L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

3. İzahı verilmiş sözlərdən hansı mənaca “sardonik gülüş” ifadəsinə daha
yaxındır?  
Çalışmada “satira”, “yumor”, “qrotesk”, “sarkazm”, “komizm” sözlərinin
izahları verilmişdir. Bu çalışma verilmiş sözün mənasını araşdırmaqla yanaşı,
onu mətnlə əlaqələndirməyi tələb edir. Mətnin son cümlələrini diqqətlə oxu-
maq kifayətdir ki, “sardonik gülüş” ifadəsinin “sarkazm”la yaxın olduğu aşkar
edilsin. 
4. Müasir dillərdə ümumi isim kimi işlənən “odisseya” sözünə rast gəl -
mək mümkündür. Mətndəki məlumatlara əsaslanaraq bu sözün məna -
sını izah edin.
Mətndə Odisseyin uzunsürən müharibədən qayıdarkən başına gələn sər -
güzəştlər, qarşılaşdığı maraqlı və təhlükəli hadisələrdən danışılır. Bundan
ipucu kimi istifadə etməklə “odisseya” sözünün müasir dildə “macəralarla dolu
uzun səyahət” anlamında işlədildiyini müəyyənləşdirmək olar.  
2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir. 
t Mətndə məntiqi ardıcıllığı təmin etmək üçün tərkib hissələri arasına mü-
vafiq keçid cümlələri əlavə edir.
5. Mətndəki mavi rəngli boşluğa hansı cümlə uyğun gəlir?
5-ci çalışmanı icra edərkən mavi boşluqdan əvvəl və sonra işlənmiş fikirləri
düzgün dəyərləndirən şagird “Amma ilahlarda bu emosiyalar daha güclü
şəkildə təzahür edir” fikrini seçəcək.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
t Verilmiş faktın mətndəki hansı fikri təsdiqlədiyini müəyyənləşdirir.
6. 
“Əvvəllər ancaq Sardiniya sahillərində ovlandığından siyənək fəsilə -
sindən olan xırda balıq sardina adlanır” cümləsi mətnin 3-cü hissə -
sindəki hansı fikri təsdiq edir?
Çalışmadakı cümlə mətnin 3-cü abzasındakı “Müasir dillərdə bilavasitə bu
ada ilə əlaqədar işlənən başqa sözlər də var” fikrini təsdiq edir.
Fəndaxili şaquli inteqrasiya
5-ci sinif. 2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.
6-cı sinif. 4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir. 
“Orfoqrafiya və orfoepiya” rubrikasında verilmiş tapşırıq yerinə yetirilir.
Mətndə göy rənglə verilmiş sözlərin yer aldığı cümlələr şagirdlər tərəfindən
oxunur. Dinləyən şagirdlərə göy rənglə verilmiş sözlərin tələffüzünə diqqət
yetirmək tapşırılır. Tələffüz qaydalarına necə əməl edilməsi izlənilir və qeydlər
aparılır.
54
II 
BÖLMƏ 


Mətndə göy rənglə verilmiş sözlərin düzgün tələffüzü şagirdlərin xəbər
şəklində işlənən feillərin tələffüzü ilə bağlı 6-cı sinifdə qazandıqları bacarıqları
yoxlamağa imkan verir (bax: “Azərbaycan dili” dərsliyi, 6-cı sinif, səh. 115-116).
“Orfoqrafiya və orfoepiya” rubrikasındakı tapşırıq əsasında mətndəki sözləri
ve rilmiş qaydalara uyğunlaşdırmaqla şagirdlər bu sahədəki biliklərini dərin -
ləşdirirlər.
Dinlämä vä danışma
1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.
t
Dinlədiyi mətndəki mübahisəli məqamla bağlı öz fikrini bildirir.
Müəllim internet saytından götürülmüş aşağıdakı mətni səsləndirir.
Xalq artisti Brilyant Dadaşova dağ yəhudilərinin verdiyi “Biq-Apple”
(“Böyük alma”) mükafatına layiq görülür və gedib həmin mükafatı alır.
Azərbaycanda onu qələbə münasibətilə təbrik etməyə hazırlaşanlar hələ
ağızlarını açmamış həmin mükafatı təsis edənlərin arasında ermənilərin
də olduğunu bilənlər fəallaşır. Bu alma dönüb olur əsl nifaq alması.
Brilyant Dadaşovanı gah mü kafatı aldığına, gah da onu alıb uşaq evlərinə
vermədiyinə görə ittiham edirlər. Brilyant Dadaşova başa salmağa çalışır
ki, malı mala qatmaq lazım deyil. Onun etdiyi ermənilərlə əməkdaşlıq
deyil. O qalib gəlib və ermənilərin içində belə Azərbaycanın bayrağını
qaldırmağı bacarıb. Və mən Brilyant xanımla tam razıyam. Onun uğuru
ilə İrəvanda, özü də erməni güləşçiyə qalib gələrək Azərbaycan bayrağını
qaldırmış Elmar Qasımovun nailiyyəti arasında fərq yoxdur.
Şagirdlərdən mətndə qoyulmuş problemlə bağlı fikirləri soruşulur. Şagirdlər
müzakirə (debat da ola bilər) keçirərək məqalə müəllifinin mövqeyinə münasibət
bildirirlər.
1.2.2. Müxtəlif tipli rabitəli nitq nümu nə ləri qurur.
t Araşdırma nəticəsində hazırladığı te zis lərdən istifadə et mək  lə şifahi
şəkildə rabitəli mətn qurur.
7. “Nifaq alması” ifadəsinin mən 
 
şəyi ilə bağlı araşdırma aparın və
təqdimat hazırlayın. 
Dərslikdə bu tapşırıq təlimat xarakterli göstərişlərlə müşayiət olunur. Şa -
girdlər həmin göstərişlərə əməl etməklə material toplamalı, qeydlər aparmalı
və öz fikirlərini həmin materiallara istinad etməklə əsaslandırmalıdırlar. Onlar
öz çıxışlarını mətn şəklində yazmamalıdırlar; hazırladıqları tezislər və qeydlər
əsasında şifahi təqdimat hazırlamalıdırlar.
Ø Müasir mətbuatda və ədəbiy yat da bu ifadə hansı mənada işlənir?
Şagirdlər internetdə “nifaq alması” ifadəsinə axtarış verməklə müxtəlif
55
SÖZLƏRİN TARİXİ


xəbər saytlarında bu ifadənin işləndiyi kontekstləri nəzərdən keçirirlər. Müəllim
tövsiyə edir ki, ifadənin mənasını izah edərkən həmin materiallardan sitat
gətirsinlər.
Nifaq alması 
– 
mübahisəyə, dava-dalaşa səbəb olan bir şey.
Ø İnternet və digər informasiya mənbələrinin köməyi ilə ifadənin mənşəyini
araşdırın. 
Qeyd.
Bu ifadə qədim yunan mifologiyası ilə, daha dəqiq desək, üç yunan
ilahəsinin mübahisəsi ilə bağlıdır. Prometey Fetida ilə evlənmək istəyən
Zevsə xəbər verir ki, əgər onların izdivacı baş tutsa, doğulacaq uşaq
ona – baş ilaha bədbəxtlik gətirəcək. Onda Zevs buyurur ki, Fetida
qəhrəman Peleyə ərə getsin. Zevs onların toy məclisinə nifaq ilahəsi
Eridadan başqa hamını dəvət edir. Erida qərara gəlir ki, toya gedib
orada nifaq salsın. O, bir almanın üstünə "ən gözələ çatacaq" sözlərini
yazaraq üç gözəl ilahənin – Afina, Hera və Afroditanın oturduğu
masaya doğru diyirlədir. İlahələr almanı götürürlər və hər biri özünün
ən gözəl olduğunu iddia edir. Araya mübahisə düşür. Belə olduqda
Zevs məsləhət görür ki, kimin gözəl olduğunu dünyanın ən gözəl kişisi
Paris müəyyənləşdirsin. “Gözəllik statusu”na yiyələnmək üçün hərə
Parisə bir şeyi “rüşvət” vəd edir. Parisi isə ona dünya gözəli Yelenanı
vəd edən Afroditanın təklifi cəzb edir. Beləliklə, Paris Afroditanın
hamıdan gözəl olduğunu bildirir. 
Ø “Nifaq alması” ifadəsi ilə Troya mü ha  ribəsi arasında hansı əlaqə var?
Qeyd
Yelena Sparta hökmdarı Menelayın arvadı idi. Paris Afroditanın məs -
ləhətinə əməl edib Yelenanı onun öz razılığı ilə qaçıraraq Troyaya
gətirir. Menelay da bu biabırçılığın qarşısını almaq üçün qardaşı
Aqamemnonla birgə yunan əyalətlərindən döyüşçülər toplayaraq Troya
üzərinə hücum edir və məşhur Troya müharibələri məhz həmin “nifaq
alması”nın məntiqi nəticəsi kimi antik ədəbiyyatın tarixinə düşür. 
Fəndaxili üfüqi inteqrasiya:
1.2.1. Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif formalı
mətnlər qurur.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
t Araşdırma aparmaqla mətndə yol verilmiş elmi yanlışlığı müəyyən -
ləşdirir.
Ø

Mətnin 1-ci abzasında bu ifadə nin mənşəyi ilə bağlı yol verilmiş yanlış -
lığı müəyyən edin.
Bu tapşırığın çətinlik dərəcəsi daha yüksəkdir, çünki şagirdlərdən qədim
yunan mifologiyası və Homerin “İliada”sı haqqında daha dərin biliklər tələb
edir. Məsələ bundadır ki, “nifaq alması” ifadəsinin yaranması ilə bağlı əsatir
yunan mifologiya sına aid olsa da, bu ifadənin “İliada” və ümumiyyətlə, Ho -
56
II 
BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə