L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə20/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

rıq  la rını da inkişaf etdirir. Belə ki, qrupa daxil olan şagirdlərdən hərəsi
bir təhsil ocağı üzrə araşdırma apara, sonradan əldə olunan məlumatları
bir ləşdirərək kollektiv məruzə hazırlaya bilər. Araşdırmadan əvvəl şa -
girdlərin diqqətini “Nitq bacarıqları” rubrikasına yönəltmək yaxşı olar. 
Şagirdlərə bildirilir ki, məruzə zamanı qrafik informasiya materiallarından
istifadə xüsusi qiymətləndiriləcək. Təqdimat zamanı onlar yazılmış mətni
oxumamalı, tezislər əsasında çıxış etməli, lakin nitqin rabitəliliyini təmin etmək
üçün məlumatlar arasında keçid cümlələri işlətməlidirlər.
Müəllim məruzənin hazırlanması üçün şagirdlərə belə bir cədvəl nümunəsi
təklif edə bilər:
Cədvəlin boş xanalarında tezislər yazılmalı, şagirdlər bu tezislər əsasında
çıxış etməlidirlər.
Dil qaydaları 
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
t Tabesiz mürəkkəb cümlənin komponentləri arasında məna əlaqələrini
fərqləndirir.
5. Uyğunluğu müəyyən edin.
a. Cümlədə eyni zamanda baş verən hadisələr sadalanır.
b. Cümlədə bir-birinin ardınca baş verən hadisələr sadalanır.
1. M.ö. 323-cü ildə Makedoniyalı İsgəndər xəstəlikdən vəfat etdi və onun
sərkərdələri arasında hakimiyyət uğrunda mübarizə başlandı.
2. İsgəndərin ölümündən sonra Cənubi Qafqazda Atropatena dövləti
yarandı, Yaxın Şərqdə Selevkilər dövlətinin əsası qoyuldu. 
Lisey
Universitet
Akademiya
Yaranma tarixi
İnkişaf tarixi
Bu adla fəaliyyət
göstərən ən məşhur
təhsil ocaqları
Azərbaycanda bu
adla fəaliyyət
göstərən təhsil
ocaqları
63
SÖZLƏRİN TARİXİ


5-ci çalışmadan dil qaydalarına keçid üçün motivasiya yaratmaq olar.
Mürək kəb cümləni təşkil edən sadə cümlələrdən birincisində bir-birinin ardın -
ca baş verən, digərində isə eyni zamanda baş verən hadisələr sadalanır. 
Qeyd.
2-ci bölmədə şagirdlər tabesiz mürəkkəb cümlələrin tərkib hissələri ara -
sındakı məna əlaqələrini araşdırmalı, onların növlərini fərqləndirməli -
dirlər. Bu dərs həmin mövzu üzrə ilk dərs olduğundan müəllim moti va siya
tapşırığından istifadə edərək müəyyən şərhlər verə bilər. Hər iki cüm -
lənin komponentləri bərabərhüquqlu olsa da, yuxarıda göstərilən fərq
onların məna əlaqələrinin göstəricisi sayılır. Bərabərhüquqlu sadə cüm -
lə ləri müstəqil sadə cümlələr kimi də işlətmək olar. Onların mürəkkəb
cüm  lə şəklində ifadə edilməsinin səbəbi məhz həmin məna əlaqə lə rin -
dədir. Yəni fikir tabesiz mürəkkəb cümlələr şəklində ona görə formalaşır
ki, onun komponentləri eyni zamanda və ya ardıcıl baş verən hadisələr
haqqında məlumat verir, yaxud onu təşkil edən cümlələrdə verilən fikir
bir-biri ilə qarşılaşdırılır, başqa birində birinci cümlədə söylənilən fikir
ikin ci cümlədə aydınlaşdırılır, digər bir qrup cümlələrdə isə ya iş növbə
ilə bir-birini əvəz edir, ya da iki işdən birini seçmək tələb olunur. Bu xü -
su siy yətlər tabesiz mürəkkəb cümlələrdə məna əlaqələrini yaradır.
Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasındakı məna əlaqələri
barədə qısa məlumat verən müəllim zaman və ardıcıllıq əlaqələrinin xüsusiy -
yət lərini sadalaya bilər: komponentlərin yerini dəyişməyin mümkünlüyü, ortaq
zaman zərfliyinin olması və s.
Qeyd.
Kurikulum təqdim olunan deklarativ biliklərin elmiliyə xələl gətirmədən
sadələşdirilməsini və onların həyati bacarıq kontekstində verilməsini tələb
edir. Digər tərəfdən məlumdur ki, elmdə mübahisə doğuran məqamlar
dərslikdə öz əksini tapmamalıdır. Məhz bu prinsipləri nəzərə alaraq
müəl liflər tabesiz mürəkkəb cümlələrdə səbəb-nəticə əlaqə sini vur -
ğu lamamış, ardıcıllıq əlaqəsini şərh edərkən “Bir çox hallarda bu mü -
rək kəb cüm lələrin 1-ci komponenti səbəb, ikincisi nəticə bildirir” tezisi
ilə kifayətlənmişlər. Doğrudur, əvvəlki dərsliklərdə bu əlaqə növü öz ək -
sini tapmışdır. Lakin müşahidələr göstərir ki, bir çox tabesiz mürəkkəb
cümlələrin kompo nentləri ara sındakı əlaqənin ardıcıllıq, yoxsa səbəb-
nəticə əlaqəsi olması nəinki şagirdlərdə, hətta müəllimlərdə belə çaş qın -
lıq və mübahisə yaradır, çünki tabesiz mürəkkəb cümlənin kom po nentləri
arasında səbəb-nəticə əlaqəsi bariz deyil: Hamı öz yerini tutdu, sədr iclası
açıq elan etdi. Zəng vuruldu, şagirdlər sinfə daxil oldular.  Belə bir məna
əlaqəsi bariz olduqda cümlələr arasında istər-istəməz “ona görə də” bağ -
la yıcısı işlənir. Bu isə həmin cümləni tabeli mürəkkəb cümləyə çevirir:
Sürücü qaydanı pozdu, (ona görə də) polis onu saxladı
Zaman və ardıcıllıq məna əlaqələrinin xüsusiyyətlərini praktik şəkildə mü -
şa hidə etmək üçün 6-cı və 7-ci çalışmalar üzərində iş aparılır. Çalışmaların
64
II 
BÖLMƏ 


birin də zaman əlaqəli tabesiz mürəkkəb cümlənin bir xüsusiyyəti (kompo nent -
lərin yerini dəyişməsi), digərində isə başqa xüsusiyyəti (zaman zərfliyinin
cümlənin komponent lərindəki xəbərlərə aid olması)  tədqiqat obyektinə çevrilir.
Mə lumdur ki, zaman və ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr formal
cəhətdən (bağlayıcı vasitə lə rinə görə) bir-birinə bənzəyir. Onları fərqləndirmək
üçün cüm lələrin yerini də yişmək lazımdır. Zaman əlaqəli tabesiz mürəkkəb
cüm lə lərdə komponentlərin yeri dəyişsə də, cümlənin məzmununa xələl
gəlmir. 
7-ci çalışmadan iki cümləyə diqqət yetirək:
2. 
Dünya çempionu olduqdan sonra Nizami Paşayev Afina Olimpia dasında
ölkəmizi təmsil etmək hüququ qazandı və komandamızın bayraqdarı
olmaq kimi şərəfli rol ona tapşırıldı.
3. Axır  çərşənbədə oğlanlar tonqal qalayır, qızlar qulaq falına çıxır, uşaqlar
papaq atırlar. 
Hər iki cümlədə zaman zərfliyi olsa da, 1-ci cümlədə o yalnız bir kompo -
nentə (1-ciyə), 2-ci cümlədə isə komponentlərin hamısına aiddir. 
Həmin müşahidədən sonra 8-ci çalışmanı icra edən şagirdlər çətinlik çək -
mə yə cəklər. 1, 3 və 4-cü cümlələrin komponentlərini dəyişmək mümkün ol ma -
dığına və bir-birinin ardınca baş verən hadisələr sadalandığına görə ar dıcıllıq
əlaqəli, qalan cümlələr isə zaman əlaqəli tabesiz mürəkkəb cümlələr dir.
9-cu çalışma nitq materialının qrammatik təhlilini tələb edir. Şeirin iki mis-
radan ibarət hər üç bəndi ikidən çox sadə cümlədən ibarət mürəkkəb cümlə -
dir. Birinci misralarda sadə cümlələr arasında zaman əlaqəsi olsa da, onlarla
ikinci misra arasında ardıcıllıq əlaqəsi mövcuddur.
10-cu çalışma formalaşmış bacarıqları bir qədər də inkişaf etdirir. Müxtəlif
sadə cümlələrdən mümkün olan mürəkkəb cümlələr yaradılır və onların ara -
sındakı bağlayıcı vasitə və məna əlaqəsi müəyyənləşdirilir (1 – C; 2 – E; 3 –
A; 4 – B; 5 – D). Bu çalışma bir daha nümayiş etdirir ki, tabesiz mürəkkəb
cümlənin komponentləri arasında mütləq semantik cəhətdən də məna əlaqəsi
olmalıdır.
11-ci çalışma nitq bacarıqları ilə yanaşı, müəyyən intellektual hazırlıq tələb
edir. Verilmiş sadə cümlələrə elə cümlələr əlavə etmək lazımdır ki, nümunədə
göstərildiyi kimi ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə yaransın. Bu tapşırıq
vasitəsilə tarix fənni ilə inteqrasiya yaradılır.
Müəllimin nəzərinə!
1. Yusif Məmmədəliyev yüksəkoktanlı benzin icad etdi və
Böyük Vətən mü -
ha ribəsində sovet təyyarələrinin daha yüksəkdən uçuşu təmin olundu.
2. M.ö. II minilliyin ortalarında – Orta Tunc dövründə sənətkarlıq əkinçilik -
dən ayrıldı və
ticarət inkişaf etməyə başladı.
3. Zəlzələ zamanı Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsdi və
Göygöl yarandı.
65
SÖZLƏRİN TARİXİ


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə