L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

sözün say oldu ğunu bildirirlər. Beləliklə, məntiqi vurğunun nəinki fikrin emo -
sionallığına, hətta cümlədəki fikrə belə təsiri olduğu nümayiş etdirilir.
Daha sonra müəllim “mikroskop” sözünü vurğunu 2-ci hecaya salmaqla
tə ləffüz etməyi tapşırır. Beləliklə, şagirdlər həm vurğulu hecanı, həm də vur -
ğudan asılı olaraq “o” saitinin tələffüzündəki dəyişikliyi müəyyən edirlər.
Dinlämä vä danışma
1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.
t Dinlədiyi fikirlərə münasibətini atalar sözləri ilə əsaslandırır.
Sual: – “Bumeranq kimi özünə qayıdar” ifadəsini necə başa düşürsünüz?
Müəllim aşağıdakı şeiri oxuyur. Şagirdlərə tapşırılır ki, şeiri diqqətlə dinlə -
sinlər. Oradakı əsas fikirləri müəyyən etsinlər və həmin fikirləri təsdiqləyən
atalar sözləri fikirləşsinlər.
HƏYAT – BUMERANQ
Yadda saxla, bu dünyada
Nə əksən, onu biçərsən
.
Nur ağardar, şər qaraldar,
Qisməti özün seçərsən.
Həyat bumeranqdır, inan,
Göydən enən haqdır, inan,
Qazdığın nahaqdır, inan,
Quyuya özün düşərsən
.
Yalan yalanla açılar,
Günah günahla basılar,
Xeyrin boğazdan asılar,
Kiminsə xeyrini kəssən.
İncitmə, incitməsinlər,
Küsdürmə, küsdürməsinlər,
Endirmə, endirməsinlər,
Qovma ki, özün gedərsən.
Yel olarsan, külək əsər,
Su olarsan, sel kükrəyər,
Od olsan, alov püskürər,
Yaşamağından bezərsən.
Oleq Qavrilyuk
Tərcümə edəni: Dilrüba Cəfərova
29
FƏRD VƏ CƏMİYYƏT
Quyuya tüpürmə, vaxt olar,
suyunu içməli olarsan.
Nə tökər aşına, o da çıxar  qaşığına.
Dəvədən böyük fil var.
Özgəyə quyu qazan özü düşər.


1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.
t Özünün və başqasının fikirlərini müqayisə edərək ümumiləşmiş formada
təqdim edir.
8. Cütlərlə iş. Nərdivanın təyinatı və faydası haqqında fikirlərinizi
bildirin. Sizcə, adi nərdivan insana hansı “ibrət dərsi” verə bilər?..
Qeyd. Şagirdlərin bu tapşırıq üzərində cütlərlə işləmələri fikir mübadiləsi
ilə müəyyən qənaətlərə tez gəlməyə kömək edə bilər. 
Şagirdlərə əvvəlcə “nərdivan” sözünün mənasını izah etmək tapşırıla bilər.
Sözün mənasını izah etmək qaydaları xatırlanır:
l
sözün aid olduğu ümumi anlayış müəyyən edilir. (Nərdivanı “müəyyən funk -
siya daşıyan vəsait” adlandırmaq olar)
l
sözün bildirdiyi anlayışın əlamətləri müəyyən edilir. (Bir yerə qalxmaq və ya
enmək üçün istifadə edilir, ağacdan, dəmirdən, ipdən və s.-dən düzəl dilir,
pilləlidir)
Beləliklə, nərdivanın izahı belə ola bilər: 
– Bir yerə qalxmaq və ya enmək üçün istifadə edilən, ağacdan, dəmirdən,
ipdən və s.-dən düzəldilən pilləli vəsait.
Qeyd.
Sözün izahını vermək bacarığı məntiqi təfəkkürlə bağlı olub nitq ba ca -
rığının göstəricilərindən biridir. Buna görə də gələcək dərslərdə verilmiş
qayda əsasında şagirdlərdə bu bacarığı inkişaf etdirmək tövsiyə olu nur.
8-ci tapşırıqda nərdivanın şagirdlərdə doğurduğu assosiasiyalar soruşulur.
Müxtəlif cavablar ola bilər:
– İstənilən yüksəliş pillə-pillə olmalıdır.
– Müəyyən səviyyəyə qalxanda kimin və ya nəyin vasitəsilə qalxdığınızı
unutmayın.
– Sizi müəyyən səviyyəyə qaldırana hörmətlə yanaşın, çünki aşağı dü -
şəndə o sizə lazım olacaq və s.  
8. ... Şair Ramiz Rövşənin bu haqda fikirlərini öz fikirlərinizlə müqayisə
edin.
Şagirdlər şeiri oxuduqdan sonra onların diqqəti hər bir bəndin son iki
misrasına yönəldilir və onları şərh etmək tapşırılır (mötərizədə verilmiş şərhlər
nümunə xarakteri daşıyır):
Kimi mahnı deyə-deyə,
Kimi söyə-söyə çıxır.
(Xarakterindən asılı olmayaraq hamı cə miyyətdə yüksək mövqe tutmağa
çalışır. Lakin bu yolda biri çətinlik çəkir, digəri isə rahat şəkildə yüksəlir.)
Ən hündürə çıxan adam
Hamımıza yiyə çıxır.
(Çox zaman başqalarının hesabına yuxarı yüksələn ən hiyləgər, qəddar
adamlar hamıya hakim olur.)
30

BÖLMƏ 


Bizə baxıb Tanrı çaşır:
“Bu zalımlar niyə çıxır?!.”
(Kənardan baxanda bu, mənasız bir mübarizədir.)
Son ucu bu nərdivanın
Yenə o dünyaya çıxır...
(Bu mübarizədə hamı bir şeyi unudur ki, hamı ölüb gedəcək, hər kəs o
dünyada öz əməllərinə görə cavab verəcək.)
Sonda şagirdlər tapşırığın 1-ci mərhələsində söylədikləri fikirlərlə tanınmış
şairin fikirlərini müqayisə edirlər.
9. Qruplarla iş. Mövzularla bağlı təqdimat hazırlayın. 
I qrup: 
Yanan şamın yaratdığı assosiasiyalar.
II qrup: 
Başı qarlı dağın yaratdığı assosiasiyalar.
III qrup: 
“2” rəqəminin yaratdığı assosiasiyalar.
IV qrup:
Qələmin yaratdığı assosiasiyalar.
Bu tapşırıq ev tapşırığı kimi də verilə bilər.
Şagirdlərə tapşırılır ki, assosiasiyaları əsaslandırmaq üçün bir nağıl,
hekayə (rəvayət) qursunlar.
Şagirdlərin nəzərinə çatdırmaq lazımdır ki, təqdimat üçün hər qrupa iki-üç
dəqiqə vaxt veriləcək. Şagirdlərə tapşırılır ki, verilmiş əşyaların onlarda
yaratdığı assosiasiyaları əsaslandırmaq üçün suallarda əks olu nan varlıqları
şərti obraz kimi qəbul edərək kiçik bədii mətn və ya situasiya qursunlar və
fikirlərini bu şərti obrazlar vasitəsilə ifadə etsinlər. Bu zaman maraqlı, orijinal,
cəsarətli fikirlər ortaya qoymalıdırlar. 
Müəllimin nəzərinə! Bu fəaliyyət zamanı sinfin səviyyəsindən asılı olaraq
müəllim şagirdlərə tam sərbəstlik verə və ya onlara aşağıdakı cədvəli təqdim
edə bilər.
Qrup
Varlıq
Assosiasiya
Təklif olunan nümunələr
I
Yanan şam
fədakarlıq, altruizm
* Şair masasını işıqlan dıran şamın
düşüncələri.
* Tortu bəzəyən şamın düşüncələri.
* Şam ilə pərvanənin dialoqu.
II
Başı qarlı dağ
müdriklik, vüqar,
əzəmət
* Minilliklər ərzində dağın gördükləri: ova
çıxmış insanlar, gizlənmək istəyən heyvanlar,
müharibələr, bayram şənlikləri, müasir
insanların təbiətə vurduğu ziyan.
III
“2” rəqəmi
uğursuzluq
* “İki”nin “beş”lə dialoqu:
– Nəyə görə məhz “2” uğur suz la rın
qismətinə düşür?
* “İki”nin “bir”lə dialoqu:
– Nəyə görə “2-ci” həmişə “1-ci”nin
kölgəsində qalır?
IV
Qələm
elm, yaradıcılıq
* Qələmin kağız vərəqi ilə dialoqu.
* Qələmin kompüterlə münaqişəsi.
31
FƏRD VƏ CƏMİYYƏT


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə