L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə13/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

Dinlämä vä danışma
1.2.3. Nitq prosesində danışığı (səs seçimi, səsin ucalığı, hiss, ton) ilə
ifadə tərzini (poza, jest, mimika) uzlaşdırır.
t Danışıq situasiyasına uyğun olaraq səs tonu ilə jest və mimikalarını
uzlaşdırır.
6. Sizcə, müəllif “Bibli ya ”dan sitat gə tirən cənabla söhbətə ne cə baş la sa
idi, onların ara sında mübahisə baş ver məzdi?
Nümunə: “Bağışlayın, söhbətinizə müdaxilə edirəm. Dediyiniz fikir çox
maraqlıdır. Səhv etmirəmsə, bu fikrə Şekspirin əsərində də rast gəlmişəm.
Yəqin ki, o bu fikri elə “Bibliya”dan götürüb. Buyurun, davam edin, sözünüzü
kəsdiyimə görə bir daha üzr istəyirəm”. 
Şagirdlərə bildirmək lazımdır ki, ünsiyyət zamanı bəzən söhbət elə bir
məqama gəlib çıxır ki, başqasının səhv təqdim etdiyi bir fikrə aydınlıq gətirmək
və ya onunla bağlı başqalarının bilmədiyi bir məlumatı vurğulamaq arzusu
yaranır. Mətndəki qəhrəmanlardan birinin dediyi kimi, insan özü etiraf etməsə
də, burada məqsəd həqiqəti üzə çıxarmaqdan çox, özünün nə qədər bilikli
olduğunu nümayiş etdirməkdir. İnsana elə gəlir ki, buna görə hamı ona hörmət
edəcək, lakin əks effekt yaranır. İnsanın təbiəti belədir: heç kim başqasının
nümayişkaranə şəkildə ifadə etdiyi üstünlüyü qəbul etmək istəmir. Ona görə
də belə hallarda fikrini çox təvazökarlıqla, heç kimdə qısqanclıq yaratmadan
bildirmək lazımdır.
Bu tapşırığın əsas məqsədi şagirdlərdə danışıq situasiyasından asılı ola -
raq müvafiq ifadələr və nitq etiketləri seçmək, situasiyaya uyğun səs to nu ilə
jest və mimikaları uzlaşdırmaqdır. Buna görə də müzakirə zamanı şagirdlərin
jest və mimikalarının yerli-yerində işlənib-işlənməməsinə diqqət yetirmək,
doğru və yanlışları qeyd etmək lazımdır. 
1.2.1. Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif formalı
mətnlər qurur.
t Situasiyaya uyğun olaraq danışığında müvafiq nəzakətli ifadələrdən və
nitq etiketlərindən istifadə edir.
Dinləmə və danışma üzrə digər tapşırıqlara keçməzdən əvvəl şagirdlərə
“Nitq bacarıqları” rubrikasında verilmiş tövsiyələrlə tanış olmaq tapşırılır. On-
lara bildirilir ki, debat zamanı bu tövsiyələrə nə dərəcədə əməl olunduğu
qiymətləndiriləcək.
7-ci tapşırıq debata hazırlıq məqsədi daşıyır. Şagirdlərin tərtib etdikləri
nəzakətli ifadələr lövhədə yazıla bilər:
41
FƏRD VƏ CƏMİYYƏT


8-ci tapşırıqda qoyulmuş debat mövzusu şagirdlərdə sosial mövzuda fikir
yürütmək bacarığını inkişaf etdirir. 
Təsdiqedici tezis: Mübahisədə uğur qazanmağın ən gözəl yolu mübahisə
etməməkdir.
İnkaredici tezis: Mübahisədən qaçmaqla uğur qazanmaq olmaz.
Debat zamanı şagirdlərin çıxışları aşağıdakı meyarlarla qiymətləndirilə bilər:
1. Tarix üzrə biliklərindən istifadə (ictimai və siyasi xadimlərin məşhur de -
bat ları)
2. Həyatda gördüklərindən və eşitdiklərindən misallar
3. Aforizmlərdən yerli-yerində istifadə
4. Etik davranış
5. Nitqini məntiqi sillogizmlər üzərində qurmaq bacarığı
Dil qaydaları
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
t Mürəkkəb cümləni həmcins xəbərli sadə cümlədən fərqləndirir.
Cümlənin quruluşca növünü müəyyənləşdirərkən şagirdlərin ən çox yol
verdikləri səhv həmcins xəbərli sadə cümləni mürəkkəb cümlə kimi təqdim
etməkdir. Ona görə də mürəkkəb cümlə haqqında ümumi məlumat verildikdən
sonra bu məsələ ayrıca bir dərsin mövzusu kimi təqdim edilir. 
10-cu tapşırıq motivasiya xarakteri daşıyır. Şagirdlərə cümlənin baş üzvləri,
qrammatik əsası xatırladılır, cümlələr sintaktik təhlil edilir. İzah olunur ki, mü -
rək kəb cümləni təşkil edən komponentlərdən hər birinin öz qrammatik əsası
olmalıdır.
Nəzəri material mənimsədildikdən sonra şagirdlər 11-ci tapşırığı yerinə
yetirməklə biliklərini tətbiq edirlər. 
12-ci tapşırıqda bağlayıcıların həmcins üzvləri və ya sadə cümlələri əlaqə -
lən dirdiyini müəyyən etmək tapşırılmışdır. Şagirdlər bu tapşırığı yerinə ye ti -
rərkən bağlayıcıları və onların cümlədə nəyi əlaqələndirdiyini müəy    yənləşdirirlər.
Tapşırığın məqsədi mürəkkəb cümlə haqqında qazanılmış bilikləri möh kəm -
Situasiya
İfadə
Çıxışa başlayarkən
Məndən qabaq çıxış edənlərə dəyərli fikir lə rinə
görə təşəkkürümü bildirirəm...
Kimsə sözünü kəsərkən
Replikanız çox maraqlıdır. Amma icazə ve rin,
sözümü tamamlayım...
Dialoq zamanı
Yəqin, razılaşarsınız ki, ...
Çıxışa müdaxilə edərkən
Bağışlayın, müdaxilə etməyə məcburam...
Çıxışını tamamlayarkən
Güman edirəm ki, mövzuya bir qədər ay dın lıq
gətirə bildim.
42

BÖLMƏ 


ləndirməkdən ibarətdir. Bu zaman onlar həm də bağlayıcılar mövzusunu
təkrarlayırlar.
1. Böyürtkən həm soyuqdəyməni, həm də böyrəkdaşını müalicə etmək xüsu -
siy yətinə malikdir. – Bağlayıcılar: həm, həm də. Həmcins tamam 
lıqları
bağlayır.
2. Biz artıq yola düşməyə hazırlaşırdıq, ancaq mən hələ də gözümü Qəç rəşin
gözəlliyindən çəkə bilmirdim. – Bağlayıcı: ancaq. Sadə cümlələri bağlayır. I
cümlə – Biz artıq yola düşməyə hazırlaşırdıq. II cümlə – Mən hələ də gözümü
Qəçrəşin gözəlliyindən çəkə bilmirdim.
13-cü tapşırıqda verilmiş cümlələrin mürəkkəb, yoxsa sadə olduğunu
müəy yənləşdirmək tapşırılmışdır. Burada məqsəd şagirdlərə öz fikirlərini elmi-
nəzəri baxımdan arqumentlərlə əsaslandırmaq bacarığını aşılamaqdır. 
Birinci cümlənin ikinci komponentində “olmaz” sözü, ikinci cümlədə isə
xəbərlik şkilçisi ellipsisə uğramışdır. Bu tipli cümlələrin təhlili şagirdlərdə
çaşqınlıq yarada bilər. Onlar belə cümlələri həmcins xəbərli sadə cümlə ilə
səhv sala bilərlər. Müəllimlərə tövsiyə edilir ki, belə olan halda atalar
sözlərində tez-tez rast gəlinən bu xüsusiyyət – ellipsis şagirdlərin diqqətinə
çatdırılsın (məs.: “Ağıllı öyrən məyi xoşlar, axmaq öyrətməyi”. Burada “xoşlar”
sözü ixtisar edilmişdir) və cümlənin mürəkkəb olduğu izah edilsin.    
Qeyd. Ellipsis yalnız bədii mətnlərdə deyil, həmdə adi danışıq dilində çox tez-
tez rast olunan linqvistik hadisədir. Bu tapşırıqda məqsəd ellipsisi tədris
obyektinə çevirmək deyil, sadəcə, bu tipli cümlələrin quruluşca növünü
müəyyən etmək üçün şagirdlərə müəyyən biliklər verməkdir.
14-cü tapşırıqda da şagirdlərdən həmcins xəbərli sadə cümləni mürəkkəb
cümlədən fərqləndirmək tələb olunur; məsələn:
Gedib xaricdə oxuyar, ailəsi onunla fəxr edər – mürəkkəb cümlə.
Gedib xaricdə oxuyar, bir yerdə tərcüməçi işləyər – sadə cümlə.
Mətnin kompleks təhlili 
Bu rubrikada verilmiş mətn “Ünsiyyətin sirləri” mətni ilə eyni mövzudadır. 
1-ci sual məzmunla bağlıdır. Cavab: D – “Söhbət zamanı mübahisə doğu -
racaq məqamlardan yan keçin”.  Bu hökm doğru olsa da, verilmiş mətndə öz
əksini tapmamışdır. Şagirdlərə bir daha xatırlatmaq lazımdır ki, bu cür sual -
larla qarşılaşarkən mətnin məzmunundan çıxış etməlidirlər.
Qeyd. 
Beynəlxalq qiymətləndirmələr zamanı şagirdlərin tez-tez buraxdığı
səhvlərdən biri də budur. Onlar bəzən hökmün düzgünlüyünü əsas
götürərək mətnin məzmununa o qədər də diqqət yetirmirlər. Bu sə bəb -
dən də belə tapşırıqların düzgün yerinə yetirilməsi çox əhə miy yətlidir.
Qrammatika ilə bağlı olan 5-ci tapşırıq yerinə yetirilərkən diqqət yetirmək
lazımdır ki, bu, tabeli mürəkkəb cümlədir və onun birinci komponenti həmcins
xəbərli sadə cümlədir. 
43
FƏRD VƏ CƏMİYYƏT


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə