardıqları zaman Avropadan Şərqə
gedən ticarət yolları türklərin nəzarətində idi. Bu isə o deməkdir ki, türk tacirləri
Avropa bazarlarında hegemonluq edirdilər.
6. Ümumi tarix fənni üzrə biliklərinizə əsasla naraq Bencamin Frank li -
nin nit qin dəki son cüm ləni izah edin.
Şərh.  Tarixdən məlumdur ki, Bencamin Franklin ömrünün sonuna yaxın
amerikalıları Britaniya asılılığına qarşı mübarizəyə səsləmişdir. 
7. Dünya tarixi üzrə hansı bilikləriniz bu mətn dəki məlumatları daha də -
rindən mənimsəməyə kö mək etdi? Həmin bilik lərdən istifadə etməklə
mətni genişləndirin və nəql edin.
Bu tapşırığın icrasından əvvəl şagirdləri “Nitq bacarıqları” rubrikasında
verilmiş tövsiyələrlə tanış etmək yerinə düşərdi. Bu materialla tanış olduqdan
sonra mətnə yenidən baxmaq, coğrafi adlar, həmin adlarla bağlı tarixi
hadisələr barədə fikir yürütmək lazım gələcək. 
9-cu tapşırıqdan istifadə edilməklə mətnin şagirdlər tərəfindən tam mə -
nimsənildiyi yoxlanılır. Cavablar: 1) ispan toyuğu; 2) furkee; 3) turkey (türk
toyuğu); 4) Şimali Amerika.
10-cu tapşırıq da bilavasitə 2.2.3 standartından çıxan təlim nəticəsi ilə
bağlıdır. Müəllim özü bu mətni ucadan oxuya və şagirdlərin reaksiyasını yox -
laya bilər. Sözsüz ki, müvafiq bilikləri olmayan şagirdlər mətnin mahiy yətini
başa düşməyəcəklər.
Qeyd.
Məlumdur ki, ABŞ bombardmançı təyyarəsi 1945-ci il avqustun 6-da Yapo -
niyanın Xirosima şəhərinə atom bombası atmışdı. Partlayış nəticəsində
70.000 adam həlak olmuş, bir o qədər də adam yarım il ərzində şüa
xəstəliyindən vəfat etmişdi. Bu hadisədən 3 gün sonra ABŞ Yaponiyanın
mərkəzi şəhər lərindən biri olan Naqasakini bombardman etmişdir.
69
SÖZLƏRİN TARİXİ


Daha sonra bu mətnlə bağlı tapşırıqların icrasına keçilir.
2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstə
uyğun dəqiqləşdirməklə şərh edir.
t Mətndəki alınma sözün və onun Azərbaycan dilindəki qarşılığının məna
çalarları arasındakı fərqi izah edir.
8-ci tapşırığın tələbinə uyğun olaraq “bulyon” sözünün mənası, onun adi
şorbadan fərqi şagirdlər tərəfindən izah edilir.
Bulyon – qaynayaraq bişmiş ətin suyudur, şorba isə bişirilərkən tərkibinə
müxtəlif ərzaq məhsulları qatılmış duru xörəkdir.
Müəllim bildirir ki, dilimizdə elə alınma sözlər var ki: 
1) Azərbaycan dilində qarşılığı yoxdur;
2) Azərbaycan dilində yaxınmənalı qarşılığı var;
3) Azərbaycan dilində eynimənalı qarşılığı var.
Bulyon və şorba sözlərinin hansı kateqoriyaya aid olduğu soruşulur.
Şagirdlərə söz cütlükləri verilə bilər:
A) parametr – göstərici
B) kriteri – meyar
C) kruiz – səyahət
D) auksion – hərrac
E) avantaj – üstünlük
Söz cütlüklərinin hansı kateqoriyalara aid olduğu soruşulur. 
Qeyd.
Burada A, B, D, E variantları  Azərbaycan dilində eynimənalı qarşılığı
olan söz lərə aiddir. Müəllim bildirir ki, bu cür sözlərin dilə daxil olunması
arzuolun maz haldır, çünki dildə eyni məfhumu bildirən sözlər artıq möv -
cuddur. Lakin “kruiz” və “səyahət” sözlərində vəziyyət bir qədər başqa
cürdür, “kruiz” limanlarda dayanmaqla məhdud marşrut üzrə gəmi ilə
dəniz səya hətini nəzərdə tutur.
Bu tapşırıqdan müəllim motivasiyada verilmiş sual ətrafında müzakirəyə
keçid ala bilər. Mətndən məlum olur ki, “hinduşka” sözü rus mənşəlidir. Bu
dildə “ka” suffiksi ilə işlənən bir çox sözlər (kartoçka, rozetka, fortoçka) var ki,
onlar dilimizdə var 
varizm (əcnəbi sözlərin yersiz işlənməsi) kimi işlənir.
Bununla bağlı şa girdlər tədqiqat sualı ətrafında müzakirə keçirirlər, bu quşu
Azərbaycan dilində necə adlandırmaq barədə öz fikirlərini deyir və onu
əsaslandırırlar.
Dil qaydaları
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
t Tabesiz mürəkkəb cümlənin komponentləri arasında bağlayıcı vasitələri
müəyyənləşdirir.
t Sadə cümlələr arasında müvafiq məna əlaqəsi yaratmaqla tabesiz
mürəkkəb cümlələr qurur.
70
II 
BÖLMƏ 


t Tabesiz mürəkkəb cümlənin komponentləri arasında məna əlaqələrini
fərqləndirir.
4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifa -
də edir.
t Tabesiz mürəkkəb cümlənin kom po nentləri arasında müvafiq durğu işa -
rə lərindən istifadə edir.
11. 
Verilmiş fikirləri daha aydın və konkret şəkildə izah et -
mə yə  çalışın.
Bu çalışma dil qaydaları üçün motivasiya rolunu oynayır. Cütlərin hərəsinə
ümumilik bildirən bir cümlədəki fikri aydınlaşdırmaq üçün ona ikinci cümlə
əlavə etmək tapşırılır; məsələn:
1. Əslində, hind toyuğunun Hindistan və hindlilərlə heç bir əlaqəsi yoxdur:
sadəcə olaraq o dövrdə Amerikanı Hindistan adlandırırdılar.
2. Hind toyuğunun əvvəllər ispan toyuğu adlandırılmasının səbəbi sadədir:
onu Avropaya ilk olaraq ispan dənizçiləri gətiriblər.
3. Şərqdə ilk opera Azərbaycanda bəstələnmiş və səhnələşdirilmişdir: 
1908-ci
il yanvarın 25-də Tağıyev teatrında Ü.Hacıbəylinin bəstələdiyi “Leyli və
Məcnun” operası tamaşaya qoyulmuşdur. 
Cütlər tamamladıqları cümlələri təqdim etdikcə yaranmış tabesiz mürəkkəb
cümlənin komponentləri arasındakı məna əlaqəsi də müəyyənləşdirilir. Başqa
sözlə, müşahidələr əsasında aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə -
nin birinci komponentinin ümumilik bildirdiyi, ikincinin isə onu aydınlaşdırdığı
qeyd edilir.
Nəzəri hissə mənimsədildikdən sonra tapşırıqlar vasitəsilə şagirdlərin
mövzu ilə bağlı praktik bacarıqları inkişaf etdirilir.
12. 
Verilmiş mürəkkəb cümlələrin tərkib hissələri arasındakı məna
əlaqə sinə, eləcə də durğu işarələrinə diqqət edin və aşağıdakı tapşırığı
yerinə yetirin.
l
İlbizlərin bir çoxu əzələlərin yığılması və açılması ilə hərəkət edir; orta hərəkət
sürəti dəqiqədə 5-6 sm-dir.
l
İlbizlər çox yavaş hərəkət edir: orta hərəkət sürəti dəqiqədə 5-6 sm-dir.
Ø
Hansı cümlədə tərkib hissələri arasındakı durğu işarəsini “yəni”
bağlayıcısı ilə əvəz etmək olar?
Ø Aşağıdakı qaydalarda nöqtələrin yerinə müvafiq olaraq “qoşa nöqtə” və
ya “nöqtəli vergül” ifadələrini işlədin.
Elmi və tədris ədəbiyyatında aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cüm lə -
nin komponent ləri arasında durğu işarələrinin işlənməsi ilə bağlı qeyri-müəy -
yənlik var. Məsələn, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi) “Azər    bay   can dili” vəsa -
itində (Bakı, 2014) deyilir:
Analiz
Cütlərlə iş
71
SÖZLƏRİN TARİXİ


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə